Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   18   19   20   21   22   23   24   25   26

Design by Ali Agakishiyev 

 

67 



Damarlar  müxtəlif formalı və ölçülü çatların müxtəlif tərkibli maqma kütləsi 

ilə  dolması  nəticəsində  yaranır.  Yerləşdiyi  süxurlara  nisbətən  qeyri-uyğun  və  

adətən, böyük bucaq altında yatır. Çox vaxt damarlarda müxtəlif faydalı qazıntı və 

minerallara rast gəlinir. Damarlar təmami-lə müxtəlif mənşəli ola bilərlər. 



 

 

Harpolitlər,  qranit  tərkibli  böyük  intru-ziv  kütlələrdir;  onlar  struktur 

mərtəbələri  (tektonik  mərtəbələri)  ayıran  uyğunsuzluq  səthləri  boyunca  əmələ 

gəlirlər. Harpolitin yerləşdiyi səth, adətən, çox da dərində deyildir. 

Maqmatik diapirlər  planda və kəsilişdə  armud formasında olan və çox kiçik 

ölçülərlə xarakterizə olunan intruziyalara deyilir. Onların ölçüsü bir neçə on metrlə 

kilometrlər ara-sında dəyişir. Ətraf  süxurları kəsib, onlarda qırılma  və  pozulmalar 

yaradır. 



Nekk (vulkan kanalları) vulkan aparatının bir hissəsidir. Planda dairəvi, oval, 

bəzən  isə  qeyri-düzgün  formalarda  olur.  Diametri  bir  neçə  on  metrdən  kilometrə 

(1-1,5  km)  kimi  dəyişir.Nekkləri  dolduran  süxurlar  müxtəlifdir,  əsasən  püskürmə 

süxurlarıdır.  Vulkan  kanal-larında  bəzən  zəngin  almaz  yataqlarına  təsadüf  edilir.  

Nekklər  vulkanik  aparatın  alt  hissəsin-də  yerləşən  maqmatik  süxurlardan  təşkil 

olunmuşdur;  yer  səthinə  yaxın  sahədə  soyumuş  süxurlardır  (ekstruziv  süxurlar). 

Nekk-lərin yan divarı təqribən şaqulidir.  

Böyük intruziyalarla kiçik şaxələnmələr əlaqədardır; bunlar ətraf süxurlar ilə 

uyğun-suzluq əmələ  gətirir  və qeyri-müəyyən formaya  malikdirlər. Belə formalar 

geoloji ədəbiyyatda apofizlər adlanırlar. 

  Effuziv süxurlar, adətən, axım formalı, layabənzər kütlələr əmələ gətirir. Bu 

süxurların forması əsasən lavanın tipindən, onu hərəkət etdiyi səthin formasından 

və soyuma şəraitindən asılıdır. 

Lava axımının səthi düz olmayıb, qeyri-müntəzəm çıxıntılı olur. Bu örtüklər 




Design by Ali Agakishiyev 

 

68 



gah  böyük  qalınlıqda  təbəqə  əmələ  gətirir,  gah  da  piroklastik  süxurlarla  layvarı 

növbələşir. 

Lava  çatlar  arasından  püskürərkən  (xətt  püskürmə)  yer  səthində  böyük 

örtüklərin  yaranmasına  səbəb  olur.  Bu  örtükleərin  tutduğu  sahə  çox  böyük, 

qalınlığı isə 2000-3000 m-ə çatır. 

Püskürmə  materiallarının  vulkan  krateri  ətrafında  toplanması  ilə  vulkan 

konusu əmələ gəlir. Tərkibinə və strukturuna görə bu konuslar (lava, piroklastik və 

qarışıq tipli konuslar) bir-birindən fərqlənir. 

Bəzən  effuziv süxurlar çökmə süxurlarla  laylaşaraq Yer səthinə  yaxın  uyğun 

yatım əmələ gətirir. Bunlara ekstruziv süxur kütlələri deyilir. 



Yüksək  hərarətin,  təzyiqin  və  kimyəvi  aktiv  maddələrin  təsiri  nəticəsində 

maqmatik və çökmə süxurlardan törənən süxurlara metamorfik süxurlar deyilir. 

Yüksək hərarət (termometamorfizm),  yüksək təzyiqin (dinamometamorfizm) 

və  həc-minin  kimyəvi  aktiv  maddələrin  təsiri  altında  gillər  şistə,  qumdaşları 

kvarsitə, əhəngdaşları mərmərə, maqmatik süxurlar qneyslərə çevrilir. 

Kristallik şistlər və qneyslər dərin metamorfizm nəticəsində yaranır. Bunların 

nəinki strukturu və həmçinin qismən tərkibi də dəyişmiş olur. 

Metamorfizmi doğuran amillər, böyük ərazidə birgə təsir göstərərsə regional 

meta-morfizm,  bu  amillərdən  birinin  üstünlüyə  malik  olduğu  şəraitdə  isə  yerli 

metamorfizm meydana gəlir. 

Metamorfik  süxurların  yatım  formaları  onların  onların  ilkin  törəmələrindən 

asılıdır. 

Çökmə  mənşəli  metamorfik  süxurlar  (ilkin  çökmə  süxurlar)  adətən, 

qırışıqlıq—laylı  kompleks  formasında  yatır.  Burada  süxuru  ilk  laylı  strukturu 

ikinci  zolaqlılıq  və  şistliliklə  pərdələnir.  Bu  ikinci  elementlər  bəzən  birinci  ilə 

müvafiq  gəlir  (mərmərlər),  lakin  əksər  hallarda  ilk  laylılıq  ilə  uyğun  gəlmir 

(kristallik şistlər). 

Maqmatik  süxurların  (ilk  maqmatik)  dəyişilməsi  nəticəsində  yaranan 

metamorfik  süxurlar,  onların  formasını  alır.  Nəhəng  intruzivlərdə,  onların  ətraf 

zonaları metamorfizmə məruz qalır (batolitlərdə qranit—qneys zonasını göstərmək 

olar).  Nisbətən  kiçik  intruzivlər  və  əksər  effuziv  süxurlar  təmamilə  metamorfik 

süxurlara  çevrilən  zaman  onlar  ya  öz  formalarını  saxlayır,  yaxud  səciyyəvi 

şistliliyə malik qırışıqlıq komplekslər şəklini alır. Bəzən dinamometamorfizm təsiri 

altında daykaların, sillərin, lava axınlarının, lava örtüklərinin parçalanması zamanı 

ayrı-ayrı  bloklar  əmələ  gəlir.  Həmin  bloklar  daha  palstik  metamorfik  süxurlar 

arasında  yatır.  Bu  strukturlar,  yüksək  plastikliyə  malik  laylar  arasın-dakı  çökmə 

süxurlardan ibarət massiv təbəqələrin dinamometamorfizmi nəticəsində də yarana 

bilər. 

Metamorfik süxurlar üçün aşağıdakı əlamətlər səciyyəvidir: 



1. İkinci laylılıq yaxud zolaqlılıq. Çox ehtimal ki, bu ilkin süxurun tərkibincə 

bircinsli olmaması ilə əlaqədardır. 

2.  Kristallaşma  şistliliyi.  Bu,  xətti  lövhəli  mineralların  (mikalar  və  s.)  bir 

istiqamətdə cəhətlənməsindən irəli gəlir. 

3. Aldadıcı şistlilik. Klivaj nəticəsində yaranır. 



Design by Ali Agakishiyev 

 

69 



4.  İlkin  süxurun  reliktləri  (qalıqları).  Bunlara  əsasən  metamorfik  süxuru  ilk 

materia-lının  maqmatik  yaxud  çökmə  mənşəli  olduğunu  müəyyən  etmək 

mümkündür. 

Çöl şəraitində metamorfik süxurlar üzərində aparılan müşahidələr, çökmə və 

maqma-tik  süxurlar  üzərində  aparılan  müşahidələr  ilə  çox  oxşardır  (metamorfik 

süxurlar  ya  ilkin  çökmə,  ya  da  ilkin  maqmatik  süxurlardan  törədiyi  üçün).  Ona 

görə də istər laylılıq üçün və istərsə də şistlilik üçün yatım elementləri təyin etmək 

lazımdır.  İlkin  intruziv  süxurlarda,  adətən,  zolaqlı  və  xətti  teksturlar  yaxşı 

saxlanılır və daha aydın görünür. 

Metamorfik süxurların  yaşını müəyyən  etmək  və  onları stratiqrafik cəhətdən 

bölmək çox vacib məsələdir. 

Fossil  qalıqlar  metamorfik  süxurlarda  yaxşı  saxlanılmadıqlarına  görə 

paleontoloji  metodun  tətbiqi  son  dərəcə  məhduddur.  Ona  görə  də  metamorfik 

süxurların yaşlarını təyin etmək üçün başqa metodlardan istifadə edirlər: 

1.  Laylanmada  mövcud  stratiqrafik  uyğunsuzluqlara  görə  metamorfik 

süxurların nisbi yaşının təyini. 

2. Yarıb keçən intruzivlərə görə metamorfik süxurların yuxarı yaş sərhəddinin 

təyini.  İntruzivlərin  yaşını  isə  onların  çökmə  süxurlar  ilə  olan  qarşılıqlı 

əlaqələrindən müəyyən etmək mümkündür. 

3. Metamorfik süxurların mütləq yaşının radioloji metodlar ilə təyini. 

Metamorfik süxurlar üçün, onların mənşələrindən asılı olaraq ya adi geoloji, 

ya  da  struktur-petroloji  xəritələr  tərtib  olunur;  bəzən  onları  birlikdə  bir  xəritə 

üzərində göstərilir.  

        Ümumiyyətlə  Maqma  qaz  komponentləri  ilə  zəngin  olan  silikatlardan 



ibarətdir.  Qələvi,Karbonat  və  Sulfid  tərkibli  maqmayada  rast  gəlinir.Maqmanın 

aşağıdakı növləri var: 

1.

 

Turş tərkibli maqma (qranit) 



2.

 

Fe-Ca-Mg elementləri ilə zəngin olan əsas tərkibli maqma (bazalt) 



3.

 

Ultraəsəs tərkibli maqma (peridotit). 



4.

 

Orta tərkibli maqma (andezit) 



Maqmanın tərkibində SiO

–nin miqdarı 35-80% arasında dəyişir. 



Turş tərkibli maqma ilə qalay,volfram,qızıl yataqları, 

Əsas tərkibli maqma ilə mis,maqnetit yataqları, 

Ultraəsas tərkibli maqma ilə xrom,platin və digər yataqlar əlaqədardır. 

 

 



 

 

 

 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə