gərgin və güzəĢtsiz danıĢıqlar nəticəsində razılığa gəlindi ki, Xəzər Donanması gəmilərinin və
baĢqa əmlakının 25 faizi Azərbaycan Müdafiə Nazirliyinə verilsin.
Prezidentimizin Rusiyayla hökmlü danıĢıqları Rusiya hərbi dairələrinin xüsusi rəğbət bəslədiyi
Azərbaycan müdafiə naziri Rəhim Qazıyevin (o, bu vəzifəyə Elçibəyədək - 1992-nin martında
təyin edilmiĢdi) xoĢuna gəlmirdi. KeçmiĢ dövlət katibi Pənah Hüseynov bildirir:
"1992-ci ilin
yayında Rəhim Qazıyevin dövlət çevriliĢi etmək niyyətləri barədə mütəmadi məlumatlar alırdıq.
Artıq həmin ilin iyul ayında onun istefaya göndərilməsi məsələsini qoymağa baĢladıq. Ancaq
mümkün nəticələr barədə müzakirələr aparılarkən ... məlum oldu ki, döyüĢən orduda xeyli
nüfuza malik Ģəxslərdən biri bilavasitə Surət Hüseynovdur. Ona görə də R.Qazıyevin vəzifədən
azad edilməsi ərəfəsində hansısa profilaktik tədbir görmək lazım idi. [...] Prezidentlə razılıqdan
sonra Surəti hökumətə dəvət elədim. [...] Əbülfəz bəylə görüĢdükdən sonra S.Hüseynov vəzifəyə
(
prezidentin səlahiyyətli nümayəndəliyinə - Ə.T.
) razılığını verdi. Ona iĢ yerinə - Bakıya gəlmək
tapĢırıldı və təbii ki, Qarabağ üzrə səlahiyyətli nümayəndə kimi bilavasitə döyüĢ zonalarında
fəaliyyət göstərəcəkdi. [...] Bizdən sonra R.Qazıyev qeyri-qanuni olaraq S.Hüseynovu korpus
komandiri təyin etdi. Bununla da S.Hüseynovun hərbi hissələrin iĢinə bilavasitə müdaxilədən
uzaqlaĢdırılmasını nəzərdə tutan plan pozulmuĢ oldu. S.Hüseynovun səlahiyyətli nümayəndə
təyin olunduğu günün səhəri R.Qazıyev istefaya göndərilməli idi"
("Yeni Müsavat", 14.04.1999).
Yəqin ki, iqtidarın niyyətini bilən R.Qazıyev 28 iyulda Milli Məclisdəki qapalı iclasda hakimiyyətə
təzyiq göstərmək məqsədiylə istefa ərizəsi verdiyini bəyan etdi. Prezidentin imzaladığı fərman və
sərəncamları "diletant" adlandıran müdafiə nazirinin hərəkətləri onunla prezident arasındakı
əslində çoxdan bəri mövcud olan fikir və mövqe ayrılıqlarının zirvə nöqtəsinə çatdığını göstərirdi.
Maraqlı burasıdır ki, iqtidardakı naziri müxalifət partiyasının baĢçısı Etibar Məmmədov da müdafiə
edərək ona QEYRĠ-MƏHDUD SƏLAHĠYYƏTLƏR verilməsini təklif edirdi. R.Qazıyevin Ģəxsində
artıq hakimiyyətin öz içində də açıq müxalifətin yetiĢdiyi görünürdü. "Daxili" və "xarici"
müxalifətlərin birgə etirazı əslində Azərbaycan hökumətinə ilk "kollektiv" xəbərdarlıqdı və bunun
arxasında kimin dayandığını düĢünüb tapmaqçün dahi olmağa ehtiyac yoxdu...
R.Qazıyevin qəzəblə verdiyi istefanı qəbul etmək Rusiyayla savaĢa girmək deməkdi - dövlət katibi
Pənah Hüseynova Rusiyanın bəzi dairələri xəbərdarlıq etmiĢdi ki, R.Qazıyev iĢdən çıxarılarsa
Ermənistan Azərbaycan torpaqlarını Kür çayınadək iĢğal edə bilər... Əslində elə bu səbəbdən də
özünü o vaxt hakimiyyətdən güclü sayan R.Qazıyev sonralar P.Hüseynova ünvanladığı məktubda
bunu boynuna alır:
"...Həsrətində olduğunuz bu istefanı qəbul etməməyinizin səbəbi nə idi?
Pənah, nə Elçibəyin, nə də sənin bu günə kimi cəsarətiniz çatmayıb ki, HƏMĠN DÖVRDƏ
ĠSTEFAMI QƏBUL ETMƏYĠN MÜMKÜNSÜZLÜYÜNÜ etiraf edəsiniz. Rusiya Federasiyasının xüsusi
xidmət orqanlarına iĢləməkdə suçladığınız, mülki vətəndaĢ olan müdafiə naziri R.Qazıyevin qısa
müddətdə Rusiyanın Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri ilə yaratdığı normal diplomatik
(?! - Ə.T.) və Ģəxsi münasibətlər... sizdə son dərəcə SĠYASĠ QISQANCLIQ və müəyyən mənada
da XOF yaratmıĢdı"
("Yeni Müsavat", 25-26.04.1999).
Vəziyyəti hərtərəfli götür-qoy edən Bəy məqsədəuyğun qərar çıxardı - naziri hələlik vəzifədə
saxlamağı lazım bildi. Bəyin imzaladığı, Azərbaycan Milli Ordusunun təĢkili prosesini
sürətləndirmək məqsədi daĢıyan və 7 təĢkilata ünvanlanan "Azərbaycan Respublikası Silahlı
Qüvvələri Ali BaĢ Komandanının direktivi" 31 iyulda dərc edildi. Bu, arxasında yad qüvvələrin
dayandığı hərbi qurumumuzun baĢçısıyla toqquĢmadan dövləti itkisiz çıxarmağa edilən ilk cəhddi.
Avqustun baĢlanğıcında artıq ayyarımlıq iqtidara qarĢı müxalifətin mütəĢəkkil qüvvəyə çevrildiyi
hiss olunmağa baĢladı. Əslində R.Qazıyevin çılğın etirazları həmin mütəĢəkkilliyin "Avrora"
atəĢiydi. Və ən maraqlı cəhət buydu ki, hakimiyyətə qarĢı təzyiqlər məhz yeni cəmiyyət və dövlət
quruculuğunda islahatlar ərəfəsində, mütərəqqi dəyiĢikliklər dərinləĢdikcə daha kəskinləĢirdi.
Ancaq prezident və onun gənc komandası (düzünə qalsa, bu komanda hələ əməlli-baĢlı ortada
yoxdu) inadla irəliyə doğru addımlayırdı.
1 avqustda Bəy ticarət müəssisələrinin fəaliyyətinin kommersiyalaĢdırılması haqqında fərman
verdi. Bu, ölkədə bazar iqtisadiyyatı elementlərinin təĢəkkülündə ilk ciddi təĢəbbüslərdəndi.
Elçibəyə ölkənin az qala dayanmıĢ sənayesi, baĢdan-baĢa tənəzzülə uğramıĢ iqtisadiyyatı,
anarxiya içindəki təsərrüfatı miras qalmıĢdı. Bunun səbəbkarının elə bu yeni hakimiyyətin özünün
olduğunu əhaliyə inandırmağa çalıĢan qara qüvvələr sabotaja da əl atır, xalqda geniĢ narazılıq
yaratmaq istəyirdilər. Xüsusən nəqliyyatda vəziyyət dözülməzdi. Adamlar iĢ yerinə getməkçün
saatlarla vaxt itirirdilər.
Azərbaycanda rüĢvət sistemi indiyədək yuxarıdan aĢağıya doğru inkiĢaf etmiĢdi - hakimiyyətin
zərvəsində əyləĢən Ģəxs özünün birbaĢa tabeliyində olanlardan, onlarsa öz "təbəə"lərindən
rüĢvət alır və bu piramida sistemi sadə əməkçidə baĢa çatırdı. Ġndisə həmin sistemin zirvəsi
dağılmıĢdı - güclü dövlət qurmaqla rüĢvətin qətiyyən bir araya sığmadığını yəqin edən, buna görə
də onunla mübarizə aparmağı qərarlaĢdıran prezident, Milli Məclisin və Ali Məhkəmənin sədrləri,
onların tabeliyindəki Ģəxslər rüĢvət almadıqlarına görə aĢağıların alması qorxulu olmuĢdu. Köhnə
nomenklaturanın buna dözməyərək gizli etirazlar təĢkil etməsi təbiiydi. Dövlət müĢaviri Rafiq
Ġsmayılov belə bir maraqlı faktı bəyan etmiĢdi ki, bir vəzifə yiyəsi təkcə texnikumlarda test
üsuluyla qəbul imtahanlarının qarĢısını almaqçün 50 milyon manat xərcləməyə hazır olduğunu
söyləmiĢdi.
(Müqayisə edək: bu zaman ölkədə orta aylıq əmək haqqı 920 manatdı). Belə
adamlar, sözsüz ki, xilası yalnız əhalini hakimiyyətə qarĢı qaldırmaqda görürdülər. Sonralar Təhsil
Nazirliyi qarĢısında təĢkil edilən "xalq etirazları"nın arxasında da belə Ģəxslərin dayandığı gün
kimi aydındı).
Köhnə "qurdlar"ın 50 milyonları olsa da hakimiyyət baĢçıları həqiqətən kasıbdılar. Prezident
Aparatında Elçibəylə görüĢünü məĢhur Ģairimiz Rüstəm Behrudi belə xatırlayır:
"Prezidentliyi dövründə qəzetlərin hansındasa "bu Ģəhərdə qalmaq üçün salam verməyə, çıxıb
getmək üçün vidalaĢmağa kimsə yox" sözlərimi oxuyub məni yanına dəvət eləmiĢdi. Sevda
yolçuluğundan, ədəbiyyatdan, Ģerdən uzun-uzadı danıĢdıq. "Bizim hökumətdə iĢləmək istəyin
varmı?" deyə soruĢdu. Dedim ki, Bəy, bilirsən ki, mən söz adamıyam. Hansı vəzifədə iĢləsəm sizi
yarıtmayacağam. YaxĢı olar ki, bir yüz dollar verəsən, sənin hesabına dostlarla bir məclis qurum.
Gözləri gülürdü - vəzifədən imtina eləyib onu yüz dollara dəyiĢməyim Bəyə ləzzət eləmiĢdi.
Prezident Aparatında saat yarımdan sonra kimlərdənsə yüz dollar tapıldı.