Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə44/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   40   41   42   43   44   45   46   47   ...   191

gərgin  və  güzəĢtsiz  danıĢıqlar  nəticəsində  razılığa  gəlindi  ki,  Xəzər  Donanması  gəmilərinin  və 

baĢqa əmlakının 25 faizi Azərbaycan Müdafiə Nazirliyinə verilsin.   

Prezidentimizin  Rusiyayla  hökmlü  danıĢıqları  Rusiya  hərbi  dairələrinin  xüsusi  rəğbət  bəslədiyi 

Azərbaycan  müdafiə  naziri  Rəhim  Qazıyevin  (o,  bu  vəzifəyə  Elçibəyədək  -  1992-nin  martında 

təyin  edilmiĢdi)  xoĢuna  gəlmirdi.  KeçmiĢ  dövlət  katibi  Pənah  Hüseynov  bildirir: 

"1992-ci  ilin 

yayında Rəhim  Qazıyevin  dövlət  çevriliĢi  etmək  niyyətləri barədə  mütəmadi  məlumatlar  alırdıq. 

Artıq  həmin  ilin  iyul  ayında  onun  istefaya  göndərilməsi  məsələsini  qoymağa  baĢladıq.  Ancaq 

mümkün  nəticələr  barədə  müzakirələr  aparılarkən  ...  məlum  oldu  ki,  döyüĢən  orduda  xeyli 

nüfuza malik  Ģəxslərdən  biri  bilavasitə  Surət  Hüseynovdur. Ona  görə  də  R.Qazıyevin  vəzifədən 

azad  edilməsi  ərəfəsində  hansısa  profilaktik tədbir görmək  lazım idi.  [...] Prezidentlə  razılıqdan 

sonra Surəti hökumətə dəvət elədim. [...] Əbülfəz bəylə görüĢdükdən sonra S.Hüseynov vəzifəyə 

(

prezidentin səlahiyyətli nümayəndəliyinə - Ə.T.



) razılığını verdi. Ona iĢ yerinə - Bakıya gəlmək 

tapĢırıldı  və  təbii  ki,  Qarabağ  üzrə  səlahiyyətli  nümayəndə  kimi  bilavasitə  döyüĢ  zonalarında 

fəaliyyət  göstərəcəkdi.  [...]  Bizdən  sonra  R.Qazıyev  qeyri-qanuni  olaraq  S.Hüseynovu  korpus 

komandiri  təyin  etdi.  Bununla  da  S.Hüseynovun  hərbi  hissələrin  iĢinə  bilavasitə  müdaxilədən 

uzaqlaĢdırılmasını  nəzərdə  tutan  plan  pozulmuĢ  oldu.  S.Hüseynovun  səlahiyyətli  nümayəndə 

təyin olunduğu günün səhəri R.Qazıyev istefaya göndərilməli idi" 

("Yeni Müsavat", 14.04.1999). 

Yəqin ki, iqtidarın niyyətini bilən R.Qazıyev 28 iyulda Milli Məclisdəki qapalı iclasda hakimiyyətə 

təzyiq göstərmək məqsədiylə istefa ərizəsi verdiyini bəyan etdi. Prezidentin imzaladığı fərman və 

sərəncamları  "diletant"  adlandıran  müdafiə  nazirinin  hərəkətləri  onunla  prezident  arasındakı 

əslində çoxdan bəri mövcud olan fikir və mövqe ayrılıqlarının zirvə nöqtəsinə çatdığını göstərirdi. 

Maraqlı burasıdır ki, iqtidardakı naziri müxalifət partiyasının baĢçısı Etibar Məmmədov da müdafiə 

edərək  ona  QEYRĠ-MƏHDUD  SƏLAHĠYYƏTLƏR  verilməsini  təklif  edirdi.  R.Qazıyevin  Ģəxsində 

artıq  hakimiyyətin  öz  içində  də  açıq  müxalifətin  yetiĢdiyi  görünürdü.  "Daxili"  və  "xarici" 

müxalifətlərin birgə etirazı əslində Azərbaycan hökumətinə ilk "kollektiv" xəbərdarlıqdı və bunun 

arxasında kimin dayandığını düĢünüb tapmaqçün dahi olmağa ehtiyac yoxdu...   

R.Qazıyevin qəzəblə verdiyi istefanı qəbul etmək Rusiyayla savaĢa girmək deməkdi - dövlət katibi 

Pənah  Hüseynova  Rusiyanın  bəzi  dairələri  xəbərdarlıq  etmiĢdi  ki,  R.Qazıyev  iĢdən  çıxarılarsa 

Ermənistan Azərbaycan torpaqlarını Kür çayınadək iĢğal edə bilər... Əslində elə bu səbəbdən də 

özünü o vaxt hakimiyyətdən güclü sayan R.Qazıyev sonralar P.Hüseynova ünvanladığı məktubda 

bunu  boynuna  alır: 

"...Həsrətində  olduğunuz  bu  istefanı  qəbul  etməməyinizin  səbəbi  nə  idi? 

Pənah,  nə  Elçibəyin,  nə  də  sənin  bu  günə  kimi  cəsarətiniz  çatmayıb  ki,  HƏMĠN  DÖVRDƏ 

ĠSTEFAMI QƏBUL ETMƏYĠN MÜMKÜNSÜZLÜYÜNÜ etiraf edəsiniz. Rusiya Federasiyasının xüsusi 

xidmət orqanlarına iĢləməkdə suçladığınız, mülki vətəndaĢ olan müdafiə naziri R.Qazıyevin qısa 

müddətdə Rusiyanın Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri ilə yaratdığı normal diplomatik 

(?! - Ə.T.) və Ģəxsi münasibətlər... sizdə son dərəcə SĠYASĠ QISQANCLIQ və müəyyən mənada 

da XOF yaratmıĢdı"

 ("Yeni Müsavat", 25-26.04.1999). 

Vəziyyəti  hərtərəfli  götür-qoy  edən  Bəy  məqsədəuyğun  qərar  çıxardı  -  naziri  hələlik  vəzifədə 

saxlamağı  lazım  bildi.  Bəyin  imzaladığı,  Azərbaycan  Milli  Ordusunun  təĢkili  prosesini 

sürətləndirmək  məqsədi  daĢıyan  və  7  təĢkilata  ünvanlanan  "Azərbaycan  Respublikası  Silahlı 




Qüvvələri  Ali  BaĢ  Komandanının  direktivi"  31  iyulda  dərc  edildi.  Bu,  arxasında  yad  qüvvələrin 

dayandığı hərbi qurumumuzun baĢçısıyla toqquĢmadan dövləti itkisiz çıxarmağa edilən ilk cəhddi.   

Avqustun baĢlanğıcında artıq ayyarımlıq iqtidara qarĢı müxalifətin mütəĢəkkil qüvvəyə çevrildiyi 

hiss  olunmağa  baĢladı.  Əslində  R.Qazıyevin  çılğın  etirazları  həmin  mütəĢəkkilliyin  "Avrora" 

atəĢiydi. Və ən maraqlı cəhət buydu ki, hakimiyyətə qarĢı təzyiqlər məhz yeni cəmiyyət və dövlət 

quruculuğunda  islahatlar  ərəfəsində,  mütərəqqi  dəyiĢikliklər  dərinləĢdikcə  daha  kəskinləĢirdi. 

Ancaq prezident və onun gənc komandası (düzünə qalsa, bu komanda hələ əməlli-baĢlı ortada 

yoxdu) inadla irəliyə doğru addımlayırdı. 

1  avqustda  Bəy  ticarət  müəssisələrinin  fəaliyyətinin  kommersiyalaĢdırılması  haqqında  fərman 

verdi. Bu, ölkədə bazar iqtisadiyyatı elementlərinin təĢəkkülündə ilk ciddi təĢəbbüslərdəndi. 

Elçibəyə  ölkənin  az  qala  dayanmıĢ  sənayesi,  baĢdan-baĢa  tənəzzülə  uğramıĢ  iqtisadiyyatı, 

anarxiya içindəki təsərrüfatı miras qalmıĢdı. Bunun səbəbkarının elə bu yeni hakimiyyətin özünün 

olduğunu  əhaliyə  inandırmağa  çalıĢan  qara  qüvvələr  sabotaja  da  əl  atır,  xalqda  geniĢ  narazılıq 

yaratmaq  istəyirdilər.  Xüsusən  nəqliyyatda  vəziyyət  dözülməzdi.  Adamlar  iĢ  yerinə  getməkçün 

saatlarla vaxt itirirdilər. 

Azərbaycanda  rüĢvət  sistemi  indiyədək  yuxarıdan  aĢağıya  doğru  inkiĢaf  etmiĢdi  -  hakimiyyətin 

zərvəsində  əyləĢən  Ģəxs  özünün  birbaĢa  tabeliyində  olanlardan,  onlarsa  öz  "təbəə"lərindən 

rüĢvət  alır  və  bu  piramida  sistemi  sadə  əməkçidə  baĢa  çatırdı.  Ġndisə  həmin  sistemin  zirvəsi 

dağılmıĢdı - güclü dövlət qurmaqla rüĢvətin qətiyyən bir araya sığmadığını yəqin edən, buna görə 

də onunla mübarizə aparmağı qərarlaĢdıran prezident, Milli Məclisin və Ali Məhkəmənin sədrləri, 

onların tabeliyindəki Ģəxslər rüĢvət almadıqlarına görə aĢağıların alması qorxulu olmuĢdu. Köhnə 

nomenklaturanın  buna  dözməyərək  gizli  etirazlar  təĢkil  etməsi  təbiiydi.  Dövlət  müĢaviri  Rafiq 

Ġsmayılov  belə  bir  maraqlı  faktı  bəyan  etmiĢdi  ki,  bir  vəzifə  yiyəsi  təkcə  texnikumlarda  test 

üsuluyla  qəbul  imtahanlarının  qarĢısını  almaqçün  50  milyon  manat  xərcləməyə  hazır  olduğunu 

söyləmiĢdi. 

(Müqayisə  edək:  bu  zaman  ölkədə  orta  aylıq  əmək  haqqı  920  manatdı).  Belə 

adamlar, sözsüz ki, xilası yalnız əhalini hakimiyyətə qarĢı qaldırmaqda görürdülər. Sonralar Təhsil 

Nazirliyi  qarĢısında  təĢkil  edilən  "xalq  etirazları"nın  arxasında  da  belə  Ģəxslərin  dayandığı  gün 

kimi aydındı).

 

Köhnə  "qurdlar"ın  50  milyonları  olsa  da  hakimiyyət  baĢçıları  həqiqətən  kasıbdılar.  Prezident 



Aparatında Elçibəylə görüĢünü məĢhur Ģairimiz Rüstəm Behrudi belə xatırlayır:   

"Prezidentliyi  dövründə  qəzetlərin  hansındasa  "bu  Ģəhərdə  qalmaq  üçün  salam  verməyə,  çıxıb 

getmək  üçün  vidalaĢmağa  kimsə  yox"  sözlərimi  oxuyub  məni  yanına  dəvət  eləmiĢdi.  Sevda 

yolçuluğundan,  ədəbiyyatdan,  Ģerdən  uzun-uzadı  danıĢdıq.  "Bizim  hökumətdə  iĢləmək  istəyin 

varmı?" deyə soruĢdu. Dedim ki, Bəy, bilirsən ki, mən söz adamıyam. Hansı vəzifədə iĢləsəm sizi 

yarıtmayacağam. YaxĢı olar ki, bir yüz dollar verəsən, sənin hesabına dostlarla bir məclis qurum. 

 

Gözləri gülürdü - vəzifədən imtina eləyib onu yüz dollara dəyiĢməyim Bəyə ləzzət eləmiĢdi. 



 

Prezident Aparatında saat yarımdan sonra kimlərdənsə yüz dollar tapıldı. 

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə