Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə24/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   20   21   22   23   24   25   26   27   ...   191

Sessiyada çıxıĢ edən AXC sədri Əbülfəz Elçibəy üzünü kommunist deputatlara tutaraq xəbərdarlıq 

etdi:  “Prezident  seçməyə  tələsirsiniz  -  seçin,  ancaq  üç  aydan  sonra  seçəcəyiniz 



prezidenti  bir  ildən  sonra  yıxacaqsınız.  Belə  də  olmalıdır,  baĢqa  cür  mümkün  deyil. 

Prezident  o  ölkədə  seçilir  ki,  orada  prezidenti  əldə  saxlamaq  mümkün  olsun.  Xalq 

Cəbhəsi  və  yaxud  hər  hansı  bir  siyasi  qüvvə  onu  yıxmasın.  Elə  strukturlar 

yaradılmalıdır ki, prezidenti qoruya bilsin, həm də prezident özündən çıxıb diktatora 

çevrilmək  istəyəndə  onun  qarĢısını  ala  bilsin.  Bu,  hakimiyyətin  əlifbasıdır... 

Hakimiyyəti  üç  yerə  bölərlər:  biri  qanun  qəbul  edər;  biri  icra  edər,  istədiyi  vaxt 

müstəqil  Ģəkildə  icraya  etirazını  bildirər,  yenidən  baxılmağını  tələb  edər;  biri  də 

müstəqil  məhkəmə  orqanlarıdır  ki,  qalan  ikisinin  fəaliyyətinə  nəzarət  edər.  [...] 

Yoxsa heç kim heç kimdən, ən baĢlıcası da, qanundan qorxmur, hərə istədiyini eləyir. 

Deyilən  struktur  yaranmasa,  kimi  istəyirsiniz  seçin,  ƏN  RUHANĠ  ADAMI  SEÇĠN, 

həmin  ruhaninin  ətrafına  yığılacaq  adamlar  hurrey-hurrey  deyəcəklər  ki,  sən  bizim 

böyüyümüzsən,  qabağa  gəl.  Beləliklə  də,  onu  yoldan  çıxaracaqlar.  Bunun  qarĢısını 

saxlayan heç bir institut yoxdur”. 

 

Unutmayaq:  bu  sözləri  Bəy  o  vaxt  söyləyirdi  ki,  Azərbaycanda  ən  nüfuzlu  Ģəxsdi  və  prezident 

seçilə biləcəyinə qətiyyən Ģübhə edilmirdi. Təəssüf ki, müxalifətin liderinin bu peyğəmbərcəsinə 

uzaqgörən  xəbərdarlığını  kommunistlər  qulaqardına  vurdular.  Yaqub  Məmmədovun  prezident 

olmaq  ehtirası  (bəlkə  də  “böyük  oyun”çuların  “kiçik  peĢka”nı  bu  iĢə  vadar  etməsi)  gerçəkliyə 

üstün gəldi - Ali Sovet 7 Ġyun 1992'də prezident seçkiləri keçirməyi qərara aldı. 

AXC  AM'nin  27  Martda  keçirilən  sessiyası prezident  seçkilərində  AXC'nin  iĢtirak  etməsini qərara 

aldı, ancaq Ə.Elçibəyin namizədliyini rəsmən irəli sürülməsini sonraya saxladı. AXC'nin 4 Apreldə 

keçirdiyi  mitinqdəsə  Ġsa  Qəmbərov  bəyan  etdi:  “Biz  qərara  gəlmiĢik  ki,  hakimiyyət  Ə.Elçibəyin 

Ģəxsində xalqın əlinə keçsin”.   

Elə  həmin  gün  Rusiyanın  xarici  iĢlər  naziri  A.V.Kozırev  Bakıya  gəldi  və  müdafiə  naziri  Rəhim 

Qazıyevlə  bağlı  qapılar  arxasında  görüĢdü.  Bu  görüĢün  nəticələri  xalqa  bildirilməsə  də 

R.Qazıyevin sonrakı bir çox hərəkətləri Rusiyanın Azərbaycandakı mənafeyinə uyğunlaĢdırıldı... 

SilahdaĢı,  millət  vəkili  Ġsa  Qəmbərov  “Müxalifət”  qəzetinin  müxbiri  Əhməd  Abdala  verdiyi 

müsahibədə  (07.04.1992) prezidentliyə  namizəd Əbülfəz  Elçibəy  haqqında  bunları bildirdi: “4-5 

illik mübarizədə ƏBÜLFƏZ BƏY HƏMĠġƏ LĠDER OLUB. Bu, mübarizədə iĢtirak edən hər bir Ģəxs 

kimi  Əbülfəz  bəyin  də  siyasi  təcrübəsinin  həddən  artıq  artmasına,  siyasi  xadim  kimi,  dövlət 

xadimi  kimi  yetiĢməsinə  kömək  edib.  Artıq  Elçibəy  dövləti  idarə  etmək  səviyyəsinə  qədər 

yüksəlib.   

Mənim  Əbülfəz  bəyin  prezident  seçiləcəyinə  və  bu  namizədliyin  yeganə  çıxıĢ  yolu  olduğuna 

inamım  bir  də  onunla  bağlıdır  ki,  biz  Əbülfəz  bəyi  sadəcə  olaraq  yalnız  MĠLLĠ-DEMOKRATĠK 

HƏRƏKATIMIZIN  LĠDERĠ  kimi  təqdim  etmirik,  Əbülfəz  bəyi  XALQIN  AĞSAQQALI  kimi  təqdim 

edirik.  Doğrudan  da,  nəinki  yalnız  AXC'də,  nəinki  yalnız  müxalifətdə,  BÜTÖVLÜKDƏ 

CƏMĠYYƏTDƏKĠ QÜVVƏLƏR ARASINDA BĠR TƏNASÜB YARADA BĠLƏN, XALQIN MƏNAFEYĠNƏ 

UYĞUN  BĠR  Ġġ  GÖRMƏK  ĠSTƏYƏN,  BÜTÜN  SAĞLAM  QÜVVƏLƏRĠ  BĠRLƏġDĠRMƏYƏ  QADĠR 



OLAN  YEGANƏ  ġƏXSĠYYƏT  KĠMĠ  MƏN  ƏBÜLFƏZ  BƏYĠ  GÖRÜRƏM.  Bu  da  mənim  üçün  ən 

əhəmiyyətli amildir”. 

ElçĠbəy prezĠdentlĠyə namĠzəddĠr 

9  Apreldə  AXC  AM'nin  fövqəladə  sessiyası  Əbülfəz  Elçibəyi  Azərbaycan  prezidentliyinə  rəsmən 

namizəd göstərdi. Doğrudur, bu qərar çıxarılmazdan öncə AXC rayon Ģö‟bələrinin də münasibəti 

öyrənilmiĢ  və  ümumi  razılıq  alınmıĢdı,  ancaq  bəzi  rayon  Ģöbələri  və  Məclis  üzvləri  Bəyin 

prezidentliyə  namizədliyinə  qarĢıydılar.  Xeyirxah etirazçıların  əsas tutarqalarından  biri buydu  ki, 

indi  Əbülfəz  bəyin  Ģəxsi  nüfuzu  Cəbhənin  nüfuzuna  bərabərdir  və  biz  təĢkilatçılığımızın, 

mütəĢəkkilliyimizin  deyil,  məhz  Bəyin xalq  içindəki  nüfuzu sayəsində seçkini  udmaq  istəyirik  ki, 

bu, məqbul sayıla bilməz. Bəli, Xalq Cəbhəsi bilirdi ki, seçkini yalnız Əbülfəz Elçibəylə uda bilər.   

AXC öz namizədinin təbliği yolunda güclü iĢ aparmağa baĢladı. Bu sətirləri yazanın da yaxından 

iĢtirakıyla  23  Apreldə 

“Əbülfəz  Elçibəy:  Bu  mənim  taleyimdir”

,  12  Ġyunda  “Əbülfəz  Elçibəy: 

Deyirdim  ki,  bu  quruluĢ  dağılacaq”  kitabları  Bakıda  çapdan  çıxdı,  professor  Kamil  Vəli 

Nərimanoğlunun  “Azərbaycan  türklərinin  azadlıq  elçisi  Əbülfəz  Əli  Elçibəy”  kitabısa  Türkiyədə 

buraxıldı. 

Müdafiəsinə 690 mindən çox imza toplanmıĢ Əbülfəz bəyin mütləq prezident seçiləcəyini görən 

Yaqub  Məmmədov  komandası  (daha  doğrusu,  Rusiya)  seçkiləri  dayandırmaqçün  ən  müxtəlif 

bəhanələrə  əl  atmağa  baĢladı.  Azərbaycan  Xalq  Cəbhəsi  bu  seçkilərə  zorla  cəlb  edilmiĢdi; 

xatırlatdığımız kimi, Əbülfəz bəy hələ Mart ayında üzünü Ali Sovetə tutaraq Vətənin və millətin bu 

ağır  vaxtında  seçkiyə  getməməkçün  az  qala  deputatlara  yalvarır,  “üç  aydan  sonra  seçəcəyiniz 

prezidenti  bir  ildən  sonra  yıxacaqsınız”  deyə  xəbərdarlıq  edirdi,  çünki  o,  Azərbaycanda  hələ 

demokratik  seçkinin  keçirilməsinə  gerçək  Ģəraitin  yetiĢmədiyini  hamıdan  yaxĢı  görürdü.  Buna 

baxmayaraq  sağlam  məntiqə  qarĢı  çıxaraq  yekəbaĢcasına  seçki  yolunu  tutan  kütbeyin 

kommunistlərə Azərbaycan Xalq Cəbhəsi bundan sonra, əlbəttə, qətiyyən güzəĢtə gedə, onların 

seçkini  yarımçıq  qoymasına  imkan  verə  bilməzdi.  Ölkə  daxilində  müxtəlif  siyasi  qrupların 

ziddiyyəti  elə  qorxulu  bir  səviyyəyə  yetmiĢdi  ki,  ABġ  parlamenti  öz  ölkəsinin  vətəndaĢlarının 

Azərbaycanda qalmasını münasib bilməyən qərar çıxardı.   

AXC'nin  27  Aprel  mitinqində  bildirildi  ki,  hakimiyyət  prezident  seçkilərini  zorakılıqla  yarımçıq 

saxlasa biz Əbülfəz bəyi prezident elan edəcəyik. 

Mayın 2'sində Türkiyənin baĢ naziri Süleyman Dəmirəllə MHP baĢqanı Alparslan TürkeĢin Bakıya 

gəlməsi  və  TürkeĢin  3  Mayda  Azadlıq  meydanında  AXC'nin  mitinqində  çıxıĢ  edərək  Elçibəyi 

dəstəkləməsi Bəyin prezident seçiləcəyinə umudları artırdı. Seçkini nəyin bahasına varsa aradan 

götürməkçün Rusiya hərbçiləri 8 Mayda ġuĢanın ermənilərə təslimini təĢkil etməyi bacardılar. 

ġuĢanın əldən getməsiylə Azərbaycanda sabitlik ciddi Ģəkildə pozuldu. Ancaq Əbülfəz bəy ölkədə 

anarxiya yaranmasının qarĢısını hər vasitəylə almağa çalıĢırdı, çünki Rusiyanın qara niyyətini çox 

gözəl baĢa  düĢürdü.  Onun  9 Mayda radioyla verilən  sərəncamında AXC'nin  rayon Ģöbələrindən 

tələb olunurdu ki, bütün siyasi aksiyaları dayandırsınlar, respublika və rayon dövlət təĢkilatlarının 

müdafiə tədbirləriylə bağlı (qanunvericiliyə zidd olmayan) göstəriĢlərinə əməl etsinlər. Sevindirici 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə