Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə11/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   7   8   9   10   11   12   13   14   ...   191

zəruri  olduqda  bundan  çəkinməyin  və  özünüzü  hər  vəchlə  xilas  edin,  təki  bizim  bir  təĢkilatda 

olduğumuz bilinməsin. Bəzilərisə könüllü, yaxud qorxudan Bəyi ləkələməyə razılıq verirdilər. Onu 

xalq düĢməni kimi tanıtmağa hamıdan çox canfəĢanlıq edən yenə “Dosent”di.   

Ancaq,  sözsüz  ki,  heç  də  hamı  DTK  çuğulu  deyildi  və  onu  açıqdan-açığa,  cəsarətlə  müdafiə 

edənlər də vardı. Bu baxımdan indi məĢhur yazıçı kimi tanınan Dilsuz Mustafayevin 8 Fevralda 

müstəntiqə  söylədikləri  Azərbaycan  ziyalılığının  tarixinə  baĢucalığı  gətirəcək  parlaq  sənəddir. 

Əbülfəz bəyin tərcümeyi-halıyla da bağlı bir sıra maraqlı faktları əks etdirdiyinə görə onu azacıq 

qısaldaraq oxuculara təqdim edirəm: 

“Mən  Əliyev  Əbülfəzi  2-3  il  olar  ki,  tanıyıram.  [...]  Bizim  adi  tanıĢlığımız  (buna  ziyalı  tanıĢlığı 

demək olar) 1974'cü ilin Ġyul-Avqust aylarında baĢ vermiĢ bir hadisə nəticəsində ailəvi dostluğa 

çevrildi. Onu kirayə qaldığı evdən çıxarmıĢdılar, daha doğrusu, ev əĢyalarını dəhlizə tökmüĢdülər. 

O da ev axtarırdı, yanında da qardaĢı qızı (Səadət xanım - Ə.T.). Ev tapa bilmədi. Mən də onları 

küçədə  qoya  bilməzdim,  evimizə  apardım.  Sonra  ev  tapıb  getdilər.  O  bir  ay  ərzində  Əbülfəz 

olduqca  əsəbi  idi.  Çox  vaxt  evə  gəlməyə  utanırdı.  Gündüzlər  ev  axtarırdı.  Onlara  etdiyimiz 

yaxĢılığa görə qardaĢı qızı rayondan adımıza pay yolladı (alma, qoz və s.). Beləliklə, ailəvi dost 

olduq. 


 

O,  mənimlə  həmiĢə  ədəbiyyat  haqqında  söhbətlər  eləyib.  Klassik  ədəbiyyatı  çox  sevir.  Müasir 

ədəbiyyatı  zəif  bilir.  Elmi,  Ģəxsiyyətdən  üstün  tutan  adamdır.  Çünki  bir  sözü,  bir  faktı  səhv 

dediyini ona xatırladanda boynuna alır, boĢ yerə mübahisə eləmir.

 

SUAL:  Ġstintaq  materiallarından  məlumdur  ki,  vaxtilə  Əliyev  Əbülfəz  sizinlə  görüĢən  zaman 

millətçilik,  antirus,  Azərbaycanın  müstəqilliyi,  onun  Cənubi  Azərbaycanla  birləĢməsi  və  SSRĠ 

tərkibindən çıxması haqda söhbətlər etmiĢdir. Siz bu barədə nə deyə bilərsiniz?

 

CAVAB:  Mən  belə  bir  söhbəti  dinləməmiĢəm.  Artıq  qeyd  etdiyim  kimi,  biz  yalnız  ədəbiyyat 

söhbəti etmiĢik. Bir dəfə o mənə dedi ki, Babək haqqında roman yazmaq istəyir. Fikrimi soruĢdu. 

Tarixi romanlara maraq göstərmədiyimi dedim”.

 

DTK universitetdəki xəfiyyələri vasitəsilə Əbülfəz bəyin gizli təĢkilat yaratması haqqında ümumi 



məlumat  toplamıĢdı,  ancaq  istintaqda  məhbus  belə  təĢkilatın  mövcudluğunu  dandı,  çünki  bunu 

boynuna alsaydı onlarca gəncin də həyatı təhlükə altına düĢə bilərdi. 

Ġstintaqda Əbülfəz bəy eyni zamanda, minimum və maksimum proqramın olması fikrini də rədd 

etdi  və  bu  haqda  da  yalnız  Ģifahi  söhbətlərin  aparıldığını  bildirdi.  Özü  etiraf  etdi  ki, 

“minimum 

proqramda  ġimali  Azərbaycanla  Cənubi  Azərbaycan  arasında  gediĢ-gəliĢ  yaratmaqdan  ötrü 

çalıĢmaq və Azərbaycanı birləĢdirmək problemi nəzərdə tutulmuĢdu. Maksimum hissədə isə türk 

mənĢəli  xalqları  gələcəkdə  yaradılacaq  “Turan  dövləti”ndə  birləĢdirmək  məsələsi  qoyulması  idi. 

...Rəsmi  Ģəkildə  isə  heç  bir  proqram  yox  idi”

.  (Mənimlə  söhbətində  Əbülfəz  bəy  gizli  təĢkilatın 

nəinki  proqramının,  nizamnaməsinin  də  olduğunu  təsdiqləyib;  proqramın  əsasında  Müsavat 

Partiyasının proqramı dayanırdı. Bu gizli təĢkilatın hər iki sənədi həcmcə çox yığcamdı və cəmi bir 

neçə səhifədən ibarətdi -Ə.T.). 



Müstəntiqlərin  suallarını  cavablandırarkən  o,  sözsüz  ki,  bir  çox  Ģeyləri  də  boynundan  atmağa 

məcburdu  və  buna  görə  onu  indi  qeyri-səmimilikdə  suçlandırmağa  çalıĢmaq  insafsızlıq  olardı. 

Ancaq DTK zindanlarının, iri ulduzlarla dolu zərli poqonların zəhmi altında belə özünü itirməyən 

Əbülfəz  bəyin əqidəsindən  qətiyyən  sapmadığını,  seçdiyi  həyat  yoluna görə  peĢman  olmadığını 

görürük.  Məsələn,  müstəntiqin 

“1970'ci  ildən  baĢlayaraq  ġimali  Azərbaycanla  Cənubi 

Azərbaycanın  birləĢməsi,  vahid  Azərbaycan  dövlətinin  təĢkili  və  Azərbaycanın  SSRĠ  tərkibindən 

çıxması barədə söhbətlər etmisiniz. Bu cür fikirləri yaymaqda hansı məqsəd güdürdünüz?” sualını 

(21  Fevral  1975)  belə  cavablandırmıĢdı:  “Azərbaycanın  SSRĠ'dən  ayrılması  haqqında  danıĢanda 

elə zənn edirdim ki, Sovet hökuməti özü də belə bir ayrılmaya imkan yaradacaq və hətta iqtisadi 

və siyasi cəhətdən köməklik də göstərəcəkdir. Mən fikirləĢirdim ki, Azərbaycan SSRĠ'dən ayrı olsa 

da Bolqarıstan kimi sosialist tipli dövlət olacaq ...”. 

 

Əbülfəz bəyin qorxmazlığı, hər Ģeyi çəkinmədən boynuna alması, “dediyim dedikdir” inadkarlığı, 



yerə gələndə DTK'nın özünü və onun Ģefi Krasilnikovu da cəsarətlə ittiham etməsi, güzəĢtsiz, sərt 

davranıĢları  hətta  müstəntiqlərdə  də  ona  qarĢı  hörmət  yaratmıĢdı  və  onlar  Bəylə  artıq-əskik 

danıĢmağa cürət etmirdilər. 

Ġki  aylıq  ilkin  istintaq  bitdikdən  sonra  -  19  Mart  1975'də  “müqəssir  sifətində  cəlb  etmək 

haqqında” qərar çıxarıldı. Burada Ə.Əliyevin “siyasi cəhətdən yetkin olmamağın nəticəsində, milli 

siyasətin  məsələlərini  düzgün  baĢa  düĢmədiyindən”  tələbə  və  müəllimlər  arasında  təbliğat  və 

təĢviqat apardığı göstərilir. Məsələnin bu Ģəkildə qoyulması mahiyyətcə heç nəyi dəyiĢmədiyinə 

görə  Əbülfəz  bəy  nəinki  ona  etiraz  etmədi,  əksinə,  məhkəmədəki  ifadələrini  də  ona 

uyğunlaĢdırmağı məqsədəuyğun saydı. 

Beləliklə,  19  Martda  ona  Azərbaycan  SSR  Cinayət  Məcəlləsinin  67  (“Milli  və  irqi  hüquq 

bərabərliyini  pozma”)  və  188-1  (“Bilə-bilə  Sovet  dövləti  və  ictimai  quruluĢunu  ləkələyən  yalan 

uydurmalar yayma”) maddələri üzrə rəsmən müqəssirlik elan edildi.   

Ertəsi günsə “müqəssir”ə ibtidai istintaqın qurtarması rəsmən elan edildi. Bu zaman Əbülfəz bəy 

heç bir vəsatəti olmadığını və indi müdafiəçinin iĢtirakını istəmədiyini bildirdi.   



MƏHKƏMƏ 

14 Apreldə çıxarılan qərar üzrə cinayət iĢi məhkəməyə verildi və məhkəmə 1975'in 22 Aprelinə - 

Sovet dövlətinin banisi və onun düĢmənlərini görünməmiĢ rəhmsizliklə kütləvi Ģəkildə qırdırmaq 

ənənəsini  qoymuĢ  Vladimir  Leninin  doğum  gününə  təyin  edildi.  Görünür,  “dahi  rəhbər”in  ad 

günündə  “qanqaralığı  salmamaq”  xatirinə  belə  bir  bəhanə  tapıldı  ki,  hakim  xəstələnib  və 

məhkəmə 11 Mayadək təxirə salındı. 

Əbülfəz  bəyin  məhkəməsi  -  Azərbaycan  SSR  Ali  Məhkəməsi  cinayət  iĢləri  üzrə  məhkəmə 

kollegiyasının  iclası  11  May  1975'də  Ali  Məhkəmənin  iclas  zalında  baĢlandı.  Sədr  H.Əliyev, 

prokuror Y.Yusifov, müdafiəçi Tanrıverdiyev, ictimai ittihamçı ADU'nun professoru A.A. idilər. 24 

Ģahiddən 5'i iĢtirak edirdi. 

Ġstintaq  prosesində  Əbülfəz  bəyi  yumĢaltmağı  bacarmayan  DTK'nın  psixoloci  təzyiq  üsullarını 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə