Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
  1   2   3   4   5   6   7   8   9   ...   26


Design by Ali Agakishiyev 

 



 

 

 

 

Hazırladı: ”Geologiya  mühəndisliyi”  tələbələri 

Bakı 2015 


Design by Ali Agakishiyev 

 



Giriş , kursun  məqsədi  və  vəzifəsi 

 

Struktur  geologiya  geotektonika  elminin  əsas  tərkib  hissələrindən    biridir  və 

Yer qabığının quruluşu,onda baş verən prosesləri öyrənir.Geotektonikaya gəldikdə 

isə  bu  elm    həm  Yer  qabığının,həmdə  butövlukdə  Yer  kurəsinin  quruluşunu, 

təkamulunu və orada (Yer qabığında) baş verən prosesləri öyrənməklə məşğul olan 

elmdir.Struktur  geologiya  geoloji  elmlər  arasında  fundamental    elmlər  sırasına 

daxildir.Bu  ondan  irəli  gəlir  ki,struktur  geologiya  butun  növ  faydalı  qazıntıların 

axtarışında,kəşfiyyatında  və  eləcə  də  istismarında  əsas  rol  oynayır.Muxtəlif  növ 

faydalı  qazıntıların  axtarış  və  kəşfiyyatı  göstərir  ki,onların  yataq  əmələ  gətirməsi 

muvafiq  suxurların  muəyyən  yatım  formaları  ilə  əlaqədardır.Məs:Neft–qaz,qaz-

kondensat  yataqları  70-80%    antiklinal  növ  qırışıqlıqlarda  formalaşıb.Öz 

növbəsində  yeraltı  suların  yataqları  əksər  hallarda  sinklinalın  dibində  toplantılar 

təşkil edirlər.Qızıl  yataqları həm səpinti halında kvars qumlarında,həm də kvars və 

peqmatit  damarlarında  formalaşır.Almaz  yataqları  isə  kimberlit  (partlayış) 

borularında formalaşırlar.Struktur Geologiya Neft-Qaz yataqlarının geologiyası və 

neft-qaz  yataqlarının  axtarış  və  kəşfiyyatının  nəzəri  əsasını  təşkil  edir. 

Umumiyyətlə  hər  bir  faydalı  qazıntı  muvafiq  nəzəri  əsaslar  uzərində  aparılır.  Bu 

nəzəri əsaslara aiddirlər: 



1.Müvafiq  faydalı  qazıntının  mənşəyini  səciyyələndirən  geologiyası. 

məs:Neft-qaz geoloji əsasları. 



2.Müxtəlif  faydalı  qazıntı  yataqlarının  axtarışı  və  kəşfiyyatının  nəzəri 

əsasları.  Məs:Neft  və  qaz  yataqlarının  axtarışı  və  kəşfiyyatı,yəni  hər  bir  faydalı 

qazıntının  özunə  məxsus  axtarış  kəşfiyyat  usulu  vardır.Ən  çox,ən  mürəkkəb 

axtarış-kəşfiyyat usulları neft-qaz axtarışında tətbiq olunur. 



3.Struktur geologiya – bütün faydalı qazıntıların axtarış və kəşfiyyatında əsas 

yer tutur. 

Struktur  geologiyanın  həll  etdiyi  tək  tədliqi  məsələlər  deyil,eləcədə  elmi 

tədqiqatlarin  aparılmaslında  (geologiya  sahəsində)  struktur  geologiya  əsas  yer 

tutur.Məs:Yer  qabığını  təşkil  edən  suxur  komplekslərinin  yatım  formaları,həmin 

formaların  inkişafı  və s.Bu baxımdan struktur geologiya bu  və  ya digər problemi 

həll etmək ucun 2 prinsipə əsaslanır: 

1.Tarixi  muqayisə  usulu  (prinsipi)-  bu  prinsip  dialektiki  materializmin 

qanunlarına  əsaslanır.Hər  hansı  bir  geoloji  proses,hadisə  və  ya  cismin  tədqiqinə 




Design by Ali Agakishiyev 

 



muqayisə yolu ilə yanaşılır.Yəni,cisim yanaşı olan cisimlərlə muqayisəsi muəyyən 

geoloji  zaman  ərzində  aparılır.  Problemin,cismin,məsələnin  öyrənilməsində 

məhdudiyyət yaratmır və onların başqa cismə görə istər morfolgiyasının,istərsə də 

imkişafını əlaqəli şəkildə öyrənməyə imkan verir. 

 

2.Aktualizm  prinsipi-  buna  əsasən  hal-hazirda  təbiətdə  baş  verən  geoloji 

prosesləri,hadisələri,eyniliklə  keçmiş  geoloji  zamanlarada  eyniliklə  aid  etmək 

olar.Məs:bir  sıra  ekzogen  proseslər(kulək,axar  sular  və  s.)  indiki  zamanda 

gördukləri  işi  (aşınma,daşınma,toplanma)  keçmiş  geoloji  zamanlara  da  aid  etmək 

olar.Lakin bununla belə təbiətdə elə proseslər baş verir ki,onlar dönməz xususiyyət 

daşıyırlar.Təbiidirki  belə  proseslər  keçmiş  geoloji  zamanlarda  olduğu  kimi  tətbiq 

etmək duz nəticə verə bilməz.Ona görə də bu prinsipin tətbiqi nisbətən məhduddur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Design by Ali Agakishiyev 

 



l.  GEOLOJİ QRAFİKLƏR VƏ XƏRİTƏLƏR 

 

 



1.

 

Geoloji qrafiklərin növləri

 

Struktur  Geologiyanın  2-ci  əsas  məsələsi  geoloji  xəritəalmadır.Geoloji 



xəritəalma  strutkur  geologiyanın  üsulları  və  nəzəri  əsaslarına  istinad  edərək  yer 

qabığının hər hansı bir hissəsinin  geoloji qruluşu  və  orada  olan faydalı qazıntılar 

haqqında  məlumat  verməyə  imkan  verir.Geoloji  xəritəalma  işləri  miqyasdan  və 

qarşıya qoyulan məsələlərin vəziyyətindən asılı olaraq 2 istiqamətdə aparılır: 

1.

 

Kiçik  miqyaslı  xəritəalma.  Bu  bir  qayda  olaraq  layların  eni 



istiqamətində cəhətlənmiş marşrut üzrə yerinə yetirilir. 

2.

 

Böyük və mükəmməl miqyaslı geoloji xəritəalma.Bu xəritəalma özü də 

2 üsulla yerinə yetirilir: 

a)

 

Əgər ərazidə çoxlu sayda müxtəlif yaşa malik süxur qatlarının təbii 



çıxışları varsa,onda xəritəalma işlərinin təsviri həmin çıxışlar üzrə 

aparılır. 

b)

 

Əgər  ərazidə  müxtəlif  yaşa  malik  süxur  komplekslerinin  geoloji 



sərhədləri  aydın  izlənilirsə,  bu  zaman  geoloji  xəritəalma  həmin 

geoloji sərhədlərin izlənməsi üzrə aparılır. 

 Geoloji qrafiklərin qurulması və təhlili geologiyada ən geniş istifadə olunan 

geoloji  məlumatların  təhlil  üsuludur.  Bu  və  ya  digər  geoloji  məsələ  və 

problemlərin  həllində  müxtəlif  növ  geoloji  qrafiklər  tərtib  olunur.  Bu  qrafiklərin 

tərtib üsulundan asılı olaraq onları 3 qrupa ayırmaq olar: 



 1.  Kordinat  sistemində  qurulan  qrafiklər  –  bu  cür  qrafikləri  qurmaq  üçün 

adətən  iki  müxtəlif  növ  məlumatdan  istifadə  edilir.  O  məlumatların  biri,  absis 

oxunda digəri isə ordinat oxunda qeyd edilir.

  

Məsələn:  qırışığın  inkişafının  sürət  qrafikini  qurmaq  üçün  onun  müxtəlif 



stratiqrafik  vahidlər  ərzində  hündürlüyü  ordinat  oxunda  qeyd  edilir.  Stratiqrafik 

vahidlər isə absis oxunda qeyd edilir. 

Stratiqrafik  vahidlərə  uyğun  olan  qalınlığı  kordinat  sistemində  kəsişmə 

nöqtəsini  tapırıq.  Qurulmuş  qrafik  əsasında  qırışığın  hansı  stratiqrafik  vahid 

ərzində  nisbətən  böyük  yaxud  nisbətən  kiçik  sürətlə  inkişafını  izləmək 

mümkündür. Bu məlumat isə öz növbəsində müvafiq geoloji məsələnin həlli üçün 

istifadə edilir.  

Kordinat  sistemində  qurulan  başqa  bir  qrafik  çöküntütoplanmanın  sürət 



qrafiki  adlanır.  Bu  qrafikin  qurulması  qırışığın  sürət  qrafikinin  qurulmasıyla 

eynidir.  Sadəcə  olaraq  ordinat  oxunda  qırışığın  hündürlüyü  yox  toplanan 

çöküntülərin qalınlığı göstərilir. Qalan qurulma sistemi əvvəlki qrafikdəki kimidir. 

Nəticədə  qurulmuş  əyri  bizə  müxtəlif  stratiqrafik 

intervallar 

ərzində 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə