Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə53/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   49   50   51   52   53   54   55   56   ...   191

inandıra  bildi,  narahatlıq  doğura  biləcək  məsələləri  və  onları  necə  həll  etməyin  yollarını 

müəyyənləĢdirdi. 

Görünür,  Bəyin  uğurları  rəsmi  təbliğatın  təqdim  etdiyindən  (əslində  heç  gözəçarpan  rəsmi 

təbliğat  vardımı  ki?!)  qat-qat  çoxmuĢ  ki,  azadlığımızın  düĢmənləri  təĢviĢə  düĢərək  onu  cismən 

aradan götürmək qərarına gəldilər. 

Görkəmli Azərbaycan alimi, professor Kamil Vəli Nərimanoğlu Əbülfəz Elçibəyi cismən və mənən 

məhv etməyə çalıĢan qüvvələri və onların məqsədlərini necə də doğru-düzgün açıqlayır:   

"Rusiya  -  Ġran  -  Ermənistan,  Türkiyənin  bir  sıra  qeyri-dövlət  və  mafioz  dairələri  Elçibəyi  hədəf 

seçərək aĢağıdakı məqsədləri həyata keçirməyə çalıĢırdılar: 

 

 



milli  mənafe,  milli  dövlət,  demokratiya  və  liberal  dəyərlər  əsasında  Azərbaycanda  qüvvələrin 

mərkəzləĢməsinin önlənməsi; 

 

 

buraxılmıĢ səhvlər və qazanılmıĢ uğurlar əsasında əldə edilən təcrübənin vahid ideya daĢıyıcısı - 



lider ətrafında birləĢdirilməsinin qarĢısının alınması;

 

 



Bütöv Azərbaycan hərəkatına sədd çəkilməsi

 

 



Rusiyanın hərbi-sənaye kompleksi, KQB, QRU vasitəsi ilə imperiya məqsədlərinə can atmasının 

ifĢa edilməsinə mane olmaq; 

 

 

Ġranın labüd parçalanmasına mane olan böyük real ideoloji qüvvənin neytrallaĢması;



 

 

islami dəyərlərlə milli-demokratik dəyərləri birləĢdirən liderin məhv edilməsi; 



 

 

müstəqil,  demokratik  Azərbaycan  uğrunda  mübarizə  müstəvisində  yeni  mübarizə  məktəbinin 



baĢında duran Elçibəy siyasi məktəbinin sarsıdılması, nüfuzdan salınıb məhv edilməsi;

 

 



türk dünyasının iqtisadi, mədəni birliyi ideyasının daĢıyıcısı kimi Elçibəyin aradan götürülməsi və 

s.". 


 

(Kamil Vəli Nərimanoğlu. Missiya. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.7). 

ĠKĠNCĠ SUĠ-QƏSD 

Əbülfəz  bəyi  öldürməyə  dəfələrlə  çalıĢıblar.  Hər  dəfə  ya  özünün  sayıqlığı,  ya  da  dostlarının 

xəbərdarlığı sayəsində qurtula bilib. Ancaq prezident seçkilərindən az öncə hazırlanmıĢ sui-qəsd 

onun həyatına son qoya biləcək ilk ən gerçək təhlükəydi ki, onun da qarĢısını uca Tanrının özü 

almıĢdı. QardaĢı Almurad bəyin Yasamaldakı evində yaĢayan Bəyi ġərifzadə və Kiyev küçələrinin 

kəsiĢməsindəki ATS binasının üstündən snayperlə vurmağa (bu, Əbülfəz bəyin hakimiyyətə gələ 

bilməməsindən  ötrü  edilən  cəhddi)  razılaĢmıĢ  peĢəkar  atıcı  Ramiz  Babayev  tam  təsadüf 

nəticəsində  Bəyin  söhbətlərini  dinlədikdən  sonra  belə  bir  insanı  öldürməyi  Allaha  qarĢı  üsyan 

sayaraq tapĢırıqdan qəti boyun qaçırmıĢdı. (Sonralar o, Bəylə öz təĢəbbüsüylə görüĢərək hər Ģeyi 

etiraf  etmiĢdi.  Bəlli  olmuĢdu  ki,  bu  qəsdin  arxasında  ikisi  keçmiĢ  cəbhəçi  olmaqla  üç  nəfər 




dayanır. 

Bax:  "R.Qazıyev  mənə  Ə.Elçibəyi  aradan  götürməyi təklif etdi.  Mən  isə...".  -  "Azadlıq" 

qəzeti, 16.02.1995).   

29  avqustda  Gəncədən  Tərtərə  yola  düĢən  prezident  ikinci  sui-qəsdlə  üzləĢdi.  Bu  hadisə 

təxminən saat 11-də Bakı-Tiflis yolunun 318-inci kilometrində baĢ verdi.   

Əbülfəz  Elçibəyin qardaĢı  oğlu  və  cangüdəni  Ədalət  Məmmədov  (dostları  onu  "Coci"  çağırır  və 

özü də ona Bəydən yadigar qalmıĢ bu adı sevir) hadisəni indi də incəliyinədək xatırlayır: 

"Lap  qabaqda  bir-birindən  1  km  aralı  olan  respublika  Dövlət  Avtomobil  MüfəttiĢliyinin  və 

prezident  mühafizəsi  yol  polis  müfəttiĢinin  bir  neçə  mühafizə  maĢını  gedir  və  hərəkətdə  olan 

nəqliyyatı yolun qırağına çəkərək saxladırdı. (Onların birində AzTV-nin əməkdaĢı Sahib Alıyev və 

operator əyləĢmiĢdilər; hadisəni çəkmiĢdilər). Onlardan yarım kilometr aralıda mənim, respublika 

dövlət  yol  polisinin  Ģöbə  müdiri  Aydın  Cəfərovun  və  mühafizəçilər  Əmirağa  Musayevlə  Fətulla 

Məmmədovun əyləĢdiyimiz "Mersedes" gedirdi. Bizdən bir az aralı prezidentin Ģəxsi mühafizəsinin 

baĢçısı general Vaqif Axundovun, ondan sonra prezidentin özünün, onun arxasınca da nazirlərin 

maĢınlarından ibarət böyük bir karvan saatda 100-120 kilometr sürətlə Ģütüyürdü.

 

Müdafiə  Nazirliyinin  Tərtərdən  Gədəbəyə  "Qrad" mərmisi daĢıyan,  ard-arda düzülmüĢ  "KamAZ" 



markalı  5  refrijeratorunu  da  qabaqdakı  mühafizə  maĢınları  yolun  qırağına  çəkib  saxlatmıĢdı. 

Bizim  maĢın  "KamAZ"lara  yaxınlaĢanda  onların  dördüncüsü  "Mersedes"  olduğumuzu  görüb 

yerindən  tərpəndi  və  üstümüzə  sürdü..  (Ona  deyilibmiĢ  ki,  prezidentin  əyləĢdiyi  "Mersedes"i 

vurarsan;  o  vaxt  da  respublikada  cəmi  4-5  "Mersedes"  olduğundan,  düĢünüb  ki,  prezidentin 

maĢını elə  budur).  Aydın  Cəfərov  sürücümüzə  dedi  ki,  bu  "KamAZ" bütün  karvanı  əzəcək;  onu 

vur,  yoldan  çıxart!  Yüz  sınaqdan,  ölümdən  çıxmıĢ  həddən  artıq  bacarıqlı  sürücümüz  göz 

qırpmadan ölümün qucağına atıldı. Bir də onu gördüm ki, "KamAZ" bizi göturub yolun qırağına - 

pambıq  tarlasına  tulladı.  Allahımız  gətirdi  ki,  həm  maĢın  təkərləri  üstündə  düĢdü,  həm  də 

düĢdüyümüz  torpaq  tarla  suvarıldığına  görə  yumĢaq  oldu,  bu  da  zədələnməyimizin  qarĢısını 

müəyyən  qədər  aldı.  BaĢqa  maĢında  (məsələn,  "Jiquli"də)  olsaydıq  yəqin  ki,  tikəmiz  də  ələ 

gəlməyəcəkdi, ancaq "Mersedes" əzilib tam yararsız hala düĢsə də bizi ölümdən qoruyub saxlaya 

bildi. 


 

"KamAZ" refrijerator bizi vurub eninə yolu kəsdi. Bizim arxamızca gələn Vaqif Axundovun maĢını 

"KamAZ"ın  kabinasının  arxasındakı  təkərə  çırpıldı,  bu,  onu  məhv  olmaqdan  qurtardı  (onun 

sürücüsü  də  qoçaq  adamdı).  "KamAZ"  elə  durmuĢdu  ki,  yolun  qırağında  saxlayaraq  dayanmıĢ 

maĢınla  onun  arasında  yalnız  bir  avtomobilin  keçə  biləcəyi  ara  qalmıĢdı.  Prezidentin  sürücüsü 

Xəlil Qəniyev sürəti qətiyyən azaltmadan bu dar aradan məharətlə sürüb keçdi və təxminən bir 

kilometr qabaqda saxladı.

 

Bizim  maĢında  mən  və  Əmirağa,  Vaqif  Axundovun  maĢınındasa  generalın  özü  və  mühafizəçi 



Mərdan  Həsənov  (sürücünü  qorumaqçün  qucaqlayarkən  onun  qolu  sınmıĢdı)  yaralanmıĢdıq. 

(Təxminən  buna  bənzər  bir  ssenari  üzrə  vaxtilə  Belorusiya  SSR  Nazirlər  Sovetinin  Moskvanın 

xoĢuna gəlməyən sədrini "ZĠL" maĢınıyla sıradan çıxarmıĢdılar).

 

"KamAZ"ın  sürücüsü  özünə  gələn  kimi  düĢüb  pambığın  içiylə  meĢəyə  qaçmağa  baĢladı.  Aydın 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə