Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   18   19   20   21   22   23   24   25   26

Design by Ali Agakishiyev 

 

78 



3)

 

Dəniz  xırda  qırıntı  formasiyası-xırda  dənəli  qum,qumdaşı 



qatlarından,gillərdən 

nadir 


hallarda 

konqlomerat 

və 

mergellərdən 



ibarətdir.Qumlarda qlaukonitin iştirakı səciyyəvidir. 

4)

 



Kontinental  formasiyalar-bunlardan  nəm  və  arid(quru)düzənliklər 

formasiyalarını  və  buzlaq  əmələgəlmələri  kompleksini  seçirlər.Alçaq  və  nəm 

düzənliklər  formasiyaları  arasında  ən  çox  əhəmiyyətə  daş  kömür  qatları,allüvial 

çöküntülər və aşınma qabığı malikdir. 

5)

 

Trapp  formasiyası-lay  intruziyalarının  mürəkkəb  kompleksindən  və 



tuf,tuffit  eləcə  də  çökmə  süxurlarda  yaranmış  əsas  tərkibli  yataqlardan 

(dolerit,porfirit,qabbrolardan)ibarətdir. 



Kənar  çökəkliklərin  daxili  hissəsi  geosinklinal,xarici  hissəsi  isə  platformaya 

məxsus  xüsusiyyətlərə  malikdir.Kənar  çökəkliklərdə  maqmatizm  inkişaf  etmir  və 

özünə məxsus formasiyalara malikdirlər. 

Kənar çökəkliklər geosinklinal vilayətin platformanın plitə hissəsi ilə təmasda 

olduğu  zonada  inkişaf  edirlər.Geosinklinalın  platformanın  qalxan  hissəsi  ilə 

təmasında kənar  tikiş zonası  yaranır.Sonuncu  ensiz qırılmalar zonasını təşkil  edir 

və  həmin  qırılmalar  üzrə  qırışıqlıq  sistemləri  platformanın  üzərinə  gəlirlər.Misal 

üçün Skandinaviya ilə Rus platforması arasında.Kənar tikiş zonaları boyu bir çox 

hallarda intensiv vulkanizmdə inkişaf edə bilər. 



Kənar  çökəkliklərin  inkişafı  geosinklinal  vilayətin  kənarından  başlayır,sonra 

isə  çökəklik  platformanın  kənar  hissəsinin  enməyə  cəlb  olunması  ilə  əlaqədar 

genişlənir.Bu  səbəbdən  də  kənar  çökəkliyin  ayrı-ayrı  hissələri  bünövrələrinin 

müxtəlifliyi  ilə  səciyyələnir.Buna  görə  də  kənar  çökəkliklər  daxili    xarici 

zonalara ayrılırlar. 

Daxili  zona  qırışıqlıq  bünövrə  uzun  müddət  inkişaf  etdiyindən  böyük 

qalınlığa  malik  müxtəlif  formasiyalarla  doldurulmuş  olur.Bu  formasiyaların 

ümumi qalınlığı 4-6 km-ə çatır. 

Xarici zona isə daha qısa zaman ərzində platforma ərazisində inkişaf etdiyinə 

görə  daha  az  qalınlığa  malik  (  əsasən  1  km-ə  qədər)çöküntülərlə  doldurulur.Bu 

səbəbdən də daxili zonada kəsiliş daha tam olur. 

Qırışıqlıq 

bünövrə 

üzərində 

yerləşən 

daxili 

zonada 

örtüklərlə 

mürəkkəbləşmiş,  mürəkkəb  xətti,ensiz,daraqvari  antiklinallar  və  enli  yastı 

sinklinallar  inkişaf  edir.Kənar  çökəkliyin  xarici  zonasında,platformanın  sərt 

bünövrəsində  yerləşdiyinə  görə  əsasən  yastı  günbəzvari  qalxımlar  inkişaf 

edirlər.Günbəzlərin  əmələ  gəlməsinə  səbəb  platformanın  kristallik  bünövrəsinin 

ayrı-ayrı qaymalarının qalxmaları ilə əlaqədardır. 

Dərinlik yarılmaları 

Dərinlik  yarılmaları  böyük  uzunluqları  və  yayılma  dərinlikləri  ilə 

səciyyələnirlər.Yer səthində dərinlik yarılmaları effuziv,intruziv maqmatizm,damar 

əmələ  gəlmələti  ilə,iri  uzununa  qırılmalarla,klivaj  və  xətti  qırışıqlıqla  özlərini 

biruzə  verirlər.Dərinlik  yarılmaları  müxtəlif  işarəli  şaquli  tektonik  hərəkətlərə 

məruz  qalan  əraziləri  bir-birindən  ayırırlar.Tektonik  fəal  dərinlik  yarılma 

zonalarına tektonik və seysmik fəallıq məxsusdur.Dərinlik yarılmaları üzrə hərəkət 

çökmə  formasiyaların  və  maqmatik  süxurların  formalaşması  ilə  eyni  vaxtda  baş 




Design by Ali Agakishiyev 

 

79 



verir. 

Bu  səbəbdən  də  yarılmalar  müxtəlif  mənşəli  süxurlarla  örtülmüş  olurlar.Bir 

çox dərinlik yarılmaları planetar xüsusiyyət daşıyır. 

Kənar çökəkliklərin (keçid zonalar)formasiyaları:

 

Çox iri və mürəkkəb quruluşlu geosinklinal və platforma arasınd ayerləşən və 

sinklinori  quruluşlu  olan  çökəkliklərdir.Kənar  çökəkliklərin  formasiyalarının 

əmələgəlmə  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onlar  geosinklinal  ərazilərin 

platformaya  çevrildiyi  zaman  geosinklinal  vilayətlərin  dağ  –qırışıq  vilayətlərinin 

intensiv  formalaşması  və  qalxması  zamanı  və  çökəkliklərin  özünü  də  kompensə 

edilən çöküntü toplanma şəraitində toplanırlar. 

1)

 



Baryer  rifləri  (yamac  rifləri)  formasiyası  –tez-tez  özündə  neft-qaz  yığımı 

olan üzvi mənşəli əhəngdaşlarından ibarətdir. 

2)

 

Halogen  formasiyası  -tərkibində  duz  olan  qumlu-gilli  süxurlardan,yaxud 



tərkibində natrium və kalium duzları olan duz qatlarından ibarətdir. 

3)

 



Daşkömürlü formasiya –iri çökəkliklərdə  geniş  inkişaf etmişdir.(Kuzbas və 

s.).  Qumdaşı,  argillit,  əhəngdaşı  və  daş  kömür  qatlarının  növbələşməsindən 

ibarətdir. 

4)

 



Molass  formasiyası  –daxilində  qırıntı  materialının  qeyri  müntəzəm 

paylanması  və  layların  qeyri  bərabər  növbələşməsi  ilə  səciyyələnən,böyük 

qalınlığa 

malik 


terrigen 

süxurlardan 

ibarətdir.Bu 

süxurlar 

əsasən- 

qumdaşlarından,konqlomeratlardan və bir çox hallarda qırmızı rəngli argillitlərdən 

ibarətdir.Bəzən  onların  tərkibində  daş  kömür  linzaları  olur.Molaslar  adətən  çox 

böyük qalınlığa malik olurlar və bir çox hallarda özlərində daş kömür,neft və qaz 

yığımları  əmələ  gətirirlər.Kənar  çökəkliklərin  əlamətdar  xüsusiyyəti  onların 

ərazisində çaqçatik proseslərin baş verməməsidir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə