Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə21/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   17   18   19   20   21   22   23   24   ...   191

ləğv edilsin; AS buraxılsın, seçkilər haqqında yeni qanun qəbul edilsin; Milli Ordu yaradılsın. 

Əbülfəz  bəyin  göstəriĢləriylə  hərəkət  edən  AXC'nin  təzyiqləri  altında  Mütəllibov  tez-tələsik 

güzəĢtlərə  getməyə  məcbur  oldu  -  mitinqin  ertəsi  günü  “Kommunist”  qəzetinin  adı  dəyiĢdirilib 

“Xalq qəzeti” edildi, Lenin meydanı “Azadlıq meydanı” adlandırıldı, həmin meydandan AXC'nin 28 

Avqust mitinqinədək Leninin heykəli götürüldü. 

Ertəsi  günü  AS'in  növbədənkənar  sessiyası  çağırıldı  və  o,  30  Avqustda  Azərbaycanın  dövlət 

müstəqilliyini  bərpa  etmək  haqqında  bəyannamə  qəbul  etdi,  fövqəladə  vəziyyəti  götürdü,  milli 

özünümüdafiə qüvvələri yaratmağa razılıq verdi.   

24 Avqustda Ukraynanın öz müstəqilliyini elan etməsi, 30 Avqustda Azərbaycanın da müstəqillik 

bəyannaməsi qəbul etməsinə nail olması Azərbaycan Xalq Cəbhəsini daha da fəallaĢdırdı. 

3 Sentyabr 1991'dəsə Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri seçildi və bu iĢdə AXC'nin yerli 

üzvləri həlledici rol oynadı. (Sonralar Bəy H.Əliyevin həmin vəzifəyə seçilməsində onun da rolu 

olduğunu  etiraf  etdi).  H.Əliyevin  simasında  real  təhlükənin  Bakıya  yaxınlaĢdığını  görən,  onun 

kölgəsini baĢının üstündə Domokl qılıncı kimi hiss edən A.Mütəllibov Moskvanın bütün Ģərtlərini 

yerinə  yetirməklə  hakimiyyətini  qorumağa,  Qorbaçovsa  artıq  onun  Ģəxsi  düĢməninə  çevrilmiĢ 

H.Əliyevi,  eləcə  də  Azərbaycanın  tam  müstəqilliyi  uğrunda  çarpıĢan  AXC'ni  hakimiyyətə  yaxın 

buraxmamağa  çalıĢırdılar.  Məhz  bu  mənafe  yaxınlığı  Qorbaçovun  “satqın”  Mütəllibovu 

bağıĢlamasıyla  nəticələndi,  çünki  Mütəllibovun  getməsiylə  hakimiyyətin  ya  Azərbaycan  Xalq 

Cəbhəsinin,  ya  da  H.Əliyevin  əlinə  keçəcəyi  (birincinin  ehtimalı  daha  çoxdu)  heç  bir  Ģübhə 

doğurmurdu. Sözsüz ki, elə bu üzdən də AXC'nin prezident seçkilərini dayandırmaq və Ali Soveti 

buraxmaq, yeni seçkilər keçirmək tələblərini irəli sürdüyü 4, 6 və 8 Sentyabr mitinqləri nəticəsiz 

qaldı,  Qorbaçovun  tam  dəstəyini  qazana  bilmiĢ  A.Mütəllibov  8  Sentyabr  1991'də  alternativ 

namizədlərin  olmadığı  bu  saxta  seçkidə  guya  98,5  faiz  (!)  səs  toplayaraq  yenidən  Azərbaycan 

prezidenti “seçildi”. 

Həmin  günkü  mitinqdə  çıxıĢ  edən,  hələ  sağalmamıĢ,  çətinliklə  danıĢan  Əbülfəz  Elçibəy  bəyan 

etdi: 


“Yolumuz müstəqil, vahid Azərbaycan yoludur! [...] Yolumuz Demokratik Cümhuriyyətimizin 

bərpasıdır. Kommunistlər onu məhv etdiyinə görə indi kommunist hökumətini tanımırıq”.

 

Naxçıvanın  yeni  lideri  Heydər  Əliyev  bu  vaxt  fürsəti  qaçırmadan  bütün  qüvvəsini  AXC'nin 



RƏĞBƏTĠNĠ  QAZANMAĞA  yönəltmiĢdi.  Onun  təmsilçisinə  çevrilmiĢ  Fəraməz  Allahverdiyev 

Bakıdakı  8  Sentyabr  mitinqində  Naxçıvanda  AS  sədri  müavininin,  baĢ  nazirin  və  6  rayondan 

3'ünün rəhbərinin cəbhəçi olduğunu, H.Əliyevin Naxçıvanda prezident seçkilərini dayandırdığını, 

13  Sentyabr  mitinqindəsə  Naxçıvan  Ali  Məclisinin  KP'ni  qadağan  edərək  onun  əmlakını 

milliləĢdirdiyini, muxtar respublikanın prezident Mütəllibovu yox, AXC'ni tanıdığını bildirdi.   

Əbülfəz  bəyin  H.Əliyevə  münasibəti  AXC'nin  xəttiylə  ziddiyyət  təĢkil  etmirdi.  13  Sentyabr  1991 

mitinqində Bəy demiĢdi: 

“Ġsa bəy hər zaman onun (

H.Əliyevin - Ə.T.

) haqqında AXC'nin ümumi 

fikrini  ifadə  edib”

.  (Əbülfəz  bəyin  Heydər  Əliyevə  o  zamankı  məhrəm  münasibətinə  indiyədək 

istər dostları, istərsə də düĢmənləri müxtəlif cür yanaĢıb, buna hərə bir cür qiymət verib. Ancaq 

kim  nə  deyir-desin,  mənim  öz  müĢahidəm  var  və  bu  müĢahidədən  çıxardığım  nəticəni  kimsə 




məndə  dəyiĢdirə  bilmək,  məni  baĢqa  Ģeyə  inandıra  bilmək  gücündə  deyil  -  Bəyin  Əliyevə 

rəğbətinin,  bu  üzdən  də  ona  yardımlarının  özəyində  məhz  bu  inam  dururdu  ki,  H.Əliyevin 

Moskvanın sirlərinə bələdliyi, onun hətta beynəlxalq səviyyədə bir çox proseslərdən xəbərdarlığı, 

uzunmüddətli  təcrübəsi  müstəqil  Azərbaycan  dövləti  yaradılarkən  çox  faydalı  ola  bilər.  Əgər 

səmimi olmağı və boynumuza almağı bacarsaq heç kəsə gizli qalmaz ki, onda Azərbaycanda on 

minlərlə ziyalı və sadə soydaĢımız da məhz belə düĢünür, H.Əliyevə inanırdı. Ancaq sonralar bu 

inam  insan  və  siyasətçi  olaraq  Əbülfəz  bəyin  Ģəxsi  faciəsinə  çevrildi  -  etdiyi  bütün  təmənnasız 

yaxĢılıqlarının və hörmətin əvəzində H.Əliyevdən dəhĢətli zərbələr aldı, onun Ģəxsən özündən və 

həvəsləndirdiyi  adamlardan  -  məsələn,  jurnalist  Karaulovdan  -  saysız-hesabsız  və  heç  bir 

əndazəyə sığmayan təhqirlər qazandı...). 

20  Sentyabr  1991'də  keçirilən  400  minlik  mitinqdə  Ə.Elçibəyin  müavini  Ġsa  Qəmbərov  aparılan 

mübarizəni  çox  düzgün  səciyyələndirdi:  “Avqustun  19'undan  bir  ay  keçir.  Bu  vaxt  illərə 

bərabərdir.  Bu  vaxt  AXC'nin  strategiyasının  düzgünlüyünü  göstərdi.  Biz  çox  qabağa  çıxmamalı, 

çox da geri qalmamalıyıq. 1990'ın Yanvarında biz çox qabağa çıxmıĢdıq”. 

Rusiya prezidenti B.Yeltsin və Qazaxıstan prezidenti N.Nazarbayevin Azərbaycana gəliĢiylə bağlı 

21 Sentyabrda Prezident Aparatı qarĢısında keçirilən mitinqdə Əbülfəz bəy dahiyanə uzaqgörənlik 

göstərən  çıxıĢ  etdi: 

“Biz  istəyirik  ki,  millətimizin  enerjisini  dağıtmayaq,  məsələlərimizi 

zaman-zaman həll edək. Ġndi sürətlə hakimiyyətə gələ bilərik, ancaq 40 il xalq içində düĢmənçilik 

davam  edə  bilər”

.  Bu  sözləri  Bəy,  sözsüz  ki,  Azərbaycandakı  mövcud  durumu  hərtərəfli  təhlil 

süzgəcindən  keçirərək  söyləyirdi.  Məhz  o,  Azərbaycan  Xalq  Cəbhəsini  hakimiyyətə  doğru  süni 

Ģəkildə  itələyənlərə  mane  olmağa  çalıĢır,  Cəbhənin  hakimiyyəti  idarə  edə  bilmək  səviyyəsinə 

yetiĢməsini  istəyirdi.  Bundan  ötrüsə  o,  cəmiyyətin  sürətlə  demokratikləĢdirilməsinə,  Cəbhə 

kadrlarının məhz bu prosesdə kamilləĢməsinə can atırdı. 

Xalqın gerçək gücünü, onun Ģəxsən özünə və baĢçılıq etdiyi Cəbhəyə inam və məhəbbətini görən 

Əbülfəz bəy bu inamı doğrultmağa çalıĢırdı. ÇıxıĢlarında bunu dönə-dönə təkrarlayırdı: 

“Biz xalqı 

sevə-sevə haqqa doğru gedirik”.

 

Moskvanın  diqtəsiylə  Azərbaycanda  nizami  ordu  formalaĢdırılmasına  mane  olan  və  bununla  da 



Dağlıq  Qarabağda  mövqelərimizin  itirilməsinə  Ģərait  yaradan  Mütəllibovun  fəaliyyəti  AXC'də 

kəskin etiraz doğururdu. 

27  Sentyabr  1991'də  Yeltsin-Nazarbayev  təĢəbbüsü  nəticəsində  imzalanmıĢ  Jeleznovodsk 

sənədini pisləyən Əbülfəz  bəy  Azadlıq  meydanında xalqa bu həqiqəti  açıqlamağa məcbur oldu: 

Qarabağdakı komendant Elmira Qafarovaya bildirib ki, mən sizə (Azərbaycan hakimiyyətinə) yox, 

Rusiyanın  daxili  iĢlər  naziri  Barannikova  tabeyəm.  Buna  görə  də  AXC  sədri  Azərbaycan 

rəhbərliyinə ultimatum səciyyəli xəbərdarlıq etdi ki, dövlət bir həftəyədək ordu yaratmaq iĢində 

dönüĢ etməsə ordu yaratmağı AXC öz üzərinə götürəcək. 

Ölkənin gerçəkdən müstəqil olması üçün çıxarılacaq qanunların yolu üstündə əcdaha kimi yatmıĢ 

kommunistlərdən  ibarət  Ali  Sovetin  buraxılması  artıq  tarixi  zərurətə  çevrilmiĢdi.  AXC  bunu 

prezidentdən tələb etsə də Mütəllibov oradakı gerçək qüvvələrdən çəkinirdi. Eyni zamanda o da 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə