Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

112 
 
bala  kövrəldilər,  hal-əhval  tutduqdan  sonra  anası 
xeyli yemək, bir az pul verib, sağollaşıb getdi. Anası 
gedən kimi görüş otağındakı zabit və nəzarətçilər gə-
tirilən  ərzağı  yoxlama  adı  ilə  “şmon”  elədilər.  Hərə 
dişinə  keçəndən  özünə  götürdü.  Puldan  isə  əməliy-
yatçı “payını” götürüb qalanını qaytardı.  
           Görüşdən  qayıdan  Ağarəhimi  barakda  səhər-
kindən  də  xeyli  artıq  hörmətlə  qarşıladılar.  Obşakın 
–  məhkumların  öz  aralarında  seçdikləri  başçının  ya-
xın  adamı  olan  yerlisi  onu  aparıb  “şefinə”  təqdim 
edib, “öz uşağımız” kimi xeyli təriflədi. Sonra, həmin 
yerlisi  briqadada  nə  iş  görəcəyini,  hansı  çarpayıda 
yatacağını da müəyyən etdi. Doğrudur, bütün bunlar 
elə-belə əmələ gəlmədi, anasının verdiyi pulların he-
sabına  oldu.  “Pul  əl  çirkidir,  təki  can  sağ  olsun”,  – 
Ağarəhim düşünürdü. Əgər anası bu gün özünü ye-
tirməsəydi, kim bilir onu nə cür əzablar gözləyirdi?.. 
Anasının  gətirdiyi  yeməklərin  ömrü  üç  gün  çəkdi. 
Ancaq,  bu  üç  gündə  yanındakı  yoldaşlarına,  yerlilə-
rinə  qarşı  etdiyi  səxavəti,  ürəyiaçıqlığına  görə  xeyli 
hörmət qazandı. Həmin hörmətin əsasında qalan cə-
za dövrü də demək olar ki, pis keçmədi. Anası, qar-
daşı bayramdan-bayrama da olsa gəlib dəyirdilər. 
          Günlərin  birində  can  çürüdən  saatlar  qurtardı. 
Anasının tapşırığı ilə rəisin hörmətini edib üç ay tez - 
iki il doqquz aydan sonra azad olunub evə buraxıldı. 
          Evə  qayıtdığı  gün  anasının  sevinci  yerə-göyə 


113 
 
sığmırdı.  Tanış-bilişə  Allah  eşqinə  şirni  paylayırdı, 
oğlunu  evdə  görmək  arzusuna  çatdığı  üçün  hər  sö-
zündə Allaha şükr edirdi. Ağarəhim işləyib son üç il-
də  anasının  çəkdiyi  əziyyətləri  qismən  də  olsa  ödə-
mək,  onun  qayğısını  azaltmaq  istədi.  Çox  götür-qoy 
etdikdən sonra yenə əvvəlki peşəsi – alverlə məşğul 
olmağı  qərarlaşdırdı.  Bu  dəfə  bazarda  deyil,  yol  qı-
rağında köşk düzəldib alver etməyə başladı. 
          Bir  neçə  ay  keçmədi,  yenə  alıcıların  diqqətini 
özünə  cəlb  etdi.  Işi  pis  getmirdi.  Dörd-beş  aya  və-
ziyyətini düzəltdi. Oğlunun işinin yaxşı getdiyini gö-
rən  ana  tezliklə  onun  ailə  qurmağını  istəyirdi.  Hər 
süfrəyə oturanda gələcək gəlinindən söhbət açır, oğ-
lunu tələsdirirdi. 
          Ağarəhim  həbsdə  olan  zaman  böyük  qardaşı 
toy etmək imkansızlığından qız götürüb qaçmış, son-
ra da yüngül yığıncaqla evlənməyi qeyd olunmuşdu. 
Əsl  toy  etmək  arzusu  anasının  ürəyində  qalmışdı. 
Odur  ki,  istəyirdi  Ağarəhim  çalışıb  pul  yığıb  özünə 
əsl  toy  etsin,  o  da  doyunca  oynayıb  ürəyindəki  həs-
rəti çıxartsın. Anasının söhbətlərindən sonra tanış-bi-
lişdəki, qonum-qonşudakı qızlara göz qoymağa baş-
ladı.  Nədənsə,  bəlkə  qismətdən  idi,  qızların  içində 
qonşu  məhəllədəki  Gülbəniz  daha  çox  xoşuna  gəlir-
di. 
          Gülbənizin  də  atası  yox  idi,  rəhmətə  getmişdi. 
Anası  Narınc  yaman  çərənçi  idi,  deyirdilər  ərini  də 


114 
 
çərənçiliyi  ilə  bezdirib  öldürmüşdü.  Kasıblığa  qatla-
şıb  yaşayırdılar.  Gülbənizin  iki  böyük  qardaşı  neçə 
illər  idi  baş  alıb  Rusiyaya  getmiş,  qayıtmamışdılar. 
Kiçik qardaşı da məktəbi qurtaran kimi qardaşlarının 
yanına  getmək  istəyirdi.  Gülbəniz  evin  tək,  zəhmət-
keş  qızı  idi.  Evlərinin  bütün  səliqə-səhmanına  o  ba-
xırdı. Sadə idi, anası çərənçi olsa da, qızın üstün cə-
hətləri  az  deyildi.  “Anasını  neynirəm,  mənə  qızı  la-
zımdı”, – Ağarəhim ürəyində özünə təskinlik verirdi. 
          Bir  gün  imkan  tapıb  ürəyini  Gülbənizə  açdı. 
“Hə” cavabı üçün üç ay arxasınca düşüb iztirab çək-
məli  oldu.  Qızın  razılığını  alandan  sonra,  çoxdan 
eşitmək  istədiyi  sözü  anasına  çatdırdı.  Anası  sevin-
mədisə  də,  oğluna  görə  Gülbənizi  evində  gəlin  gör-
məyə etiraz etmədi. Həmin ilin payızında Ağarəhim 
qohum-qardaşla köməkləşib özünə toy çaldırdı, Gül-
bənizlə evləndi. Anası şadlığından toyda istədiyi qə-
dər  oynadı,  Allahdan  ona  belə  günləri  çox  görmə-
məyi yalvardı. 
          Daha üç ay keçdi. Ömrünün ən xoşbəxt günlə-
rini yaşayırdı. Getdikcə imkanlaşırdı. Istəyirdi köşkü 
satıb bazara qayıtsın, orada dükan açıb daha çox qa-
zanc əldə etsin. Amma,bilirdi ki, qayıdarsa Topal ye-
nə  ona  istədiyi  kimi  dolanmağa  imkan  verməyəcək-
di.  Eşitmişdi  ki,  Topal  indi  bazarda  əsl  şeflik  edir. 
Böyük  vəzifəli  adamlarla  qohum  olmuışdu,  əli  “lap 
yuxarılara” çatırdı... 


115 
 
          Həbsdən qayıdandan bazara ayaq basmamışdı. 
İllərdən bəri qəlbində Topala qarşı böyük kin yaran-
mışdı.  Hələ  o  vaxt,  polis  şöbəsində  cibində  narkotik 
maddə aşkarlanarkən ürəyinə dammışdı ki, bu olsa-
olsa Topalın sifarişiylə polislər tərəfindən qurulmuş-
du.  Başqa  heç  kimin  Ağarəhimə  pisliyi  dəyməzdi. 
Zonda  azadlıq  üçün  ürəyi  darıxdığı  günlərdə  ona 
edilən pisliyin əvəzini çıxmağa and içmişdi. Cəzasını 
çəkib  gələndən  sonra  da  əvvəlki  fikrində  qalırdı  və 
gümanının  doğruluğuna  şübhəsi  yox  idi.  Odur  ki, 
bazara  qayıtmamışdan  əvvəl  hər  hansı  bir  yolla  To-
pala  zərər  yetirməyi,  onu  bazarda  hörmətdən  sal-
mağı qarşısına məqsəd qoymuşdu. 
          Bir  səhər  yolunu  bazardan  saldı.  Ötən  dörd  il-
də Topalın dükanı tanınmaz dərəcədə dəyişmiş, xey-
li  genişlənmiş,  böyümüşdü.  Dükanına  bitişik  bufet, 
çayxana  da  açmışdı.  Dükanın  arxasında  Topala  və 
onun  adamlarına  məxsus  bir  neçə  müxtəlif  markalı 
xarici maşınlar dayanmışdı. 
          Ağarəhim  dükana  girdi.  Alıcı  gözüylə  satış 
üçün vitrində düzülmüş mallara tamaşa etməyə baş-
ladı. Topal dükanın o başında özü üçün xudmani ra-
hatlıq  düzəldib,  çay  içə-içə  qarşısındakı  balaca  tele-
vizora  baxırdı,  arabir  də  alıcılara,  alver  edən  üç  ya-
raşıqlı  satıcı  qıza  göz  qoyurdu.  Topalın  əynindəki 
işıldayan parçadan tikilmiş kostyumundan,  hərəkət-
lərindən, özünü aparmasından ağırlıq yağırdı. Başın-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə