Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə8/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   4   5   6   7   8   9   10   11   ...   191

Əbülfəz  bəyin  bu dövrdəki  fəaliyyətini və  siyasi görüĢlərini  öyrənməkçün  Ģahid  H.A.N.  oğlunun 

ifadəsi də çox maraqlıdır. Onun yazdığının ana xətləri: 

- “V.F. mənə dedi ki, tanıĢ olduğum Əbülfəz müəllim Azərbaycan gənclərinin qeyri-rəsmi lideridir. 

[...]...


 

Vaxt  gələr,  Əbülfəzin  adı  hər  yerdə  eĢidilər.  Əbülfəz  öz  həyatını  Azərbaycan  xalqının 

xoĢbəxtliyinə  həsr  etmiĢdir.  Əbülfəz  hiss  edir  ki,  azərbaycanlılar  hazırda  bədbəxtdirlər.  Onlar 

rusların  əsarətindədirlər.  [...]  Əbülfəzin  əsas  fikri  isə  Azərbaycanı  və  azərbaycanlıları  rus 

əsarətindən  xilas  etməkdir.  O  istəyir  ki,  Azərbaycan  SSRĠ'nin  tərkibindən  çıxsın,  Cənubi 

Azərbaycanla birləĢsin, vahid Azərbaycan dövləti təĢkil etsin”;

 

“Bu görüĢdə Əbülfəz aĢağıdakı pis fikirlərini bildirdi:



 

...Azərbaycan yenə rusların zülmü altındadır. Onun heç bir müstəqilliyi yoxdur. [...] Açıq Ģəkildə 

ruslaĢdırma siyasəti davam edir.

 

SSRĠ'nin ərazisində yaĢayan kiçik xalqlar ruslara qarĢı mübarizə aparırlar. Guya çeçenlər, inquĢlar 



və digər xalqlar tez-tez ruslara qarĢı çıxıĢlar edirlər. [...]

 

Ona  təklif  ediblər  ki,  namizədlik  dissertasiyasını  rus  dilində  yazsın.  O  isə  buna  etiraz  edərək 



bildirmiĢdir  ki,  elmi  iĢinin  ziyanına  olsa  belə  yenə  də  namizədlik  dissertasiyasını  Azərbaycan 

dilində edəcəkdir. [...]

 

Bu  dəfə  də  Əbülfəz  siyasi,  iqtisadi  və  s.  cəhətdən  müstəqil  olan  Azərbaycan  dövlətinin 



yaradılması uğrunda mübarizə aparmağın zəruriliyindən danıĢdı. [...]

 

...Əbülfəz  hamımızın  yanında  Azərbaycanın  SSRĠ  tərkibindən  çıxması  uğrunda  mübarizə 



aparmağı  bizdən  tələb  etdi.  O,  qeyd  etdi  ki,  ya  öləcək,  ya  da  Azərbaycanı  müstəqil  dövlət 

Ģəklində,  rus  zülmündən  azad  vəziyyətdə  görəcəkdir.  Məhz  bu  məqsəd  uğrunda  son  nəfəsinə 

kimi mübarizə aparacaqdır. [...]

 

F.V.'nin  dediyinə  görə,  dəstələrə  tapĢırıqlar  lider  Əbülfəzin  adından  və  Əbülfəzin  göstəriĢi  ilə 



veriləcəkdir. [...]

 

...ÇevriliĢdən  sonra  dövlətin  hansı  ictimai-siyasi  quruluĢa  malik  olduğunu  demədi.  Ancaq 



dediyindən bəlli oldu ki, sosializm quruluĢu olmayacaq. Guya sosializm özünü doğrultmur.[...]

 

...F.V. isə təĢkilatın mövcud olduğunu söyləmiĢdir”. 



 

Bütün  bunları  oxuduqdan  sonra  inanırıq ki,  Əbülfəz  bəy  özünü  gələcək  azad,  müstəqil  dövlətin 

sıravi sakini kimi yox, məhz onun qurucusu və baĢçısı kimi görürdü. Bunun elə belə də olduğunu 

bir  Ģahid  ifadəsi  açıqca  təsdiqləyir: 

“Bu  görüĢümüz  zamanı  Əliyev  söylədi  ki,  gələcəkdə  dövlət 

baĢçısı olacaqdır”.

 

Ancaq hələ Azərbaycanın müstəqilliyinə 17, onun bu müstəqil dövlətin prezidenti olmasınasa 18 il 



qalırdı... 


AXTARIġ 

ġahid ifadəsindən: 

“Əbülfəz...  bildirdi  ki,  rus  imperiyası  ləğv  edilməyib,  onun  ancaq  adı  dəyiĢib.  Ancaq  onun  da 

dağılmasına az qalıb. Onun dediyinə görə, əgər yaxın beĢ ildə onların gizli iĢinə mane olmasalar 

onlar böyük iĢlər görəcəklər”. Ərənlərsə deyib: “Sən saydığını say...”.

 

DTK'ya  daxil  olmuĢ  məlumatlar  əsasında  Azərbaycan  SSR  Prokurorluğu  13  Noyabr  1974'də 



Əbülfəz bəyə qarĢı cinayət iĢi baĢladı və istintaq aparılmaqdan ötrü həmin iĢi DTK'ya göndərdi. 

20 Noyabr 1974'də səhər saat 8.05'də Bəsti Bağırova küçəsindəki 14 saylı evin 5'inci qatındakı 

32'ci  mənzilin  qapısı  döyüldü.  KirayəniĢin  Əbülfəz  Əliyev  bu  vaxt  Tiflisdəydi  -  dostu  Vasim 

Məmmədəliyevin müdafiəsində iĢtirak edirdi. 

(DTK'ya  ünvanlanmıĢ  11  Dekabr  1974  tarixli  bir  sənəddə  göstərilir  ki,  Gürcüstan  Dövlət 

Universitetindəki müdafiədən sonra “Ġveriya” mehmanxanasının restoranındakı ziyafətdə Əbülfəz 

bəy “türkpərəst çıxıĢlar etmiĢdir”).

 

ÇağırılmamıĢ  qonaqları  onun  evdəki  yaxın  qohumları  -  böyük  qardaĢı  Muradın  qızı  Səadət  və 



dayısı  oğlu  Seyfəddin  qarĢıladılar.  Bu  axtarıĢı  14  il  sonra  Səadət  xanım  belə  xatırlayacaq: 

“Seyfəddin  yorğana  bürünmüĢ  vəziyyətdə  gedib  qapını  açdı,  əhvalını  dəyiĢmədən  -  heç  nə 

olmamıĢ  kimi  qayıdıb  yatdı.  Onlar  Təhlükəsizlik  Komitəsindən  gəldiklərini  söyləyərək,  axtarıĢ 

aparacaqlarını bildirdilər.

 

Mənim  yataq  yerim  pərdəylə  kəsilmiĢdi.  Onların  səsini  eĢidən  kimi  tez  əmimin  çamadanına  əl 



atdım  -  burada  onun  iki  yazısı  və  Türkiyənin  bayrağı  vardı.  Bayrağı  qoltuğumda  gizlətdim. 

Pərdənin  arxasındakı  hərəkətlərimi  görüb  nə  etdiyimi  soruĢdular,  hündürdən  “geyinməyim?!” 

deyə  cavab  verdim.  Heç  nəyə  əl  vurmamağımızı  tapĢırıb  ikimizi  də  oturtdular,  tərpənməyimizə 

imkan vermədilər. QonĢumuz Rəhimi Ģahid gətirdilər.

 

Onu da bizim yanımızda əyləĢdirib tərpənməyə qoymadılar. Taxtadan hazırlanmıĢ kitab rəfindəki 



kitabları  bir-bir  vərəqlədilər.  Bu  zaman  onlardan  birinin  arasından  Atatürkün  fotoĢəkilləri  yerə 

səpələndi.  QonĢumuz  özünü  saxlaya  bilmədi,  cəsarətlə  “Atatürk!”  səsləndi.  BaĢqa  bir  kitabın 

arasından isə Hüseyn Cavidin bu Ģeri çıxdı:

 

Biz kimsənin yox kimsəsi,



   

Ey kimsəsizlər kimsəsi.

   

Daha sonra baĢqa yazılar tapıb götürdülər”.



 

3 saat 25 dəqiqə çəkən axtarıĢ zamanı otağa girən yerdə, qapıya yaxın sol küncdə yerləĢən rəfdə 

düzülmüĢ  müxtəlif  kitablar  və  qovluqlar  arasından  əllə  yazılmıĢ  15  səhifəlik  müxtəlif  yazılar 

aĢkara çıxarıldı. Həmin yazılardan birində bu cümlələri oxuyan “keqebeĢnik”lər heyrətə gəldilər: 

“Oğlum  Yağmur!  Bu  gün  sənin  yaĢ  yarımın  tamam  olur,  mənsə  öz  vəsiyyətnaməmi  bitirirəm. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə