qoyulmasını vacib saydı və 3 həftədən sonra yeni müĢavirə çağırılmasını, orada icra aparatının
istefası məsələsinin qoyulmasını təklif etdi.
Görünür, qarĢıda nələrin gözlənildiyini daha yaxĢı bilən iqtidar Əbülfəz bəyi cismən aradan
götürməyi qərarlaĢdırdı. 11 Fevralda üç nəfər Elçibəy düĢməni atıcılıq üzrə idman ustası Ramiz
Babayevə AXC sədrini öldürməyi tapĢırdı, ancaq o, bundan imtina etdi (bax: “R.Qazıyev mənə
Ə.Elçibəyi aradan götürməyi təklif etdi. Mən isə...”. - “Azadlıq” qəzeti, 16.02.1995).
15-16 Fevral 1992'də keçirilən AXC Ali Məclisinin sessiyası artıq hakimiyyət məsələsini müzakirə
etdi və qərara aldı:
“1. Prezident baĢda olmaqla ali icra hakimiyyətinin istefası və bütün hakimiyyətin müvəqqəti
olaraq Azərbaycan Respublikası Milli ġurasına verilməsi qəti tələb edilsin. [...]
3. AXC'nin bütün strukturlarında bir ay müddətində fövqəladə vəziyyət elan edilsin. [...]
6. AXC Ġcraiyyə Komitəsinə və AXC Ali Məclisinin Rəyasət Heyətinə kütləvi tədbirlərin
hazırlanması və həyata keçirilməsi tapĢırılsın”.
Bu qərarı doğuran baĢlıca amil oydu ki, hakimiyyətin yaratdığı “milli ordu”nun 150 nəfər (!)
əsgərdən ibarət olduğu aydınlaĢmıĢdı və Dağlıq Qarabağı bu iqtidarın qoruya biləcəyinə heç bir
umud qalmamıĢdı.
XocalI facĠəsĠ səbrĠ daĢdIrdI
26 Fevral 1992'də Xocalının 366'cı rus alayının iĢtirakıyla məhv edilməsi bütün Azərbaycan xalqını
sarsıtdı. 27 Fevralda Əbülfəz bəy bəyanat verərək Qarabağda azərbaycanlılar yaĢayan 56 yaĢayıĢ
məntəqəsindən 47'sinin dağıdıldığını və iĢğal olunduğunu bildirdi, bunun günahını Mütəllibovda
gördü. O, 29 Fevrala təyin olunmuĢ mitinqin təxirə salındığını bildirdi. Elə həmin gün (27 Fevral)
Moskvada MDB ilə bağlı sənədlərə qol çəkən respublika rəhbərliyiylə əməkdaĢlıqdan imtina edən
AXC özünün 4 Mart 1992 tarixli Ali Məclisinin sessiyasında prezident seçkisinə Xalq Cəbhəsinin
münasibətini aydınlaĢdırdı. Bəlli oldu ki, AXC'nin 49 rayon Ģöbəsi bunun lehinə, 4'ü əleyhinədir və
razı olanlar prezidentliyə Əbülfəz bəyin namizədliyini irəli sürmək istəyir.
Müxalifətin tələbiylə 5 Martda çağırılan Ali Sovetin fövqəladə sessiyasında öncə sədr E.Qafarova
istefa verdi və onun yerinə Yaqub Məmmədov seçildi, 6 Martdasa həm müxalifət deputatlarının,
həm də Ali Sovet binası qarĢısına yığıĢmıĢ xalqın təzyiqi altında prezident A.Mütəllibov istefa
verməli oldu və prezident səlahiyyətlərini Y.Məmmədov icra etməyə baĢladı.
Sessiyanın 6 Mart tarixli qərarıyla Ali Sovet prezident institutunu ləğv etməyi tələb edən
Azərbaycan Xalq Cəbhəsinə koalisyon hökumətə qatılmağı təklif etdi. Ancaq yeni rəhbərlik bu
təklifə kölgə salan bir sıra qeyri-səmimi hərəkətlərə yol verdiyinə görə özünə inamı itirməyə
baĢladı. AXC Ali Məclisinin 8 Mart sessiyası bu təklifin müzakirəsinə həsr olundu. Əbülfəz bəy
hakimiyyət məsələsində ilk dəfə olaraq kəskin xətt götürdü:
“Bu gün sərt qərarlar qəbul
edilməlidir. Cəbhə adından deyirəm ki, xalqa qarĢı çıxana qarĢı... mübarizə aparacağıq. Mövqeləri
getdikcə sərtləĢdirməliyik”.
Koalisyon hökumətlə bağlı bir çoxları ilk növbədə öz Ģəxsi maraqlarını təmin etmək fikrindəydi və
belələri iqtidarda olduğu kimi müxalifət içərisində də vardı. Ona görə də Əbülfəz bəy bu sözləri
deməyə məcbur oldu:
“Çox güclü oyunlar oynanır. AXC'nin indiki, keçmiĢ liderlərindən xahiĢ
edirəm ki, oyunu oynayanda bizə də xəbər edin. Deyilən kimi, inqilabı ağıllı adamlar baĢlayır,
fırıldaqçılar hakimiyyətə gəlir”.
Ali Məclisin bu yığıncağından sonra “Azərbaycan Respublikasında koalision hökumət yaradılması
barədə BaĢ nazir H.Həsənov və koalisiyaya daxil olması nəzədə tutulan AXC'nin sədri Ə.Elçibəy
arasında razılaĢma protokolu” imzalandı. Bu sənəddə göstərildi: “AXC hesab edir ki, koalisiya
hökumətinin razılaĢdırılmıĢ fərdi tərkibi yalnız AXC Ali Məclisinin koalisiyada iĢtirak Ģərtləri
(
prezident institutunun ləğvi, Konstitusiya qəbul etməkdən baĢqa Ali Sovetin bütün
səlahiyyətlərinin Milli ġuraya verilməsi - Ə.T.
) barədə 8 Mart 1992'ci il tarixli Məclisinin qərarı
Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qanuniləĢdirildikdən sonra parlamentə təqdim
edilə bilər”. Ali Sovet isə müxtəlif bəhanələrlə bundan boyun qaçırdı və AXC'nin milli razılıq
hökuməti qurmaq istəyi gerçəkləĢmədi.
Həmin günlərdə Qarabağ rayonlarında Rusiyanın xüsusi xidmətləri güclü Ģayiələr yayaraq erməni
xofu yaratmaqla əraziləri boĢaltmağa çalıĢırdı. ĠĢ o yerə çatmıĢdı ki, artıq AğdaĢ rayonundan da
köçənlər vardı və hətta Bakıda da əhali arasında öz taleyindən ötrü təĢviĢ yaranmıĢdı. Bunun
qarĢısını almaq və Qarabağ əhalisini ruhlandırmaqçün Əbülfəz bəyin təklifiylə AXC Ali Məclisinin
növbəti sessiyası 16-17 Martda Ağdam Ģəhərində keçirildi və demək olar ki, bütünlüklə hərbi
məsələlərə həsr olundu. Pənah Hüseynov 12 bənddən ibarət qərar layihəsini müzakirəyə çıxardı
və həmin layihə əsasən qəbul edildi.
“Üç aydan sonra seçəcəyĠnĠz prezĠdentĠ bir Ġldən sonra yIxacaqsInIz”
AydınlaĢdı ki, Y.Məmmədov “hakimiyyət”i koalisyon hökumət ideyasıyla alver edir, xalq içində
AXC ÜZVÜ kimi qələmə verilən, ancaq onunla heç bir əlaqəsi olmayan Rəhim Qazıyev və Tahir
Əliyevin nazir qoyulmasıyla baĢ aldadaraq əsl koalisiyadan yayınır, çünki onun özü prezident
olmaq istəyindədir. Yəqin ki, məhz bunu nəzərə alan AXC sədrinin müavini Ġsa Qəmbərov həmin
yığıncaqda bildirdi: “Prezidentin bütün səlahiyyətləri də Yaqub Məmmədova verilib, ali baĢ
komandanlıq da. O, xoĢunuza gəlmirsə dəyiĢin”.
“Azadlıq” qəzeti 24 Mart 1992 tarixli sayında AXC'nin rəsmi nümayəndəsinin bu sözlərini dərc
etdi:
“Əgər deputatlar prezident institutunun ləğv edilməsinə razı olmasalar o zaman biz
prezident seçkilərinə hazırlaĢacağıq. AXC'nin irəli sürdüyü namizəd AXC'nin sədri Əbülfəz
Elçibəydir”
. Bu bəyanat nəticəsiz qalmadı - Ali Sovetin 25 Martda keçirilən fövqəladə sessiyasında
Rəhim Qazıyev prezidentin elə bu yığıncaqdaca seçilməsini təklif etdi (o, bu vəzifədə məhz özünü
təsəvvür edirdi), ancaq qızğın mübahisələrdən sonra prezident seçkilərinin 7 Ġyun 1992'də
keçirilməsi qərara alındı. “Müstəqil Azərbaycan” deputat blokundan olan AXC deputatları bu
qərarın əleyhinəydilər. Onlar indiki mərhələdə prezident seçkilərinin keçirilməsinin millətin
qüvvələrinin parçalanmasıyla nəticələnəcəyini bildirir, vətənimizin və millətimizin mənafeyi
naminə bu seçkidən qaçmağı xahiĢ və tələb edirdilər.