Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   18   19   20   21   22   23   24   25   26

Design by Ali Agakishiyev 

 

75 



3. Turş lavalar (əsasən liporitlər) formasiyası.  

II. Geosinklinalın inkişafının orta mərhələsi:  

1. Yaşəm formasiyası-yaşəm, qumdaşı, tuf və gilli şistlərdən ibarətdir.  

2.  Aspid  yaxud  qrauvakka  formasiyası  (  pis  yaxud  heç  çeşidlənməmiş  gil 

qarışığı  ilə  qum)-qrauvakka  qumdaşlarının  və  şistlərin  üstünlük  təşkil  edən 

vulkanik və silisli süxurların növbələşməsindən ibarətdir.  

3. Fliş formasiyası-qumdaşı, əhəngdaşı, alevrolit, mergel, gil və s. süxurların 

nazik qatlarının tez-tez ritmik növbələşməsindən ibarətdir.  

4.  Gilli  şistlər  formasiyası-  əsasən  gilli  şistlərdən  yaxud  argillitlərdən  və 

nisbətən seyrək alevrolit və qumdaşı araqatlarının növbələşməsindən ibarətdir.  

5. Cesplit formasiyası- dəmir filizi (hematit), silisli süxurlarından  və dəmirli 

kvarslarından ibarətdir. 

6.  Gilli  əhəngdaşları,  mergellər  və  rif  əhəngdaşları  formasiyası-əhəngdaşı, 

mergel və bəzən gil və dolomitlərin növbələşməsindən ibarətdir. 

7.  Spilit-bazalt  qrupuna  aid  olan  albitləşmiş  diabaz  (sualtı  püskürmələr 

zamanı yaranır). 

8.  Keratofir-qədimdə  püskürülmüş  porfir  strukturlu  effuziv  süxurlar  (Na-çöl 

şpatları albit) ilə zəngin süxurlar. 

III. Geosinklinal inkişafının son mərhələsi: 

1.Molass  formasiyası-boz  və  qırmızı  rəngli  qırıntılı  süxurlardan  və  qismən 

qitə yaxud sahilyanı-dəniz mənşəli əhəngdaşlarından ibarətdir. 

Qeyd:  Qrauvakka-sement  materialı  ilə  zəngin  olan  əsas  tərkibli  maqmatik 

süxurların  qırıntılarından  ibarət  qumdaşları  yaxud  qumlardan  ibarətdir.  Son 

zamanlar  Qrauvakka  altında  müxtəlif,  o  cümlədən  çökmə  süxur  qırıntılarından 

ibarət müxtəlif qumlar nəzərdə tutulur. 

Yaşəm-çökmə  mənşəli  silisli,  sərt,  qeyri-şəffaf  süxurdur  (kvars  və 

xalsedondan ibarətdir). 

Geosinklinal  vilayətlər  yanaşı  platformaları  ayıra  məkanda  inkişaf  edirlər. 

İnkişafı qurtarmış geosinklinal vilayətlərdə quruluşu və inkişafı fərqli olan hissələr 

seçirlər. Sonunculara aşağıdakılar aiddirlər:  

 



Design by Ali Agakishiyev 

 

76 



Meqaantiklinoium  və meqasinklinoriumlar; antiklinorium  və sinklinoriumlar; 

aralıq  massivlər  (dağarası  çökəkliklər),  kənar  çökəkliklər,  dərinlik  yarılmalar 

zonaları və s. 

 

Geosinklinal  vilayətlər  daha  kiçik  struktur  vahidlərə-geosinklonaı  sistemlərə 



bölünürlər.  Məsələn:  Böyük  Qafqazın  geosinklinal  sistemi.  Geosinklonal 

sistemlərin  inkişafının  nəticəsi  onların  mürəkkəb  qırışıqlıq  elementlərinə-

meqaantiklinorium  (Böyük  Qafqaz)  və  meqasinklinoriumlara  (Küryanı  çökəklik) 

bölünməliləridir.  

Geosinklinal uzunmüddətli  enməyə məruz qaldığından  onda böyük qalınlığa 

malik çökmə və vulkanogen mənşəli süxurlar toplanan çökəklikdir. Geosinklinallar 

müxtəlif lakin əsasən uzun və ensiz formada olurlar. Beləliklə, geosinklinallar öz 

inkişafında aşağıdakı xüsusiyyətləri ilə səciyyələnirlər:  

1. Şaquli hərəkətlərin əsasən mənfi işarəli, yəni enmə xüsusiyyətli olmaları,  

2. Çökmə və vulkanogen süxurların böyük qalınlığa malik olmaları,  

3. Əsasən narındənəli süxurların inkişaf etməsi,  

4.  Stratiqrafik  kəsilişin  daha  tam  olması,  yəni  uzun  müddətli  fasilələrin  və 

kəskin uyğunsuzluqların olmaması.  

Geoantiklinal  geosinklinala  əka  olan  müsbət  işarəli  və  iki  geosinklinalı  bir-

birindən  qırılmalar  vasitəsilə  ayıran  strukturdur  və  aşağıdakı  xüsusiyyətlərə 

malikdirlər: 

1.  Mənfi  işarəli  şaquli  hərəkətlərin  müsbət  işarəli  hərəkətlərdən  az  üstünlüyə 

malik olması,  

2. Çökmə və vulkanogen süxurların kiçik qalınlığa malik olması, 

3. Əsasən kobuddənəli  süxurların inkişaf etməsi, 

4.  Çox  saylı  fasilə  və  uyğunsuzluqlara  malik  az  qalınlıqlı  kəsilişlərə  malik 

olması. 


Geosinklinal  vilayətlər  qırışıqlığa  məruz  qaldıqdan  sonra  geosinklinal  və 


Design by Ali Agakishiyev 

 

77 



geoantiklinal münasib olaraq sinklinorium və antiklinoriumlara çevrilirlər. 

Sinklinorium  dedikdə  en  kəsimdə  böyük  sinklinala  bənzər  antiklinal  və 

sinklinalların  mürəkkəb kompleksi nəzərdə tutulur. Antiklinorium isə  en kəsimdə 

böyük antiklinala bənzər antiklinal və sinklinalların mürəkkəb kompleksidir. 

Sinklinoriumm  bir  növü  dağarası  çökəklikdir.  Bu  strukturlar  geosinklinal 

vilayətin inkişafının son-orogen mərhələsində formalaşırlar. Bu çökəkliklər adətən 

onları  əhatə  edən  antiklinoriumlardan  iri  qırılmalarla  yaxud  qırılmalar  sistemi  ilə 

ayrılırlar. Bu çökəkliklər adətən turş, qələvi, vulkanogen və molass formasiyalarla 

doldurulmuş olurlar. 

 Onların kəsilişlərinin aşağı hissəsini dəniz mənşəli xırda 

qırıntılı  çöküntülər  (gil,  elvrolit,  narın  dənəli  qum,  əhəngdaşları,  aşağı  molass 

formasiyası)  və  vulkanogen  turş,  qələvi,  yəni  porfir  formasiyası  təşkil  edir. 

Yuxarıda  isə  laqun  çöküntüləri,  daşkömür  yaxud  duz  qatları  və  qırmızı  rəngli 

kontinental  mənşəli  kobud  dənəli  süxurlardan  ibarət  üst  molass  formasiyası  yatır. 

Bu struktur elementlərə misal olaraq Küryanı çökəkliyi göstərmək olar. 

 

4.Platforma (kraton) 

Platforma  –  litosferin  intruziv,metamorfizm  və  qırışıqlıq  prosesləri  ilə 

konsolidə  edilmiş,tangensial  hərəkətlərin  təsirinə  məruz  qalmayan  nisbətən  sabit 

konsolidə olmuş iri qaymalardır. 

Platformanın əsas xüsusiyyətləri 

-Tektonik  və  yalnız  şaquli  hərəkətlərin  zəif  baş  verməsi,tangensial  (üfüqi), 

hərəkətlərin isə baş verməməsi 

-Qırışıqların  əsasən  izometrik  və  qısa  braxiformaya  malik  olması,çox  zəif 

inkişaf  etməsi,yəni  qanadlarının  yatım  bucaqları  əksər  hallarda  ilk  dərəcələrlə  və 

ya hətta dəqiqələrlə ölçülməsi 

-Fasiləli  qırışıqlığın  inkişaf  etməsi  və  sayca  müsbət  işarəli  qırışıqların 

üstünlük təşkil etməsi 

-Çöküntü örtüyünün nisbətən zəif inkişaf etməsi 

-Maqmatik  və  metamorfik  proseslərin  baş  verməməsi  və  ya  çox  zəif-əsas 

tərkibli layvari intruziyaların inkişaf etməsi 

-Relyefin sakit,yəni düzən xüsusiyyətli yaxud təpəlikdən ibarət olması 

-Qırılmaların  zəif  inkişaf  etməsi  və  əsasən  fay  tipli  olması,üstəgəlmə  və 

örtüklərin inkişaf etməməsi 

-Özünəməxsus formasiyaların inkişafı 

 

Platforma formasiyaları 

1)

 

Karbonat  və  qlaukonitli-karbonat  formasiyası-üzvi  və  hemogen 



mənşəli  əhəngdaşları,qlaukonit  qarışığı  olan  mergel,dolomitlərdən  və  nisbətən  az 

miqdarda  gilli  süxurlardan  ibarətdir.Bu  formasiyalar  açıq  dəniz  və  laqunlarda 

formalaşırlar. 

2)

 



Qırmızı  rəngli  qumdaşı  və  halogen  formasiyası  –qırmızı  rəngli 

qumdaşı,Argillit  və  konqlomeratların,duzlar,gips  və  dolomitlərlə  fasial  əvəz 

olunmalarından ibarətdir. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə