Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə10/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   6   7   8   9   10   11   12   13   ...   191

[...] 7. YurddaĢlarımızın hər birinə yaxından yanaĢmalı, onu ən yaxın bir doğmalıqla duymalı, ona 

yüksək qayğı göstərməliyik, haqqının əlindən alınmasına yol verməməliyik...”. 

Torpaq,  yurd,  el  sevgisinin  Ģair  etdiyi  Əbülfəz  bəyin  bu  çağdakı  ürək  çırpıntılarını,  alovlu 

çılğınlığını onun DTK'dakı qovluğunda saxlanılan aĢağıdakı Ģerlərindən də asanlıqla duyuruq: 

Ürək parça-parça, qan laxta-laxta,

   


Yenə qurulmuĢdur taxt üstə taxta.

   


Gəlin bir fal ataq, görək nə olur - 

 

Kim hünər göstərər bu son ayaqda?!



   

Qayalar kimidir parça-parça dağ,

   

Elə bil, göylərdən alov yağacaq.



   

Deyin, ey kölələr, ey qəbilələr, -

   

Nə vaxt bu insanlar azad olacaq?!



   

Yaxud: 


Ġnsanların ruhu qan, qəlbi qandır,

   


Heç bilmirsən zaman hansı zamandır.

   


Tapdanır fağırın ruhu, zəhməti - 

 

Öz yurdunda təhqir olmaq yamandır!



   

Yaxud: 


Dünya sərsəridir, bəĢər sərsəri,

   


Hiylələr, riyalar aləmindəyəm.

   


Alimdən yüksəkdir oğrunun yeri,

   


Kimsəsiz aləmdə mən nə kimsəyəm?

   


Qulluq pilləsiylə qalxır oğrular,

   


“Dahilər” onlara “ləbbeyk” deyirlər.

   


Nəmli zindanlarda yatır doğrular,

   


EĢĢəklər Cavidə lağ eləyirlər.

   


“KeqebeĢnik”lər evdən gedərkən telefon nömrəsi verərək Əbülfəz bəyin gələn kimi onlara zəng 


vurmasını tapĢırdılar. 

DTK  bu  sənədlərin  tapılaraq  götürüldüyü  elə  həmin  gün  Kələki  kəndində  də  axtarıĢlar  apardı, 

ancaq oradan heç nə tapmadı. 

Tiflisdən  qayıdan  Əbülfəz  bəy  evindəki  axtarıĢ  xəbərini  soyuqqanlılıqla  qarĢıladı.  Otaqda 

qulaqasma  cihazlarının  yerləĢdirilə  biləcəyindən  çəkinərək  Səadət  xanımdan  bir  kağıza  yazaraq 

soruĢdu  ki,  nələri  apardılar?  Palazı  qaldıraraq  onun  altında  gizlətdiyi  “Birlik  üzvlərinə”  adlı  100 

səhifədən  artıq  qeydlərini  qaz  sobasına  atıb  yandırdı.  Sən  demə,  DTK'nın  əlinə  keçən  və 

haqqında  bir  az  öncə  danıĢdığımız  eyni  adlı  yazı  bu  100  səhifəlik  böyük  materialın 

qaralamalarıymıĢ!..  O,  əllərini  cibinə  qoyub  otaqda  əsəbi  halda  var-gəl  edir,  gah  öz-özünə 

“hürriyyət!”, “hürriyyət!” söyləyə-söyləyə gəziĢir, gah da ucadan avazla “Çırpınırdı Qara dəniz...” 

oxuyurdu.  Onu  ovutmağa  çalıĢan  Səadət  “ay  əmi,  bu  səslə  gərək  müğənni  olaydın”  deyərək 

gülsə  də  bu  anda  əmi  onu  nəinki  eĢitmir,  heç  görmürdü  də  -  onun  xəyalı  uzaq-uzaq  azadlıq 

ənginliklərində dolaĢırdı...   

Verilən  telefona  zəng  edəndə  onu  DTK'ya  çağırdılar.  Bu  çağırıĢ  daha  çox  onu  qorxutmaq, 

sındırmaq məqsədi daĢıyırdı. 

Noyabrın 24'ündə Ģahid qismində dindirilməyə baĢladı. Ġlk dindirmə saat yarım çəkdi. Ertəsi gün - 

25 Noyabrda olmuĢ 4 saat yarımlıq “görüĢ”ün protokolunda oxuyuruq: 

Ə.ƏLĠYEV:  Ġfadə  vermək  üçün  tələb  olunan  məsələlər  barədə  aĢağıdakıları  göstərə  bilərəm: 

Mən  turançılığın  nə  olduğunu,  haradan  doğduğunu,  pantürkistlərin  siyasətini  mənə  sual  verən 

tələbələrimə  dərs  zamanı  izah  etmiĢ,  onların  ideallarının  nədən  ibarət  olduğunu  təhlil  edib 

göstərməyə çalıĢmıĢam.

 

Mən  Azərbaycanın  müstəqilliyi  məsələsindən  danıĢarkən  Cənubi  Azərbaycanın  müstəmləkə 



əsarətindən  azad  olub  Sovet  Azərbaycanı  ilə  birləĢməsini  arzu  etmiĢ,  belə  bir  arzunun 

tələbələrimdə  olmasını  da  arzu  etmiĢəm.  Çünki  Cənubi  azərbaycanlılar  Ġran  Ģah  üsul-idarəsinin 

çox ağır zülmü altındadır. Onun azad olub ondan sonra Sovet Azərbaycanına birləĢməsi mənim 

üçün ən böyük ideal istəklərdən biridir”.

 

QarĢısında Hüseyn Cavid, Salman Mümtaz və Seyid Hüseyndən sonra ilk dəfə olaraq heç nədən 



qorxub-çəkinmədən öz əqidəsini bəyan edən çox güclü bir ġƏXSĠYYƏTĠN dayandığını görən DTK 

Dekabr ayını Əbülfəz bəyə qarĢı ifadə verəcək Ģahidlərin axtarıĢına və onların dindirilməsinə həsr 

etdi. Bunlar əsasən Bəyin keçmiĢ və indiki tələbələriydi.   

Bu  Ģahidlərin  ifadələrində  Bəyin  dünyagörüĢünü  açıqlayan  çox  maraqlı  faktlar  əksini  tapıb. 

Məsələn,  G.M.'nin  23  Dekabrda  verdiyi  ifadədə  bildirilir  ki,  təxminən  1970'in  sonlarında 

universitetin  hərbi  hazırlıq  müəllimi,  mayor  Ġ.V.Zolotov  zəif  oxuyan  bir  tələbəni  danladıqdan 

sonra,  ümumiyyətlə,  azərbaycanlıların  çox  tənbəl,  qabiliyyətsiz  və  bacarıqsız  xalq  olduğunu, 

azərbaycanlı  müdirlərin  özlərinə  mütləq  rus  və  ya  baĢqa  millətlərdən  müavin  götürərək  bütün 

iĢləri onların üstünə atdıqlarını, kəndlərdə yaĢayan azərbaycanlıların göy otla qidalandığını, ona 

görə  də  onlarda  mədə-bağırsaq  xəstəliyinin  çox  yayıldığını  deyib.  Bu  hadisədən  xəbər  tutan 




Əbülfəz bəy fakültə dekanına məlumat verib, bir neçə gündən sonrasa əlavə dərs təyin edərək 

tələbələrə  üz  tutub:  “Siz  özünüz  də  milli  qürur  və  milli  ləyaqət  hissinizi  itirmisiniz.  Çünki  “rus 

Ġvan”ın  biri  Azərbaycan  universitetində  öz  yoldaĢınızı  təhqir  edir,  siz  isə  səsinizi  çıxarmırsınız. 

Əgər  siz  birlikdə  onu  müdafiə  etsəydiniz  “Ġvan”ın  həddi  nəydi  ki,  yoldaĢınıza  bir  söz  belə 

deyəydi?”. 

HƏBS 


Artıq  hər  cür  xəbərdarlığın  və  dindirmələrdəki  hədə-qorxunun  təsirsiz  olduğunu  görən  DTK  17 

Yanvar 1975'də Əbülfəz bəyi həbs etdi. Elə həmin gündən də “müqəssir”in dindirilməsi baĢlandı. 

Bu dindirmələrdə Əbülfəz bəy yenə də onu qarĢıda nələr gözləməsindən qətiyyən çəkinməyərək 

siyasi  görüĢlərini  və  tələbələr  arasında  apardığı  təbliğatın  baĢlıca  xətlərini  açıqlayıb.  22 

Yanvardakı  dindirmədə  o,  bunları  bildirib: 

“Mən  tələbələrə  həmiĢə  tövsiyə  etmiĢəm  ki,  öz 

xalqımızın tarixini vətənpərvərlik hissi ilə dərindən öyrənməli və öyrətməlisiniz. Hər bir tarixçi öz 

xalqının  keçdiyi  tarixi  inkiĢaf  yollarını,  onun  dünya  tarixində  yerini,  rolunu  düzgün 

müəyyənləĢdirməli,  qiymətləndirməlidir.  Tələbələrdə  vətənpərvərlik,  öz  xalqına  inam  hissini 

qüvvətləndirmək  üçün  onlara  çatdırırdım  ki,  1000  ilə  yaxın  bir  dövrdə  Ġran  dövlətini 

azərbaycanlılar  idarə  etmiĢ,  Azərbaycan  xalqı  bütün  Ġranın  hərəkətverici  qüvvəsi  rolunu 

oynamıĢdır.  XIX  əsrə  qədər  azərbaycanlılar  Zaqafqaziya,  Ġran,  Orta  Asiya,  Əfqanıstan  və  s. 

ölkələrin ictimai-siyasi tarixində bu və ya digər mərhələlərdə əsas rol oynamıĢlar”.

 

30  Yanvar  dindirməsindəsə  Bəy  göstərirdi  ki,  hələ  uĢaqlıqdan  Azərbaycanın  ikiyə  parçalanması 



məni  düĢündürmüĢdür.  Ali  məktəbi  bitirdikdən,  aspiranturanı  qurtardıqdan  sonra,  müəllim 

iĢlədiyim  illərdə  oxuduğum  bir  sıra  tarixi  kitablar  məni  bu  haqda  düĢünməyə  məcbur  etmiĢdi. 

Bütün Azərbaycanın vahidliyi barədə fikirləĢməyə baĢlamıĢdım. 

13  Fevraldakı  dindirmədə  Əbülfəz  bəy  belə  bir  faktı  ortalığa  qoyaraq  bildirib  ki,  1967'də 

aspirantura Ģöbəsinin müdiri aspirantlardan rusca çıxıĢ etmələrini tələb edirdi. Hətta o, bir qıza 

Azərbaycan dilində danıĢmağa imkan verməmiĢdi. Bu da aspirantlar arasında pis fikir oyatmıĢdı. 

Mən yenə də Azərbaycan dilində çıxıĢ etdim. Hətta ona bildirdim ki, əgər Azərbaycan dilində çıxıĢ 

etməyimə imkan verməsə onda rəhbər sovet və partiya orqanlarına müraciət etməyə məcburam. 

Yalnız bundan sonra Azərbaycan dilində danıĢa bildim. 

DTK Əbülfəz bəyə qarĢı ifadə verəcək Ģahidlərin dindirilməsini onun həbsindən sonra da davam 

etdirdi.  Məsələn,  7  Fevral  1975'də  Əbülfəz  bəyin  tarix  fakültəsində  dərs  dediyi  keçmiĢ  tələbəsi 

F.A.  dindirildi  (ondan  ilk  dəfə  9  Dekabrda  ifadə  alınmıĢdı).  O,  səhvlərə  yol  verdiyini,  Əbülfəz 

bəylə  söhbətlərinin  əsassız  olduğunu  göstərəndən  sonra  bildirdi: 

“Hazırda  ali  məktəbdə  dərs 

deyirəm. [...] Söz verirəm ki, həqiqi mənada sovet cəmiyyətinə yarayan, beynəlmiləlçi tələbələr 

hazırlayam. Namuslu əməyimlə özümü doğruldacağam”...

 

DTK'ya  ifadə  verənlərin  bəziləri  Əbülfəz  bəyə  inandıqlarından  peĢmanlıq duyur,  onun  ünvanına 



ittihamlar irəli  sürürdülər.  Bunlar iki  qismə  ayrılırdı  -  DTK'nın  artıq  izinə düĢdüyü gizli  təĢkilatın 

üzvlərinə  Bəyin  özü  tapĢırmıĢdı  ki,  ümumi  ideya  məsələləriylə  (Azərbaycanın  birləĢdirilməsi, 

Azərbaycanın  imperiya müstəmləkəçiliyindən  azad  edilməsi  və  b.)  bağlı  əleyhimə  ifadə  vermək 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə