Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə37/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   33   34   35   36   37   38   39   40   ...   191

Azərbaycandakı  mövcud  ictimai-siyasi  durumdan  da  danıĢdı  və  ölkənin  ümumi  inkiĢaf  yönlərini 

açıqladı. 

Prezident  Elçibəy  Ģənbə  günü  -  27  iyunda  mətbuat  konfransı  keçirdi.  Burada  baĢlıca  mövzu 

Qarabağ problemi, Ermənistan-Azərbaycan müharibəsi oldu. Ancaq Bəy Azərbaycan mövzusuna 

da tez-tez toxundu. Bir suala cavabında o dedi: "Bizdə dövlət mexanizmi yoxdur. Atatürkün ən 

böyük  əsəri  Türkiyə  Cümhuriyyətidir,  bizim  də  ən  böyük  əsərimiz  cümhuriyyətin  qurulması 

olacaqdır". Elçibəy dövlət quruculuğunda ordunun, ölkənin öz pulunun və büdcəsinin yaradılaraq 

inkiĢaf etdirməsinin hər Ģeydən önə çəkiləcəyini göstərdi. 

Türkiyə  səfərini  baĢa  vuran  Azərbaycan  prezidenti  iyunun  27-sində  Ankaradan  yurda  döndü. 

Əbülfəz Elçibəy gərgin iĢ günlərini arxada qoydu. Türkiyə səfəri, bu ölkədəki görüĢlər, imzalanan 

sənədlər  və  aparılan  danıĢıqlar  müstəqil  Azərbaycanın  xarici  siyasətinin  ilk  uğurlarından 

sayılmalıdır. 

Əbülfəz  bəy  özü tələsdiyi kimi, dostu  və  silahdaĢı Ġsa Qəmbərin  baĢçılıq etdiyi  Milli  Məclisin  də 

iĢinin sürətli, qanunvericiliyin daha çevik olmasına çalıĢırdı. Bu səbəbdən də hər həftə mətbuatda 

bir  neçə  qanun  iĢıq  üzü  görürdü.  Onlar  cəmiyyət  həyatının  ən  "ağrılı"  yerləriyçün  nəzərdə 

tutulurdu. Bu baxımdan "Azərbaycan Respublikasında fiziki Ģəxslərdən gəlir vergisi haqqında" (24 

iyun)  və  ""Siyasi  partiyalar  haqqında"  Azərbaycan  Respublikası  qanununda  dəyiĢiklik  edilməsi 

barədə" (25 iyun) qanunlar önəmlidir. Xüsusən ikinci qanun Azərbaycan demokratiyasının inkiĢafı 

tarixində iĢıqlı bir an kimi qalacaqdır. Qanunda deyilir: "Dövlət siyasi partiyaların hüquqlarına və 

qanuni  mənafelərinə  əməl  olunmasına,  ...onların  öz  nizamnamə  vəzifələrini  yerinə  yetirmələri, 

habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün  bərabər hüquqi Ģərait 

yaradılmasına,  partiyaların  rəhbər  orqanlarının  mühafizəsinə  və  təhlükəsizliyinə,  bu  məqsədlə 

dövlət  mühafizə  xidmətinin  yaradılmasını  və  onun  təchizatını  təĢkil  etməyə  təminat  verir". 

"Qanunla nəzərdə tutulmuĢ hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli Ģəxslərin siyasi 

partiyaların fəaliyyətinə qarıĢmasına yol verilmir". 

Ürəklə  demək  olar  ki,  Elçibəy  iqtidarında  bu  qanun  maddələri  gözdən  pərdə  asmaqçün  yox, 

gündəlik həyatımızı demokratikləĢdirməkçün gündəmə gətirilmiĢdi. 

Yeni  Azərbaycan  dövlətində  ideologiyanın  müsavatçılıq  olduğunu  dəfələrlə  bildirmiĢ  Əbülfəz 

bəyin yaxından köməyiylə Müsavat Partiyasının Azərbaycana qayıdıĢını təmin etməkçün tədbirlər 

görüldü. Bəyin Türkiyədə Müsavat baĢçılarıyla görüĢü bütün əngəlləri aradan götürmüĢdü. Ġyulun 

ilk  günlərində  partiyanın  bərpa  mərkəzi  iĢə  baĢladı.  Sonralar  Məhəmməd  Kəngərli,  Əhməd 

Qaraca  və  Cəmil  Ünal  kimi  görkəmli  müsavatçılar  Məmmədəmin  Rəsulzadənin  bu  ən  dəyərli 

mirasının ana yurduna dönüĢündə mühüm rol oynadılar. 

Əbülfəz Elçibəyin prezidentliyinin ilk dövrü Ayaz Mütəllibovun və Yaqub Məmmədovun çağından 

ağır irs qalmıĢ hakimiyyətsizlik və siyasi sabitsizlik mühitinə düĢdü. Ölkədəki kəskin kriminogen 

durum, qanunsuz silahlı dəstələrin at oynatması qətiyyətli tədbirlər görülməsini qaçılmaz edirdi. 

Buna  görə  də  1  iyulda  Bəy  "Qanunsuz  silah  və  hərbi  sursat  əldə  edilməsinin,  saxlanılmasının, 

gəzdirilməsinin  qarĢısının  alınmasına  və  ictimai  asayiĢin  təmin  edilməsinə  dair  əlavə  tədbirlər 




haqqında"  fərman  verdi.  Sonralar Elçibəy  iqtidarı  çağını yanlıĢ olaraq  məhz  bu  fərmanaqədərki 

durumla səciyyələndirməyə çalıĢan siyasi rəqibləri qəsdən baĢqalarını da aldatmağa çalıĢır və bu 

gerçəkliyi  hər  vəchlə  gizlətməyə  can  atırlar  ki,  həmin  fərmanın  Azərbaycandakı  siyasi  sabitlik 

Ģəraitinin  yaradılmasında  müstəsna  əhəmiyyəti  oldu  və  çox  keçmədən  vətəndaĢlar  özlərinin 

təhlükəsizliyinə inandılar. 

"RUSĠYANIN ZAQAFQAZĠYAYA... YÖNƏLĠK AYDIN SĠYASƏTĠ YOXDUR" 

Müstəqil  milli  dövlətimizin  qarĢısında  Ermənistan-Azərbaycan  münaqiĢəsindən  sonra  ikinci  ən 

kəskin problem inflyasiyanın sürətlə artması qarĢılığında əhalinin pul gəlirlərinin aĢağı düĢməsi və 

ən baĢlıcası - Azərbaycanı "sözəbaxan" etməkçün Rusiyanın bu ölkəyə pul emissiyasını azaltması 

nəticəsində  nağd  pulun  çatıĢmazlığıydı;  Milli  Bankın  prezidenti  2  iyulda  bildirmiĢdi  ki, 

Azərbaycanda  2  milyard  700  milyon  manat  nağd  pul  çatıĢmır,  bu  səbəbdən  dövlət  öz 

vətəndaĢına  əmək  haqqını  ödəyə  bilmir,  baĢqa  ödəniĢləri  yerinə  yetirməkdə  acizlik  çəkir.  Bu 

vəziyyətdən çıxmaq, ölkədə əmtəə-pul dövriyyəsini sabitləĢdirmək və nağd pula olan tələbatı tam 

ödəmək  (baĢqa  sözlə,  Rusiyanın  "pul  kisəsi"ndən  asılılığa  biryolluq  son  qoymaq)  məqsədiylə 

prezident  Əbülfəz  Elçibəyin  15  iyul  1992  tarixli 

"Azərbaycan  Respublikası  milli  valyutasının 

dövriyyəyə  buraxılması  haqqında"

  fərmanıyla  milli  valyutamızın  tətbiqi  mexanizmi  təcili  olaraq 

hazırlandı,  ölkənin  qızıl  və  valyuta  ehtiyatlarının  yaradılmasıyçün  təsirli  tədbirlər  görülməyə 

baĢlandı.  Həmin  fərmanın  ilk  maddəsində  oxuyuruq:  "1992-ci  il  avqustun  15-dən  Azərbaycan 

Respublikasının  milli  valyutası  -  manat  dövriyyəyə  buraxılsın".  Təəssüf  ki,  ozamankı  müxalifət 

baĢqa sahələrdə olduğu kimi bu məsələdə də gənc həkimiyyətə yardım göstərmək əvəzinə onun 

gördüyü  həqiqətən  tarixi  iĢlərə  dodaq  büzməyə  baĢladı.  Məsələn,  AMĠP-çi  professor  Nazim 

Ġmanov  deyirdi:  "...Ġndiki  rəhbərliyin  düĢündüyü  formada  milli  pula  keçməyin  müstəqilliyimizi 

artırmaq  yox,  əksinə,  azaltmaq  ehtimalı  daha  yüksəkdir".  Tarixin  gediĢisə  Bəyin  inqilabi 

yenilikçiliyinin azadlığımızçün doğru seçim olduğunu təsdiqlədi. 

Ġstər  xarici,  istərsə  də  daxili  siyasətdəki  mütərəqqi  dəyiĢikliklər  ölkədə  yaradılan  demokratik 

mühit fonunda baĢ verirdi: yeni-yeni siyasi partiyalar yaranırdı (məsələn, 3 iyulda AMĠP-in təsis 

qurultayı  oldu  və  Bəy  onu  təbrik  etdi);  istər  televiziyada,  istərsə  də  rəsmi  dövlət  qəzetlərində 

iqtidar-müxalifətliyindən  asılı  olmayaraq  söz  deməkçün  hamıya  imkan  yaradılmıĢdı  (məsələn, 

prezidentliyə  namizəd  Nizami  Süleymanovu  müdafiə  komitəsinin  Azərinforma  göndərdiyi, 

seçkilərin guya saxtalaĢdırılması haqqında bəyanat rəsmi dövlət qəzetində dərc edilmiĢdi). Təbii 

ki, bütün bunlar Azərbaycan dövlətinin dünya birliyində demokratik imicini formalaĢdırırdı. Ancaq 

dövlət  baĢçımızın  Avropada  Təhlükəsizlik  və  ƏməkdaĢlıq  Məsələlərinə  dair  MüĢavirəsinin  Yekun 

aktını və  baĢqa  mühüm sənədləri imzalaması Azərbaycanda demokratik  inkiĢafla  bağlı ayrı-ayrı 

təzahürlərin geniĢlənməsinə deyil, köklü demokratik islahatlara baĢlamaqçün ciddi özül oldu. Bu 

məqsədlə Əbülfəz bəy iyulun birinci ongünlüyündə Finlandiyanın paytaxtı Helsinkiyə rəsmi səfərə 

getdi. Oraya yola düĢmək ərəfəsində Bəy ABġ prezidenti Corc BuĢdan məktub almıĢdı. Məktubda 

Bəyə  müraciət  edərək  Azərbaycanı  Helsinki  prosesində  ən  fəal  surətdə  iĢtirak  etməyə  çağıran 

Corc  BuĢ  sonda  bildirirdi: 

"TARĠXĠ  VƏZĠFƏMĠZĠ  YERĠNƏ  YETĠRMƏK  MƏQSƏDĠLƏ  Sizinlə 

əməkdaĢlığa  ümid  bəsləyirəm"

.  Bu  məktub  ABġ  dövlətinin  Azərbaycanın  yeni  rəhbərinə  böyük 

etimadını göstərirdi və söz yox ki, Bəy də bu inamı yetərincə dəyərləndirirdi. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə