Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   2   3   4   5   6   7   8   9   ...   26

Design by Ali Agakishiyev 

 

14 



 

Laydaxili laylanmanı öyrənməkdə məqsəd layın nə kimi paleocoğrafi şəraitdə 

formalaşmasını araşdırmaqdır. 

 

Sahə üzrə müxtəlif növ laylanmanın inkişaf etmə zonaları



 

 

2.

 

Çöküntü toplanmada qısa müddətli fasilələr – 

Lay  səthinin formalaşması 


Design by Ali Agakishiyev 

 

15 



 

 Qısa müddətli fasilə dedikdə çöküntü toplanma hövzəsinə müəyyən geoloji 

zaman  ərzində  çöküntülərin  gətirilməsində  fasilənin  baş  verməsi  nəzərdə  tutulur. 

Qısa müddətli fasilə zaman etibarı ilə 1 an, 1 dəqiqə, 1 saat, 1 gün, 1 il  və s. baş 

verə bilər. Qısa müddətli fasilənin zamandan başqa əsas şərtlərindən biri də həmin 

fasilə zamanı Ekzogen proseslərin  toplanmış çöküntülərə nə dərəcədə  təsir  etməsi 

də nəzərdə tutulur. 

Əgər 100-200 min il ərzində hövzədə toplanan çöküntülərə ekzogen proseslər 

təsir göstərərək onların səthində yalnız bu proseslərin izləri həkk olunursa ,onda bu 

Qısa müddətli fasilə adlanır. 

 Qısa müddətli fasilələr aşağıdakı xüsusiyyətlərə malikdirlər. 

1.

 

Sahə  etibarı  ilə  məhdud  olmaları  –  yəni,  qısa  müddətli  fasilələr  bir 



qayda olaraq layın sərhəddindən kənara çıxmırlar. 

2.

 



Zaman etibarı ilə nisbətən qısa müddətdə baş verməsi. 

3.

 



Təxminən eyni paleocoğrafi çəraitdə baş verməsi. 

4.

 



Kəsiliş boyu dəfələrlə təkrar olunurlar 

 

Qısa  müddətli  fasilə  zamanı  toplanmış  çöküntülərin  səthinə  Ekzogen 



qüvvələri təsir edərək öz izlərini qoymuş olurlar. 

Əgər  qısa  müddətli  fasilə  zaman  hövzədə  dib  cərəyanları  mövcuddursa,  bu 

zaman  onlar  toplanmış  çöküntülərin  səthində    konusvarı  ovuqlar  yaratmış 

olacaqlar.  Əgər  bu    ovuqlar  yalnız  dib  cərəyanının  gücünə  yaranmış  olarlarsa 

onların  oturacaqları nisbətən enli olur. 

 

  Əgər həmin  ovuqlar cərəyan tərəfindən çöküntülərin səthi üzrə sülb halında 



olan  hər  hansı  bir  hissəciyin  sürüklənməsi  nəticəsində  yaranırlarsa  bu  zaman 

onların otura-caqları ensiz olur. 




Design by Ali Agakishiyev 

 

16 



 

Hövzənin  dayaz,  yəni  dalğalar  fəaliyyət  göstərdiyi  hissəsində  toplanan 

çöküntü-lərin  səthində  xırda  dalğacıqlar  yaranır.  Dalğacıqların  eni  10-15  sm, 

hündürlüyü  isə    1,5-3  sm  olur.Dalğacıqların  təpələrinə  doğru  çöküntü 

hissəciklərinin ölçüləri kiçilir. 

 

Axar sular şəraitində toplanan çöküntülərin də səthində də dalğacıqlar yaranır. 



Onlar dayazdakılarına nisbətən assimmetrik formada olurlar. Bu dalğacıqların yastı 

qanadları  suyun  axınının  əksi  istiqamətində  meyl    edirlər.  Bu  halda  da  çöküntü 

hissəciklərinin ölçüləri dalğacıqların oturacağından təpəsinə doğru kiçilir.  

 

  Küləyin fəaliyyəti nəticəsində toplanmış çöküntülərin səthində qısa müddətli 



fasilə  zamanı  axar    sular  şəraitində  yaranan  dalğacıqlar  formasında  dalğacıqlar 

yaranacaq.  Küləyin  fəaliyyəti  nəticasində  yaranan  dalğacıqların  təpəsinə  doğru 

çöküntülərin  ölçülər artır. Bu halda da dalğacıqların yastı qanadı küləyin hərəkət 

istiqamətinə əks yatmış olur.  

 

Dib  cərəyanları  nisbətən  güclü  olarlarsa  bu  zaman  toplanmış  çöküntülərin 



səthində yaranmış konusvarı ovuqlar tədricən böyüyərək  novcuqlara keçə bilərlər. 

Bu zaman hövzədə çöküntü toplanma prosesi bərpa olunarsa gətirilən çöküntülərlə 

ilk  növbədə  həmin  novcuqlar  doldurularaq.  Novcuqlarda  toplanan  çöküntü 

hissəciklərinin                                                




Design by Ali Agakishiyev 

 

17 



ölçüləri aşagıdan yuxarıya doğru azalır. 

 

Dib  cərəyanları  daha  güclü  olarsa  novcuqlar  nova  yaxud  xəndəyə  çevrilə 



bilərlər.  Məsələn:  Abşeron  –Balaxanyanı  –  Astana  Xəzərin  dib  cərəyanları 

sayəsində  en  istiqa-mətində  nov  və  xəndəklərlə  mürəkkəbləşmişdir.Bəzi  hallarda 

nisbətən  dayaz  hövzə-lərdə  isti  iqlim  şəraitində  suyun  intensiv  buxarlanması 

nəticəsində hövzədə toplanmış çöküntülərin səthində çatlar şəbəkəsi yaradılır. 

 Deyilənlərdən  əlavə  hövzə  dibində  toplanmış  çöküntülərin  səthində  onun 

dibində yaşayan canlılarınizləri həkk olur. Sahil zonas boyu toplanan çöküntülərdə 

də müxtəlif canlıların izləri,yağış damlasının dolunun izləri qala bilər. 

 

 Hövzədə  qısa  müddətli  fasilə  zamanı  heç  bir  ekzogen  proses  fəaliyyət 



göstərmir,  uzun  zaman  su  ilə  hövzə  dibində  toplanmış  çöküntülər  arasında  baş 

verən  fiziki,  kimyəvi  proses  nəticəsində  müəyyən  sərt  halda  olan  qabıq  yarana 

bilər. Deyilənlərdən  göründüyü kimi  toplanmış çöküntülərin ust səthində ekzogen 

proseslər yalnız mənfi işarəli, girinti şəklində olan izlər  qalmış olurlar. 

   Hövzədə çöküntütoplanma prosesi bərpa olunduqda yeni layın formalaşması 

başlayır. Onun formalaşması daban səthinin  yaranmasından başlayır.  İlk növbədə 

hövzəyə  gətirilən  çöküntülər  həmin  mənfi  işarəligirintiləri  toldururlar.  Nəticədə 

yeni əmələ gələn layın daban səthində, əvvəl formalaşmış layın tavanında ekzogen 

proseslərin yaratdığı mənfi işarəli girintilər, qabarıq yaxud müsbət forma şəkilində 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə