Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə46/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   42   43   44   45   46   47   48   49   ...   191

Sərəncamın  çıxarılmasından  sonrasa  onlar  yeganə  xilas  vasitəsinin  bu  hakimiyyətin  özündən 

qurtulmaqda olduğunu düĢünərək "xilaskar" axtarmağa baĢladılar və tapdılar da.   

Pənah Hüseynov deyir:

 "Artıq avqustun axırı - sentyabrın əvvəllərindən (1992 - red.) S.Hüseynov 

problemi  üzərində  iĢləməyə  baĢladıq.  [...]  Artıq  məlumatlar  daxil  olmağa  baĢlayırdı  ki,  hərbi 

hissələrə  MTN  iĢçiləri  buraxılmır.  ORDU  NƏZARƏTDƏ  DEYĠLDĠ.  Çox  böyük  çətinliklə  prezident 

yanında Xüsusi Ġdarəni yarada bildik. [...] Sentyabrın əvvəllərində S.Hüseynovla, demək olar, ilk 

münaqiĢə baĢ vermiĢ oldu. Vertolyotçularla bağlı hadisə, Xüsusi Ġdarənin əməkdaĢının döyülməsi 

faktı  və  baĢqa  bu  cür  hadisələr,  təkrar  edirəm,  onun  orduya  nəzarətdən  gec  də  olsa 

uzaqlaĢdırılması  zərurətini  ortaya  çıxarmıĢdı.  [...]  Eyni zamanda,  R.Qazıyevlə  S.Hüseynovun  bir 

tandem Ģəklində saxlanması bizim əsas səhvlərimizdən idi"

 ("Yeni Müsavat", 14.04.1999).   

Seçdiyi gerçək müstəqillik yolunda heç nədən və heç kimdən çəkinməyərək inadla yürüyən Bəy 

ölkənin sarsıntılardan çıxarılmasında Qarabağ düyününün çözülməsinin həlledici rol oynayacağını 

bildiyinə görə bu məsələnin həlli üzərində daha çox baĢ sındırırdı. 6 avqustda ATƏM-in Romada 

keçirilən  fövqəladə  görüĢünün  iĢtirakçıları münaqiĢə  edən  tərəfləri:  Ermənistanı və  Azərbaycanı 

atəĢi 60 gün müddətinə dayandırmağa çağıran müraciət qəbul etdilər. Bütün avqust ayı boyunca 

Tərtər,  Cəbrayıl,  Zəngilan,  Kəlbəcər,  Gədəbəy,  Qazax,  Ağstafa,  Ağdam  və  Naxçıvanda 

ermənilərlə  uğurla  vuruĢan  Azərbaycan  məsələni  hələ  heç  müzakirə  etməyə  baĢlamamıĢdı  ki, 

ertəsi  gün  -  7  avqustda  Ermənistan  XĠN  tez-tələsik  bəyanat  yayaraq  Azərbaycan  tərəfini  sülh 

danıĢıqlarına  getməməkdə  və  Ermənistan-Azərbaycan  münaqiĢəsi  zonasında  döyüĢ 

əməliyyatlarını  gücləndirməkdə  suçlandırdı.  Azərbaycan  XĠN  öz  cavab  bəyanatında  bu  gediĢi 

"siyasi iftira" adlandırdı. 

Özünün  gündəlik  iĢində  hərbi  quruculuğa  daim  geniĢ  yer  ayıran  prezident  "Azərbaycan 

Respublikası vətəndaĢlarının  alternativ  xidmət  (əmək  mükəlləfiyyəti) keçməsi qaydası haqqında 

əsasnamə"ni  fərmanla  təsdiq  etdikdən  (31  iyul  1992)  bir  həftə  sonra  yerlərdə  müdafiə 

məsələlərinin  həlli  qaydasını  təkmilləĢdirməkçün  "Ərazi  müdafiə  qərargahlarının  yaradılması 

haqqında"  da  fərman  verdi  (7  avqust).  Bəyin  göstəriĢiylə  Rusiya  Federasiyası  və  Azərbaycan 

Respublikası arasında aparılan danıĢıqların (danıĢıqları səfirlər Valter ġoniya və Hikmət Hacızadə 

aparırdılar)  nəticəsində  7  avqustda  Moskvada  "Azərbaycan  Respublikası  ərazisində  yerləĢən 

Rusiya  Federasiyası  sərhəd  qoĢunlarının  müvəqqəti  statusu  və  fəaliyyət  mexanizmi  haqqında" 

saziĢ  paraflandı.  Rusiyayla  keçmiĢ  Sovet  Ġttifaqının  subyektlərindən  biri  arasında  sərhədlər 

haqqında  əldə  edilmiĢ  bu  ilk  saziĢdə  Rusiya  Federasiyası  sərhəd  qoĢunlarının  Azərbaycan 

Respublikası ərazisindən bütünlüklə çıxarılmasıyçün keçid dövrü nəzərdə tutulurdu. Hər iki tərəfin 

razılığıyla dövlət sərhədinin mühafizəsinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının prezidenti 

həyata keçirəcəkdi. Bu, Bəyin Azərbaycanın müstəqilliyi yolunda qazandığı növbəti uğuruydu.   

Azərbaycan  diplomatik  fəallığı  daha  da  gücləndirməyə  baĢlamıĢdı.  Xarici  iĢlər  naziri  Tofiq 

Qasımov avqustun baĢlanğıcında Türkiyəyə etdiyi ilk səfərindən sonra üç gün də (18-20 avqust) 

Ġranda olaraq mühüm danıĢıqlar apardı. 

Xarici dövlətlərlə hər sahədə müstəqil ikitərəfli əlaqələrin geniĢləndirilməsinə üstünlük verən Bəy 

6  avqustda  Bremen'in  (Almaniya)  limanlar,  gəmiçilik  və  xarici  ticarət  üzrə  senatoru  Uve 



Bekmeyerin  baĢçılığı  altındakı  nümayəndə  heyətini  qəbul  etdi.  Bu  gəliĢdə  hər  iki  tərəfçün 

qarĢılıqlı faydalı danıĢıqlar aparıldı.   

ƏLƏKRƏM HÜMMƏTOVUN XƏBƏRĠ YOXMUġ... 

Elçibəy  iqtidarına  asi  olanların  böyük  əksəriyyəti  umudla  Naxçıvana  üz  tutdu.  Bu  hakimiyyətin 

devrilməsinə  öz  "töhfə"sini  vermiĢ  və  xidmətlərinə  görə  Ali  Sovetin  sədrliyi  vəzifəsiylə 

mükafatlandırılmıĢ  Rəsul  Quluyev  spikerlikdən  uzaqlaĢdırıldıqdan  sonra  Heydər  Əliyevi  "ilk 

milli-demokratik hakimiyyətə qarĢı qeyri-sivil mübarizəni maliyyələĢdirməkdə" ittiham etdi. Onun 

respublika  prokurorluğuna  göndərdiyi  rəsmi  ittihamnamədə  göstərilir  ki,

  H.Əliyev  Naxçıvan  Ali 

Məclisinin sədri olarkən 4 mart 1992-də Bakıdan heç bir icazə almadan sanki müstəqil dövlətin 

baĢçısıymıĢ  kimi  Türkiyə  Cümhuriyyətinə  gedərək  Türk-Naxçıvan  Bankının  açılması  haqqında 

saziĢ  imzalayıb  və  Ali  Məclisdəki  35  nəfərlik  Demokratik  blok  üzvlərinin  ciddi  tələblərinə 

baxmayaraq  bankın  nizamnaməsinin  və  saziĢin  xalqdan  gizli  saxlanılmasına  nail  olub.  SaziĢdə 

Türkiyə  tərəfi  Naxçıvana  köməkçün  100  milyon  dollarlıq  güzəĢtli  kredit  ayırmağı  öhdəsinə 

götürüb; həmin məbləğin 25 milyonu ərzaq alınmasına sərf edilməli, qalanısa texniki kredit kimi 

alınmalıydı.  R.Quluyevin  sözlərinə  görə,  H.Əliyev  25  milyon  dollarlıq  ərzağın  cüzi  bir  hissəsini 

Naxçıvan  əhalisinə  sərf  etdi,  "qalan  böyük  bir  hissəsini  mənimsəyərək  ilk  milli-demokratik 

hakimiyyətə qarĢı qeyri-sivil mübarizəni maliyyələĢmə mənbəyinə çevirdi".

 

H.Əliyevin  16  avqust  1992-də  Ġran  prezidenti  Əliəkbər  HaĢimi-Rəfsəncaninin  göndərdiyi  Ģəxsi 



təyyarəylə Tehrana rəsmi səfərə getməsini də "səlahiyyət həddinin aĢılması, ölkənin Konstitusiya 

qaydalarına  qiyam  qaldırılması"  sayan  R.Quluyev  bildirir  ki,  Ġrandan  Naxçıvana  qaz  kəməri 

çəkilməsinin  müzakirəsi  kimi  təqdim  edilən  bu  səfərin  əsl  məqsədi  hakimiyyət  uğrunda 

mübarizədə Ġranın dəstəyini qazanmaqdan ibarətmiĢ; sonralar Təbriz-Culfa qaz kəmərinin nəinki 

çəkilməməsi, hətta bu haqda söhbətin də unudulması bunu təsdiqləyir. KeçmiĢ spiker bəyan edir 

ki,  H.Əliyev  "Ġran  tərəfinə  hakimiyyətə  gələcəyi  təqdirdə  Azərbaycan  Konstitusiyasına  islam 

dininin xüsusi statusu haqqında maddə salınacağını, beynəlxalq neft kontraktlarında Ġranın geniĢ 

təmsilçiliyinə yol açacağını vəd edibmiĢ".

 

Əlbəttə,  bu  ittihamların  hər  biri  ciddi  həqiqət  süzgəcindən  keçirilməlidir.  Ancaq,  hər  halda,  bu 



fikirləri bir vaxt Heydər Əliyevin sağ əli olmuĢ Ģəxsin söyləməsi onların ciddiliyinə inam yaradır.   

Ən  maraqlısı  budur  ki,  tezliklə  Azərbaycanın  həm  içində,  həm  də  çölündə  təxminən  4  iyun 

öncəsinə  bənzər  hadisələr  cücərməyə  baĢladı.  Avqustun  17-sində  Milli  Ordunun  Lənkərandakı 

hissəsindən bir qrup əsgər silahla icra hakimiyyətinin üstünə gələrək binanı mühasirəyə aldı. Ġcra 

hakimiyyətinin 40 iĢçisi əhaliyə bununla bağlı müraciət etdi. Həmin müraciətdə oxuyuruq: "Hərbi 

hissənin  komandiri  Ələkrəm  Hümmətov  bu  aksiyanın  hazırlanmasından  bixəbər  olduğunu 

bildirmiĢdir".   

21  avqustda  Güzdək  yaxınlığındakı  hərbi  anbarlarda  güclü  partlayıĢ  baĢ  verdi.  Bu  hadisənin 

nədən  doğduğunu  deyə  bilməsək  də  xatırladım  ki,  avqustun  24-ündə  Rusiyanın  4-üncü 

ordusunun son alayı və komandanı Azərbaycanı tərk etdi, ancaq Rusiyayla bağlanmıĢ müqaviləyə 

görə, ordu hissələri 1994-ün 1 avqustunadək mərhələlərlə çıxarılmalıydı. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə