Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   18   19   20   21   22   23   24   25   26

Design by Ali Agakishiyev 

 

72 



və  onu  təşkil  edən  süxurların  yatma  şəraitinin    fərqli  olması  ilə  səciyyələnsin  . 

Həmin 


fərqləndirici 

xüsusiyyətlər  tektonik  hərəkətlərin,  maqmatizmin, 

metamorfizmin,  çöküntütoplanmanın,  aşınmanın  tektonik  element  formalaşdığı 

zaman şəraitindən, yəni tektonik və endogen rejimindən asılıdır. 

Tektonik  strukturlar  miqyasına,  maqmatizminə,  tektonik  inkişafına  və  Yerin 

hansı dərinliyinə qədər inkişafına (yayılmasına) görə çox müxtəlifdirlər. Litosferin 

və tektonosferin ən iri strukturlarına litosfer plitləri, okeanlar və qitələr aiddirlər. 

Tektonik    fəallığa  görə  isə  nisbətən  mütəhərrik,  mobil  strukturlar    kimi 

geosinklinal  və  orogenlər  aiddirlər;  nisbətən  az  mütəhərik  stabil  strukturlara  isə 

platforma və aralıq massivlər aiddirlər. 

Müxtəlif  miqyaslı  tektonik  qırılmalar  həm  mütəhrrik,  həm  də  stabil 

strukturlarda mövcuddurlar. 

1)

 

Litosfer plitələr dedikdə eni yüz və min km-lərlə ölçülən litosferin çox 



geniş sahələri nəzərdə tutulur. Litosfer plitələrin sərhədlərini ensiz xətti seysmik və 

vulkanik fəal zonalar təşkil edir. Litosfer plitələr quruluşuna və tərkibinə görə, yəni 

hansı  növ  qabıqdan  təşkil  olmalarından  asılı  olaraq  okeanik,  qitə  və  qarışıq  növ 

olurlar.  Okeanik  növə  aiddirlər;  Sakit  okean,  Naska,  Kokos;  qitə  növə  isə  xırda 

plitələr  aiddirlər:  Anadolu,  İran-Əfqan,  Ərəbistan,  Madaqaskar  və  s.  ;  qarışıq  növ 

plitələrə aiddirlər: Şimal, Cənubi Amerika, Afrika, Antaraktida, Arasiya və s. 

Okean  plitələri  ən  cavandırlar,  onların  yaşı  100-150  mln  ildir  və  onlar  ən 

nazikdirlər. Onların qalınlığı Orta  okeanik Dağlar silsiləsi (OODC) zonasında 5-7 

km-dən okean dibinin ən qədim sahələrində 80-90 km-ə qədərdir. 

Qitə  plitələrinin    və  qitələrin  yaşı  isə  mlrd.  illərlə  yaxud  bir  çox  yüz  mln. 

illərlə  ölçülür,  qalınlıqları  isə  cavan  platformalar  altında  150-200  km,  qədim 

platformaların qalxanları altında isə 250-400 km təşkil edir. 

Astenosferdə  litosfer  plitələr  sərt  cisimlər  kimi  hərəkət  edirlər  və  onların 

yalnız  kənarları  ya  dağılır  yaxud  artır.  Llitosferin  quruluşundan  asılı  olaraq  onun 

okean və qitə hissələri seçilir. 

2. Okeanlar aşağıdakı xüsusiyyətlərə malikdir: 

a. Okean litosferi orta hesabla bir neçə dəfə qitə litosferindən nazikdir və çox 

–çox cavandır. 

b. Astonosfer okean altında maye halındadır, qitələr altında isə demək olar ki, 

o tam kristallaşmışdır. 




Design by Ali Agakishiyev 

 

73 



c. Oekanlarda vulkanizm yalnız əsas tərkiblidir. 

d.  Okean  litosferinin    çökmə  qatı  heç  vaxt  geosinklinal  inkişaf  mərhələsini 

keçmir və qırışıqlıq prosesinə, yüksək temperatutun təsirinə (metamorfizmə) məruz 

qalmır. 


e.  Okeanlar  ilə  qitələr  arasında  sərhəd  dərinlik  yarılmalarından  keçir  və  yer 

səthində hipsoqrafik pillə ilə özünü biruzə verir. 

h.  Okeanlar  nisbətən  yüksək  dərinlik  istilik  axını  ilə  xüsusi  zolaqvari 

(zebrvari)  maqnit  sahəsi  və  qravimetrik  sahəsinin  nisbətən  intensiv  (yüksək 

qiymətli) olması ilə səciyyələnir. 

Ümumi  halda  okeanlar  geosinkilinal  inkişaf  mərhələsinə  məruz  qalmayan 

tektonosferin okean növ yer qabığına malik nəhəng geostruktur elementləridir. 

3. Qitələr aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir: 

a.  Qitə  qabığının  quruluşunda  qranit  qatı  iştirak  edir.  Yalnız  bəzi  hallarda 

qranit  qatı  pazlaşır.  Belə  hallarda  “bazalt  pəncərəsi”  adlanan  bazalt  qatının  çıxışı 

üzərində birbaşa çökmə qatı yatır və bununla əlaqədar qitə massivlərində sırf qitə 

qabığı və keçid qabıq növləri seçilir. Qitə qabığının qalınlığı 30-35 km-dən 70-75 

km arasında dəyişir. Qitələr altında litosferin qalınlığı isə 150-400 km-dir. 

b. Qitələr altında astenosfer kristallaşdığından özünü aydın ifadə etmir. 

c.  Qitələrdə  əsas  və  turş  maqmatizm  inkişaf  edir.  Qitənin  əsas  tərkiblin 

maqmatizmi okeanın əsas tərkibli maqmasından tərkibinə görə fərqlənir. 

d.  Qitə  litosferi  geosinklinal  prosesi,  yəni  geosinklinal  inkişaf  mərhələsi 

hesabına  yaranır.  Bu  proses  böyük  qalınlığa  malik  qranit-metamorfik  qatın 

yaranmasına  səbəb  olur.  Bununla  əlaqədar  qitə  litosferinin  tərkibində  müxtəlif 

yaşlı  qırışıqlıq  əraziləri  ayırmaq  mümkündür,  yəni  Karel  qırışıqlığından  Alp 

qırışılığına qədər. 

O  ərazilərdə  ki,  qırışılıq  prosesləri  çoxdan  qurtarıb,  onlar  artıq  platformaları 

təmsil  edirlər,  cavan  qırışıqlıq  əraziləri  isə  (mezozoy  və  kaynozoy  yaşlı)  müasir 

dağlıq ölkələri təmsil edirlər. 

Beləliklə,  qitələr  tektonosferin  qitə  yaxud  keçid  növ  qabığına  malik 

geosinklinal  prosesi  keçmiş,  yaxud  hazırda  keçməkdə  olan  nəhəng  struktur 

elementləridir. 

Litosferin və ya tektonosferin geostruktur elementləri öz növbəsində ayrı-ayrı 




Design by Ali Agakishiyev 

 

74 



sahələrinin  mütəhərrikliyinə  görə  eləcə  də  tektonegenezin,  metamorfizmin  və 

maqmatizmin  fəal  olan  geosinklinallara  və  çox  az  mütəhərrik  və  digər  yuxarıda 

qeyd  edilən  proseslərin  çox  zəif  yaxud  heç  baş  verməməsi  ilə  səciyyələnən 

platformalara bölünürlər. 



3.Geosinklinal haqqında anlayış və ona məxsus 

formasiyalar

 

Litosferin  yüksək mütəhhərikliyə,  mühüm bölünməyə  və  yüksək keçiriciliyə 

malik  Yer  qavığının  xətti  zonalarına  deyilir.  Geosinklonal  inkişafının  ilk 

mərhələlərində  əsasən  intensiv  enmə,  son  mərhələdə  isə  mühüm  qırışıqlıq  və 

üstəgəlmə deformasiyaları ilə müşaiət edilən intensiv qalxma ilə səciyyələnir. 

Geosinklinal ərazilərin əsas struktur xüsusiyyətləri  

1. Tektonik hərəkətlərin böyül intensivliyə malik olması,  

2. Ərazinim təmamilə qırışıqlığa məruz qalması,  

3.  Qırışıqların  kəskin  inkişaf  etməsi-qanadların  yatım  bucaqlaının  böyük 

qiymətlərə malik, şaquli yaxud çevrilmiş olması,  

4.  Xətti  uzanmiş  qırışıqların  geniş,  antiklinal  və  sinklinalların  sayca  eyni 

miqdarda inkişaf etməsi,  

5. Çöküntü örtüyünün böyük qalınlığa malik olması,  

6. Maqmatik proseslərin və metamorfizmin geniş inkişaf etməsi,  

7. Relyefin kəskin olması,  

8. Əksfay, üstəgəlmə və örtük (şaryaj) növ qırılmaların geniş inkişaf etməsi,  

9. Xüsusi formasiyaların inkişafı.  

Süxur  qatlarında  elə  komplekslər  seçmək  olar  ki,  onlar  oxşar  tektonik  və 

paleocoğrafi  şəraitdə  formalaşsınlar.  Başqa  sözlə  eyni  yaxud  oxşar  paleotektonik 

və  paleocoğrafi  şəraitdə  formalaşmış  eyni  yaxud  müxtəlif  yaşlı  süxurlar 

komplekslərinə  formasiya  deyilir.  Formasiyanın  seçilməsində  aşağıdakı  nişanələr 

əsas götürülür:  

1.  Süxurları  eyni  yolla  və  eyni  paleocoğrafi  şəraitdə  əmələ  gəlməsi  (çökmə 

terrigen, qırıntı, hemogen, vulkanik və b.).  

2.  Süxurların  tərkibi  (rif  əhəngdaşları  formasiyası,  hemogen  əhəngdaşları, 

qlaukonit formasiyaları və s.).  

3.  Tektonil  mənsubiyyəti  (geosinklinal,  platforma  və  kənar  çökəkliklərə 

məxsus).  

4. Şaquli tektonik hərəkətlərin göstəricisi olan formasiyanın qalınlığı,  

5. Müəyyən növ fayfalı qazıntıların bu və ya digər formasiyalara bağlıllğı (daş 

kömürün, duzun, neftin, qazın, dəmirin və s.). 

Geosinklinallara xas olan formasiyalar aşağıdakılardır: 

I. Geosinklinalın inkişafının ilk mərhələsində: 

1.  Ofiolit  (qabbro)  spilit-diabaz-perisptit  formasiyası-silisli  süxurlar  və 

tufların əsas tərkibli lavalarla növbələşməsinin mürəkkəb kompleksindən ibarətdir.  

2.  Əsas  və  orta  tərkibli  (bazalt  və  andezitlərdən)  lavaların  əmələ  gətirdiyi 

formasiya.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə