Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə13/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   9   10   11   12   13   14   15   16   ...   191

sübut etdi ki, o, hamımızdan ağıllı imiĢ. [DTK-nın ozamankı sədri] V.Krasilnikov çoxdan təqaüdə 

çıxıb,  Moskvada  yaĢayır.  Hərdən  görüĢəndə  zarafatla  deyir  ki,  O  VAXT  ƏBÜLFƏZĠ 

BURAXMASAYDIQ  SSRĠ  DAĞILMAYACAQDI;  o,  bu  boyda  dövlətin  axırına  çıxdı...”  (“Yeni 

Müsavat”, 25-26.04.1999).

 

QARADAĞ DAġ KARXANASINDA 

Dustağı  ən  ağır  iĢ  görülən  yerə  -  Qaradağdakı daĢ  karxanasına  yolladılar.  O,  gündə  vaqonlara 

hər biri 35-40 kiloluq 900-950 miĢar daĢı yükləməliydi. Bu, arıq bədənli, çəlimsiz gəncçün əslində 

cismani tükənmə deməkdi. Ancaq dustaq yoldaĢları onun köməyinə yetdilər. 

Qaradağın  köhnə  “sakin”ləri  Əbülfəz  bəyə  sonsuz  hörmətlə  yanaĢırdılar,  çünki 

“həbsxanada 

yatanların  bir  qanunu  var  -  dostunu,  yoldaĢını  satmamaq.  Heç  kimi  satmamısan,  tək  özün 

girmisənsə hörmət edirdilər. Mən ora girməmiĢdən bilirdilər, gələn kimi dedilər ki, istəyiblər çox 

adam  tutsunlar,  heç  kəsi  satmamısan,  ona  görə  sənə  hörmətimiz  var”.  “Vurub-tutan,  oğru 

ideyasını aparan uĢaqlar ki deyirlər, onlar yığılıb müzakirə eləyib belə qərara gəlirlər ki, bu adam 

toxunulmaz  adamdır;  ona  hörmət  edilməlidir;  bu  da  imperiyaya  qarĢı  mübarizə  aparır,  biz  də 

(onlar da özlərini imperiya ilə  vuruĢan  sayırlar, onların  öz  ideyası var)”

.  Elə  bu  səbəbdən də  2 

aydan  sonra  onun  daĢ  daĢımamasını  rəhbərlikdən  tələb  etdilər  və  buna  nail  oldular.  Onlar 

bildirdilər ki, sənin də payını biz daĢıyacağıq (həqiqətən belə də etdilər), ancaq sən bir alim kimi 

dünyanın gəliĢ-gediĢini bizə baĢa sal.   

Bəy  də  onlara  öyrədirdi  ki,  dünyanın  ən  dəyərli  neməti  azadlıqdır.  Ancaq  o,  “azadlığ”ın  yalnız 

dustaqdan qurtulmaq anlamını yox, bütün çalarlarını aydınlaĢdırır, azad insanın və onların birliyi 

olan azad millətin hər Ģeyə qadir olduğunu sübutlarla göz önünə qoyurdu. 

Bəyin dustaqlar arasında da azadlıq təbliğatından əl çəkmədiyini görən xəfiyyələr onun gününü 

göy  əskiyə  bükdülər.  Xüsusi  öyrədilmiĢ  baĢkəsənlərə  onu  aradan  götürmək  tapĢırıldı.  Bir  dəfə 

yüzfaizli  ölümdən  möcüzə  sayəsində  qurtuldu.  Onu  tez-tez  münaqiĢəyə  çəkərək  burada 

bıçaqlamaq,  axĢam  qaranlığında  karxanadan  “ev”ə  gedərkən  yolda  vurmaq  istəyirdilər.  Dustaq 

həyatını  onunçün  cəhənnəm  əzabına  çevirməyə çalıĢan  kommunist  rejiminin  sadiq  qulları  bunu 

əla bacardılar. Dustaqlar onu nə qədər qorusalar da hər an ayıq-sayıq davranmaq zorunda qalan, 

daim psixoloji gərginlik keçirən Bəyi dustaqlar arasında intibahnamələr yaymaqda da suçlandırıb 

iĢi  “qurdalamaq”  istəyir,  ona  yeni-yeni  böhtanlar  atırdılar.  Bütün  bunlar  onunçün  ciddi  əsəbi 

mühit yaratmıĢdı. Ancaq Bəy bu gərginliyə özünün sonsuz səbriylə dözüb davam gətirirdi. 

Qaradağ  daĢ  karxanasında  -  imperiyanın  öz  düĢmənlərini  cismani  və  mənəvi  yoxetmə 

laboratoriyasında Əbülfəz bəy təbəəsi olduğu rejimin mahiyyətini bütün çılpaqlığıyla baĢa düĢdü 

və ona qarĢı daha barıĢmaz, daha amansız düĢmənə çevrildi. 

 

 



 


ƏLYAZMALAR XƏZĠNƏSĠNDƏ 

17  Ġyul  1976'da  -  düz  bir  il  yarımdan  sonra  zindandan  buraxılan  Bəyin  psixoloji  özünəqayıdıĢa 

ehtiyacı  vardı.  Dustaqlıqdan  “qazandığı”  əsəb  sarsıntılarının  üzərinə  azadlıqdaykən  yeniləri  də 

gəlirdi - bir çox dünənki dostları, tanıĢları, tələbələri onu görəndə qorxudan üzünü yana çevirir, 

küçənin o biri tayına keçir, özünü görməzliyə, tanımazlığa vurur, onunla ünsiyyətdən çəkinirdilər. 

Bu da təbiətcə çox duyumcul, kövrək adam olan Bəyə ikiqat əzab verirdi. Bu durumla, ümumən 

özünə qarĢı ədalətsizliklə barıĢa bilməyən Bəy dustaqdan çıxan kimi “haqq-hesab üçün” DTK'ya 

getdi, istədi ki, məsələni yenidən qaldırsın. Bu iĢ, təbii ki, baĢ tutmadı. 

Nə  yaxĢı  ki,  cəmiyyət  yalnız  qorxaqlardan  və  dönüklərdən  ibarət  deyildi  -  məhkəməsində  belə 

onu  qorumaqdan  çəkinməyən,  öz  gələcəkləri  bahasına  buna  risq  edən  cəsarətli  tələbələri  kimi 

insanlar  yenidən  ortaya  çıxdı.  Dar  günün  dayağı  olan  bu  təmənnasız  dostları  onu  ovutmaq, 

gərginliyini sovutmaqçün bir müddət respublikanın gözəl təbiətli rayonlarına apardılar, onu ruhən 

sakitləĢdirməyə  baĢladılar.  Xüsusən  Oqtay  Məmmədov  və  Ġsfəndiyar  Ġsgəndərovla  Göyçay 

rayonuna  gedərək  orada  dincəlməsi  onun  psixoloji  sabitliyinin  bərpasına  ciddi  müsbət  təsir 

göstərdi. 

Özünə qarĢı yeni münasibətlərə artıq tam alıĢandan sonra Bəy iĢləmək istədi. Ancaq bu zaman 

aydınlaĢdı  ki,  universitet  onu  heç  yaxına  da  buraxmaq  fikrində  deyil  -  tələbələri  yenə 

“korlayacağından” qorxur. Akademiyanın ġərqĢünaslıq Ġnstitutunda da qapını üzünə bağladılar - 

heç  bir  direktorun  dünənki  siyasi  məhbusa  iĢ  verməklə  öz  vəzifəsiylə  xudahafizləĢməyə  həvəsi 

yoxdu.  ĠĢ  axtarıĢında  ötən  aylar  bir-birini  əvəzlədikcə  Əbülfəz  bəyin  bu  deyilənin  gerçəkliyinə 

Ģübhəsi qalmadı.  O  ən  adi  insani  hüququnu  -  iĢləmək  hüququnu bərpa etməkçün  hakimiyyətin 

ən  hündür  qapılarını  döyməyə  məcbur  oldu.  ĠĢsiz  qalmasının  onu  daha  da  radikallaĢdıracağını 

duyan  Mərkəzi  Komitənin  rəhbərliyi,  nəhayət,  yumĢalmağa  məcbur  oldu  və  Elmlər 

Akademiyasının  baĢçılarına  onu  iĢlə  təmin  etməyi  tapĢırdı  -  burada  təbliğat  auditoriyası  xeyli 

dardı  və  onunla  ünsiyyət  saxlayacaq  adamlar  da  gənc  tələbələr  yox,  əsasən  yaĢlı  (KQB'dən 

qorxan,  yaxud  onunla  az-çox  əməkdaĢlıqda  bulunan)  adamlar  olacaqdı.  Buna  görə  də 

Akademiyanın  vitse-prezidenti  7  Dekabr  1976'da  Respublika  Əlyazmalar  Fondunun  (indiki 

Əlyazmalar Ġnstitutunun) rəhbərliyinə onu iĢə götürməyə sərəncam verdi. Ancaq Əbülfəz bəyin 

sakit  duracağına  inanmadıqlarına  görə  onu  hər  ehtimala  qarĢı  daimi  yox,  iki  aylıq  sınaq 

müddətinə  Fondun  “Ərəb  və  farsdilli  abidələrin  tədqiqi  və  nəĢri”  Ģöbəsinə  kiçik  elmi  iĢçi 

götürdülər  (7.12.1976).  Sınaq  müddəti  baĢa  çatandan  sonra  professor  Rüstəm  Əliyevin 

təqdimatıyla Bəy artıq daimi olaraq həmin Ģöbədə yenə həmin vəzifəyə təyin edildi (7.2.1977). 

O  zaman  “Ġsmailiyyə”  binasının  birinci  qatında  yerləĢən  Əlyazmalar  Fondunun  kollektivi  çox  da 

böyük  deyildi.  Ancaq  burada  ölkənin  ən  savadlı  və  bacarıqlı  ĢərqĢünasları  toplaĢmıĢdı.  Onlar 

Əbülfəz  bəyə  çox  səmimi  və  dərin  hörmətlə  yanaĢırdılar.  Ġlk  gündən  böyükdən-kiçiyə  hamının 

“Bəy”  adlandırdığı  bu  alimin  ümumən  ġərq,  xüsusən  ərəb  tarix  və  mədəniyyəti  üzrə  nadir 

mütəxəssislərdən  olduğu  çox  tezliklə  bir  daha  təsdiqləndi.  Onun  hələ  tutulmazdan  öncə  nəĢr 

etdirdiyi  “Əhməd  ibn  Tulun  və  Tulunilər  dövlətinin  yaranması”  (1967),  “Abbasilər  xilafətinin 

tənəzzülü  və  parçalanmasına  dair”  (1968),  “9-10'cu  əsrlər  ərəb-Misir  ədəbiyyatı  haqqında” 

(1971),  “Tulunilər  dövləti  və  qərmətilər”  (1971),  “Abbasilər  xilafətinin  parçalanması  və  feodal 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə