Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   2   3   4   5   6   7   8   9   ...   26

Design by Ali Agakishiyev 

 



yer  səthinə  çıxmış  olan  müxtəlif  yaşlı  süxurların  yatım  formalarını,  yer  səthinə 

çıxdığı  sahələri  eləcədə  yer  səthinə  çıxan  müxtəlif  qırılmaları  özündə  əks  etdirən 

geoloji sənəd nəzərdə tutulur. Geoloji xəritəni tərtib etmək üçün aşağıdakı növ şərti 

işarələrdən istifadə edilir. 



 

Hərfi  şərti  işarələr:  bunlar  süxurların  nisbi  yaşını  indeks  şəkildə  əks 

etdirmək üçün istifadə olunur. (N, P, K) 

 

Süxurların yaşları eləcədə geoloji xəritələrdə rənglərlə qeyd edilir: 



 

               IV dövr (Q) – açıq sarımtıl, boz;               Neogen (N) – sarı; 

               Paleogen (ᵱ) – narıncı;                             Təbaşir (K) – yaşıl; 

              Yura (J) – mavi;                                         Trias (T) – bənövşəyi; 

              Perm (P) – qonuru qırmızı;                       Karbon (C) – boz; 

     Devon (D) –qəhvəyi;                               Silur (S) –bozumtul yaşıl; 

              Ordovik (O) – zeytunu yaşıl;                      Kembri (Є). 

 

Maqmatik süxurlara gəldikdə onların tərkibi yunan əlifbasının hərifləri ilə və 

rənglərlə qeyd edilir.  

 Məsələn:  turş süxur-qranit (γ) qırmızı, siyenit (ξ)qırmızımtıl narıncı,  

 

       orta tərkibli – diorit (δ) moruğu,  

 

       əsas tərkibli – bazalt (ѵ) tünd yaşıl,  

 

       ultra əsas tərkibli – giper bazilt (Ϭ) tünd bənövşəyi  

 

Geoloji sərhədlər xəritədə qara xətlə göstərilir. Uyğun sərhəddirsə xətt bütöv 

olur. Əgər qeyri uyğun olarsa qırıq-qırıq xətt olur. 

 

Layların fəza vəziyyəti yatım elementləri işarəsi ilə göstərilir. 

 

  Burada – 17 - yatım bucağı 



 

                            

- uzanma xətti 

 

                           



 - yatım xətti 

Qırmızı  xətlə  geolji  xəritədə  qırılmalar  göstərilir.  Cizgi  və  xətlərlə  göstərilən 

işarələr cizgi işarələri adlanır. 

 

Rəqəmlərlə  göstərilən  işarələr  fiziki  işarələr  üçüncü  növ  şərti  işarələr 




Design by Ali Agakishiyev 

 



layların yatım bucaqları, qırılma səthinin yatım bucağı.  

 

Stratiqrafik  vahidlərin  nisbətən  xırda  bölgüləri.  Əslində  geoloji  xəritəyə 



çoxlu  sayda  geoloji  məlumatı  müxtəlif  sayda  şərti  işarələrlə  yükləmək 

mümkündür.  Lakin  belə  geoloji  xəritəni  nə  təhlil  etmək  nədə  istifadə  etmək 

mümkün deyil. Ona görə də geoloji xəritədə artıq qeyd edildiyi kimi müxtəlif yaşlı 

və  mənşəli  süxurların  yaşı,  yatım  formaları,  yatım  elementləri,  qırılmalar,  laylar 

arasında  münasibəti  səciyələndirən  uyğun  və  qeyri  uyğun  yatım  formaları  qeyd 

edilir. Bəzi hallarda geoloji xəritədə faydalı qazıntı yataqları hər hansı bir məsələni 

həll edən cisimlər göstərilə bilər.Geoloji xəritələr adətən topoqrafik xəritə üzərində 

qurulur.  Əgər  geoloji  xəritə  topoqrafik  əsas  üzərində  qurulmayıbsa  onun  təhlili 

çoxmənalı ola bilər. Topoqrafik xəritə (əsas) geoloji xəritədə mixəyi rəngdə bütöv 

yaxud  qırıq-qırıq  xətlərlə  göstərilir.  Onların  üzərində  mixəyi  rəngdə  yazılan 

rəqəmlər müvafiq olaraq xəttin altitudası göstərilir. 

 

Altituda  dedikdə  yer  səthində  olan  nöqtənin  dəniz  səviyyəsinə  qədər  şaquli 

məsafədir.  Bu  məsafəyə  mütləq  qiymətdə  deyilir.  Lakin  əgər  nöqtə  yer  səthində 

yerləşirsə  və  relyef  səthini  səciyyələndirirsə  onda  onun  mütləq  qiyməti  altituda 



adlanır. Əgər nöqtə lay səthində yerləşirsə onda həmin nöqtədən dəniz səviyyəsinə 

qədər olan məsafə mütləq qiymət adlanır. 

 

Topoqrafik  xəritə  dedikdə  yerin  relyef  səthini  horizontallarla  üfüqi  müstəvi 



üzərində təsviri nəzərdə tutulur. Başqa sözlə, relyef,  yerin səthinin  üfüqi müstəvi 

üzərində proyeksiyasına topoqrafik xəritə deyilir.  



 

Eyni  (hündürlüyə  malik)  altitudaya  malik  olan  nöqtələrdən  keçən  xəttə 

horizontal deyilir. 

 

Üfüqi müstəvi ilə relyef səthinin kəsişməsindən alınan izə horizontal deyilir



Geoloji  məsələlərin  həllində  geoloji  xəritədən  başqa  üfüqi  müstəvidə  çoxlu  sayda 

müxtəlif xəritələr tərtib edilir.  

Məsələn:  litofasial  xəritə-  belə  xəritədə  yer  səthinə  çıxan  layların  sərhədləri 

daxilində litoloji tərkibləri qeyd edilir.  



Paleocoğrafi xəritəbelə xəritə adətən kiçik miqyaslarda qurulur və orda litologiya 

ilə bərabər aşınma, daşınma və toplanma zonaları qeyd edilir. 



Bərabər  qalınlıqlar  xəritəsi-izopaxit  yəni,  həqiqi  qalınlıqlar  əsasında  qurulan 

xəritə  və  izoxor  xəritəsi,  bu  xəritənin  qurulmasında  şaquli  qalınlıqlardan  istifadə 

edilir. 

 

Deyilənlərdən əlavə müxtəlif geoloji məsələ və problemləri həll etmək üçün 

müvafiq miqyasda çoxlu sayda başqa xəritələrdə tərtib edilir. 

 



Design by Ali Agakishiyev 

 



 

 

2.



 

Geoloji cisimlər və geoloji sərhədlər 

 

Məlumdur  ki,  Yer  qabığında  müxtəlif  tərkibə,  müxtəlif  formaya  və  müxtəlif 



ölçüyə malik geoloji obyektlər, geoloji cisimlər mövcuddur. Geoloji cisim geoloji 

statik  fəzanın  geoloji  sərhədlərlə  hüdudlanmış  elə  bir  hissəsinə  deyilir  ki,  onun 

daxilində  həmin  sərhədləri  ayıran  amillər  sabit  yaxud  əhəmiyyətsiz  dərəcədə 

dəyişməyə məruz qalmış olsunlar. 



Geoloji  statik  fəza  dedikdə  ilə  bir  geoloji  cismin  yerləşdiyi  mühit  nəzərdə 

tutulur (Yer qabığı yaxud bütövlükdə Yer planeti). 



Geoloji sərhəd dedikdə isə, bir geoloji cismin digərinə keçməsi ilə bağlı onun 

tərkibinin  səlis  yaxud  kəskin  dəyişdiyi  səddə  deyilir.Deməli  Yer  qabığının  təbii 

yolla əmələgəlmiş istənilən cismi  geoloji cisim kimi qəbul edilə bilər. Bəzən eyni 

kimyəvi tərkibə malik olmasına baxmayaraq kristallik şəbəkəsində atom ionlarının 

düzümünün fərqli olması ilə fiziki, mexaniki, kimyəvi xüsusiyyətlərinə görə fərqli 

olan  geoloji  cisimlər  əmələ  gəlir.  Məsələn:  kimyəvi  tərkibi  karbon  elementindən 

ibarət  olmasına  baxmayaraq  məhz  kristallik  şəbəkəsində  atom  və  ionların 

düzülüşünün fərqli olması, fiziki-kimyəvi xüsusiyyətlərinə görə bir-birindən kəskin 

fərqlənən almaz və qrafit mine-ralların yaranmasına səbəb olur.  

Yer qabığında minerallardan tutmuş bütövlükdə Yer kürəsinə qədər təbii yolla 

əmələ  gəlmiş  cisimlər  geoloji  cisimlərdir.  Mineral,  kristal,  lay,  lay  dəstəsi, 

horizont, çökmə qatı, qranit və bazalt qatı bütövlükdə Yer kürəsi geoloji cisim kimi 

qəbul edilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Geoloji  sərhədlərin  növləri—Geoloji  cisimləri  ayıran  geoloji  sərhədlər 

müxtəlif  xüsusiyyətdə  ola  bilərlər.  Burda  onların  tərkibindən,  quruluşundan  və 

morfologiyasından asılıdır. Əksər geoloji cisimlər arasında geoloji sərhədlər aydın, 

əksər geoloji cisimlər arasında isə geoloji sərhədlər aydın seçilmir. Elə buna görə 

də geoloji sərhədlərin aşağıdakı növlərə ayrılır: 

 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə