Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə33/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   29   30   31   32   33   34   35   36   ...   191

vardı və o, arada balkona çıxıb bu mənzərəni seyr edərdi".

 

Mən  istəməzdim  ki,  oxucum  Elçibəyin  Türkiyəyə  bu  qədər  sonsuz  məhəbbətinə  qısqanclıqla 



yanaĢsın,  bu  qardaĢ  ölkəni  hətta  Azərbaycandan  da  artıq  sevdiyini  düĢünsün.  Bəli,  prezident 

Elçibəy Türkiyə və Azərbaycan torpaqlarının hər ikisini müqəddəs bilirdi, Türkiyə və Azərbaycan 

xalqlarının  hər ikisini eyni millət  sayaraq  sevirdi,  hər iki dövlətin  ən  yaxın  (hətta  konfederasiya 

Ģəklində)  siyasi-iqtisadi-mənəvi  iliĢkilərinin  tərəfdarıydı!  Bütün  bunlara  baxmayaraq,  axı  o, 

müstəqil bir dövlətin baĢçısıydı və bu dövlətin maraqlarını hər Ģeydən üsütün tuturdu. O məhz 

Azərbaycanı DÜNYANIN sözü keçən dövlətlərindən biri etmək istəyirdi. Bu dediyimi Əbülfəz bəyin 

əməkdar jurnalist Zöhrab Zeynallıyla 4 yanvar 1993-dəki söhbəti də təsdiqləyir:   

"…Üç-beĢ  ildən  sonra  Türkiyə  görəcək  ki,  Azərbaycan  nədir.  Bugünün  özündə  mənəvi-psixoloji 

baxımdan  Azərbaycan  Türkiyədən  yüksək  səviyyədə  dayanır.  Anadolu  türkləri  deyirlər  ki,  siz 

türklüyü bizdən qabağa aparırsınız, siz bizdən üstünsünüz, mənəvi cəhətdən bizdən yüksəksiniz. 

Azərbaycan türkünün mənəviyyatına Anadolu türklərinin özləri hörmət və qibtə edirlər. 

 

Azərbaycanda  kimin  nüfuzu  olmalıdır  -  Rusiyanın,  Türkiyənin,  Ġranın,  yoxsa,  deyək  ki, 



Amerikanın? Heç kimin. Azərbaycan, Allah qoysa, beĢ-on ildən sonra özü nüfuz edəcək. O zaman 

fikirləĢsinlər ki, Azərbaycanın nüfuzu hara qədər olacaq. Bu sual verilməlidir: "BeĢ-on ildən sonra 

Azərbaycanın nüfuz dairəsi hara çıxır?". Azərbaycan Yaxın ġərqdə ən güclü nüfuz dairəsinə malik 

dövlətlərdən  biri  olacaq.  Azərbaycanla  razılaĢmamıĢ  çox  Ģeyləri  eləməyəcəklər.  Ġngiltərə  də, 

Amerika  da,  Fransa  da  Yaxın  ġərqlə  bağlı  hər  hansı  məsələni  həll  edəndə  Azərbaycanı  dəvət 

edəcəklər. 

 

Bunu indidən bilirlər ki, iki milyard ton neft ehtiyatı olan bir ölkə ilə elə-belə danıĢmaq mümkün 



deyil…"

. (


"Savalanda görüĢənədək, Bəy!"

. Bakı, 2000, s.130). 

Ertəsi  gün  -  25  iyunda  Ġstanbulda  Turqut  Özalın  təĢəbbüsüylə  ikinci  dəfə  əslinin  eyni  olaraq 

tikilmiĢ tarixi "Çırağan" sarayında 11 ölkənin rəhbərləri Qara Dəniz Ġqtisadi ĠĢbirliyi AnlaĢmasını 

və "Bosfor bəyanatı"nı imzaladılar.   

AnlaĢma törənində danıĢan Eduard ġevardnadze "Qara Dəniz Ġqtisadi ĠĢbirliyi fikrinin Turqut Özal 

tərəfindən  ortaya  atıldığını  və  inkiĢaf  etdirildiyini"  söyləyərək  dedi:  "Qara  dəniz  iĢbirliyi  layihəsi 

bütün  dünyada  Özal  doktrini  olaraq  tanınır".  26  iyun  tarixli  "Türkiyə"  qəzeti  yazırdı: 

"ġevardnadzenin bu sözləri baĢbakan Süleyman Dəmirəlin qaĢlarını çatmasına səbəb oldu". Bəzi 

qəzetlər manĢetə bu sözləri çıxarmıĢdı: "Özal hazırladı, Dəmirəl imzaladı".   

Yeri gəlmiĢkən, baĢ nazir S.Dəmirəlin prezident T.Özalın əməyini öz adına çıxmasından prezident 

incimiĢdi, buna görə də o, zirvə toplantısının yığıncaqlarına qatılmadı və heç bir rəsmi Ģəxslə, o 

sıradan  Əbülfəz  Elçibəylə  də  görüĢmədi.  Bu  hadisə  Türkiyənin  bir  çox  siyasətçilərində  narazılıq 

doğurdu.  Məsələn,  ANAP  genel  baĢqanı  Məsud  Yılmaz  bildirmiĢdi: 

"Uluslararası  səciyyəli  bir 

törənlə  ilgili  hazırlıqlar öncədən  tamamlanmıĢ olmalı və  anlaĢmaya Türkiyə  adından  kimin  imza 

qoyacağı  öncədən  bəlirlənməliydi.  BaĢbakan  öncədən  yapdığı  açıqlamalarda  dövlətin  ən  uca 

vəzifəsini  rəncidəedici  bəyanlarda  bulunmuĢdur.  BU,  BĠR  SĠYASĠ  NƏZAKƏTSĠZLĠK  ÖRNƏYĠDĠR 

(seçdirmə  Yılmazındır  -  Ə.T.)  və  Türkiyənin  dıĢ  etibarına  zərər  vermiĢdir.  Naxçıvan  və  Qalata 



körpülərindən  sonra  sayın  Dəmirəl  özünün  heç  bir  əməyi  olmayan  iĢlərə  sahib  çıxma  adətini, 

beləliklə, davam etdirməkdədir".

 ("Türkiyə" qəzeti, 26 iyun 1992). 

Qara Dəniz Ġqtisadi ĠĢbirliyi AnlaĢması yeni beynəlxalq təĢkilatın yaradıcılarından biri olmuĢ gənc 

Azərbaycan  dövlətinin  imza  atdığı  ilk  çox  mühüm  beynəlxalq  sənədlərdən  biridir.  Təntənəli 

imzalama  mərasimində  çıxıĢ  edən  Əbülfəz  bəy  Azərbaycanın  Qara  dəniz  hövzəsi  dövlətləriylə 

iqtisadi  əməkdaĢlıqda  bulunmasının  məqsədlərini  açıqladı,  bu  əməkdaĢlığın  bölgədə  siyasi 

sabitliyi  də  təmin  etməyə  xidmət  göstərməli  olduğunu  vurğuladı.  O,  eyni  zamanda,  Xəzəryanı 

dövlətləri birləĢdirə biləcək bir birliyin də yaradılması gərəkliyini irəli sürdü. 

Əbülfəz  Elçibəy  öz  nüfuzuyla  11  prezident  içərisində  xüsusi  seçilirdi.  Tam  demokratik  yolla 

seçilməsi  və  prezidentliyəqədərki  dəyərli  keçmiĢi  ona  dərin  hörmət  qazandırmıĢdı.  Türkiyə 

xalqının  Elçibəyə  göstərdiyi  dəniz  tək  çağlayan  sevgisi  və  onun  hətta  bu  ölkənin  bəzi 

rəhbərlərindən  də  artıq sevilməsi xarici ölkələrin  prezidentlərini heyrətə salmıĢdı. Turqut  Özalın 

qatılmadığı bu məclisdə Dəmirəldən sonra ikinci ən sözü keçərli Ģəxs də məhz Elçibəydi.   

Prezidentin cangüdəni Ġlqar Qədirquluyev söyləyir ki, zirvə toplantısının yekun sənədi imzalanan 

zala hamıdan sonda Elçibəy, ondan az sonra Dəmirəl gəldi. Elçibəy içəri girən kimi prezidentlər 

baĢda  olmaqla bütün  nümayəndə  heyətləri  ayağa  qalxaraq  onu  salamladı.  Bir  çox  prezidentlər 

Elçibəylə  yaxın  münasibət  qurmağa  can  atırdılar.  Xüsusən  Səpərmurad  TürkmənbaĢı  Bəyin 

qarĢısında əldən-ayaqdan gedirdi. Bəy ona qaz haqqında söz deyən kimi bildirdi ki, Azərbaycan 

nə  qədər  qaz  istəsə  verəcəyəm  (doğrudan  da,  Azərbaycan  Elçibəy  dövründə  Türkmənistanın 

hesabına  qazdan  korluq  çəkmədi).  O  hətta  Azərbaycanın  qazdan  ötrü  olan  bütün  borcunu  da 

silməyə  razılaĢdı  (ancaq  o,  bu  borcu  sonralar  H.Əliyevdən  istədi).  Deyəsən,  TürkmənbaĢı 

Elçibəyin  nüfuzuna  görə  çəkinməkdən  baĢqa,  həm  də  qorxurdu  ki,  birdən  o,  Orta  Asiyada 

inqilab-zad edər, çünki bu bölgənin müxalifətçiləri Elçibəylə çox yaxın münasibətdəydilər.   

Adı çəkilən "Türkiyə" qəzeti birinci səhifəsində Əbülfəz Elçibəylə "Türk dünyasını aydınlıq yarınlar 

bəkliyor" baĢlıqlı geniĢ müsahibə verib. Burada Bəy müxbirə söyləyir: "Biz də Azərbaycan dövləti 

olaraq  Xəzər  dənizini  böyük  hövzəyə  çevirəcəyik.  O  zaman  Türkmənistan,  Özbəkistan, 

Qazaxıstan, Rusiya, Gürcüstan və Türkiyə Xəzər hövzəsində çalıĢan bir birliyə üzv olacaqlar. Belə 

bir  Ģərt  meydana  gəldiyində  Qafqazın  qapısı  Qara  dəniz  vasitəsiylə  Avropaya  açılır.  Sabah  bir 

zaman da gəlir, Xəzər vasitəsiylə bütün Turanın qapıları Avropaya açılır".   

Güney  Azərbaycanla  bağlı  Bəy  deyir: 

"Mən  bir  hərəkatçıyam.  Ġnsan  haqlarını  hər  zaman 

qoruyuram. Güney Azərbaycanda yaĢayan 23 milyon türkün insan haqlarının qorunmasını tələb 

edirəm. Məktəbi olsun, mədəni hürriyyəti olsun, mədəni muxtariyyəti olsun deyirik. Canım, 140 

min erməniyə Qarabağda bir dövlət istəyirlərsə və DÜNYA DA BUNU MÜDAFĠƏ EDĠRSƏ Ġranda 

yaĢayan  23  milyon  türkə  bir  məktəb,  mədəni  muxtariyyət  istəmək  qəbahətdirmi?"

  ("Türkiyə" 

qəzeti, 26 iyun 1992). 

Bunu  da  yada  salmaq  yerinə  düĢər  ki,  Ermənistan  hərbi  qüvvələrinə  ağır  zərbələr  endirmiĢ 

Azərbaycan  əsgərinin  Ağdərədə  və  baĢqa  bölgələrdə  gücünü  duymuĢ  Ermənistan  prezidenti 

Levon Ter-Petrosyan Ankarada müxtəlif dövlətlərin baĢçıları vasitəsilə Bəylə görüĢməyə dəfələrlə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə