haldır ki, AXC'nin bütün mərkəzi və yerli qurumları öz liderinin çağırıĢına hədsiz diqqətcilliklə
yanaĢaraq ölkədə sabitsizliyin geniĢlənməsinin qarĢısını almağı bacardılar.
ƏN SON VARĠANT - MÜTƏLLĠBOVUN QAYTARILMASI
Rusiyanın xüsusi xidmət orqanları seçkilərin dayandırılmasıyçün ən son variant - zorakılıq yolu
seçərək 14 May 1992'də onu həyata keçirdilər.
Ali Sovetin həyətində H.Əliyevin seçkidə iĢtirak etməsinə Ģərait yaratmaqdan ötrü seçki
qanunundan yaĢ senziylə bağlı maddəni çıxarmağı tələb edən Murtuz Ələsgərovun kiçik dəstəsini
qovaraq burada 11 gün sürən fasiləsiz mitinq keçirən Hacı Əbdülün və Ağa Axundovun silahlı
dəstələrinin tələbiylə guya Xocalı faciəsinin səbəblərini araĢdırmaqçün Ali Sovetin sessiyası
çağırıldı və burada Ayaz Mütəllibov yenidən prezidentliyə qaytarıldı. O, ölkədə diktatura
quracağıyla hədələdi və bununla demokratik müxalifətin hətta cismani mövcudluğu da sual
altında qaldı.
Vəziyyətin təsəvvüredilməz dərəcədə ağırlığını görən və labüd fəlakətin qarĢısını almaq istəyən
bəzi xeyirxah qüvvələr lider Elçibəy baĢda olmaqla müxalifət öncüllərinə xarici ölkələrdən birinə
(məsələn, Türkiyəyə) ailəli köçərək orada Azərbaycanın mühacirət hökumətini qurmağı tövsiyə
etdilər. (Müxalifətin AXC'dənkənar öncüllərindən bu təklifə qulaq asan oldu). Onlar qəti rədd
cavabıyla qarĢılaĢdıqda heç olmazsa ailəlikcə xarici dövlətlərin səfirliklərində sığınacaq tapmaları
onlara məsləhət görüldü. Ancaq Əbülfəz bəy və onun Ġsa bəy baĢda olmaqla ən yaxın
silahdaĢları heç yanda gizlənməyəcəklərini, heç yerə getməyəcəklərini, Azərbaycanın həqiqi
müstəqilliyi və burada demokratiyanın bərqərar olması uğrunda son damla qanlarınadək
vuruĢacaqlarını bəyan etdilər.
Ayaz Mütəllibov parlamentdə qəzəbli çıxıĢını etdikdən sonra AXC qərargahında çaĢqınlıq
yaranmıĢdı.
O vaxt AXC Ġzmir rayon Ģöbəsinin baĢçısı olmuĢ Tofiq Seyidov 14-15 May hadisələri zamanının
psixoloji durumunu belə xatırlayır: “Mütəllibovun çıxıĢından sonra AXC'nin bəzi Ģöbələrinin
əməkdaĢları təĢviĢə düĢərək sənədləri qərargahdan çıxarmağa baĢladılar. AXC sədrinin müavini
Ġsgəndər Həmidovun göstəriĢiylə onun “bozqurdlar”ı otaqlardan onlara aid bütün əĢyaları
daĢımağa və maĢınlarına çəkilmiĢ “boz qurd” emblemlərini benzinlə silib təmizləməyə giriĢdilər.
Bu çaĢqınlıq axĢamadək davam etdi. AxĢam təxminən saat 10'da AXC sədri Əbülfəz Elçibəy
qərargaha gəldi və Cəbhə binası önünə toplaĢmıĢ minlərcə insan qarĢısında məĢhur müraciətini
etdi. Məhz bundan sonra cəbhəçilərdə əməlli-baĢlı ruh yüksəkliyi yarandı və onlar xuntaya qarĢı
sonadək mübarizə aparmağı qərarlaĢdırdılar. Bəyin müraciətiylə səhərədək AXC qərargahı
qarĢısına saysız-hesabsız insan toplaĢdı.
Həmin gün Türkiyədə olan AMĠP sədri Etibar Məmmədovun adından qərargaha gələn
partiyadaĢları Nazim Ġmanov və Babək Hüseynoğlu Etibar bəyin Türkiyədən gələ bilmədiyini,
ancaq onun da Mütəllibov iqtidarını tanımayaraq Cəbhəni dəstəklədiyini rəsmən bəyan etdilər.
Yeri gəlmiĢkən, Qurban Məmmədov da Heydər Əliyevlə telefonla danıĢdığını və onun da buraya
toplaĢmıĢ insanlarla həmrəy olduğunu bildirdi”.
Tofiq bəy bundan sonra baĢ verənlərə də iĢıq salır:
“Mayın 15'ində AXC qarĢısında xalqın
əzəmətli izdihamını görən və bundan qorxan Ayaz Mütəllibov Cəbhəyə “elçi”lər göndərməyə
baĢladı. Öncə R.Qazıyevin yaxın dostu və A.Mütəllibovun qohumu olduğu söylənilən maĢtağalı
Tarix gəldi. O, AXC sədrinin müavini Ġ.Həmidovla danıĢandan sonra birlikdə Əbülfəz bəyin yanına
getdilər. Mütəllibovun hakimiyyətinin tanınmasını istəyən Tarix əliboĢ qayıdandan sonra
qərargaha daha “iriçaplı” nümayəndələr: xalq Ģairi Bəxtiyar Vahabzadə və XTMD'nin rəisi RövĢən
Cavadov göndərildilər. Onlar da Bəyin yanından pərt çıxarkən mən R.Cavadovla ayaqüstü
söhbətləĢdim. O, bizi hədələyərək dedi ki, Cəbhə Mütəllibovu tanımasa qarĢısında məni də
görəcək və bu, sizinçün pis nəticələnəcək.
AXC'də hadisələrin sonrakı inkiĢafı müzakirə olunmağa baĢladı. Xalq rejim üzərinə yürüĢ təklif
etsə də AXC rəhbərliyində bəziləri hələ tərəddüd keçirir və A.Mütəllibovla danıĢıqlar aparmağın
daha məqsədəuyğun olduğunu söyləyirdilər. Ġ.Həmidov danıĢıqlarda öz vasitəçiliyini təklif etdi.
Tərəddüdçülərdən biri - Tahir Kərimli bildirdi ki, qarĢıdurmada mütəllibovçular silah iĢlətsə və
bircə nəfər də ölən olsa mən bunu özümə bağıĢlamayacağam. Onda Ġzmir rayon Ģöbəsinin
rəhbəri kimi mən çıxıĢ edərək dedim ki, Tahir Kərimli yürüĢdə bir nəfərin qanının töküləcəyindən
qorxduğu halda nə üçün bu hakimiyyətin xəyanətkar siyasəti nəticəsində döyüĢ bölgələrində
dəstə-dəstə övladımızın həlak olmasından narahatlıq keçirmir?
Əbülfəz bəy müzakirələrə yekun vuraraq “Bu iqtidar getməlidir!” hökmünü verdi. Elçibəyçilər
A.Mütəllibova qarĢı xalq etirazını təĢkil etməyi qərarlaĢdırdılar. Üç nəfər (Ə.Elçibəy, Ġ.Həmidov,
T.Seyidov) xalq yürüĢünün istiqamətini müəyyənləĢdirdi”.
Nəzərdə tutulan etiraz yürüĢünün zorakılıqla dağıdılacağı (Rusiyanın Mütəllibovu qorumaqçün
çoxlu zirehli texnika və avtomat silah verməsi haqqında məlumatlar alınmıĢdı) və AXC
rəhbərlərinin məhv ediləcəyi halda Cəbhəyə baĢçılıq bir səfirlikdə yerləĢəcək Tofiq Qasımova
tapĢırılmıĢ, Azərbaycan həqiqətlərini dünyaya yaymaqçün Nəcəf Nəcəfov və Sabit Bağırov
Türkiyəyə göndərilmiĢdilər. Bir sıra mühüm tədbirlər də nəzərdə tutulmuĢdu.
Öldürülməsindən də, həbs edilməsindən də azacıq da çəkinməyərək sabahadək Cəbhə
qərargahında gecələmiĢ milli lider Əbülfəz Elçibəy 15 May günü səhər tezdən öz müavini və
dostu Ġsa Qəmbərovla görüĢüb-öpüĢdü, onunla vidalaĢdı ki, bəlkə bir daha görüĢə bilmədik. Bu
vaxt qarĢıda onları, doğrudan da, ölümdən baĢqa heç nə gözləmirdi. Ancaq məhz onların özünü
itirməməsi, qətiyyəti və tədbirliliyi sayəsində nəinki özləri, həm də bütövlükdə Azərbaycan
demokratiyası ölümdən qurtuldu.
Azərbaycan Xalq Cəbhəsi qərargahının qarĢısına dünən gecədən yığıĢmağa baĢlamıĢ yüz
minlərcə insan həmin gün elə burada mitinq keçirərək izdihamlı nümayiĢə çıxdı və RəĢid
Behbudov - Abbasqulu ağa Bakıxanov - ĠnĢaatçılar - Hüseyn Cavid prospektləriylə yürüĢ edərək
öncə Ali Sovetin və teleradio Ģirkətinin binalarını, daha sonrasa MTN və Prezident Aparatını,
baĢqa mühüm obyektləri tutdu. Mütəllibov Rusiyanın hərbi təyyarəsində aradan çıxdı. Bununla
da onun hakimiyyətə dönüĢünün qarĢısı dinc Ģəkildə alındı.
AXC'nin sədri, prezidentliyə namizəd Əbülfəz Elçibəyin həmin gün gecə yarısı milli televiziyayla