Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə30/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   26   27   28   29   30   31   32   33   ...   191

yeni  RƏSULZADƏ'nin  yaĢadılmasına  da  hazır  deyildi  və  eyni  zamanda  aldanıĢlı  həsrətlə  yenə 

STALĠN'i gözləyirdi...   

Ən pisisə buydu ki, onunla yanaĢı eyni səngərdə çiyin-çiyinə azadlıq mücadiləsi aparmıĢ minlərcə 

silahdaĢı da mövcud durumun mürəkkəbliklərini yetərincə ayıq dəyərləndirmək gücündə olmadı 

və bu üzdən də müstəqil Ģəkildə çıxıĢ yolları axtarıb tapmaqdansa, quruculuq, yaradıcılıq iĢləriylə 

yeni  hakimiyyətə  dəstək  verməkdənsə  hədsiz  tələb,  iddia  ("bizim  çiyinlərimizdə  hakimiyyətə 

gəlmisən!"),  irad  və  yerli-yersiz  Ģikayətlərlə  onun  əl-ayağına  dolaĢmağa  baĢladı.  Deyilənə  ən 

səciyyəvi bir örnək. 

Ġyunun 17-sidir - andiçmənin ertəsi günü. Prezident hələ öz kürsüsünə əyləĢərək onu isitməyib! 

Ancaq onun baĢçılıq etdiyi təĢkilatın - Azərbaycan Xalq Cəbhəsinin orqanı "Azadlıq" qəzetisə bu 

haqda  əməlli-baĢlı  bir  reportaj  və  ürəkdən  gələn  səmimi  təbrik  verməkdənsə  özünün  ilk 

səhifəsinin ilk materialı olaraq prezidentə yetərincə kəskin tonlu tələblər ünvanlayıb... 

Ancaq  bədbin  olmağa  da  dəyməz,  çünki  Elçibəy  öz  yüksək  mənəvi  ucalığıyla  bircə  ildə 

hakimiyyətin  və  cəmiyyətin  mənəvi  saflığı  və  maddi  yüksəliĢi  yolunda  böyük  iĢlər  görməyi 

bacardı. Professor Vaqif Sultanlı çox doğru yazır:   

"Elçibəy  idarəçiliyin  əxlaqını  dəyiĢdi,  siyasətdə  humanizmin,  insansevərliyin,  səmimiyyətin, 

doğruluğun əsasını qoydu.

 

Elçibəy  saf,  dərviĢsayağı,  sufi  bir  ömür  yaĢadı,  dünyanın  maddi  dəyərlərindən  imtina  etməklə 



mənəvi-ruhani ömrün ucalığını və təntənəsini nümayiĢ etdirdi.

 

Elçibəy özü üçün, doğmaları üçün yaĢamadı, Vətən üçün, millət üçün yaĢadı, bəĢər övladı nəyə 



qadirdisə, nəyi etməyi bacarardısa onu elədi.

 

Elçibəy Vətəni, milləti sevməyin, yurdun azadlığı uğrunda Ģəhid olmağın örnəyini qoyub getdi.



 

Elçibəy  heç  kəsdən  incimədi,  onu  aldadanları,  yarıda  qoyub  qaçanları,  xəyanət  yolu  tutanları, 

kürəyinə  bıçaq  saplayanları  belə  bağıĢladı  və  dostlarının,  silahdaĢlarının  günahlarını  öz  üzərinə 

almaqla  hamıdan  ucada  durduğunu  bir  daha  göstərdi".

  (

"Savalanda  görüĢənədək,  Bəy!"



.  Bakı, 

2000, s.121-122).   

 

"KĠÇĠK BĠR DƏRNƏYĠ BÖYÜK BĠR XALQ HƏRƏKATINA ÇEVĠRMĠġSƏ..." 



Vətən torpağını ana südü tək müqəddəs sayan, onu hər Ģeydən üstün tutan prezident Əbülfəz 

Elçibəyi  yeni  vəzifəyə  baĢlayarkən  ən  çox  narahat  edən  məsələ,  təbii  ki,  iĢğal  olunmuĢ 

ərazilərimizin  düĢməndən  azad  olunmasıydı.  Bundan  ötrü  o,  Prezident  Aparatına  ayaq  basdığı 

andan beynəlxalq təĢkilatlarla iĢbirliyi yaratmağa, erməni təcavüzünün qarĢısını almaqçün onların 

qüvvəsindən  yararlanmağa  çalıĢdı.  Təsadüfi  deyil  ki,  Bəyin  imzasıyla  dərc  edilən  (19  iyun)  ilk 

sənəd  onun  NATO-nun  baĢ  katibi  Manfred  Vernerə,  BMT-nin  baĢ  katibi  Butros  Qaliyə,  ATƏM 

Nazirlər  ġurasının  sədri  Ġrji  Dinstbirə  göndərdiyi  məktubdur.  Dağlıq  Qarabağdakı  münaqiĢənin 



səbəbinin  burada  insan  hüquqlarının  pozulması  deyil,  Ermənistanın  Azərbaycana  qarĢı  ərazi 

iddiaları  olduğunu  bildirən  Azərbaycan  dövlətinin  baĢçısı  Ģəxsən  onlara,  BMT  Təhlükəsizlik 

ġurasının üzvlərinə, bütün dünya birliyinə müraciət edərək təkidlə çağırırdı ki, onlar təcavüzkarın 

cilovlanması, Ermənistanın Azərbaycan əhalisini cismən məhv etməyə, onun BMT, ATƏM, bütün 

dünya  birliyi  tərəfindən  tanınmıĢ  ərazi  bütövlüyünü  parçalamağa  yönəldilən  hərbi  əməliyyatları 

dayandırmasıyçün təsirli tədbirlər görsünlər.   

Sözsüz  ki,  prezident  çox  gözəl  bilirdi  ki,  Ermənistanın  təcavüzünü  aradan  qaldırmadan  həm 

xarici,  həm  də  daxili  siyasətdə  ciddi  uğurlar  qazanmaq  mümkün  olmayacaq;  bundan  ötrüsə 

Azərbaycana sədaqətli dostlar, müttəfiqlər gərəkdi. Bu baxımdan Ə.Elçibəyin rəsmən qəbul etdiyi 

(18  iyun)  ilk  xarici  nümayəndənin  qardaĢ  Türkiyənin  Azərbaycandakı  böyükelçisi  Altan 

Karamanoğlunun  olması  təsadüf  sayılmamalıdır.  DüĢməni  bitərəfləĢdirmək  taktikası  yürüdən 

prezident  ertəsi  günsə  Ġran  səfiri  Əliəsğər  Nəhavəndiyanı  qəbul  etdi. 

(Yeri  gəlmiĢkən,  yeni 

prezidenti  təbrik  etməyə  gələn  xarici  nümayəndələr  ona  qiymətli  hədiyyələr  də  gətirirdilər  və 

Ə.Elçibəy elə 19 iyundaca bütün mədəni dövlətlərin ənənəsinə uyğun olaraq belə sərəncam verdi 

ki, prezidentin adına alınan bütün hədiyyələr dövlət mülkiyyəti sayılaraq muzeydə saxlanılsın...).

 

Məhz Bəyin prezidentliyə baĢlamasından iki gün sonra - 19 iyunda ABġ-ın dövlət baĢçısı Corc BuĢ 



Amerikanın  Azərbaycandakı  səfirini  (Riçard  Mayls)  təyin  etdi  və  Azərbaycan  -  ABġ 

münasibətlərində tezliklə bir çox sahələrdə mühüm irəliləyiĢlər baĢ verdi.   

Millətçi Ģəxsin hakimiyyət baĢına gəlməsi, sözsüz ki, dövlət həyatının hər istiqamətində öz təsirini 

göstərməliydi və göstərdi də. Rəsmi dövlət qəzeti "Həyat"da artıq iyunun 20-sində akademik Afat 

Qurbanovun  ümumtürk  ədəbi  dilinin,  ümumtürk  əlifbasının  yaradılmasının  zəruriliyinə  dair 

məqaləsi,  ÇağdaĢ  Turan  Partiyasının  yaradılması  haqqında  xəbər,  professor  Qüdrət 

Əbdülsəlimzadənin  dövlətimizin  müstəqilliyini  təmin  etməkçün  təcili  həyata  keçirilməli 

iqtisadi-sosial  tədbirlər  kompleksi  haqqında  konseptual  yazısı  və  b.  dərc  edilmiĢdi.  Ġyunun 

23-ündə  Milli Məclis  dövlət  gerbinin  müzakirəsinə  baĢladı,  çünki  bu  mühüm  dövlət  atributunun 

yoxluğu  ilk  sırada  dövlət  möhürlərinin,  olduqca  mühüm  dövlət  sənədlərinin  yeniləĢdirilməsini 

gecikdirirdi. 

Hələ  prezidentliyə  namizədkən  sevimli  müəllimi, professor  Əlövsət  Abdullayev  mətbuatda onun 

haqqında  belə  yazmıĢdı: 

"Əbülfəz  Elçibəy  prezidentliyə  layiq  olan,  bütün  Ģüurlu  ömrünü  xalqın 

azadlığına  həsr  edən,  bu  yolda  bir  çox  əzablar  və  məhrumiyyətlərə  mətinliklə  dözən,  xüsusi 

təĢkilatçılıq bacarığı ilə seçilən pak bir Ģəxsiyyətdir. "Xüsusi təĢkilatçılıq bacarığı olan" ona görə 

deyirəm ki, əgər onun vaxtilə mənə boynuna almadığı kiçik bir dərnəyi 

(universitetdə yaratdığı 

gizli siyasi təĢkilat nəzərdə tutulur - Ə.T.)

 böyük bir Xalq hərəkatına, Xalq Cəbhəsi kimi sarsılmaz, 

demokratik  bir  qüvvəyə  çevirmiĢsə  onun  təĢkilatçılıq  bacarığına  Ģübhə  yeri  qalırmı?!  Əlbəttə, 

yox!".


 

Müəllimin  bu  qəti  inamı  güclü  məntiqdən,  məntiqsə  gün  kimi  aydın  gerçəklikdən  doğurdu  - 

Azərbaycan  Xalq  Cəbhəsi  Əbülfəz  Elçibəyin,  prezident  olduğu  anadək  yaratdığı  ən  dəyərli 

əsəriydi.  Ġlk  gündən  beĢiyi  baĢında  dayandığı  və  Ġsa  Qəmbər  kimi  yaraqdaĢlarıyla,  mübarizə 

yoldaĢlarıyla  neçə-neçə  sarsıntılardan  qorumağı  bacardığı  bu  mübariz  təĢkilatı  yenilməz  bir 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə