Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə25/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   21   22   23   24   25   26   27   28   ...   191

haldır  ki,  AXC'nin  bütün  mərkəzi  və  yerli  qurumları  öz  liderinin  çağırıĢına  hədsiz  diqqətcilliklə 

yanaĢaraq ölkədə sabitsizliyin geniĢlənməsinin qarĢısını almağı bacardılar.   

ƏN SON VARĠANT - MÜTƏLLĠBOVUN QAYTARILMASI 

Rusiyanın  xüsusi  xidmət  orqanları  seçkilərin  dayandırılmasıyçün  ən  son  variant  -  zorakılıq  yolu 

seçərək 14 May 1992'də onu həyata keçirdilər.   

Ali  Sovetin  həyətində  H.Əliyevin  seçkidə  iĢtirak  etməsinə  Ģərait  yaratmaqdan  ötrü  seçki 

qanunundan yaĢ senziylə bağlı maddəni çıxarmağı tələb edən Murtuz Ələsgərovun kiçik dəstəsini 

qovaraq  burada  11  gün  sürən  fasiləsiz  mitinq  keçirən  Hacı  Əbdülün  və  Ağa  Axundovun  silahlı 

dəstələrinin  tələbiylə  guya  Xocalı  faciəsinin  səbəblərini  araĢdırmaqçün  Ali  Sovetin  sessiyası 

çağırıldı  və  burada  Ayaz  Mütəllibov  yenidən  prezidentliyə  qaytarıldı.  O,  ölkədə  diktatura 

quracağıyla  hədələdi  və  bununla  demokratik  müxalifətin  hətta  cismani  mövcudluğu  da  sual 

altında qaldı. 

Vəziyyətin  təsəvvüredilməz  dərəcədə  ağırlığını  görən  və  labüd  fəlakətin qarĢısını  almaq  istəyən 

bəzi xeyirxah qüvvələr lider Elçibəy baĢda olmaqla müxalifət öncüllərinə xarici ölkələrdən birinə 

(məsələn,  Türkiyəyə)  ailəli  köçərək  orada  Azərbaycanın  mühacirət  hökumətini  qurmağı  tövsiyə 

etdilər.  (Müxalifətin  AXC'dənkənar  öncüllərindən  bu  təklifə  qulaq  asan  oldu).  Onlar  qəti  rədd 

cavabıyla qarĢılaĢdıqda heç olmazsa ailəlikcə xarici dövlətlərin səfirliklərində sığınacaq tapmaları 

onlara  məsləhət  görüldü.  Ancaq  Əbülfəz  bəy  və  onun  Ġsa  bəy  baĢda  olmaqla  ən  yaxın 

silahdaĢları  heç  yanda  gizlənməyəcəklərini,  heç  yerə  getməyəcəklərini,  Azərbaycanın  həqiqi 

müstəqilliyi  və  burada  demokratiyanın  bərqərar  olması  uğrunda  son  damla  qanlarınadək 

vuruĢacaqlarını bəyan etdilər.   

Ayaz  Mütəllibov  parlamentdə  qəzəbli  çıxıĢını  etdikdən  sonra  AXC  qərargahında  çaĢqınlıq 

yaranmıĢdı.   

O vaxt AXC Ġzmir rayon Ģöbəsinin baĢçısı olmuĢ Tofiq Seyidov 14-15 May hadisələri zamanının 

psixoloji  durumunu  belə  xatırlayır:  “Mütəllibovun  çıxıĢından  sonra  AXC'nin  bəzi  Ģöbələrinin 

əməkdaĢları təĢviĢə düĢərək sənədləri qərargahdan çıxarmağa baĢladılar. AXC sədrinin müavini 

Ġsgəndər  Həmidovun  göstəriĢiylə  onun  “bozqurdlar”ı  otaqlardan  onlara  aid  bütün  əĢyaları 

daĢımağa və maĢınlarına çəkilmiĢ “boz qurd” emblemlərini benzinlə silib təmizləməyə giriĢdilər. 

Bu  çaĢqınlıq  axĢamadək  davam  etdi.  AxĢam  təxminən  saat  10'da  AXC  sədri  Əbülfəz  Elçibəy 

qərargaha gəldi və Cəbhə binası önünə toplaĢmıĢ minlərcə insan qarĢısında məĢhur müraciətini 

etdi. Məhz bundan sonra cəbhəçilərdə əməlli-baĢlı ruh yüksəkliyi yarandı və onlar xuntaya qarĢı 

sonadək  mübarizə  aparmağı  qərarlaĢdırdılar.  Bəyin  müraciətiylə  səhərədək  AXC  qərargahı 

qarĢısına saysız-hesabsız insan toplaĢdı.   

Həmin  gün  Türkiyədə  olan  AMĠP  sədri  Etibar  Məmmədovun  adından  qərargaha  gələn 

partiyadaĢları  Nazim  Ġmanov  və  Babək  Hüseynoğlu  Etibar  bəyin  Türkiyədən  gələ  bilmədiyini, 

ancaq  onun  da  Mütəllibov  iqtidarını  tanımayaraq  Cəbhəni  dəstəklədiyini  rəsmən  bəyan  etdilər. 

Yeri gəlmiĢkən, Qurban Məmmədov da Heydər Əliyevlə telefonla danıĢdığını və onun da buraya 

toplaĢmıĢ insanlarla həmrəy olduğunu bildirdi”. 




Tofiq  bəy  bundan  sonra  baĢ  verənlərə  də  iĢıq  salır: 

“Mayın  15'ində  AXC  qarĢısında  xalqın 

əzəmətli  izdihamını  görən  və  bundan  qorxan  Ayaz  Mütəllibov  Cəbhəyə  “elçi”lər  göndərməyə 

baĢladı.  Öncə  R.Qazıyevin  yaxın  dostu  və  A.Mütəllibovun  qohumu  olduğu  söylənilən  maĢtağalı 

Tarix gəldi. O, AXC sədrinin müavini Ġ.Həmidovla danıĢandan sonra birlikdə Əbülfəz bəyin yanına 

getdilər.  Mütəllibovun  hakimiyyətinin  tanınmasını  istəyən  Tarix  əliboĢ  qayıdandan  sonra 

qərargaha daha “iriçaplı” nümayəndələr: xalq Ģairi Bəxtiyar Vahabzadə və XTMD'nin rəisi RövĢən 

Cavadov  göndərildilər.  Onlar  da  Bəyin  yanından  pərt  çıxarkən  mən  R.Cavadovla  ayaqüstü 

söhbətləĢdim.  O,  bizi  hədələyərək  dedi  ki,  Cəbhə  Mütəllibovu  tanımasa  qarĢısında  məni  də 

görəcək və bu, sizinçün pis nəticələnəcək.

 

AXC'də  hadisələrin  sonrakı  inkiĢafı  müzakirə  olunmağa  baĢladı.  Xalq  rejim  üzərinə  yürüĢ  təklif 



etsə  də  AXC  rəhbərliyində  bəziləri hələ  tərəddüd  keçirir  və  A.Mütəllibovla  danıĢıqlar aparmağın 

daha  məqsədəuyğun  olduğunu  söyləyirdilər.  Ġ.Həmidov  danıĢıqlarda  öz  vasitəçiliyini  təklif  etdi. 

Tərəddüdçülərdən  biri  -  Tahir  Kərimli  bildirdi  ki,  qarĢıdurmada  mütəllibovçular  silah  iĢlətsə  və 

bircə  nəfər  də  ölən  olsa  mən  bunu  özümə  bağıĢlamayacağam.  Onda  Ġzmir  rayon  Ģöbəsinin 

rəhbəri kimi mən çıxıĢ edərək dedim ki, Tahir Kərimli yürüĢdə bir nəfərin qanının töküləcəyindən 

qorxduğu  halda  nə  üçün  bu  hakimiyyətin  xəyanətkar  siyasəti  nəticəsində  döyüĢ  bölgələrində 

dəstə-dəstə övladımızın həlak olmasından narahatlıq keçirmir? 

 

Əbülfəz  bəy  müzakirələrə  yekun  vuraraq  “Bu  iqtidar  getməlidir!”  hökmünü  verdi.  Elçibəyçilər 



A.Mütəllibova  qarĢı  xalq  etirazını  təĢkil  etməyi  qərarlaĢdırdılar.  Üç  nəfər  (Ə.Elçibəy,  Ġ.Həmidov, 

T.Seyidov) xalq yürüĢünün istiqamətini müəyyənləĢdirdi”. 

 

Nəzərdə  tutulan  etiraz  yürüĢünün  zorakılıqla  dağıdılacağı  (Rusiyanın  Mütəllibovu  qorumaqçün 



çoxlu  zirehli  texnika  və  avtomat  silah  verməsi  haqqında  məlumatlar  alınmıĢdı)  və  AXC 

rəhbərlərinin  məhv  ediləcəyi  halda  Cəbhəyə  baĢçılıq  bir  səfirlikdə  yerləĢəcək  Tofiq  Qasımova 

tapĢırılmıĢ,  Azərbaycan  həqiqətlərini  dünyaya  yaymaqçün  Nəcəf  Nəcəfov  və  Sabit  Bağırov 

Türkiyəyə göndərilmiĢdilər. Bir sıra mühüm tədbirlər də nəzərdə tutulmuĢdu.   

Öldürülməsindən  də,  həbs  edilməsindən  də  azacıq  da  çəkinməyərək  sabahadək  Cəbhə 

qərargahında  gecələmiĢ  milli  lider  Əbülfəz  Elçibəy  15  May  günü  səhər  tezdən  öz  müavini  və 

dostu Ġsa Qəmbərovla görüĢüb-öpüĢdü, onunla vidalaĢdı ki, bəlkə bir daha görüĢə bilmədik. Bu 

vaxt qarĢıda onları, doğrudan da, ölümdən baĢqa heç nə gözləmirdi. Ancaq məhz onların özünü 

itirməməsi,  qətiyyəti  və  tədbirliliyi  sayəsində  nəinki  özləri,  həm  də  bütövlükdə  Azərbaycan 

demokratiyası ölümdən qurtuldu.   

Azərbaycan  Xalq  Cəbhəsi  qərargahının  qarĢısına  dünən  gecədən  yığıĢmağa  baĢlamıĢ  yüz 

minlərcə  insan  həmin  gün  elə  burada  mitinq  keçirərək  izdihamlı  nümayiĢə  çıxdı  və  RəĢid 

Behbudov - Abbasqulu ağa Bakıxanov - ĠnĢaatçılar - Hüseyn Cavid prospektləriylə yürüĢ edərək 

öncə  Ali  Sovetin  və  teleradio  Ģirkətinin  binalarını,  daha  sonrasa  MTN  və  Prezident  Aparatını, 

baĢqa  mühüm  obyektləri  tutdu.  Mütəllibov  Rusiyanın  hərbi  təyyarəsində  aradan  çıxdı.  Bununla 

da onun hakimiyyətə dönüĢünün qarĢısı dinc Ģəkildə alındı.   

AXC'nin  sədri,  prezidentliyə  namizəd  Əbülfəz  Elçibəyin həmin  gün  gecə  yarısı milli televiziyayla 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə