Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   18   19   20   21   22   23   24   25   26

Design by Ali Agakishiyev 

 

80 



 

 

X. AEROFOTPLANALMA HAQQINDA ANLAYIŞ 

 

Yer  səthinin  kosmosdan  tədqiq  olunması  (yer  səthinin  təxmini  şəklinin 

çəkilməsi) xalq təsərüfatının ayrı-ayrı sahələrində: torpaq işlərində, meşə sənaye-

sində, geodeziya və geologiya işlərində, balıqçılıq sənayesində və s. geniş istifadə 

edilir.  Aerofotosxemlərin  geoloji  işlərdə  tətbiqi  onların  yüksək  dəqiqliyini  tələb 

edir. 


1.

 

A

erofotomaterialların növləri

 

Geoloji  xəritəalmada  aerofotomaterialların  aşağıdakı  növlərindən  istifadə 

olunur: 

1. Aerofotosxemlər; 

2. Müxtəlif aeroplan və xəritələr; 

3. Kontakt səthlərinin əksi; 

4. Aerofotoşəkil və sxemləri birləşdirilməsi. 

Sxemlər öyrənilən  yerin əksini  təsvir  edir. Aerofotosxemlər trapesiyalar üzrə 

aşağıdakı miqyaslarda tərtib olunurlar: 1:250001:50000 və ya 1:100000

Aeroplan və xəritələr topoqrafik xəritəyə verilən tələblərə uyğun hazırlanırlar, 

dəqiq miqyasda Yer səthinin əksini verir. Lakin onların hazırlanması çox vaxt tələb 

etdiyinə  görə  baha  başa  gəlir.  Kontakt  səthləri  əksinin  çəkilməsi  də  materialların 

növünə daxildir. Geoloji tədqiqatlarda bu növdən daha çox istifadə edilir. 

Aeroşəkil  və  sxemlərin  birləşdirilməsindən  deşifrələnmədə  geniş  istifadə 

olunur.  Bunun  üçün  planalmaya  daxil  olan  trapesiyalar  ardıcıl  nömrələnərək  elə 

düzülür ki, aerofotoşəkillər çəkilən sahənin planını düzgün əks etdirir. Birləşdirici 

sxemlər  ixtiyari  miqyasda  hazırlanırlar  və  onların  üzərində  trapesiyaların 

nomenklaturası, yaşayış məntəqələrinin adı, iri çaylar, göllər, yüksək dağlıqlar və 

s. dayaq nöqtələri verilməlidir. Belə sxemlər istənilən kontakt əkslərini və onların 

yerini düzgün təyin etməyə imkan verir. 



2.

 

Aerofotoplanalmanın xassələri

 

Aerofotoplanalma iki üsulla aparılır: 

1. Aeroplanalmanın təsviri;     2. Perspektivli aerofotoşəkillərin təsviri. 

Planlı  xəritəalmada  fotoaparatın  optik  oxu  Yer  səthinə  perpendikulyar 

istiqamətləndirilir,  perspektivli  xəritəalmada  isə  maili  vəziyyətdə  olur.  Planlı 

fotoşəkillərin  çəkilməsində  miqyas  eyni  götürülür,  perspektiv  planalmada  isə 




Design by Ali Agakishiyev 

 

81 



müxtəlif  nöqtələrdə  fotoşəkillərin  təsviri  müxtəlif  miqyaslarda  olur.  Planlı 

xəritəalmada  yer  şəbəkələri  kvadrat,  perspektivli  təsvridə  isə  trapesiya  şəklində 

olur. Geologiyada ən çox planlı aeroplanalmadan istifadə edilir. Fotoaparatın optik 

oxu planalma vaxtı 3°-dən artıq əyilməməlidir. 

 

 

3.



 

Aerofotomaterialların deşifrlənməsinin əsasları

 

Aerofotomaterialın  deşifrlənməsi  dedikdə,  ayrı-ayrı  obyektlərin  təsviri 

nəzərdə  tutulur.  Deşifrlənmə  topoqrafik,  geoloji  və  ya  başqa  məqsədlə  aparılır: 

Deşifrlənmə  aparakən  öyrənilən  obyektin  xassəsini  xarakterizə  edən  əlamətlərin 

təyinindən istifadə edilir. Üç əsas deşifrlənmə növü vardır: 

1. Etalon fotoşəkillərin müqayisəsi; 

2.  Bir  fotoşəkil  daxilində  obyektlərin  (nöqtələrin)  tutuşdurulması  və 

müqayisəsi; 

3.  Məntiqi  interpretasiya  (məntiqi  mühakimə-bu  bəzən  obyektlərin 

müqayisəsində düzgün nəticə verir). 

Texnikasına görə deşifrlənmə üç növə bölünür: 

1. Vizual (adi gözlə) deşifrlənmə; 

2. Yarımalətli deşifrlənmə (lupa, stereoskop); 

3. Alətli deşifrlənmə (xüsusi cihaz və alətlər). 

Geoloji  işlərdə  əsasən  vizual  və  yarımalətli  deşifrlənmədən  geniş  istifadə 

olunur. 

Əşyaları  aerofotoşəkillərdə  müəyyən  edən  deşifrlənmə  əlamətləri  iki  yerə 

bölünür: 

1. Əsas əlamətlər (forma, ölçü, ton, gölgə və s.); 

2. Köməkçi əlamətlər (əşyaların sayı, yerləşdiyi yer və aralarındakı məsafə və 

s.).  


Əşyaların forması aerofotoşəkildə ortoqonal proyeksiyaya yaxın təsvir olunur. 

Aerofotoşəkilin  kənarlarında  yüksək  qiymətli  nöqtələr  bir  qədər  mərkəzdən 

meyllənmiş vəziyyətdə əks edilir. 

Aerofotoşəkildəki əşyanın şəkildəki ölçüsünün miqyasa görə qiymətinə onun 



ölçüsü deyilir  və    

L=lm  

düsturu ilə təyin olunur.  Burada: L-əşyanın yerdəki 



ölçüsü; l-əşyanın aerofotoşəkildəki ölçüsü; m-miqyasa görə qiymətidir. 

Əşyanın  ölçüsü  aerofotoşəkillərin  deşifrlənməsində  mühüm  rol  oynayır. 

Əşyanın ölçüsü aerofotoşəkillərdə lupanın köməyi ilə ölçü şkalası ilə hesablanır. 

Aerofotoşəkillərdə təsvirlərin açıqdan qaraya qədər göstərilmə dərəcəsinə ton 

deyilir.  Ton  müxtəlif  səbəblərdən,  (məsələn,  obyektin  açıqlığı,  rəngi, 

fotoşəkilçəkmənin şəraiti, şəkil çəkilən materialları və s.) asılıdır. Obyektin açıqlığı 




Design by Ali Agakishiyev 

 

82 



günəş şüasının təsiri ilə əlaqədardır. Maksimum açıqlıq günəş şüası düşən tərəfdəki 

səthlərdə olur. 

Obyektin rəngi ona düşən işığın rəngindən və əşya səthinin şüaları əksetdirmə 

qabiliyyətindən asılıdır. Məlumdur ki, obyektin səthinə düşən günəş şüalarının bir 

hissəsi  udulur,  bir  hissəsi  isə  əks  olunur.  Əks  olunan  şüalar  müəyyən  rəngdə  olur 

və    obyektin  rənginin  xarakterizə  edir.  Əşyanın  müxtəlif  rəngləri  təmamilə  rəngli 

aeroşəkillərə verilir. 

Kölgə əşyanın işıqlanmayan sahəsinə deyilir. Kölgədən də deşifrləmə əlaməti 

kimi istifadə edilir. Bu əlamət sərt relyef formalarını (qayalıq, uçqun sahələr və s.) 

yaxşı  deşifrlənməyə  imkan  verir.  Bəzən  də  kölgə  deşifrlənməyə  mənfi  təsir 

göstərir, yəni sərt relyefin kölgəsi böyük sahəni tutaraq planalmaya pis təsir edir. 

Təbiətdə  müxtəlif  əşya  və  hadisələr  qarşılıqlı  münasibətdədir  və  bundan 

köməkçi  əlamətlər  meydana  gəlir.  Bunlar  əşyaların  deşifrlənmə  vaxtı  əsas 

əlamətləri  tamamlayır  (məsələn:  çayla  yolun  kəsişmə  yerində  körpü  qeydə  alınır, 

tünd qara fonda ağ zolağın uzanması çayın axması ilə izah olunur və s.). 



4.

 

Deşifrlənmədə işlədilən cihaz və alətlər

 

Çöl  şəraitində  geoloji  tədqiqat  zamanı  aerofotoşəkilləri  deşifrləyərkən 

güzgülü-linzalı  stereoskop,  aeroşəkilləri  deşifrləyən  lupa,  etalon  şəkillər,  pərgar, 

parallaksometr,  tuş,  karandaş,  qələm,  pampıq  və  s.  cihaz  alət  və  ləvazimadan 

istifadə olunur. 

 

5.



 

Topoqrafik elementlərin deşifrlənməsi

 

Aerofotoşəkillərdə obyektlərin topoqrafik deşifrlənməsi dedikdə, onların ayrı-

ayrı topoqrafik əlamətlərinin şərti işarələri nəzərdə tutulur. 

Aerofotoşəkillərdə göstərilən topoqrafik elementlərin xarakteristikası. 

Relyef—aerofotoşəkillərdə əksərən vizual deşifrlənir. 

Düzənliklər—kiçik  relyeflə  və  nadir  hallarda  çay  şəbəkəsi  ilə  xarakterizə 

olunur.  Bəzən  isə  onlarda  nə  relyef  və  nə  də  çay  şəbəkəsi  olmur  ki,  bu  da 

düzənliklərin  monoton  alınmasına  səbəb  olur.  Təpəliklərlə  xarakterizə  olunan 

düzənliklər kolluq və meşə ilə örtülür, bu isə deşifrlənmə vaxtı nəzərə alınmalıdır. 

Çaylar, çay dərələri və digər elementlər deşifrlənərkən yamacın xarakteri, terraslar, 

su ayrıcları və s. öyrənilməlidir. Çayların axma istiqamətinin təyin edərkən onlara 

birləşən  qolların  tutduğu  vəziyyət,  çay  dərələrinin  getdikcə  kiçilməsi  və  s. 

əlamətlər nəzərə alınmalıdır. 

Dağlıq  relyef—müxtəlif  yüksəklikdə  olur,  odur  ki,  yüksəkliklərin  yamacları 

dik,  çay  dərələri  isə  ensiz  alınır.  Dağlıq  relyerfi  deşifrlənərkən  su  ayrıclarının 

formasına, yamaclara, dərələrə, uçqun sahələrinə diqqət yetirmək lazımdır. 

Sulu  sahələr—tünd  və  açıq  rəngdə,  məsələn,  dərin  və  sakit  su  hövzələri—




Design by Ali Agakishiyev 

 

83 



göllər, iri çaylar tünd və kiçik, dayaz hövzələr, çaylar isə açıq rəngdə göstərilir. İri 

su hövzələrinin sahil xətti yaxşı seçilir. Dağ və səhra çayları açıq tonda əks olunur. 

Çayların  axım  istiqamətinin  təyini  isə  çox  çətindir.  Bunun  üçün  çaylarası 

adacıqların formasından istifadə edilir. Belə ki, adaların iti ucu axın istiqamətində 

yönəlir. 

Meşələr—tünd dənəvər təsvirdə, ağac olmayan sahələr isə açıq rəngdə və düz 

xətlə ayrılır. 

Yaşayış  məntəqələri—tikilməsindən  asılı  olaraq,  həndəsi  formalarda 

deşifrlənir,  tikilinin  tipi,  miqdarı  və  vəziyyəti  ilə  xarakterizə  olunurlar.  Adətən, 

yaşayış məntəqələrinə əkin, bostan sahələri və bağlar birləşmiş olur və bu sahələr 

açıq fonda qara nöqtələrlə göstərilir. 

Yollar-—üxtəlif ölçülərdə, ağ xətlə verilir. Dəmir yollar şose yollarından düz 

xətliliyi,  dayanacaqlarda  enişin  genişlənməsi  və  yol  kənarlarında  yaşayış 

məntəqələrinin  olması  ilə  fərqlənir.  Torpaq  yollar  əyriliyi  və  şaxələnməsi  ilə 

seçilir. 

Körpülər—təsvir və  kölgələrin eninin dəyişməsinə görə deşifrlənir. 

Torpaq örtüyü—düzxətli sərhədlərlə ayrılır. Bataqlıqlar bozumtul tonda olub, 

tünd ləkələrlə xarakterizə olunur. 



6.

 

Aerofotoşəkillərin geoloji deşifrlənməsi

 

Aerofotoşəkil materiallarını deşifrləyərkən elə obyektlər ayrılır ki, onları şərti 

geoloji işarələrlə göstərmək mümkün olur. Aerofotoşəkillərin geoloji deşifrlənməsi 

geoloqa aşağıdakı məsələləri həll etməyə imkan verir: 

1. Müşahidə nöqtələrinin dəqiq və rasional yerləşdirməyə; 

2.  Yer  səthinin  adi  geoloji  müşahidələrlə  müəyyən  edilə  bilməyən 

xüsusiyyətlərinin öyrənməyə: 

3. Bir neçə obyektdə eyni vaxtda tədqiqat aparmağa; 

4.  Marşurutlar  üzrə  və  marşurutlararası  sahələrdə  geoloji  və  geomorfoloji 

müşahidələr aparılmasına; 

5.  Tədqiq  olunan  yerin  geoloji  və  geomorfoloji  xüsusiyyətləri  haqqında 

vaxtından əvvəl məlumat əldə etməyə; 

6. Tədqiq olunan yerin açıqlıq dərəcəsini müəyyən etməyə və s. 

Geoloji  xəritələrin  dəqiq  və  düzgün  tərtib  olunmasında  aerofotomaterialların 

böyük əhəmiyyəti vardır. 

7.

 

Geoloji obyektlərin əksolunma dərəcəsi

 

Aerokosmik  üsulların  tətbiq  olunma  səmərəliyi  rayonun  təbii  şəraitindən, 

tədqiqat işinin vəzifəsindən asılıdır. 

Rayonun  yaxşı,  orta,  zəif  və  pis  deşifrlənmə  dərəcəsi  dedikdə,  geoloji 

obyektlərin  aerofotoşəkillərdə  əks  olunması  nəzərdə  tutulur.  Geoloji  əksolunma 



Design by Ali Agakishiyev 

 

84 



geoloji  obyektlərin  quruluşundan,  relyefin  xarakterindən,  süxurların  açıqlığından, 

bitki  və  müasir  kontinental  tip  törəmələrin  örtüyündən  və  insan  fəaliyyətinin 

izindən asılıdır. 

Relyef  nə  qədər  sərt  xarakterdə  olursa,  orada  aeroüsulların  tətbiqi  də  bir  o 

qədər  səmərəli  olur.  Uzun  müddət  aşınma  prosesinə  məruz  qalan  düzən 

vilayətlərdə  isə  aerokosmik  üsullardan  istifadə  etmək  səmərəli  deyildir.  Çünki 

alınan aerofotoşəkillər monotonda olub çox pis deşifrlənir. 

Süxurların  açıqlıq  dərəcəsi  fotoşəkillərin  deşifrlənməsində  mühüm  rol 

oynayır. Deşifrlənmə ilə süxurların açıqlıq dərəcəsi arasında birbaşa asılılıq vardır.  

Lakin  bəzən  yaxşı  açıq  olan  rayonlar  fiziki-coğrafi  landşaftla  xarakterizə 

olunmadığı  üçün  pis  deşifrlənən  rayonlar  qrupuna  aid  edilir.  Çünki  fiziki-coğrafi 

landşaftların  əlamətlərini  əks  etdirən  materiallar  olmadıqda  süxurların  açıqlığını 

aerofotoşəkillərdə öyrənmək çətin olur.  

Rayonun geoloji quruluşunun xüsusiyyəti aerokosmik üsulların tətbiq olunma 

səmərəsinə  əsasən  təsir  göstərir.  Tektonik  quruluşca  mürəkkəb  və  süxurların 

litaloji  tərkibi  müxtəlif  olan  rayonlar  aeroüsullarla  öyrənilərkən  daha  yaxşı  nəticə 

verir. 

Bitki örtüyü geoloji strukturların öyrənilməsinə iki cür təsir edir. Bir tərəfdən 



bitki  örtüyü  geoloji  strukturları  basdırır  və  onları  yaxşı  deşifrlənməyə  imkan 

vermir, digər tərəfdən isə bitki örtüyü ilə süxurların tərkibi arasında qarşılıqlı əlaqə 

vardır ki, bu da geoloji quruluşu deşifrləməyə imkan verir.  

Qırılma  xətti  boyu  bitkilərin  növ  tərkibi  dəyişilir  ki,  bu  da  torpağın 

nəmlənməsi  ilə  əlaqələndirilir.  Bitki  örtüyü  düz  ştokları  ilə  əlaqədar  strukturları 

deşifrləndikdə yaxşı nəticə verir. Düz ştokları üzərində bitki növü xüsusi kimyəvi 

tərkib  ilə  xarakterizə  olunur.  Həmin  bitkilər  ovalşəkilli  formada  düz  ştoklarını 

əhatə edir ki, bu da aerofotoşəkillərdə yaxşı deşifrlənir. 

Müasir kontinental  tip törəmələr (delüvial,  ellüvial,  eol  və s.) süxurlar  əksər 

hallarda örtür. Lakin bəzi rayonlarda aerofotoşəkillərdə qum çöküntülərinin altında 

gizlənən  süxurlar  yaxşı  təsvir  edilir.  Ellevial  torpaqların  altında  olan  süxurların 

tərkib və strukturu da pis əks olunmur. 

Kimyəvi  aşınma  geniş  yayılan  rayonların  torpaqları  süxurların  xassələrini 

özündə  pis  saxlayır.  Subtropik  zonalarda  da  süxurların  torpağa  təsiri  yox 

dərəcəsindədir. Quru iqlimdə torpaq əmələgəlmə prosesi zəif getdiyi üçün süxurlar 

aerofotoşəkillərdə yaxşı təsvir edilir. 

Delüvial  və  eluvial  örtüklərin  qalınlığı  da  süxurların  aerofotoşəkillərdə  əks 

olunmasına təsir edir. Allüvial-delüvial törəmələrin qalınlığı az olduqda süxurların 

əksolunma dərəcəsinə, demək olar ki, maneçilik törətmir. 

İnsan  fəaliyyətinin  izləri.  Torpağın  şumlanması  və  əkilməsidə  geoloji 




Design by Ali Agakishiyev 

 

85 



strukturların  dəqiq  təsvirinə  mənfi  təsir  edir.  Torpaqların  sistematik  əkinə 

hazırlanması əksər deşifrlənmə əlamətlərini məhf edir. 

8.

 

Deşifrlənmə əlamətləri



 

Geoloji deşifrlənmədə həm əsas, həm də köməkçi əlamətlərdən istifadə edilir. 

Aerofotoşəkillərdə geoloji deşifrlənmənin mürəkkəbliyi obyektlərin müxtəlifliyi və 

təsvirlərin dəyişkənliyi ilə izah olunur. 



Əsas geoloji deşifrlənmə əlamətlərinə:  həndəsi forma, ölçü, ton (rəng),relyef 

səthinin  şəkli  və  mikrorelyef  daxildir.  Həndəsi  əlamət  dedikdə,  sərhədlərin 

xarakteri,  sahənin  konfiqurasiyası,  formanın  həcmi  nəzərdə  tutulur.  Obyektlərin 

ölçülərinin təyini topoqrafik deşifrlənmədə olduğu kimidir. 

Yer  səthindəki  müxtəlif  rəngli  süxurlar  bu  və  ya  digər  forma  və  dərəcədə 

geoloji  obyektlərin  aerofotoşəkillərdəki  təsvirlərində  öz  rəngini  əks  etdirir. 

Aeromateriallarda  relyefin  şəkli  geoloji  quruluşa  və  geomorfoloji  xüsusiyyətlərə 

tamamilə  tabe  olur.  Əksər  hallarda  aerofotoşəkillərdə  özünəməxsus  və  yaxşı 

göstərilən  relyef  struktur  xüsusiyyətlərlə,  süxurların  litoloji  tərkibi,  fiziki 

xüsusiyyətləri və ya genetik formalaşma şəraiti ilə əlaqədardır. 

Relyef şəklinin xüsusiyyətləri tək kompleks süxurlarla deyil, həm də ayrı-ayrı 

çat və horizontlarla (mikrorelyeflə) xarakterizə olunur. 

Köməkçi  geoloji  əlamətlərə  isə  bitki  örtüyünün  xarakteri,  rəng,  torpaq, 

relyefin xüsusiyyətləri, torpağın nəmliliyi və s. aid edilir. 

9.

 



Rəngli aerofotoşəkillərin tətbiqi

 

Rəngli  aerofotoşəkillərin  çəkilməsi  Yer  səthinin  və  eləcə  də  süxurların 



rənginin  tamamilə  real  əks  etdirir.  İri  miqyaslı  aeroplanalmada  rəngli 

aerofotoşəkillərin çəkilməsi daha yaxşı nəticə verir (1:15000; 1:5000 və 1:3000). 

Rəngli aerofotoşəkillər adi aerofotoşəkillərdən özünün bir neçə üstünlüyü  ilə 

fərqlənir.  Rəngli  aerofotoşəkillər,  xüsusilə  süxurların  yaxşı  açıqlığı  olan 

sahələrində yüksək səmərəlidir. 

Rəngli aerofotoşəkillərdə rənginə görə yaxşı seçilən laylardan birini «markir» 

qəbul  etməklə  geoloji  strukturu  yaxşı  deşifrələmək  mümkündür.Rəngli 

aerofotoşəkillər geoloji obyektlərin təsvirini təbii şəkildə əks etdirir. Buna kağızın 

keyfiyyəti,  çəkilən  şəkillərin  çıxarılma  texnologiyası  və  aeroplanalmanın  apardığı 

şərait də təsir göstərir. 

Aerofotoşəkillərin  səmərəliliyini  yüksəltmək  üçün  spektrozonal  fotoqrafiya 

üsulu işlədilir. Bu üsul rənginə görə çox az fərqlənən təbii obyektlərin təsvirini çox 

yaxşı verir. 



 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə