Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   2   3   4   5   6   7   8   9   ...   26

Design by Ali Agakishiyev 

 

18 



yeni  yaranan  layın  dabanında  həkk  olurlar.  Qısa  müddətli  fasilənin  bu 

xüsusiyyətinə  görə  çöl  şəraitində  yer  səthinə  yaxın  layın  fəza  vəziyyətini  təyin 

etmək  mümkündür.    Yəni  layın  üst  səthində  ekzogen  proseslərin  mənfi  işarəli 

izlərini müşahidə ediriksə, demək lay normal yatımdadır. 

 Əgər onun üst hissəsində ekzogen proseslərin izləri qabarıq formadadırsa, bu 

onu göstərir ki, lay çevrilmiş yatıma malikdir. Qısa müddətli fasilə zamanı ekzogen 

proseslər lay səthində heç bir iz qoymurlarsa bu zaman həmin düz yəni hamar səth 

diastema  adlanır. 



3.

 

Çöküntü toplanmada uzun muddətli fasilələr-

stratiqrafik uyğunsuzluğun formalaşması 

 

Əgər 100-200 min il ərzində hövzədə toplanan çöküntülərə ekzogen proseslər 



təsir  göstərərək  onların  bir  qısmi  və  yaxud  bütövlükdə  hamısı  aşınaraq  toplandığı 

yerdən digər əraziyə daşınaraq aşınmaya məruz qalarsa bu halda bu uzun müddətli 

fasilə kimi qbul edilir. 

Uzun  muddətli  fasilə  dedikdə  muəyyən  geoloji  zaman  ərzində  Yer  səthinin 

“+” işarəli relyefinin aşınması nəzərdə tutulur.    

 

Yer  səthinin  relyefi  şərti  olaraq    aşınma  və  çökuntu  toplanma  zonalarına 



bölunə  bilər.  Bu    baxımdan  “+”işarəli  şaquli  hərəkətləri  (qalxmaya)  məruz  qalan 

ərazilər  aşınmaya,  “-“  işarəli  şaquli  hərəkətlərə  (enməyə)  məruz  qalan  ərazilərdə 

isə çökuntu toplanma prosesi baş verir.Geoloji inkişaf boyu bu iki növ ərazi şaquli 

hərəkətlərin xususiyyətlərinə  görə öz paleocoğrafi şəraitini dəyişirlər.Yəni aşınma 

zonası çökuntu toplanma zonasına və əksinə çevrilmiş olur. 



Design by Ali Agakishiyev 

 

19 



 

Beləliklə, aşınma zonası çökuntu toplanma zonasına çevrildikdə həmin zonanı 

təşkil  edən  nisbətən  qədim  suxur  kompleksində  uzərində  toplanma  çökuntulər 

arasında geoloji yaş ardıcıllığı pozulmuş olur.Yəni kəsiliş boyu layların yatımında 

geoxronoloji ardıcıllığı pozulmasına (kəsilişdə bu və ya digər yaşa malik layların 

iştirak etməmısinə) stratiqrafik uyğunsuzluq deyilir. 

Yer qabığının çökmə qatının və onun kəsilişində stratiqrafik uyğunsuzluqların 

formalaşmasına  səbəb  şaquli  tektonik  hərəkətlərdir.Məhz  onların  sayəsində  Yer 

səthinin  hər  hansı  bir  hissəsi  çökuntu  toplanma  və  yaxud  da  aşınma  zonasına 

çevrilə  bilər.Bu    baxımdan  şaquli  tektonik  hərəkətlər  aşağıdakı  xususiyyətlərə 

malikdir:

 

1.Zaman ehtibarilə daimi baş vermələri. 



2.Şaquli  hərəkətlərin  çox  kiçik  surətlə  baş  verməsi,yəni  neçə  mm-

dən,təxminən 10 sm-ə qədərdir. 



3.Şaquli  tektonik  hərəkətlərin  dönmə  xususiyyətinə  malik  olması,əgər  hər 

hansı  bir  ərazi  muəyyən  geoloji  zaman  ərzində  enməyə  məruz  qalırsa,növbəti 

geoloji zaman ərzində həmin ərazi,yaxud onun muəyyən hissəsi şaquli hərəkətlərin 

işarəsini dəyişməsilə əlaqədar qalxmaya məruz qalır. 

  Uzun muddətli fasilələr aşağıdakı xususiyyətlərə malik olurlar. 

1.Sahə ehtibarı ilə nisbətən geniş ərazilərdə yayilması,yəni bir neçə muxtəlif 

yaşlı suxur komplekslərni əhatə etməsi 




Design by Ali Agakishiyev 

 

20 



2.Zaman ehtibarı ilə nisbətən uzun muddətli olması 

3.Paleocoğrafi şəraitin kəskin olaraq dəyişməsi 

4.Kəsiliş  boyu  nisbətən  az  sayda  inkişaf  etməsi  uzunmuddətli  fasilə  zamanı 

nəticədə laylar arasında stratiqrafik uyğunsuzluq formalaşır.Yəni aşınma səthindən 

altda və ustdə yatan laylar arasında geoxronoloji ardıcıllıq pozulmuş olur. 

  Layların qarşılıqlı münasibətində əsasən 3 növ uyğunsuzluq var. 



1

.

Paralel  stratiqrafik  uyğunsuzluqlar.  Uyğunsuzluq  səthindən  aşağıda 

və  yuxarıda  yatan  laylar  bir-birinə  paralel  olurlar,qırışıqlıq  dərəcəsindən  asılı 

olmayaraq.Bu  uyğunsuzluq  onu    göstərir  ki,ərazidə  çökuntu  toplanmada  fasilə 

zamanı  və  eləcədə  ondan  əvvəl  heç  bir  qırışıq  əmələgəlmə  prosesləri  baş 

verməmişdir. 

Paralel  uyğunsuzluğun  bu  xususiyyətinə  görə  onun  özunəməxsus 

həndəsi(morfoloji) ifadəsi yoxdur.Yəni paralel uyğunsuzluqda da uyğun  Yatımda 

olduğu  kimi  laylar  bir-birinə  paralel  yatırlar.Bu  səbəbdən  də  geoloji  paralel 

uyğunsuzluq  xəritə  və  profillərdə,  yalnız  layların  yatımında  geoxronolojim 

pozulmasına görə təyin etmək olar. 



2.

Cografi 

stratiqrafik 

uyğunsuzluq.

Bu 


növ 

stratiqrafik 

uyğunsuzluqda  uyğunsuzluq  səthindən  altda  və  ustdə  yatan  laylar  arasında  5  

(0

°  olması  onu  göstərir  ki,ərazidə 



uyğunsuzluq  səthindən  altda  yatan  laylar  ya  fasilə    dövrundə  zəif  qırışıq  əmələ 

gətirən    hərəkətlərə  məruz  qalmışlar.Əslində  bu  bucaq  coğrafi  (kartoqrafik) 

uyğunsuzluq  həndəsi  ifadəsidir.Coğrafi  uyğunsuzluq  nisbətən  kiçik  sahələrdə  və 

yaxud ərazilərdə özunu paralel uyğunsuzluq kimi biruzə verir. 

Uyğunsuzluqların  təsvirindən  görunduyu  kimi  hər  hansı  bir  ərazidə 

stratiqrafik  uyğunsuzluğun  formalaşması  uçun  orada  3  dəfə  şaquli  hərəkətlərin 

işarəsi dəyişməlidir. 

3.

Stratiqrafik  bucaq  uyğunsuzluğu

.Bu  növ    uyğunsuzluqda  uyğun-

suzluq  səthindən  altda  və  ustdə  yatan  laylar  arasındakı  bucaq  5  dərəcədən  böyuk 

olur.

 

Bucaq  stratiqrafik  uyğunsuzluğun    mövcudluğu  onu  göstərir  ki,ərazidə 

stratiqrafik  uyğunsuzluq    formalaşdıqdan  əvvəl,fasilə  dövrundə,yaxud  fasilədən 

əvvəl  uyğunsuzluq  səthindən  altda  yatan  laylar,nisbətən  intensiv  qırışıq 

əmələgəlmə  prosesinə  məruz  qalmışlar.    Bucaq  stratiqrafik  uyğunsuzluğu  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə