Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə28/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   24   25   26   27   28   29   30   31   ...   191

araĢdıran hər kəs bu istiqamətdə nə qədər ciddi iĢlər görüldüyünə inanar. 

 

Biz  iqtisadi  islahatlara  Rusiyadan  6  ay  gec  baĢlamıĢdıq  (Rusiya  bu  iĢə  1  yanvar  1992-ci  ildən 



baĢlamıĢdı),  ancaq  1993-ün  baĢlanğıcında  biz  orta  əməkhaqqı  səviyyəsinə  görə  Rusiyaya  və 

Baltikyanı  ölkələrə  yaxınlaĢmıĢdıq.  Bizim  hakimiyyətin  verdiyi  maaĢla,  məsələn,  müəllim  öz 

ailəsini  minimum  həddə  də  olsa  dolandırırdı.  Gömrük  Komitəsinin  iĢçisi  rüĢvət  almadan  bir  ay 

yaĢaya bilirdi. Bunu bizim hakimiyyət bacarmıĢdı.   

 

Totalitar  cəmiyyətdən  demokratik  cəmiyyətə,  vətəndaĢ  cəmiyyətinin  qurulmasına  keçid 



istiqamətində  də  çox  böyük  iĢlər  görüldü.  Çoxpartiyalı  sistem  haqqında  qanun,  kütləvi 

informasiya  vasitələri  haqqında  qanun  bizim  vaxtımızda  qəbul  olunub.  O  zaman  istənilən  Ģəxs 

qanunauyğun  yaratdığı  partiyanı,  nəĢr  etmək  istədiyi  qəzeti  heç  bir  problemlə  üzləĢmədən 

asanlıqla  qeydiyyatdan  keçirə  bilirdi.  Azərbaycan  Respublikasında  yaĢayan  milli  azlıq,  azsaylı 

xalq  və  etnik  qrupların  hüquq  və  azadlıqlarının  qorunması,  onların  dil  və  mədəniyyətinin 

inkiĢafına  dövlət  yardımı  haqqında  prezident  Əbülfəz  Elçibəyin  verdiyi  fərman  da  Avropa 

standardlarına  uyğun  çox  mütərəqqi  bir  sənəddi.  Bəli,  ölkədə  həqiqətən  də  demokratik, 

vətəndaĢ cəmiyyətinin qurulması istiqamətində uğurlu addımlar atılırdı.   

Bu sadaladıqlarım Əbülfəz Elçibəy hakimiyyəti dövründə görülmüĢ iĢlərin çox kiçik qismidir. Mən 

yalnız ən önəmli saydığım bəzi məqamlara toxundum.   

Sadəcə,  4  iyun  qiyamının  qarĢısını  ala  bilməmək  bütövlükdə  bizim  hakimiyyətin  və  təbii  ki, 

prezident  olaraq  Əbülfəz  Elçibəyin  ən  böyük  uğursuzluğudur.  Mən  hesab  edirəm  ki,  o  zaman 

qiyamın qarĢısını almaq, qiyam baĢlayandan sonra da onu yatırtmaqdan ötrü daha sərt tədbirlər 

görmək mümkündü.   

4  iyun  uğursuzluğunun  özü  və  bizim  hakimiyyətə,  Əbülfəz  Elçibəyə  qarĢı  illərcə  dayanmadan 

aparılan total təbliğat ictimai Ģüura müəyyən dərəcədə təsir edir, ancaq biz gerçəkliyi cəsarətlə, 

faktları,  rəqəmləri  ortaya  qoymaqla  aĢkarlasaq  cəmiyyətimiz  həmin  1  illik  iqtidarın  uğurlu 

hakimiyyət olduğunu, Əbülfəz Elçibəyin uğurlu prezident olduğunu tərəddüdsüz təsdiqləyəcək. 



"BĠZ UÇURUMUN QARġISINDAYIQ" 

Bəli, Əbülfəz Elçibəy özü də istəmədən prezidentliyə öz namizədliyini verməli oldu. 

ARTIRMA

 

"



-…Ayaz  Mütəllibovun  uzaqlaĢdırılmasından  sonra  biz  məcburən  prezident  seçkisinə  qatılmalı 

olduq,  halbuki  dəfələrlə  tələb  etmiĢdik  ki,  gəlin  buna  getməyək,  çünki  dövlət  quruculuğumuz 

prezidentlik  instituna  hələ  hazır  deyildi.  Deyirdik  ki,  prezidenti  seçəcəksiniz  -  o,  oyuncaq  kimi 

qalacaq, əlindən çığırmaqdan baĢqa bir iĢ gəlməyəcək. O ya hakimiyyətdə qalmaqçün diktatora 

çevrilməlidir, ya da demokrat olaraq hakimiyyətini itirməlidir. 

 

-Bəy, 25 mart 1992-də Ali Sovetdə deyirdiniz ki, üç aydan sonra seçəcəyiniz prezidenti bir ildən 



sonra devirəcəksiniz. Sizi düz bir ildən sonra devirdilər...

 



-

BaĢqa  cür  ola  da  bilməzdi,  çünki  gərək  öncə  elə  güclü  demokratik  institutlar  yaradılaydı  ki, 

seçilən demokratik prezident də hakimiyyətdə qalmağı bacaraydı. Bu amil mövcud deyilsə onda 

hakimiyyəti  saxlamaqçün  prezident  hökmən  diktatorlaĢmalıdır  ki,  hakimiyyətdə  qalsın. 

Gözünüzün  qabağındakı  örnək  -  bu  gün  Heydər  Əliyev  yalnız  diktatorluğuna  görə  hakimiyyəti 

saxlaya bilir. Bizsə diktaturanın əleyhinəyik - söz vermiĢdik ki, xalq hakimiyyəti, yəni demokratik 

hakimiyyət quracağıq. O sözümüzün üstündə indi də dururuq və axıra kimi də bu yolda mübarizə 

aparacağıq

". (

Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən



. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, 

s.30).  


Mərkəzi  Seçki  Komissiyası  prezident  seçkisinin  nəticələrini,  toplanan  səsləri  13  iyunda  rəsmən 

açıqladı.  Əbülfəz  Elçibəy  -  59,4%  (1.829.448  nəfər),  Abdullayev  (Turabxanoğlu)  Rafiq  -  0,5%, 

Ġsmayılov Ġlyas - 0,7%, Məmmədov Yaqub - 1,7%, Süleymanov Nizami - 33%. 

Dünyanın  ən  böyük  dövlətlərinin  baĢçıları  Əbülfəz  bəyi  prezident  seçilməsi  münasibətilə  təbrik 

etdilər. ABġ prezidenti Corc BuĢ öz təbrikində yazırdı: 

"Hörmətli prezident Elçibəy! XahiĢ edirəm 

...  prezident  seçkilərində  qələbəniz  münasibətilə  mənim  Ģəxsi  təbriklərimi  qəbul  edəsiniz.  Bu 

seçkilər  Azərbaycanda  demokratiyanın  inkiĢafında  mühüm  rol  oynamıĢdır.  [...]  Azərbaycanda 

demokratiya  və  azad  bazar  münasibətləri  yaratmaq  iĢinə  sədaqətinizi  alqıĢlayıram"

.  Rusiya 

prezidenti  Boris  Yeltsin  də  "xalq  tərəfindən  Azərbaycan  Respublikasının  ali  dövlət  vəzifəsinə" 

seçilmiĢ Əbülfəz Elçibəyi təbrik etdi. 

Müstəqil  Azərbaycanın  demokratik  yolla  seçilmiĢ  ilk  prezidentinin  andiçmə  mərasimi  16  iyun 

1992-də  keçirildi.  Dövlətin  ali  qanunvericilik  orqanının  -  Ali  Sovetin  binasında  düzənlənən 

mərasimin xüsusi təntənəylə qeyd olunmasının qarĢısını alan Bəy onun dövlət əhəmiyyətli adi bir 

tədbir  kimi  təĢkil  olunmasını  tələb  etmiĢdi.  Yığıncaqda  öz  Ģəxsiyyətinin  qabardılmasının  qəti 

əleyhinə  olan  yeni  prezident  həmin  tarixi  hadisə  iĢtirakçılarının  məhz  onun  andiçməsinin  yox, 

azad  Azərbaycanın  dövlətçiliyində  yeni  bir  ənənənin  yaradılmasının  Ģahidinə  çevrilmələrini 

istəyirdi.  Buna  görə  də  ən  yaxın  silahdaĢının  -  Milli  Məclisin  sədri  Ġsa  Qəmbərovun  apardığı, 

üst-üstə  cəmi  45  dəqiqə  çəkən  və  cah-cəlallı  siyasi  Ģoudan  əsər-əlamət  belə  görünməyən  bu 

andiçmə törənində yaxın keçmiĢin sırf partokrat kommunistlərinin deyil, içində çoxlu demokratik 

ruhlu insanlar da bulunan millət vəkillərinin qarĢısında çıxıĢ edən prezident Əbülfəz Elçibəy bütün 

soydaĢlarına özünün quruculuq manifestini bəyan etdi.   

Elçibəyin  çıxıĢı  Azərbaycanın  dövlətçilik  tarixində  əsl  inqilabi  dönüĢün  -  demokratik  prinsiplər 

əsasında  idarəçiliyin  baĢlandığını  xəbər  verirdi.  Əslində  bütünlüklə  yeni  olan  dövlətin  və 

mahiyyətcə büsbütün yeni hakimiyyətin sükanı arxasına keçən Bəy öz üzərinə düĢən vəzifənin nə 

qədər  çətin  olduğunu  xatırlatmağa  məcburdu.  O,  öncə  ölkənin  olduqca  ağır  ictimai-siyasi 

durumunun ən yığcam mənzərəsini göz önünə qoydu:   

"Ġndi  Azərbaycan  hədsiz  dərəcədə  ağır  günlərini  yaĢayır.  Qarabağda, Ermənistanla  sərhədboyu 

rayonlarda  müharibə  gedir,  torpaqlarımızın  bir  hissəsi  təcavüzkar  tərəfindən  zəbt  edilmiĢdir, 

iqtisadiyyat  dərin  böhran  içərisindədir,  nizam-intizamdan  əsər-əlamət  qalmamıĢdır,  yüksək 

ixtisaslı kadrlar çatıĢmır, cinayətkarlıq baĢ alıb gedir... Bir sıra xarici ölkələrin siyasi, iqtisadi, hərbi 

təxribatçılığı,  informasiya  blokadası  respublikamıza  güclü ziyan  vurur.  Bütün  bunlar azmıĢ kimi, 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə