Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   2   3   4   5   6   7   8   9   ...   26

Design by Ali Agakishiyev 

 

10 



 

 

 



1.

 

Aydın yaxud kəskin ifadə olunmuş sərhəd; 

2.

 

Səlis yaxud qeyri-müəyyən sərhəd. 



Layların  uyğun  yatımında  həm  kəskin,  həm  də  qeyri-müəyyən  sərhədlər 

müşahidə  olunur.  Layların  qeyri-müəyyən  yatımında  isə  əksər  hallarda  aydın 

sərhəd  müşahidə  edilir.  Aydın  yaxud  kəskin  ifadə  olunmuş  sərhəd  dedikdə  bir 

geoloji cisimdən digərinə keçid birbaşa baş verir. 

Fasiləsiz  çöküntü  toplanma  şəraitində  layların    uyğun  yatımında  çox  kiçik 

qalınlığa  malik  (qalınlığı  mm    və  sm-lə  ölçülür),  litaloji  tərkibi  hər  iki    geoloji 

cismin litoloji tərkibindən fərqli olan, nazik ara qatda kəskin sərhəd rolunu oynaya 

bilər. Ara qatın qalınlığı nə qədər kiçik olarsa geoloji sərhəd bir o qədər aydın ifadə 

olunur. 

Əksər hallarda kəskin sərhəd dedikdə, bilavasitə iki bir-birinin üzərində yatan 

müxtəlif  paleocoğrafi  şəraitdə  formalaşmış  geoloji  cisimlər  arasında  onları  bir-

birindən  ayıran  səth  nəzərdə  tutulur.  Qeyri-uyğun  geoloji  sərhəddə  bir  geoloji 

cisimdən digərinə keçid birbaşa deyil, tədricə keçir.  

Səlis  yaxud  qeyri-uyğun    sərhəd  o  zaman  formalaşır  ki,  fasiləsiz  çöküntü 

toplanma zamanı layların uyğun yatımında iki geoloji cisim litoloji tərkibinə uyğun 

bir neçə ara qatı yaranmış olsun. Geoloji sərhəd elə bir zaman kəsimidir ki, onun 

ərzində  növbəti  geoloji  cismin  formalaşması  üçün  çöküntü  toplanma  hövzəsində 

paleocoğrafi şərait qismən və yaxud təmamilə dəyişmiş olsun. Aydın sərhədlər bir 

qayda  olaraq  çöküntü  toplanma  hövzəsində  uzun  müddətli  fasilə  zamanı  yerin 

relyef  səthinə  ekzogen  proseslə-rin  göstərdiyi  fiziki-kimyəvi,  mexaniki  təsiri 

zamanı yaranan  fiziki səth kimi qəbul edi-lir. Qeyri-müəyyən sərhəd isə çöküntü 

toplanmada baş verən qısa müddətli fasilə zamanı formalaşır. 

 

 

 



 

 

 



 

 

 



 

 



Design by Ali Agakishiyev 

 

11 



 

 

ll.

 

 LAY  VƏ  ONUN  XÜSUSİYYƏTLƏRİ 

 

1.

 

Lay və Laylanma 

Eyni Litoloji tərkibli ,Altdan və üstdəm paralel sərhədlərlə hüdudlanmış yastı 

formalı,nisbətən  böyük  sahəyə  malik  geoloji  cismə  lay  deyilir.  Layın  aşağıdakı 

elementləri vardır. 

Layı altdan hüdudlandıran və nisbətən qədim səthə layın dabanı deyilir. Layı 

üstdən hüdudlandıran və nisbətən cavan səthə layın tavanı deyilir. Layın dabanı ilə 

tavanı arasındakı məsafəyə layın qalınlığı deyilir. Tavan və daban arasında qalan 

ən qısa məsafəyə layın həqiqi qalınlığı deyilir(E

b

). Yer səthinə çıxmış layın tavanı 



ilə dabanı arasındakı ən qısa məsafə isə onun görunən qalınlığıdır.(E

a



 

Görünən qalınlığın aşağıdakı müstəsna halları mümkündür: 

1)Üfüqi  qalınlıq-  daban  ilə  tavan  arasındakı  üfüqi  müstəvi  səth  üzrə 

ölçülmüşən qisa məsafəyə layın üfüqi qalınlığı deyilir.(E

h



2)Şaquli  qalınlıq-  daban  ilə  tavan  arasındakı  şaquli  müstəvi  səth  üzrə 



ölçülmüş ən qısa məsafəyə deyilir (E

v

). 



Hər  bir  lay  müəyyən  daxili  quruluşa  malikdir.Layın  daxili  quruluşunu 


Design by Ali Agakishiyev 

 

12 



səciyyələndirən    onu  təşkil  edən  laycıqların  vəziyyətidir.  Çökmə  mənşəli  layların 

üst-üstə  yatan  laylanmasını,  layın  daxili  quruluşunu  əks  etdirən  laylanmadan 

fərqləndirmək üçün ona laydaxili laylanma deyilir.  

Layın  daxili  quruluşunu  səciyyələndirən  aşağıdakı  növ  laylanmalar 

mövcuddur :  

1)Paralel  laylanma  –Bu  növ  laylanmada  laycıqlar  bir-birinə  paralel 

yerləşirlər.  Paralel  laylanma  adətən  sakit  mühitdə  yəni,    çöküntu  toplanma 

mərkəzlərinin  dərin  hissəsində  və  dib  cərəyanlarından  məhrum    olduğu  halda 

şaquli çökmə nəticəsində yaranır. 

 

2)Dalğavari  laylanma  –  bu  növ  laylanma  dalğaların  fəaliyyət  göstərdiyi 



məkanda  formalaşır.  Yəni  hövzənin  şelf  zonasında  yayılır  .  Dalğavari  laylanma  

çökməyə məruz qalan çoküntülərə 2 bir –birinə əks istiqamətdə olan qüvvələr təsir 

etməsini göstərir. 

 

3)  Çəp  laylanma  –  Bu  növ  laylanma  çay  vadilərində,  axar  suların 



hövzələrində,  dib  cərəyanəlarına  mallik  olan  su  hövzələrində,  eol  çöküntülərdə 

formalaşır. 

 

Çay vadisinə xas olan çəp laylanma – Bu laylanma onu göstərir ki,  toplanan 




Design by Ali Agakishiyev 

 

13 



çöküntülərə qüvvə əsasən bir istiqamətdə təsir göstərmişdir . 

4) Hövzənin dayazlığında dib cərəyanı şəraitində formalaşam çəp laylanma.  

 

5) Çayın deltasına xas çəp laylanma  



 

6) Dib cərəyanlarına xas olan çəp laylanma  

 

7) Eol çöküntülərinə xas olan çəp laylanma (Küləyin fəaliyyəti). Dib cərəyanı 



və  eol  çöküntülərinin  əmələ  gətirdiyi  çəp  laylanmanın    bir-birindən  fərqi  ondan 

ibarətdir ki, laycıqlar iri və kobud olurlar. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə