Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə2/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   2   3   4   5   6   7   8   9   ...   191

xislətli  bir  insandı.  O,  çobanlardan  dəriləri  yığaraq  qurudar,  onlardan  kəndin  yoxsul,  lüt-üryan 

uĢaqlarına gödəkçə, papaq, çarıq və b. tikərək təmənnasız bağıĢlayar, öz uĢaqlarını da götürüb 

damı, hasarı uçmuĢ adamlara təmirdə kömək edərmiĢ. Rus hökuməti ondan vergi istəyəndə qəti 

boyun qaçırıb və onu heç cür yola gətirə bilməyiblər. Hətta ağaca bağlanıb döyülsə də o, yenə 

rus hökumətinə “naloq” verməyəcəyini söyləyib. Bu zaman kənd ağsaqqalları onu azad etdirmiĢ 

və bu “Allahın tərsi”nin vergisini ödəməyi camaat özü öz öhdəsinə götürmüĢdür. 

Sovet  hökuməti  gələndə  ara  sakitləĢib  və  bir  çox  qaçqınlar  kimi  babası  MəĢədi  Mərdan  da  öz 

oğulları  Mehdiqulu  və  Qədirqulu  ilə  Ordubaddan  ata  yurdu  Pirdavdana  qayıdıb  (onun  üçüncü 

oğlu Almurad Ordubadda ölüb). Onun ölümündən sonra Qədirqulu (1896-1945) Kələkiyə qayıdıb. 

Əbülfəz  nəslinin  ikinci  qolu  -  ana  tərəfi  Anadoludandı.  Anasının  ulu  babası  (Əbülfəz  bəyin 

səkkizinci  ana  babası)  Qasım  kiĢi  Osmanlı  türküydü  və  sünniməzhəbdi.  Bu  Ģəxsin  adıyla  onun 

nəslinə “Qasımlılar” deyilib. Zəngəzura köçən Qasımlıların bir qolu indiyədək sünniliklərini saxlasa 

da  baĢqa  qolu,  o  sıradan  anasının  babası  Əhməd  kiĢi  Ģiəliyi  qəbul  etmiĢdi.  (Qasımlılar  indi 

Kələkidə sayılan uruqlardandır; ĢərqĢünas alim Aydın Qasımov da bu soydandır).   

Anası  Mehrinisə  Cəfər  qızı  (1889-1987)  da  Pirdavdanda  doğulub.  Firuzə  Mədət  qızı  Qasımlının 

(1932) mənə söylədiyinə görə, 1918'də erməni-müsəlman qırğını baĢlayanda Mehrinisə özündən 

4 yaĢ kiçik bacısı Qumrunu (o, yolda Ģaxtadan donaraq ölüb) və 6 yaĢ kiçik qardaĢı Fərruxu da 

götürərək vəhĢiləĢmiĢ ermənilərin zülmündən qaçaraq Kələkiyə sığınıb. Burada Pirdavdan qaçqını 

olan qohumu Bünyadla (? - 1930) ailə qurub, ondan iki oğlu: Ġbrahim və Murad dünyaya gəlib. 

Bünyadın vaxtsız ölümüylə bir müddət dul qalıb. Onu çoxları istəyib, ancaq əmisi oğlu Mədət kiĢi 

onu igid oğlan kimi ad-san qazanmıĢ Qədirquluya ərə verib. Qədirqulu ürəkdən sevib bəyəndiyi 

bu  kiĢi  təbiətli  və  olduqca  saf  mənəviyyatlı  qadının  uĢaqlarına  öz  doğma  övladları  kimi 

baxacağına söz vermiĢdi və sözünün üstündə də durdu. Yeni ailədə də iki oğul doğuldu: Almurad 

və Əbülfəz. 

Naxçıvanın Ġsveçrəsi sayılan Ordubadın Kələki kəndi bu qədim torpağın ən gözəl guĢələrindəndir. 

Azərbaycanın  güneyindən  mayak  kimi  ucalan,  sanki  əl  uzatsan  çatacaq  əzəmətli  Kəmki  dağına 

üzünü  tutub  sağa  da,  sola  da  boylandıqca  uca  hasarlara,  qalalara  bənzəyən  sıra  dağları: 

Ələngəzi, Soyuğu, QarayoxuĢu, Qapıcığı görürsən. Sanki nəhəng kasanın dibində yerləĢmiĢ kəndi 

coĢqun, əyri-üyrü Kələki çayı xəncər tək ortadan bölür, üzü Təbrizə doğru haray sala-sala uzun 

Ģərid kimi gedir. 

Ancaq nəsibi kasıb ailə olan Əbülfəzin gözünə bu gözəlliklər görünmürdü. Kəndin əksər uĢaqları 

kimi yarıac, yarıçılpaq gün keçirən bu körpənin acı həyatı 1943'ün yanvarından daha dözülməz 

oldu  -  atası  müharibəyə  getdi  və  ailə  baĢçısız  qaldı.  5  yaĢından  ata  sığal-tumarından  məhrum 

olan,  onun  üzünü  bir  daha  görməyən  körpənin  görəcəkli  günləri  hələ  qabaqdaymıĢ.  Çox-çox 

sonralar  uĢaqlıq  məĢəqqətlərini  xatırlayaraq  deyəcəkdi:  “...gəvənlərin,  kolların,  qanqalların 

içərisində  çoxumuz  ayaqyalın  gəzirdik.  Sonra  böyüyüb  gedərdik  yaylağa.  8-10  yaĢımızda 

dağlarda qoyun otarardıq. UĢaqların çoxusu elə idi. Faciə idi - təkcə oğlanların yox, qızların da 

ayaqları yalın olardı, daĢlar yarardı. Çox pis bir həyat idi - heç qul yaĢayıĢı da belə olmazdı”. 




Həyatın sərt üzü onu hələ uĢaqlığından möhkəmlətmiĢ, yaĢlaĢdırmıĢ, kiĢiləĢdirmiĢdi. 

Böyük qardaĢı Almurad bəy danıĢır ki, Əbülfəz uĢaqlığından qorxu-hürkü bilməzdi. Bir dəfə əlində 

ilan  anamın  yanına  gəlib  deyib  ki,  nənə,  bax,  cücü  tutmuĢam.  Halbuki  baĢqa  uĢaqlar  həmin 

“cücü”nü görəndə dabanlarına tüpürüb qaçırdılar. 

Görünür,  Əbülfəzin  qorxmazlığı  ona  südlə  və  sümüklə  keçmədir.  Kələkinin  ən  yaĢlı  sakini 

Mir 


ƏĢrəf  Mirhəsən  oğlu  Yusifli

  (1912-1999)  1996'nın  mayında  həmin  kənddə  olduğum  zaman 

söyləmiĢdi  ki,  Əbülfəz  bəyin  ata  babası  -  pəhləvan  cüssəli  MəĢədi  Mərdan  kiĢi  bir  dəfə  dağda 

ayıyla güləĢərək onu basıbmıĢ; onun igidliyi dillərdə dastandı. Atası Qədirqulu kiĢi də qoçaqlığıyla 

ad  çıxarmıĢdı.  Anası  Mehrinisə  xanıma  gəlincə,  o,  erməni  zülmündən  qaçaraq  Naxçıvana  üz 

tutanda  yolda  ayaqlarını  Ģaxta  vurub.  Don  vurmuĢ  və  artıq  simləməyə  (qanqren  olmağa) 

baĢlamıĢ hər iki ayağının bütün barmaqlarını naxçıvanlıların “qəməlti” adlandırdığı iri bıçaqla özü 

kəsib  atmıĢ,  xeyli  vaxtdan  sonra  yetiĢən  həkim  bunu  eĢidincə  heyrətdən  donub  qalmıĢdı. 

Ayaqlarının  Ģikəstliyinə  baxmayaraq  Mehrinisə  xanım  toylardakı  rəqslərdə  gəlinləri  yorub  yolda 

qoyarmıĢ.   

Əbülfəzin doğulub böyüdüyü ailə kənddə dindarlığı, allahsevərliyi, doğruculluğu, əməksevərliyiylə 

tanınırdı. Onlar savadsız, ancaq imanlı insanlardı - bir namazı da qəzaya salmaz, bir orucu belə 

yeməzdilər, halbuki xüsusən çoban olan atasının yaĢadığı çöl Ģəraitində bu, çox ağır olardı.   

Onun  ata-anası  xalqımızın  min  illərdən  bəri  qorunub  saxlanan  hikmətlərini  dərindən 

mənimsəmiĢdi. Qədirqulu kiĢi neçə-neçə dastanı sinədəftər etmiĢdi, hətta bəzən “Dədə Qorqud” 

boylarından  da  danıĢırmıĢ.  Anasısa  el  həkimiydi  -  bütün  otların,  bitkilərin  dilini  bilirdi  və  bunu 

sonbeĢiyi Əbülfəzə də öyrətmiĢdi. 

Məhkəməsi  zamanı  Ģahidlərdən  biri  heç  nədən  və  heç  kəsdən  qorxub-çəkinmədən  bu  sözləri 

söyləmiĢdi: “Onun qardaĢlarından biri mənimlə iĢləyirdi. Əbülfəz onda balaca idi. Onların ailəsini 

də tanıyırdım. Mənəvi cəhətdən təmizdirlər”. 

Kələkinin  ağsaqqalı  Mir  ƏĢrəf  Mirhəsən  oğlu  bildirmiĢdi  ki,  nəinki  Qədirqulu  MəĢədi  Mərdan 

oğluyla Mehrinisə Cəfər qızının ailəsini, hətta onların nəslini də məndən yaxĢı tanıyan yoxdur. Bu 

ailə  həmiĢə  öz  alnının  təriylə  dolanıb, bacardıqca  baĢqalarına  da hayan  olmağa çalıĢıb; bu son 

dərəcə  allahsevər  və  mehriban  insanları  qohum-qonĢuları  (balaca  Kələkidə  hamı  bir-birinə 

qohumdur) indi də ən xoĢ sözlərlə yad edir, saysız-hesabsız xeyirxahlıqlarını unutmurlar. 

Kələkidə qonĢuları olmuĢ Minayə xala Əbülfəz Elçibəyi iqtidar mətbuatının sağa-sola qamçıladığı 

1995'in  Avqustunda  “7  gün”  qəzetinin  müxbiri  Mahir  Qarayevə  bu  sözləri  söyləyəcək:  “...Çox 

qəĢəng  bir  anası  vardı  Əbülfəzin.  Mən  ömrümdə  ondan  ləyaqətli,  ondan  nəcabətli  arvad 

görməmiĢəm”. 

...Gözləri  doyunca  ata  üzü  görməmiĢ  uĢağı  nə  qədər  əzizləməyə,  əzablarını  unutdurmağa 

çalıĢsalar  da  duyduğu  sonsuz  göynərtiləri  gənclik  illərində  Əbülfəz  yaxın  sirdaĢına  çevirdiyi 

qələminə bu misralarla anlatmıĢdı: 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə