Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

Design by Ali Agakishiyev 

 

52 



 

 

3.Üstəgəlmə və örtük (şaryaj) 

Qırışığın  inkişafının  davamı  olaraq  ,plikativ  dislokasiya  dizyuktiv 

dislokasiya  ilə  əvəz  olunarsa  ,bu  zaman  əmələ  gələn  qırılma  üstəgəlmə 

adlanır.Basqa  sözlə  Qırılma  səthi  10º-ə  qədər  bucaq  altında  ,  yaxud  üfüqi  yatan 

əks laya üstəgəlmə deyilir. Üstəgəlmədə başqa qırılmalardan fərqli olaraq qanadlar 

aşağıdakı kimi adlanır.  

Qırılma səthi üzərində yerləşən qanada asılı qanad deyilir.  

Qırılma səthindən altda yatan qanada isə yatıq qanad deyilir. 

Üstəgəlmədə  adətən  asılı  qanad  irəli  hərəkət  etmiş  olur,  yatıq  qanad  isə 

hərəkətsiz olur.  

Üstəgəlmənin  yaranması  hər  hansı  bir  qırışığın  uzununa  əyilmə  yolu  ilə 

inkişafını  dizyunktiv  ,  qırılma  variantında  davamıdır.  Beləki,  əgər  qırışığa 

tangensial  qüvvələr  (sıxılma  gərginlikləri)  öz  təsirini  davam  edirsə  o  yatıq 

vəziyyətə düşə bilər. Qırışığın bu vəziyyətindən sonra tangensial qüvvələrin təsiri 



Design by Ali Agakishiyev 

 

53 



altında qırışıq ya çevrilmiş növə (qırışığı təşkil edən layların reoloji xüsusiyyətləri 

yüksək  olduğu  halda)  yaxud  da  onun  ən  gərgin  hissəsi  olan  layların  əyimi  (tağı) 

zonasında  laylar  qırılmaya  məruz  qala  bilərlər,  nəticədə  qırışığın  ustdə  yatan 

qanadı  təsir  istiqamətində  hərəkət  edərək  üstəgəlmə  növ  qırılmanın  yaranmasına 

səbəb  olurlar.  Buna  görə  də  astagəlmə  növ  qırılmalar  qırışıqları  bir  qayda  olaraq 

onların  uzanması  boyu  mürəkkəbləşdirilirlər.  Üstəgəlmə  növ  qırılmalar 

geosinklinal ərazilər, orogen zonalar üçün səciyyəvi strukturlardır. Platformalarda 

bu növ qırılmalar formalaşmırlar. 

 

  Üstəgəlmə növ qırılmalar lokal və regional miqyasda, eləcə da qlobla şəkildə 



inkişaf    edə    bilərlər,  məsələn:  Şimali  Abşeron  Arxipelaqında    Pirallahı  qırışığı 

üstəgəlmə  ilə  mürəkkəbləşib.  Regional  miqyasda  üstəgəlmələr  dağ  qırışıqlıq 

sistemlərində daha çox inkişaf etmiş olurlar. Üstəgəlmənin amplitudu 2-3 km-dən 

çox  olarsa,  bu  vaxt  o  örtük  və  ya  saryaj    adlanır.  Tektonik  örtük  öz  inkişafını 

istənilən üstəgəlmədən və əks faydan başlaya bilər. 

  Üstəgəlmədən fərqli olaraq örtük aşağıdakı elementləri ilə səciyyələnir: 

1)

 

Örtüyün  asılı  qanadı  Alloxton  adlanır.  Yatıq  qanadı  isə  Avtoxton 



adlanır.  Qırılma  səthi  isə  Sürünmə  səthi  adlanır.  Bu  səth  adətən  üfüqi  yaxud 

üfüqiyə yaxın vəziyyətdə , bir qədər dalğavari formada olur. Bununla belə örtüyün 

başlanğıc və ön hissələrində  bu səthin yatım bucağı  nisbətən böyük ola bilər. 

2)

 



Şaryaj    yaxud  örtük  xətti  –  sürünmə  səthi  ilə  relyef  səthinin 

kəsişməsindən alınan iz nəzərdə tutulur.  

3)

 

Frontal  yaxud  ön  şarnir  –  saryajın  önündə  lay  səthi  ilə  ox  səthinin 



kəsişməsindən alınan izə deyilir.  

4)

 



Radikal şarnir – saryajın , örtüyün başladığı zonada , lay səthi ilə ox 

səthinin kəsişməsindən alınan izə deyilir. 

5)

 

Saryajın  kökü  –  örtüyün  yaxud  saryajın  inkişafa  başladığı  hissəyə 




Design by Ali Agakishiyev 

 

54 



deyilir. Örtüyün inkişafa başladığı qırışıq onun kökü adlanır. 

6)

 



Qalıq  yaxud  Klippen  –  Alloxton  həmişə  hərələtsiz  olduğundan 

ekzogen  proseslərin  təsiri  nəticəsində  yuyulmaya  yaxud  aşınmaya  məruz 

qalır.Aşınma nəticəsində ondan ayrılmış hissə Klippen adlanır.. Aşınma baş verən 

vaxt  elə  hal  ola  bilərki  ,  Alloxtonun  önündə  onun  bir  hissəsi  əsas  kütlədən  tam 

ayrıla  bilər.Avtoxton  üzərində  yatan  belə  kütlə  qalıq  yaxud  klippen  adlanır. 

Klippeni təşkil  edən süxurların  yaşı bir  payda  olaraq üzərində  yatdığı Alloxtonu 

təşkil edən süxurların yaşından daha qədim olur. 

7)

 



Tektonik pəncərə - Alloxtonun sahəsində Avtoxtonun qapalı çıxışına 

tektonik  pəncərə  deyilir.Başqa  sözlə  Alloxtonun  sahəsində  qapalı  şəkildə 

Avtoxtonun  süxurları  Yer  səthinə  çıxmış  olurlarsa  belə  çıxış  tektonik  pəncərə 

adlanır. Yaranması Alloxtonun süxurlarının həmin sahədə intensiv aşınmaya məruz 

qalmasıyla əlaqədardır. 

Erozion  pəncərədən  fərqli  olaraq  tektonik  pəncərədə  yer  səthinə  çıxan 

süxurların  yaşı  onun  əhatəsində  yatan,  Alloxtonu  təşkil  edən  süxurların  yaşından 

daha    cavan  olur.  Erozion  pəncərədə  isə  (qapalı  çıxışda)  adətən  onu  əhatə  edən 

süxurlara nisbətən daha qədim yaşlı süxurlar  yer səthinə çıxmış olur. Bəzi hallarda 

altda  yatan struktur mərtəbənin layları erozion pəncərədə yer səthinə çıxa bilər. 

 

 



          Tektonik örtüklər və ya Şaryajlar dağ qırışıqlarının  ayrılmaz elementi hesab 

olunur. 


 

 

 



 


Design by Ali Agakishiyev 

 

55 



4.Qırılmalar sistemi haqqında anlayış (horst, qraben, 

qraden) 

Qırılmalar  sistemim  dedikdə  hər  hansı  bir  ərazinin  bir  sıra,  müxtəlif  yaxud 

eyni  növ  qırılmalarla  mürəkkəbləşməsi  nəzərdə  tutulur.  Bu  zaman  alınan 

qırılmaların  qanadlarının  qarşılıqlı  vəziyyətindən  asılı  olaraq  aşağıdakı  növ 

qırılmalar sistemi seçilir. 

1.  Horst—Qırılma  sistemində  mərkəzi  blok  qalxmış,  kənar  bloklar  enmiş 

olarsa  belə  sistem  Horst  adlanır.Horstların  mərkəzi  blokları  daha  qədim 

çöküntülərlə  örtülüb.  Geoloji  xəritədə  horstu  mərkəzi  blokda,  kənar  bloklara 

nisbətən  daha  qədim  yaşlı  süxurlar  təmsil  olunması  ilə  təyin  etmək  olar.  Bəzi 

hallarda qırılmaların sayı çox  olduqda geoloji quruluşda bir neçə horst və qraben 

seçmək  olur.  Bu  zaman  ümumi  mənzərədə  belə  sistemin  mərkəz  hissəsini  təşkil 

edən  bloklardan  nisbətən  qədim  laylar  Yer  səthinə  çıxmış  olarsa,  belə  sistem 

mürəkkəb quruluşlu horst adlanır. Horstlar sadə və mürəkkəb olur. 

a) İki fay və əks faydan əmələ gəlmiş qrabenlər sadə horst adlanır. 

b)  Daha  çox  fay  və  əks  faydan  ibarət  olan  qrabenlər  mürəkkəb  horstlar 

adlanır. 

Mənşəyinə görə də horstlar 2 növə ayrılır. 

a)

 



Konsedimentasion  horstlar-çöküntü  toplanma  ilə  eyni  zamanda  inkişaf 

edir. 


b)

 

Postsedimentasion  horstlar-çöküntü  toplanmadan  sonra  inkişaf  edən 

horstlardır.Qalxan və düşən bloklarda qalınlıq eynidir. 

 

2.  Qraben—Qırılma  səthində  mərkəzi  blok  yaxud  bloklar  enmiş,  kənar 



bloklar  qalxmış  olarsa  belə  sistemə  qraben  yaxud  mürəkkəb  quruluşlu  qraben 

deyilir və mərkəzi cavan çöküntülərlə örtülmüş olsun. Qrabenlər sadə və mürəkkəb 

olur. 

a) İki fay və əks faydan əmələ gəlmiş qrabenlər sadə qrabenlər adlanır. 



b)  Daha  çox  fay  və  əks  faydan  ibarət  olan  qrabenlər  mürəkkəb  qrabenlər 

adlanır. 

Mənşəyinə görə də qrabenlər 2 növə ayrılır. 

c)

 



Konsedimentasion qrabenlər-çöküntü toplanma ilə eyni zamanda inkişaf 

edir.Bu cür qrabenlərin düşən mərkəzi bloklarında layların qalınlığı kənar 

bloklara nisbətən daha çox olur. 

d)

 



Postsedimentasion  qrabenlər-çöküntü  toplanmadan  sonra  inkişaf  edən 

qrabenlərdir.Qalxan və düşən bloklarda qalınlıq eynidir. 

Geoloji  xəritə  və  profildə  qrabeni  onun  mərkəz  blokunda  Yer  səthinə  kənar 

bloklarındakına nisbətən cavan layların çıxmasıyla təyin etmək mümkündür. 

3.  Qraden—pilləvari  qırılma  sistemi—bu  növ  sistemdə  hər  növbəti  blok 

əvvəlkinə  nisbətən  qalxmış  (enmiş)  olur.  Qırılmalar  sistemi  bütün  tektonik 

zonalarda inkişaf edə bilərlər. 

 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə