Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

47 
 
          Orxan  axtarışın  səbəbini  indi  tam  anladı.  Əsə-
bindən  üzünün  rəngi  qızardı,  acıqla  ayaqqabılarını, 
corablarını çıxardı: 
          –Siz məndə nəşə axtarırsız, eləmi? İstəyirsiz alt 
paltarlarımı da çıxarıb lütlənim? 
          Onun  inamla  kəmərini  boşaldıb,  düymələrini 
açıb  şalvarını  əynindən  çıxarmaq  istəyini  görəndə 
Niyazda axtarışın mənasız olması qənaəti yarandı: 
          –Gərək deyil, çıxarmayın, qalsın... 
          Bəkiri axtardığını tapmaması pərt etmişdi.  
          –Bəkir müəllim, bu nə deməkdir, məni başa sa-
lın, – Orxan hücuma keçdi, – siz məni təhqir edirsiz. 
Mən  bunu  belə  qoymayacayam.  BÖYÜKLƏRƏ  siz-
dən  şikayət  edəcəyəm.  Məgər  mən  axtarışa  layi-
qəm? Birdən-ikidən  nə vaxtsa zona nəşə gətirmişəm 
ki, belə edirsiz?.. 
          –Dayan, saxla, zilə çıxma, – Bəkir onun “çıxışı-
nı” kəsdi, – Orxan, sən bu zona bir yox, bir neçə də-
fə nəşə daşımısan. İstəyirsən, kimə satmısan çağırım 
üzünə  dursun?  Ancaq  ki,  üzünə  durulandan  sonra, 
səninlə sağollaşmalı olacayıq. Razısan?  – Orxan din-
mədi. – Düzdü, indi üstündə çıxmadı, amma, al boy-
nuna  ki,  gətirmisən.  Sənə  Niyaz  müəllimin  yanında 
birinci və axırıncı xəbərdarlığımı edirəm. Bir də eşit-
səm ki, nə isə gətirmisən, səni mütləq Fuadın günü-
nə salacayıq... 


48 
 
          Ötən  payız  nəzarətçi  Fuadı  da  Bəkir  hədələ-
mişdi.  Özü  də  narkotika  istifadəçisi  olan  nəzarətçi 
onun  hədəsinə  əhəmiyyət  verməyib  yerlilərinə  nəşə 
ötürməkdə  davam  etmişdi.  Saymazlığı  görəndə  mə-
sələni  birdəfəlik həll etmək məqsədi  ilə nəzarətçinin 
narkotikaya  meyilliliyini  mərkəzə  məruzə  edilərək, 
üzərində tibbi müayinə aparılması xahiş olunur. Fu-
adı  çağırıb  müayinədən  keçirirlər,  qan  analizində 
narkotikanın  varlığı  təsdiqlənir.  Və  xidmətdən  azad 
edilir... 
          Orxan Fuad qədər istifadə etməsə də, ayda iki-
üç  dəfə  nəşənin  dadına  baxırdı.  Fuadın  adını  çək-
məklə Bəkir bundan xəbəri olduğuna işarə vururdu. 
Əgər onu da yoxlayarlarsa, qanı naxələflik edərdimi 
görəsən?!  Orxanı  qorxudan  təkcə  müayinə  söhbəti 
idi, yoxsa üzünə duran dustaq və ya kim olur olsun, 
ona heç nə sübut edə bilməzdilər. 
          Mütəəssirlənmiş Orxan kürəyi yerə toxunsa da 
məğlubiyyəti  ilə  barışmaq  istəməyən  güləşçilər  sa-
yaq manevr etmək üçün söz axtarırdı: 
          –Bəkir  müəllim,  bir  dəqiqə,  yox  e,  elə  deyil. 
Mən bayıra maşının pəncərəsini örtmək üçün çıxmış-
dım... 
         Niyaz yekunlaşdırdı: 
         –Yaxşı, get, xəbərdarlıqdan nəticə çıxar. 
          Orxan  kabineti  tərk  etdikdən  sonra  Niyaz  Bə-
kirə dedi: 


49 
 
         –Olur, bəzən belə də olur, məlumat düz çıxmır. 
Buna görə əsəbiləşməyinə dəyməz. 
          Bəkir  dinməyib  təəccübünü  bildirən  baxışlarla 
otaqdan  çıxdı.  Axı,  bu  xəbəri  çatdıran  məhkum  ona 
heç  vaxt  qeyri-dəqiq  məlumat  verməmişdi.  Bəlkə, 
Orxan  Niyazın  kabinetinə  gələnədək  işçisi  əməliy-
yatçı Tofiqin qılığına girib götürdüyünü ona ötürüb! 
Ola  da  bilər,  –  Bəkir  düşünmüşdü,  –  çünki,  Tofiqin 
onun  “alverindən”  xəbəri  olmaya  bilməzdi  və  çox-
dandı aldığı “əlavənin” artırılmasını umurdu... 
                                             *   *   * 
          Növbəti  iclas  günü  idarənin  girişi  qarşısında 
yığışan  zabitlər  və  nəzarətçilər  rəisin  tərbiyə  işləri 
üzrə müavini  ədliyyə mayoru Səfər Nəzərlinin aşıb-
daşan qəzəbinə tuş gəlmişdilər: 
         –Hansısa  mədəniyyətsiz,  evlərində  tualet  gör-
məyən,  kol  dibində  oturmağa  vərdiş  olanın  birisi 
müəssisə  idarəsinin  ayaqyoluna  gedib,  arxasınca  su 
tökməyib.  Beləsinə  dərs  olmaq  üçün  mən  ayaqyolu-
nu  bağladaram,  qoy  canları  çıxsın,  getsinlər  məh-
kumların tualetinə, ya da müəssisənin çölündəki kol-
luqlara... 
          Bu hal birinci dəfə olmadığından məsələ aydın 
idi:  yenə  kimsə  ardınca  su  tökməyi  sanitarın  borcu 
hesab  etdiyindən  oturduğu  yerin  təmizliyinin  qey-
dinə  qalmayıb.  Çox  güman  ki,  sanitar  Ayaz  da  bilə-
rəkdən Səfərin yolu düşənədək (o, kimin günün han-


50 
 
sı  vaxtlarında  çölə  çıxmasını  təqribi  bilirdi)  təmizlə-
məmiş, natəmizliyin səbəbkarını ona açıqlamışdı. Sə-
fər də bir nəfərin adını çəkməyib acığını hay-harayla 
kollektivdən çıxmaq istəyirdi. 
          Rəis vacib iş dalınca şəhərə getdiyinə görə iclas 
üçün Niyazın kabinetinə yığışdılar. Dar, balaca kabi-
netdə səkkiz stulda – əsasən şöbə rəisləri oturduqdan 
sonra  qalan  əməkdaşlar  yer  olmadığından  yenə 
ayaqüstə dayanıb Niyazın uzun-uzadı, özündən razı 
moizəsini  dinlədilər.  Hirsi  boşalmayan  Səfər  çıxış 
üçün söz aldı:  
         –Niyaz  müəllim,  mən  rəisə  də  deyəcəyəm,  ica-
zə  verin  idarənin  ayaqyolusunun  qapısına  qıfıl  bağ-
layaq. Ayaqyolunda oturuşunu bilməyənlər qoy zəh-
mət çəkib özlərinə münasib yerə getsinlər... 
         –Yox, Səfər müəllim, qıfıl asmaqla iş aşmaz. Ba-
şa  salmaq,  qandırmaq  lazımdır.  Siz  təkcə  məhkum-
ların yox, əməkdaşların şəxsi heyət üzvlərinin də tər-
biyəsinin  təşkili  işinə  cavabdehsiniz.  İnsan  var,  gö-
rürsən əlli yaşı var, amma tərbiyəsində  çatışmamaz-
lıqlar  var.  İşçilərə  siz  intizam,  məsuliyyət  hisslərini 
aşılamalısız.  Elə  birinci  dəstə  rəislərindən  başlamaq 
lazımdır.  Zəifdilər,  fəal  deyillər,  vəzifələrini  layi-
qincə yerinə yetirmirlər. Mən görmədim ki, nə vaxtsa 
məhkumlar  barədə  bir  operativ  məlumat  çatdırsın-
lar, əməliyyatın işinə yarasınlar. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə