Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

Design by Ali Agakishiyev 

 

37 



Ayrılmış,  yatıq,  çevrilmiş  qırışıqların  bir  qanadında  (bükülmüş)  laylar 

çevrilmiş  yatıma  malik  olurlar.Nisbətən  qədim    laylar  cavan  layların  üstündə 

yatırlar.

 

Təsnifata  aid  olan  qırışıqların  hamısı  geosinklinal  ərazilərdə  inkişaf  edirlər. 



Platformalarda isə yalnız  düz və çəp qırışıqlar inkişaf edir. 

2)Qırışma  bucağına  və  Tağ  formasına    görə  qırışıqların  təsnifatı—Bu 

təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə bölünürlər: 

 

2.1) İti bucaqlı qırışıq. Burada qırışığın qırışma bucağı <86̊ olur.



  

2.2) Düzbucaqlı qırışıq—burada qırışma bucağı 86-90̊ arasında olur. 

2.3) Kor bucaqlı qırışıq. Burada qırışma bucağı 90-180̊  arasında olur. 

2.4)  Qutuvari,  sandıqvari    qırışıq.  Bu  növ  qırışığın  tağı  yastı,  qanadlar 

nisbətən dik olar. En kəsiyində qutu, sandığa oxşadığından bu adı daşıyır.  

Bu  təsnidata  aid  olan  qırışıqlardan  iti,  düz,  kor  bucaqlı  növləri  geosinklinal 

ərazidə  inkişaf  edə  bilərlər.  Platformalarda  isə  düz,  kor  bucaqlı  və  sandıqvari 

qırışıq növləri səciyyəvidir. 

3) Qanadların qarşılıqlı vəziyyətinə görə qırışıqların təsnifat. 

 

3.1)  Düz  yaxud  simmetrik  qırışıq.  Bu  növ  qırışıqda  qanadlar  əks  istiqamətdə 

eyni bucaq altında yatırlar. 

3.2) İzoklinal qırışıq. Bu növ qırışıqlarda qandalar  eyni bucaq altında və eyni  

istiqamətdə  yatdığından  onlar  biri-birinə  paralel  olurlar.  Yəni  qanadları  bir-birinə 

paralel olan qırışıqlara izoklinal qırışıqlar deyilir. 

3.3)  Yelpikvari  qırışıq.  Burada  qanadlar  ox  səthi  istiqamətində  və  ox  səthi 

üzərində  

biri-birinə  əks  istiqamətdə  yatır.  Yelpikvari    qırışığın  başqa  bir  növü  nüvəsi 

boğulmuş  yelpikvari  qırışıqdır  .  Burada  qırışığın  nüvəsi  qanadlarda  o  dərəcədə 

sıxılmış olur ki, yuxarı hissəsi əsas kütlədən ayrılmış olur 



Design by Ali Agakishiyev 

 

38 



Bu  təsnifata  aid  olan  qırışıqların  hamısı  geosinklinal  ərazilər  üçün 

səciyyəvidir. Platformalarda isə yalnız düz qırışıqlar olur. 

 

4)  Eninin  uzununa  nisbətinə  görə  qırışığın  təsnifatı.Bu  təsnifata  əsasən  



qırışıqlar aşağıdakı növlərə ayrılır: 

 

4.1) İzometrik qırışıqlar-Burada qırışığın eninin uzununa olan nisbəti  



l

L

 =



1

1

÷



1

2

 



dəyişir.  Burada  şarnir  adətən  qövsvari  əyilmiş  olur.  Qırışıqlar  izometrik 

olduqlarından  onlarda  qanad  və  periklinal  kimi  elementlər  seçilmir.  Onların 

əvəzinə qırışığın yamacları anlayışı istifadə edilir.   

4.2)  Braxiformalı  qırışıqlar-Qırışığın  eninin  uzununa  olan  nisbətin     

l

L

  =



1

2

÷



1

7

 



arasında olarsa  belə qırışıq braxi qırışıq adlanır. Bunlar iki yarımnövə bölünürlər  

4.2.1)  Qısa braxi qırışıqlar . Bunlarda        

l

L

 =



 

1

2



 ÷ 

1

4



 arasında dəyişir. 

4.2.2) Uzun braxi qırışıqlar adlanır.             

l

L

 =



1

4

÷



1

7

    



4.3)Xətti uzanmış qırışıqlıq.   

l

L



 

1



7

 

Hamısı geosinklinal ərazilər üçün səciyyəvidir. Platformalarda isə əsas inkişaf  



tapan  izometrik  və  qısa  braxi  formalı  qırışıqlardır.  Nadir  hallarda    xətti    uzanmış 

qırışıqlarda  iştirak  edir,  bu  zaman  qurtaracaqları  geosinklinallarda  inkişaf  etmiş 

xətti uzanmış qırışıqlar kimi iti yox , kəsilmiş formada olar. Səbəbi, platformalarda 

lokal  qalxımların  formalaşması  kristallik  bünovrənin  bu  və  ya  digər  qaymasının 

qalxması ilə əlaqədardır. Bunların qurtaracaqları isə şiş olmur. 

 

5) Layların tağda və qanadlardakı qalınlıqlarına görə qırışığın təsnifatı; 



Bu təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə bölünürlər.  

5.1)  Konsentrik  yaxud  izopak  qırışıqlıq;  a=b;    bu  təsnifatda  əsasən  qırışıqlar 

aşağıdakı növlərə bölünür, konsentrik və ya izopak olur.  

5.2)  Oxşar  anizopak  qırışıqlıq.      Bunlarda  layların  qalınlığı  tağda  və  dibdə 




Design by Ali Agakishiyev 

 

39 



qanadlara  nisbətən  daha  böyük  olur.  Bu  səbəbdən  də,  bu  qırışıqlar  anizopak  yəni 

qeyri-bərabər qalınlıqlı qırışıqlar adlanır.  

5.3)Tağı  nazilən  qırışıqlar.    Burada  layların  qalınlığı  qanaddan  tağa  doğru 

azalır. Bəzən pazlaşır. Bunlar yalnız  + işarəli olurlar.  

Bu  növ  qırışıqlar  çöküntü  toplanma  ilə  eyni  vaxtda  inkişaf  etdiyindən 

konsedimentasion qırışıqlar adlanır.  

Bu  növ  qırışıqlar  aşağıdakı  xüsusiyyətlərə  malik  olurlar.  Layların  qalınlığı 

qanadlardan tağa doğru azalması. Qanadlardan tağa doğru fasiyanın kobudlaşması. 

Fasiya  dedikdə  süxurun  paleocoğrafi,  paleobioloji,  litoloji  formalaşma  şəraiti 

nəzərdə  tutulur.Yəni  çöküntü  hissəciklərinin  ölçülərinin  qanadlardan  tağa  doğru 

artması.  Qanadda  karbonatlı  fasiyanın  pelitə,  peliyin  alevritə,  tağda  isə  psammitə 

keçməsi.  Bu  baxımdan  daşduz,  gips,  anhidrit,  hemogen  mənşəli  süxurlar  yüksək 

plastikliyə malikdirlər.  

 

 



 

 

3.



 

Qırışıq əmələ  gəlmə  mexanizmləri 

Yer  qabığında    formalaşan,mənşə    etibarən    müxtəlif  növ    qırışıqların  var  

olması  üç qırışıq yaranma mexanizmi yolu ilə formalaşırlar. 

Bu mexanizmlərin aşağıdakılardır:



 

1.Axma  mexanimzi:  Bu  mexanizm  bir  qayda  olaraq  yüksək    plastikliyə    yəni 

reoloji    xüsusiyyətə  malik  olan  süxurlarda  fəaliyyət  göstərir.Məsələn:Tam 

sıxlaşmamış gillərdə, duz, gips, anhidriddə. 

Bu    növ    süxurlara  xaricdən  təsir  gostərilərsə    bu  zaman  həmin  süxurlar  

axmaya  məruz  qalırlar,onların  daxilində    nisbətən  kiçik    qırışıq  formaları    əmələ 

gəlir.Bu qırışıqlar adətən  xirdadırlar lakin  yaxşı  inkişaf  edirlər  və  müxtəlif  fəza 

vəziyyəti  tuturlar. Kəsilişdə  reoloji  fəal  süxur  qatının  qalınlığı  nisbətən  böyük 

olarsa,altdan    komponent    süxurlarla    əlaqədə    olarsa  bu    zaman    xarici    təsir 

nəticəsində  komponent  nisbətən  zəıf    deformasiyaya  məruz  qaldiqları    halda  

reoloji    fəal    süxur    qatma    mexanizminin  fəaliyyəti    nəticəsində    nibətən    xirda 

qırışıqlar  yaranır.

 

Kəsilişdə iştirak  edən  süxur  qatlarının  növbələşməsi   nəticəsində  yaranan 

struktur    formalarının    cəminə    disharmonik    qırışıqlıq    deyilir.  Disharmonik  

qırışıqlığın  bucaq  uyğunsuzluğundan  fərqi  ondadırki  disharmonik  stratiqrafiq 

uyğunsuzluq  iştirak  etmir.Bu qırışıqlıq yalnız  süxurların fiziki  xassələrinə  gorə 

formalaşır.Axma mexanizmi  biir qayda olaraq diapir növ  qırışıqların  nüvəsində  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə