Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə29/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   25   26   27   28   29   30   31   32   ...   191

Azərbaycandakı siyasi çəkiĢmələr,  qarĢıdurmalar cəmiyyəti  içindən didib-parçalayır.  Açıq demək 

lazımdır: biz uçurumun qarĢısındayıq". 

 

Bəli,  hələ  tələbəlik  illərindən  azad  və  çiçəklənən  Azərbaycanın  qurulmasını  ən  müqəddəs  arzu 



kimi  ürəyində  yaĢadan  və  bu  yolda  sayagəlməz  əzablarla,  məhrumiyyətlərlə  üzləĢən  Bəy  indi 

həmin Azərbaycanın qapısı ağzındaydı və onun açarını millətdən təhvil alırdı. Ən pisi də buydu ki, 

qapının arxasında onu necə müdhiĢ gerçəkliyin gözlədiyini, bir ildən sonra baĢına nə gələcəyini 

hələ 25 martda elə bu zaldaca elə bu deputatlaraca özü söyləmiĢdi. Ancaq təbiətcə çətinliklərdən 

qorxmayan, əksinə, onların üzərinə yeriməyi sevən bu bədəncə çəlimsiz, ancaq iradəcə qənirsiz 

insan, ürəyində yalnız isti duyğulara, beynində yalnız iĢıqlı düĢüncələrə yer verən bu ROMANTĠK 

və  ĠDEALĠST  FĠLOSOF  uçurumun  lap  qırağında  dayanmıĢ  doğma  xalqını  oradan  sağ-salamat 

uzaqlaĢdıraraq  abad  yola  çıxarmaq,  onu  bu  son  dərəcə  sarsıntılı  durumdan  ən  az  ağrılarla 

qurtarmaqdan  ötrü  özünü  gözgörəsi  qurban  verərək  hakimiyyətə  gəlməyi  vətəndaĢlıq  borcu 

saydı.   

Əbülfəz  bəyin  indi  içində  bulunduğu  vəziyyətlə  Mustafa  Kamal  PaĢa  Atatürkün  1918-1923-dəki 

vəziyyətinin  az  qala  eyni  olduğunu  deməklə  ĢiĢirtməyə  yol  vermərik  -  özlərinədək  hər  ikisinin 

Vətəni  amansız  yağıların  tapdağı  altında  qalmıĢ,  fərsiz  dövlət  baĢçılarının  təslimçi  siyasəti 

nəticəsində  ölkə  ordusuz  qalmıĢ,  çaĢqınlıq  və  umudsuzluq  dənizində  boğulmaqda  olan  xalq 

qurtuluĢa inamını itirmiĢdi. Ancaq GENERAL Atatürkdən fərqli olaraq hələ əlinə bir dəfə də silah 

götürməmiĢ ALĠM və FĠLOSOF Elçibəyin çarpıĢma meydanı hədsiz kələ-kötür, manevr imkanları 

xeyli məhduddu. Artıq ölümlə üzbəüz dayanmıĢ Vətənini labüd məhvolmadan xilas edən Atatürk 

nə  qədər  ağır  durumda  olsa  da  qosqocaman  Osmanlı  imperatorluğunun  dövlətçilik  ənənələrini 

mənimsəmiĢ  saysız  məmurlara  və  türklərin  min  illərdən  gələn  döyüĢkənlik  ruhunu  bir  an  belə 

yadırğamamıĢ yenilməz əsgərə güvənirdi. Və məhz özünün yaratdığı yeni hakimiyyət bütünlüklə 

elə onun özünün də tabeliyi altındaydı. Həm də Atatürk xüsusi mülkiyyətə əsaslanan cəmiyyətdə 

çağdaĢ islahatlar aparırdı.   

Əbülfəz  bəysə  bu  deyilənlərin  hamısından  məhrumdu.  Birincisi,  onun  quracağı  yeni  dövlətin 

indiyədək  müstəqil  idarəetmə  ənənələri  olmadığından,  onu  idarə  etməyi  bacaracaq  təcrübəli 

kadrları  yoxdu,  təcrübəlilərinsə,  demək  olar  ki,  hamısı  kommunistdi  və  gözləri  Moskvadan 

çəkilmirdi. Onun arxasında dayanmıĢ Azərbaycan Xalq Cəbhəsindəki yeni həyat qurmaq eĢqiylə 

yanan on minlərcə gəncin əsl dövlət məmuru kimi yetiĢməsinəsə neçə illər vaxt gərəkdi. Ġkincisi, 

Sovet hakimiyyətinin 70 ilində sosializm quruluĢu xüsusi mülkiyyəti və mülkiyyətçilik ənənələrini 

məhv  etmiĢdi  və  ümumbəĢəri  dəyərlərə  əsaslanan  demokratik  cəmiyyət  qurmağı  qarĢısına 

məqsəd  qoymuĢ  Bəy  əslində  bir  quruluĢdan  (sosializmdən)  baĢqasına  (kapitalizmə)  keçid  kimi 

son  dərəcə  mürəkkəb  tarixi  problemlə  üzləĢmiĢdi.  Həllinin  çətinliyinə  görə  bu,  Qarabağ 

məsələsindən  heç  də  geri  qalmırdı.  Üçüncüsü,  Azərbaycan  torpağını  düĢmən  tapdağından 

qurtaracaq ordu meydanda yoxdu və onu da yaratmağa illər lazımdı. Dördüncüsü, Bəy artıq and 

içdiyi  anda  hakimiyyət  ona  məxsus  deyildi  -  təkcə  bunu  xatırlatmaq  yetər  ki,  bir  az  öncə 

dəyiĢdirilmiĢ güc nazirlərinin heç birini o təyin etməmiĢdi və hökumət də, yerli icra hakimiyyəti 

də, demək olar ki, baĢdan-baĢa demokratik düĢüncələrə düĢmən kəsilmiĢ partokratların əlindəydi 

və onların yeni düĢüncəlilərlə əvəz edilməsinin özü ən müĢkül bir problemdi.   



Durumun  ağırlığının  dərindən  dərk  edilməsi  prezidentin  ilk  çıxıĢından  aydın  görünürdü.  Tarix 

meydanına Atatürk kimi əlində qılınc deyil, qələmlə daxil olan Elçibəy gerçək durumu təhlil etmək 

sahəsində  bütün  Azərbaycan  siyasətçilərinə  örnək  ola  biləcək  müstəsna  bacarığıyla  qarĢıdakı 

çətinliklərin  ciddiliyi  haqqında  xalqı  xəbərdar  edir  və  bir  alim  kimi  qurtuluĢ  yollarını  da 

göstərməyə çalıĢırdı. Dövləti elmi əsaslarla idarə edəcəyini və məhz alimlərlə iĢləyəcəyini bəyan 

edən  yeni  dövlət  baĢçısı,  hər  Ģeydən  öncə,  "dövlətimizin  ərazi  bütövlüyünü  qoruyub  saxlaya 

bilən,  suveren  Azərbaycanı və  onun  vətəndaĢlarını buxovlardan  tam  azad  etməyə  imkan verən 

ĠDARƏETMƏ  SĠSTEMĠ"  yaradılmasına  üstünlük  verəcəyini  bildirdi  və  bu  sistemin  əsasında  iki 

olduqca  mühüm  prinsipin  durmasını  vacib  saydı:  1)  qanunun  aliliyi  təmin  olunmalıdır;  2) 

hakimiyyət  problemləri  həll  etməməli,  vətəndaĢların  özlərinin  həmin  problemləri  həll  etmək 

imkanına malik olmasına ən əlveriĢli Ģərait yaratmalıdır. BaĢqa sözlə desək, Bəy quracağı dövlətin 

ƏDALƏT  və  DEMOKRATĠYA  (bütöv  hakimiyyətin  üç  qol  arasında  bölünməsi  ölkədə  qanunun 

aliliyini  və  demokratik  mühitin  yaranmasını  öz-özünə  təmin  edəcəkdi)  və  SOSĠAL  TƏRƏQQĠ 

(vətəndaĢa  halal  qazanmaqçün  dövlətin  ədalətli  Ģərait  yaratması  ictimai  tərəqinin  qarantı 

olacaqdı)  sütunları  üzərində  ucaldılacağına  diqqəti  yönəldirdi.  Bu  sözlər  onu  söyləyən  Ģəxsin 

güclü  ġƏXSĠ  HAKĠMĠYYƏT  yox,  sarsılmaz  DÖVLƏT  HAKĠMĠYYƏTĠ  qurmaq  istəyindən  xəbər 

verirdi.   

Sözsüz ki, əsasında bu baĢlıca prinsiplərin dayandığı idarəetmə sisteminin yaradılması uzun illər 

vaxt tələb edən olduqca mürəkkəb və çətin məsələydi, ona görə də bunu çox gözəl dərk edən 

Bəy  baĢlanğıc  mərhələsində  dövlət  və  millətin  həyatıyçün  üç  ən  zəruri  amili  müəyyənləĢdirdi: 



GÜCLÜ HAKĠMĠYYƏT, MĠLLĠ RAZILIQ və MƏNƏVĠ BĠRLĠK. "Güclü hakimiyyət" dedikdə o, 

dövlətin  hakimiyyətini  nəzərdə  tutur,  ağır  ümumxalq  problemlərindən  göynərtisiz  qurtulmaq, 

möhkəm  ictimai  sabitlik  yaratmaqçün  vətəndaĢ  sülhünə  nail  olmağı  qarĢıda  duran  ən  vacib 

məsələlərdən sayırdı. 

Təbii  ki,  torpaqları  iĢğal  edilmiĢ  bir  ölkəyə  baĢçılığı  öz  üzərinə  götürən  Ģəxsin  ən  duyumcul, 

həssas  yeri  döyüĢkən  ordunun  yaradılması  olmalıdır.  Əbülfəz  bəy  də  iĢğal  altındakı 

torpaqlarımızın  düĢməndən  geri  alınması  və  ərazi  bütövlüyümüzün  qorunmasıyçün  ordu 

quruculuğunun prezident kimi onun fəaliyyətinin aparıcı xətlərindən biri olacağını açıqladı.   

Bu  bir  neçə  dəqiqəlik  çıxıĢ  göstərdi  ki,  Azərbaycanda  hakimiyyətə  feodal-kommunist  xislətli 

Ģöhrətpərəst  və  mənsəbpərəst  HÖKMDAR  -  I  KATĠB  deyil,  çağdaĢ  bəĢəri  dəyərləri  incəliklə 

mənimsəmiĢ yurdsevər və elsevər PREZĠDENT gəlib. O, ürəyində nə qədər arzu edirdi ki, ona səs 

vermiĢ milyonlarca soydaĢı 5 ildən sonra onu ĠOSĠF STALĠN və MĠRCƏFƏR BAĞIROV kimi yox, 

MƏMMƏDƏMĠN RƏSULZADƏ və VATSLAV HAVEL kimi xatırlasınlar. Ancaq, təəssüf ki, onun da 

qismətinə  özünə  mənəvi  ata  saydığı  MƏMMƏDƏMĠN  RƏSULZADƏ'nin  uzun  illər  sürən  təqib  və 

təhqirlərlə  dolu  taleyini  eynilə  təkrarlamaq  düĢdü.  70  il  boyunca  insafsızcasına  söydürülmüĢ 

Rəsulzadənin Azərbaycana müstəqil dövlət bəxĢ etməsindən kommunistlərin xəyanəti nəticəsində 

xəbərsiz qalmıĢ millət, nə yazıqlar ki, yüzilimizin baĢlanğıcında olduğu kimi sonunda da yenidən 

kommunistlərin  fitnəsinə  aldandı  və  bütün  varlığıyla  Azərbaycan  xalqına  güclü  dövlət  bəxĢ 

etməyə çalıĢan ikinci liderini də amansız təhqirlərə tuĢ etdi və bu zaman onun AZADLIĞ'ımız və 

MÜSTƏQĠLLĠY'imiz yolunda nələr etdiyindən  tam  xəbərsiz olduğunun  fərqinə  varmadı,  çünki  o, 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə