Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə26/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   22   23   24   25   26   27   28   29   ...   191

xalqa  müraciəti  15  May  qələbəsinin  müjdəsi  oldu.  “Bu  gün  Azərbaycanda  tamamilə  yeni  bir 

dövlət yaradılmalıdır” fikrini irəli sürən QALĠB PREZĠDENTLĠYƏ NAMĠZƏD ölkənin son dərəcə ağır 

durumunu göz önünə qoyaraq bildirdi ki, Azərbaycanda son 8 ayda 3 dəfə müdafiə naziri, son 3 

ayda  3  daxili  iĢlər  naziri  dəyiĢdirilib.  Bu  halın  yaradılmasında  baĢlıca  məqsədin  dövlətin  iĢləyən 

qurumlarını iflic etmək və milləti özünümüdafiə qabiliyyətindən məhrum etmək olduğunu bildirən 

Bəy  Mütəllibovun  hərəkətinə  öz  qiymətini  verəndən  sonra  bəyan  etdi:  “Bizim  yolumuz  sırf 

demokratiyadır,  bizim  adətimiz  və  ənənəmiz  Məmmədəmin  Rəsulzadənin  yolunu  davam 

etdirməkdir”.   

Atatürkdən  misal  çəkən  Bəy  qarĢıda  duran  ümummilli  vəzifələrdən  danıĢarkən  göstərdi  ki,  biz, 

birincisi,  haqqı  tapmalıyıq;  ikincisi,  onu  tapandan  sonra  qoruyub  saxlamalıyıq.  “Bununla  da  biz 

Azərbaycanda hüquqi dövlət qurub millətimizi yüz illərlə çəkdiyi əzab-əziyyətdən qurtara bilərik”. 

“ELÇĠBƏY ĠQTĠDARI”, “AXC HAKĠMĠYYƏTĠ” BELƏ QURULDU 

Dinc xalq etirazının bütün ağırlığını və rəhbərliyini öz üzərinə götürmüĢ Azərbaycan Xalq Cəbhəsi 

15-19 Mayda hakimiyyətin bir hissəsini öz əlinə aldı.   

Sonralar  ağızdolusu  “Elçibəy  iqtidarı”,  “AXC  hakimiyyəti”  adlandırılan  hökumət  əsasən  bu  vaxt 

formalaĢdırıldı. 16 Mayda baĢ nazir Rəhim Hüseynovun kabinetində Ali Sovetin sədri, prezidentin 

səlahiyyətlərini icra edən Yaqub Məmmədov, baĢ nazir Rəhim Hüseynov, AXC rəhbərliyi və AMĠP 

rəhbərliyi  arasında  keçirilmiĢ  bu  görüĢdə  əslində  yeni  hökumət  kabinetinin  formalaĢdırılması 

müzakirə edildi.   

“Elçibəy  iqtidarı”nın  yaranmasının  Ģəxsən  Ģahidi  olmuĢ  cəbhəçi  Tofiq  Seyidovdan  bunları 

eĢitmiĢəm: 

“Yaqub Məmmədov güc qurumlarından birinin - konkret olaraq MTN rəhbərinin onun 

adamı olmasını tələb etdi və Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü, Ġsgəndər Həmidov 

da  onu  dəstəklədi.  Yaqub  Məmmədov  və  Rəhim  Hüseynov  müdafiə  naziri  Rəhim  Qazıyevin 

yenidən vəzifədə qalmasını tövsiyə etdilər. BoĢ qalmıĢ üçüncü güc qurumu - Daxili ĠĢlər Nazirliyi 

AXC  nümayəndəsiyçün  nəzərdə  tutulmuĢdu.  Ġsa  Qəmbərov  bu  vəzifəyə  Ġsgəndər  Həmidovun 

namizədliyini  verdi.  Əbülfəz  Elçibəy  hələ  tələsməməyi  və  bu  yerə  namizədi  AXC'də  müzakirə 

etməyi  təklif  etsə  də  Ġ.Qəmbərov  Cəbhənin  baĢqa  kadrının  olmadığını  söyləyərək  Ġ.Həmidovun 

namizədliyi  üstündə  sonadək  dayandı.  Ġsa  Qəmbərov  və  Arif  Hacıyev  AXC  nümayəndəsi 

Sülhəddin  Əkbərovun  təhlükəsizlik  nazirinin  birinci  müavini  olmasını  da  təklif  etdilər.  Elə  bu 

yığıncaqda Vahid Əhmədov baĢ nazirin birinci müavini, Məmməd Ġsmayıl teleradio Ģirkətinin sədri 

vəzifələrinə  irəli  sürüldülər.  Bütün  bu  namizədlər  razılaĢdırıldı  və  onlar  Y.Məmmədovun  elə 

həmingünkü fərman və sərəncamlarıyla göstərilən vəzifələrə təyin edildilər. 

 

Əbülfəz  Elçibəy  baĢ  nazir  vəzifəsinə  AMĠP  sədri  Etibar  Məmmədovun  namizədliyin  təklif  etdi. 



Ancaq  Etibar  Məmmədov  güc  qurumlarının  ona  tabe  olacağı  təqdirdə  bu  vəzifəyə  razılıq  verdi. 

Onun  iddiası  təmin  edilmədikdə  Etibar  bəy  sonrakı  müzakirələrdə  iĢtirak  etmədi  və  baĢ  nazir 

vəzifəsinin icrası Rəhim Hüseynovun özünə həvalə edildi”. 

 

Xatırladıram ki, bu koalisyon hökumət Elçibəyin prezidentliyi dövründə də mövcud oldu və sözün 



əsl  mənasında  prezidentin  baĢağrısına  çevrilərək  müstəqil  Azərbaycan  dövətçiliyi  yaratmaq 


istəyən dövlət baĢçısı qarĢısına nəhəng problemlər çıxardı.   

18  Mayda  keçirilən  Ali  Sovet  sessiyasında  AXC  sədrinin  müavini,  35  yaĢlı  millət  vəkili  Ġsa 

Qəmbərov Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini icra etməyə baĢladı. Bununla da 

AXC'nin  proqramı və  seçkiqabağı platforması hakimiyyətin siyasi xəttinə  çevrildi.  Bundan  sonra 

Əbülfəz  bəyin  prezident  seçiləcəyi  gün  kimi  aydındı.  Arxasında  xalqın  dayandığı  Elçibəyin 

prezident  seçilməsinin  qarĢısını  bu  yolla  da  almağı  bacarmayanda  Rusiyanın  hərbi-sənaye 

kompleksinə  bağlı  olan  və  məhz  Mütəllibovun  qayıdacağı  ərəfədə  -  11  Mayda  seçkiləri  təxirə 

salmaq, müvəqqəti koalisiya hökuməti yaratmaq tələbləriylə namizədliyini geri götürmüĢ Nizami 

Süleymanov 21 Mayda yenidən namizəd kimi iĢə düĢdü. Labüd məğlubiyyətini görərək “indi seçki 

keçirmək  vaxtı  deyildir”  bəyanatıyla  namizədliyini  geri  götürən  AMĠP  sədri  Etibar  Məmmədov, 

onun partiyası, kommunistlər və demokratlara nifrət bəsləyən bütün qüvvələr də N.Süleymanovu 

dəstəkləməyə baĢladı ki, bu, hər Ģeydən öncə, Rusiyanın Elçibəyi prezident görməmək istəyinə 

xidmət edirdi.   

Bütün maneələri öz müdrikliyi, siyasətcilliyi sayəsində aĢa bilmiĢ Əbülfəz bəy AXC qərargahında 6 

Ġyunda  keçirilən  mətbuat  konfransında  artıq  prezidentliyə  namizəd  kimi  yox,  prezident  kimi 

inamlı cavablar verirdi.  

7  Ġyunda  Azərbaycan  xalqı  tarixdə  ilk  dəfə  azad  seçkilər  keçirdi  və  Əbülfəz  Elçibəyi  özünün 

prezidenti seçdi. ABġ DÖVLƏT DEPARTAMENTĠ ertəsi gün bəyan etdi: Azərbaycanda ĠLK DƏFƏ 

DEMOKRATĠK  SEÇKĠLƏR  keçirilib,  bizim  müĢahidəçilər  qrupundan  və  ABġ'ın  Bakıdakı 

səfirliyindən  seçkilərdə  ciddi  qanun  pozuntusuna  dair  HEÇ  BĠR  MƏLUMAT  ALINMAYIB;  bu,  bir 

daha AZƏRBAYCANIN YENĠ RƏHBƏRLĠYĠNĠN BEYNƏLXALQ HÜQUQ VƏ QANUN NORMALARINA 

SADĠQ OLDUĞUNU təsdiq edir.   

ĠSA QƏMBƏR: "bu, olduqca ədalətlĠ və azad bĠr seçkĠydĠ" 

Əbülfəz  Elçibəyin  düĢüncədaĢı,  neçə  illərin  sınağından  çıxmıĢ  sevimli  arxadaĢı,  eyni  hərəkatda 

daim kürək-kürəyə söykəyərək bir səngərdə çarpıĢdığı cəbhədaĢı və müstəqil Azərbaycan dövləti 

qurarkən  onunla  çiyin-çiyinə  vermiĢ  əməldaĢı  olan  Müsavat  Partiyasının  baĢqanı  Ġsa  Qəmbərin 

1988-dən üzübuyana Elçibəyin bütün savablarında da, günahlarında da az-çox payı var. ġəxsən 

mən  Əbülfəz  Elçibəy  deyən  kimi  istər-istəməz  gözlərim  qarĢısına  onunla  yanaĢı  Ġsa  bəyi  də 

gətirirəm,  çünki  1988-dən  2000-ədək  onları  daim  qoĢa  addımlayan,  millətin  taleyi  üçün  ən 

məsuliyyətli, ən ağır anlarda bir yerdə çarə axtaran görmüĢəm.   

Fikrimcə, Əbülfəz Elçibəy-Ġsa Qəmbər əqidə və əməl qardaĢlığı Azərbaycan Xalq hərəkatının ən 

önəmli nailiyyətlərindən biridir və bu qardaĢlıq hərəkatın 1992-də Elçibəyin prezident seçilməsiylə 

sonuclanan  qələbəsini  Ģərtləndirən  mühüm  amillərdəndi.  Ona  görə  də  "Prezident  Elçibəy"  adlı 

kitab  yazarkən  Ġsa  Qəmbərlə  görüĢərək  Elçibəy  və  prezidentliyi  mövzusunda  onunla  çox  geniĢ 

söhbət etdim, axı Ġsa bəy həm də Elçibəy iqtidarında prezidentdən sonra ikinci Ģəxs - qanunverici 

hakimiyyətin baĢçısı olaraq 1992-93-dəki bütün önəmli hadisələrin ya mərkəzində olub, ya onları 

öz gözləriylə qıraqdan izləyib, ya da, ən azı, onlar haqqında geniĢ bilgi toplayıb.   

Əbülfəz bəyi hərtərəfli tanıyan Ġsa Qəmbər milli liderimizin həm Ģəxsiyyətini, həm prezident kimi 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə