Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Design by Ali Agakishiyev 

 

56 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Design by Ali Agakishiyev 

 

57 



 

Vll. ÇAT VƏ ÇATLILIQ 

 

1.Çat və çatlılıq haqqında anlayış 

 

Çatlılıq yaxud çatlar sistemi dedikdə, hər hansı bir məkanı mürəkkəbləşdirən 

eyni mənşəli çatlar asossasiyası nəzərdə tutulur. 

 

Çatlar aşağıdakı elementləri ilə səciyyələnir: 



1)

 

Çat səthi- cismin yaxud süxurun bütövlüyünü pozan səth; 

2)

 

Çatın qanadları yaxud divarları; 



Çatların divarlarının aralanma dərəcəsinə  görə təsnifatı: bu təsnifata əsasən 

çatlar üç növə ayrılır: 

1)

 

Açıq çatlar- belə çatların divarları  bir-birindən nisbətən aralı  olurlar, 



bu  səbəbdəndə  belə  çatlar  asanlıqla  adi  gözlə  seçilir.  Divarlararası  boşluq  isə 

adətən törəmə məhsullarla doldurulur. 

2)

 

Qapalı  çatlar-  bu  növ  çatlarda  divarlar  qapalı  olur,  laki  çatın  özünü 



adi gözlə görmək mümkün olur. 

3)

 



Gizlin çatlar- belə çatlarda divarlar bir-birinə o dərəcədə kip qapanmış 

olurlar  ki,  belə  çatları  adi  gözlə  görmək  mümkün  deyil.  Belə  çatları  seçmək  üçün 

cisim yaxud süxurun səthlərini islatmaq yaxud mikroskop altında müşahidə etmək 

olar. 


Çat  səthinin  vəziyyətinə  görə  çatların  təsnifatı:  çat  səthinin  fəza  vəziyyəti 

qırılma səthində olduğu kimi onun yatım elementləri ilə təyin olunur. Bu təsnifata 

əsasən çatlar aşağıdakı növlərə bölünür; 

1)

 



Üfüqi çatlar- çat səthinin yatım bucağı 0-10

o

 bucağ arasında dəyişir. 



2)

 

Az maili çatlar- çat səthinin yatım bucağı 10-30



o

 bucağ arasında dəyişir. 

3)

 

Maili çatlar-çat səthinin yatım bucağı 30-65



o

 bucaq arasında dəyişir. 

4)

 

Dik çatlar-çat səthinin yatım bucağı 60-86



o

 bucaq arasında dəyişir. 

5)

 

Şauqli çatlar-çat səthininvəziyyəti 86-90



o

 bucaq arasında dəyişir. 

 

Çatlar öz mənşələrinə görə ilkin və törəmə növə bölünürlər: 



İlkin  çatlar-adətən  süxur  əmələgəldiyi  zaman  yaranırlar.  Məs:  çökmə 


Design by Ali Agakishiyev 

 

58 



mənşəli  süxurlar  diagenez  zamanı,  yəni  çöküntünün  susuzlaşaraq  süxura  keçdiyi 

zaman  (gillərin  argillitə  çevrildiyi  zaman)  onlarda  çatlar  şəbəkəsi  yarana  bilər, 

yaxud maqmanın yer qabığına daxil olduğu və yaxud yer səthinə çıxdığı hallarda 

soyuduğu zaman o çatlar şəbəkəsi ilə mürəkkəbləşə bilər. Yer səthinə çıxdığı halda 

isə  nəm  iqlimdə  yaxud  yağış  yağdığı  halda  həmin  maqmaya  təsir  edərək  onlarda 

çatlar şəbəkəsi yaranmış olur. 

Maqmatik  və  çökmə  mənşəli  yaranan  çatlar  əsasən  aşağıdakı  növlərə 

bölünür: 

 

1.Uyğun  çatlar  (abc;  a′b′c′)-əgər  çatlar  laylanma  səthinə  uyğun  yatarlarsa, 



yəni çatın səthi ilə laylanma səthi bir-birinə paralel olursa buna uyğun çatlar deyilir 

2.Paralel  (uzununa)  çatlar  (ghi;  g′h′i′)-bu  növ  çatların  səthi  laylanma  səthinə 

paralel olur, lakin yatım bucağı laylanma səthinin yatım bucağındam fərqli olur. 

3.Eninə  çatlar  (def;d′e′f′)-belə  çatlarda  çat  səthi  laylanma  səthinə  təxminən 

perpendikulyar olur. 

4.Çəpinə  çatlar  (klm;  k′l′m′)-bu  növ  çatların  çat  səthinin  uzanma  istiqaməti 

lay səthinin uzanma istiqaməyi ilə 86

o

 –dən kiçik bucağ təşkil edir. 




Design by Ali Agakishiyev 

 

59 



 

Maqmatik  süxurlarda  çatlar  eyni  zamanda  deyilənlərdən  fərqli  şəkildə  də 

inkişaf edə bilərlər. Məs: çoxbucaqlı sütunvari şəkildə və b. 

Çökmə mənşəli süxurlarda onların tərkibindən asılı olaraq özünəməxsus çatlar 

şəbəkəsi yaranır. Məs: əhəndaşında yaranan çatlar şəbəkəsində bir-birinə paralel və 

şaquli  istiqamətdə  inkişaf  edirlər.  Qumdaşında  isə  çatların  fəza  vəziyyəti  ixtiyari 

ola bilər, bu səbəbdəndə onlar bir sıra hallarda bir-birilərini ilə kəsişirlər. 

Mergel  və  dolomitlərdə  isə  yaranan  çatlar  çoxbucaqlı  şəklində  olurlar.  Bu 

baxımdan mergel və dolomitdə yaranan çatlar öz morfologiyasına görə maqmatik 

süxurlarda  yaranan  çoxbucaqlı  çatlara  oxşayırlar.  Lakin,  maqmatik  süxurlarda 

inkişaf edən çatlar bir sıra hallarda süxurub bir sıra hissəsi onun əsas kütləsindən 

ayırmış  olurlar.  Belə  süxur  hissələrinə  ayrılma  deyilir.Çökmə  mənşəli  süxurlarda 

isə  çatların  yayılma  dərinliyi  nisbətən  az  olduğundan  bu  növ  ayrılmalar  çox  az 

təsadüf  edilir.Süxurlarda  inkişaf  edən  çatlar  öz  mənşəyinə  görə  eləcə  də  qeyri-

tektonik  və tektonik  növlərə bölünür. 

Qeyri-tektonik  yaxud  atektonik  çatlar.  İlkin,  yəni  süxur  formalaşdığı  zaman 

yaranan çatlar əslində qeyri-tektonik çatlardır, lakin, bununla belə yer səthinə çıxan 

süxurlara  ekzogen proseslərin təsiri nəticəsində bir sıra başqa növ qeyri-tektonuk  

çatlarda  yaranır.  Məs:  Əgər  yağış  yağdığı  zaman  yer  səthinə  çıxan  süxur  az-çox 

miqdarda  suyu  özünə  hopdurarsa  və  temperaturun  aşağı  düşməsi  nəticəsində 

süxura  hopmuş  su  donduğu  halda  onda  çatlar    şəbəkəsi  yaranır.  Bu  hal  təkrar 

olunduqca həmin çatlar inkişaf edirlər.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə