Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə45/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   41   42   43   44   45   46   47   48   ...   191

Yola  salanda:  "Sən  ilk  adamsan,  dostsan  ki,  vəzifədən  imtina  elədin.  Get,  Ģerini  yaz.  Sənin 

"ġaman  duaları"n  istənilən  nazir  postundan  yuxarıdadır",  -  dedi"

.  (

"Savalanda  görüĢənədək, 



Bəy!". Bakı, 2000, s.103

). 


Sadəlövh  və  idarəçilikdə  hələ  təcrübəsiz  iqtidar  baĢçıları  elə  güman  edirdilər  ki,  xalq  onların 

səmimiliyini görərək qiymətləndirəcək və hər Ģeyi bağıĢlayacaq, narazılıqlar aradan götürüləcək. 

Dövlət  katibi  Pənah  Hüseynovun  ilk  vaxtlar  iĢdən  evə  (Əhmədliyə)  və  geriyə  basabas  ictimai 

nəqliyyatda (avtobusda) gedib-gəlməsi də bu sadəlövhlük və təcrübəsizliyin göstəricisiydi. Ancaq 

70  il  boyunca  "rəhbər"in  xalqdan  xüsusi  təmtəraq  və  dəbdəbəylə  seçilməsinə  alıĢmıĢ  kütlə, 

əksinə,  bu  yeni  davranıĢı  qəbul  etməyə  hələ  hazır  deyildi,  ona  görə  də  "vəzifəni  hörmətdən 

salan"  belə  hərəkətlər  çox  vaxt  onda  gülüĢ  doğururdu.  Bu  səmimi  gülüĢlər  iqtidarın  məkrli 

əleyhdarlarının getdikcə mütəĢəkkilləĢən məqsədyönlü təbliğatıyla körüklənir, gücləndirilirdi. 

Bir illik varlığı boyunca Ģüarçılıqdan, özünü Ģirin salmaqçün siyasi Ģoular təĢkil etməkdən qaçan 

yeni  hakimiyyət  vəziyyəti  yaxĢılaĢdırmaqçün  gerçək  addımlar  atmağa  üstünlük  verirdi.  Artıq  3 

avqustda prezidentin göstəriĢiylə Nazirlər Kabineti Bakıda sərniĢin nəqliyyatını təkmilləĢdirmək və 

onun  maddi-texniki  bazasını  möhkəmləndirmək  haqqında  qərar  qəbul  etdi.  Yol  iĢlərinin 

görülməsini  yaxĢılaĢdırmaqçün  bir  Almaniya  firmasına  2,6  milyon  alman  markası  ayrıldı.  150 

avtobus və  50  trolleybus  alınması,  "Ġkarus"  avtobuslarıyçün  ehtiyat  hissələrindən  ötrü  700 min 

dollar vəsait ayrılması qərara alındı. 

Əbülfəz  bəy  buçağadək  əslində  heç  bir  hakimiyyət  mexanizmini  öz  əlinə  keçirə  bilməmiĢdi. 

Ordudakı  vəziyyət  xüsusən  xoĢagəlməzdi  -  hərbi  qüvvələrin  mühüm  hissəsi  müdafiə  naziri 

R.Qazıyevin və hakimiyyətə "məhəbbətsizliyi"ylə seçilən Ģəxslərin nüfuz dairəsindəydi. Prezident 

orduda  qayda-qanun  yaratmaq,  onu  dövlətin  mənafeyinə  xidmət  edən  qüvvəyə  çevirmək 

üzərində  ciddi  düĢünürdü.  3  avqustda  o,  prezident  yanında  ümumrespublika  müĢavirəsi 

çağıraraq hərbi quruculuq məsələlərini və bu sahədə həlli zəruri konkret problemləri müzakirəyə 

çıxardı.  Bəy  göstərdi  ki,  könüllülük  prinsipi  əsasında  yaradılmağa  baĢlayan  Azərbaycan  Milli 

Ordusu  bu gün  təxminən  bərabər sayda  könüllü  və  çağırıĢçılardan  komplektləĢdirilib.  Prezident 

bunu da bildirdi ki, orduda hələ ümumi komandanlığa tabe olmayan hərbi dəstələr də var. 

Bütünlükdə  vəziyyəti  təhlil  edən  prezident  Milli  Ordumuzun  yaradılmasını  sürətləndirməkçün 

konkret tədbirlər müəyyənləĢdirdi və onların qısa vaxtda yerinə yetirilməsini tələb etdi. 

Demokratik  dövlət  qurmağı  qərarlaĢdıran  Azərbaycanda  artıq  hakimiyyət  qollarının  bölgüsü 

gerçəkləĢdirilməyə  baĢlamıĢdı.  Ancaq  hakimiyyətin  hansı  qoluna  hansı  səlahiyyətlərin  verilməsi 

qanunvericilikdə  hələ  öz  əksini  tapmadığına  görə  bəzi  təbii  dartıĢmalar  da  ortaya  çıxırdı.  4 

avqustda  rəsmi  dövlət  qəzeti  "Həyat"  bu  problemi  hətta  baĢlığa  çıxarmıĢdı:  "Prezidentlə 

parlament  arasında münaqiĢə  mövcuddurmu?". Səlahiyyətlərin  dəqiqləĢdirilməsi üst-üstə düĢən 

prezident  fərmanlarıyla  Milli  Məclis  qərarlarında  da  üzə  çıxırdı.  Məsələn,  prezidentin  "Türkiyə 

Respublikasının Ġstanbul Ģəhərində Azərbaycan Respublikasının baĢ konsulunun təyin edilməsi və 

baĢ konsulluğun fəaliyyətinin təĢkili haqqında" 7 avqust tarixli fərmanından (bu fərmanla Abbas 

Hacaloğlu  konsul  təyin  edilib)  bir  neçə  gün  sonra  -  11  avqustda  Milli  Məclis  "Türkiyə 

Cümhuriyyətinin  Ġstanbul  Ģəhərində  Azərbaycan  Respublikasının  baĢ  konsulluğunun  təsis 




edilməsi haqqında" qərar çıxardı və onun 2-ci maddəsində göstərdi: "Azərbaycan Respublikasının 

prezidentinə  təklif  edilsin  ki,  baĢ  konsulluğun  təĢkili  və  fəaliyyəti  ilə  bağlı  tədbirləri  həyata 

keçirsin". BaĢqa misal - Milli Məclisin 5 avqust tarixli qərarıyla Türkiyədə və Ġranda Azərbaycanın 

səfirliyi  təsis  edildi.  Bundan  sonra  prezident  də  Türkiyədə  (7  avqust)  və  Ġranda  (17  avqust) 

Azərbaycan səfirliklərinin fəaliyyətinin təĢkili və səfirlərin təyin edilməsi haqqında fərman verdi.   

Bu  tipli  məsələləri  anarxiya  sayanlar  az  deyil.  Prezidentin  özüsə  baĢ  verənləri  belə 

dəyərləndirirdi:   

"Ġndi deyirlər ki, onda hərə bir tərəfə çəkirdi, anarxiyaydı. Yox, o, anarxiya deyil, sadəcə olaraq, 

demokratiyaya gedən, anarxiyanın qarĢısını kəsəcək yolun baĢlanğıcıydı. Təəssüf, min təəssüf ki, 

vətəndaĢımız  bunu  baĢa  düĢmədi!  Çünki  xalqımız  gözünü  açıb  dövlətin  idarəçiliyinin  bir  əlin 

altında  olduğunu,  bütün  dəyirmanın  da  onun  əlində  fırlandığını  görüb.  Bizsə  bu  yolu  seçə 

bilməzdik.  Biz  dünyanı  tərəqqiyə  aparan  hakimiyyətlərin  həqiqətən  bölündüyü  demokratik 

prinsiplər  yolunu  bəyəndik.  Buradasa  hökmən  nöqsanlar,  əyrilər,  çatıĢmazlıqlar,  yıxıntılar 

olacaqdı.  Ancaq  yavaĢ-yavaĢ,  bir  neçə  ilə  hər  Ģey  qaydaya  düĢəcək,  hamı  yeni  mühitə 

öyrəĢəcəkdi"

. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, 

s.34).  

"Həyat" qəzetindəki "PREZĠDENT SEÇKĠQABAĞI VƏDLƏRĠNĠ UNUDUB" (6 avqust) kimi yazılar və 

hakimiyyət daxilində səlahiyyətlərin dəqiqləĢdirilməsi cəhdləri müxalifətin əhali arasında çaĢqınlıq 

törətməsinə  münbit  Ģərait  yaradırdı.  Artıq  avqustun  ortalarına  yaxın  dövlət  çevriliĢinin  olacağı 

haqqında  intensiv  Ģayiələr  yayılırdı.  "Həyat"  qəzeti  "ÇevriliĢ  cəhdi  həqiqətdirmi?"  (14  avqust) 

sorğusuna  mənfi  cavab  verərək  bu  Ģayiələrin  əsassızlığını  göstərsə  də  mövzunun  rəsmi  dövlət 

orqanının səhifəsində müzakirəyə çıxarılması belə Ģeylərə alıĢmamıĢ dünənki sovet insanlarında 

məsələnin ciddi olduğu ehtimalı doğururdu. Düzdür, prezidentin mətbuat və televiziyada gec-gec 

görünməsi, özünü təbliğ etdirməyə çalıĢmaması da (təbliğatın dövlət idarəetməsindəki roluna bu 

cür etinasız yanaĢma Elçibəy iqtidarının ən ciddi səhvlərindəndi) Ģayiələrə rəvac verirdi. Ancaq bu 

Ģayiələrin arxasında köhnəliklə yeniliyin ölüm-dirim çarpıĢmasının dayandığını heç də hamı anlaya 

bilmirdi.   

Bəllidir  ki,  icraedici  hakimiyyətin  baĢlıca  təmsilçisi  olan  Nazirlər  Kabineti  əsasən  köhnə  və 

rüĢvətxor  kommunist  kadrlardan  təĢkil  edilmiĢdi  və  yeni  islahatlara  baĢlanmasının,  bütövlükdə 

yeni  cəmiyyət  quruculuğunun  qarĢısındakı  ən  böyük  və  gerçək  əngəl  də  məhz  bu  qurumdu. 

Əslində  ölkədəki  az  qala  bütün  real  hakimiyyət  mexanizmlərini  əlində  saxlayan  bu  nəhəng  və 

barıĢmaz aparatı dəyiĢdirmədən yeni dövlət quruculuğunda heç nəyə nail olmaq mümkün deyildi. 

Bunu hamıdan daha aydın təsəvvür edən prezidentin "Azərbaycan Respublikası Nazirlər Kabineti 

ĠĢlər  Ġdarəsinin  strukturunda  dəyiĢikliklər  haqqında"  sərəncamı  (17  avqust)  dövlət  çevriliĢi 

haqqında Ģayiələrin heç də boĢ yerə yaranmadığını ortaya qoydu. Nazirlər Kabineti iĢlər idarəsi 

və  Prezident  Aparatı  struktur  bölmələri  arasındakı  vəzifə  təkrarlanma  və  uyğunluqlarını  aradan 

qaldırmaq, dövlət aparatında ixtisar aparmaq məqsədi güdən sərəncam çoxlu rüĢvətxor məmuru 

dəhĢətə  gətirdi. Tutduğu vəzifələrdən  hədsiz  maddi sərvət qazanan, buna  görə  də onu  itirmək 

istəməyən  bu  adamlar  sərəncamın  hazırlanmasından  xəbər  tutaraq  onun  qəbul  edilməməsi 

yolunu  xalqı  Ģayiələrlə  qorxutmaqda,  hakimiyyətə  psixoloji  təzyiq  göstərməkdə  tapmıĢdılar. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə