Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə34/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   30   31   32   33   34   35   36   37   ...   191

can  atsa  da  hər  dəfə  qəti  rədd  cavabı  alırdı.  Bəy  bildirirdi  ki,  Ter-Petrosyanın  Ġranda  sənədlər 

imzalamasına  baxmayaraq  ermənilər  hücumları  nəinki  dayandırmayıb,  əksinə,  daha  da 

gücləndirib və Ter-Petrosyan boynuna alır ki, o, erməni silahlı qüvvələrinə nəzarət edə bilmir; bir 

halda  ki  belədir  və  o,  imzasına  cavabdeh  ola  bilmir,  onda  bizə  vəziyyəti  öz  nəzarəti  altında 

saxlaya  bilən  və  imzasına  cavabdehliyi  üzərinə  götürə  bilən  adamı  göstərsin,  onunla  danıĢıqlar 

aparaq.  Pis  vəziyyətdə  qalan 

Ter-Petrosyan  özü  Ģəxsən  Bəyə  yaxınlaĢıb  onunla  görüĢmək 

istədiyini  deyəndə  bu  cavabı  eĢitdi  ki,  mən  sizi  Qarabağda  baĢ  vermiĢ  hadisələrdə 

günahlandırıram  və  bir  də,  öz  imzanızla  təminat  verə  bilmirsinizsə  sizinlə  danıĢmağın  heç  bir 

əhəmiyyəti yoxdur! 

(Bəli, Bəyin belə qətiyyətli, güzəĢtsiz, birmənalı və birüzlü siyasəti sayəsində 

Ermənistan  prezidenti  düz  bir  il  onun  qarĢısında  özünü  müqəssir  uĢaqlar  kimi  apardı, 

yalvarıb-yaxardı,  Dağlıq  Qarabağ  ermənilərinə  heç  olmazsa  mədəni  muxtariyyət  verilməsini 

istədi...). 

26  iyunda  Bəy  ġərqi  Türküstan  türklərinin  (Çindəki  uyğurların)  liderlərindən  biri,  görkəmli  türk 

millətçisi, 92 yaĢlı Ġsa Yusif Alptəkini qəbul etdi və baĢqa görüĢlər keçirdi. 

Həmin  gün  Azərbaycan  nümayəndə  heyəti  Türkiyənin  baĢ  naziri  Süleyman  Dəmirəllə  görüĢdü. 

Əbülfəz  bəy  buradakı  çıxıĢında  bildirdi  ki,  indi  Azərbaycanda  demokratik  inkiĢafçün,  Türkiyəylə 

çoxcəhətli əməkdaĢlığı geniĢləndirməkçün hər cür Ģərait yaradılır.   

S.Dəmirəllə Bəyin ikinci görüĢü elə o gün gecə yarısına yaxın baĢlandı və təkbətək keçirildi. 

Elçibəyin  bu  və  sonrakı  xarici  səfərləri  ölkənin  kütləvi  informasiya  vasitələrində  (rəsmi  dövlət 

qəzeti də daxil olmaqla) çox yarıtmaz iĢıqlandırıldığına görə mən həmin səfərlərin iĢtirakçılarıyla 

görüĢüb onlardan məlumat toplamaq zorunda qaldım. Beləliklə, 26 iyunda baĢ verənlər haqqında 

Elçibəyin cangüdəni Ġlqar Qədirquluyevdən eĢitdiklərimi oxuculara təqdim edirəm. 

"Əbülfəz  Elçibəy  Türkiyədə  olarkən  bir  çox  prezidentlər  onunla  görüĢə  can  atırdılar.  Ancaq  o, 

əlbəttə, ilk növbədə Azərbaycanın nüfuzunu göz önündə tutaraq hər təkliflə razılaĢmırdı.

 

Türkiyənin  xarici  iĢlər  naziri  Hikmət  Çətin  günorta  "Çırağan"  otelində  ayaqüstü  yemək  verdi. 



Burada 11 prezident iĢtirak edirdi. 

 

Bəy  Ukraynanın  prezidenti  Leonid  Kravçukla  söhbət  edirdi.  Levon  Ter-Petrosyan  qıraqda 



dayanmıĢdı.  O,  gözünü  bir  an  da  Bəydən  çəkmirdi  -  diplomatik  nəzakətə  görə,  baĢıyla  Bəyə 

salam  versəydi  gərək  Bəy  də  onun  salamını  alaydı.  Buna  görə  də  Bəy  gözünü  inadla  ondan 

qaçırır, guya heç onu görmürdü. 

 

Bir qədər sonra Bəyin cangüdəni Mahir Musayev mənə yaxınlaĢaraq bildirdi ki, L.Ter-Petrosyanın 



cangüdəni  öz  prezidentinin  Elçibəylə  görüĢmək  istədiyini  deyir.  Mən  hiss  olunmadan  Əbülfəz 

bəyə yaxınlaĢdım və Kravçukun eĢitməyəcəyi pıçıltıyla dedim ki, Ter-Petrosyan Sizinlə görüĢmək 

istəyir.  Bəy  də  Kravçukla  söhbəti  dayandırmadan  və  ona  heç  nə  sezdirmədən  əlini  yavaĢca 

tərpətməklə mənə bildirdi ki, "rədd elə". Beləliklə, Bəy onunla görüĢmədi. 

 

AxĢam  baĢ  nazir  Süleyman  Dəmirəl  də  11  prezidentə  ziyafət  verdi.  Məclis  gəmidə  təĢkil 




olunmuĢdu.  Bunkerə  bənzər  bir  yerdə  yalnız  prezidentlər  toplaĢdı  -  oraya  heç  bir  kənar  Ģəxs 

buraxılmadı. 

 

Prezidentlər  oradan  çıxanda  qabaqda  Bəy,  arxasınca  ġevardnadze  gəlirdi.  ġevardnadze  Bəyə 



onunla  görüĢmək  istədiyini  dedi.  Ancaq  Bəyin,  nədənsə,  buna  həvəsi  yoxdu,  ona  görə  də 

qeyri-müəyyən  cavab  verdi  ki,  görüĢərik  də.  Bu  zaman  ġevardnadze  az  qala  yalvarıcı  tonla 

bildirdi ki, mən sabah Gürcüstana getməliyəm (orada mənim indi xatırlamadığım bir hadisə baĢ 

vermiĢdi), gəlin sabah səhər tezdən görüĢək. Bəy qayıtdı ki, səhər mənim türk biznesmenləriylə 

görüĢüm var. Beləliklə, o, ġevardnadzeylə də görüĢmədi. Gürcüstan prezidenti məcbur olub bir 

qədər sonra Bakıya gəldi".

 

Ġyunun 26-sında Ġstanbuldan Ankaraya gələn Bəy öncə Azərbaycan Kültür Mərkəzini ziyarət etdi. 



Ayaqları  altında  qurbanlar  kəsilən  əziz  qonaq  Məhəmməd  Kəngərli,  Əhməd  Qaraca  və  Cəmil 

Ünalla, Türkiyədəki Azərbaycan köklü soydaĢlarımızla unudulmaz bir səmimi görüĢ keçirdi. 

Dahi  Atatürkün  məqbərəsini  və  böyük  Məmmədəminin  Əsri  məzarlıqdakı  qəbrini  ziyarət  etmək 

Elçibəyçün  adi  protokol  tədbiri  yox,  indiyədək  gerçəkləĢməsinə  bütün  varlığını  həsr  etdiyi 

ideyaların  müəlliflərinin  -  özünə  mürĢid  saydığı  Ģəxslərin  ruhuyla  müqəddəs  bir  ünsiyyətdə 

bulunmaqdı.  Qətiyyən  Ģübhəm  yoxdur  ki,  bu  azmanların  məzarı  üstünə  əklil  qoyarkən  Bəy 

özünün həyatdakı ən həssas, ən unudulmaz çağları yaĢayıb.   

"Mən  gəncliyimdən  -  ikinci  və  üçüncü  kurslardan  Atatürkü  və  Məmmədəmin  Rəsulzadəni  baĢa 

düĢdüm.  Üçüncü  kursda  ayıldım  ki,  həyata  düzgün  baxmıram,  çünki  o  zaman  Lenin,  Stalin, 

baĢqaları  həddən  artıq  təriflənirdi,  dillərdə  Napoleon,  Hitler  kimi  adlar  dolaĢırdı.  Sonradan 

Atatürkü, türk dünyasının nəhənglərini öyrəndim və gördüm ki, Atatürk türk dünyasının son iki 

yüz ildə yetiĢdirdiyi ən nəhəng Ģəxsiyyətdir. 

 

…Rəsulzadədən sonra Atatürk də cümhuriyyət qurdu. Dedilər ki, onu saxlaya bilməyəcək, ancaq 



Atatürk  bütün  dünyaya  göstərdi  ki,  türk  cümhuriyyət  qura  da  bilər,  cümhuriyyətdə  yaĢaya  da 

bilər və bu yaĢayıĢı onun təbiəti tələb edir. Atatürk inanmıĢdı ki, cümhuriyyət nə qədər pis olsa 

belə, monarxiyadan qat-qat irəliyə gedən bir quruluĢdur. Bu, o dövrçün demokrtiyaya doğru çox 

mühüm addım deməkdi. 

 

Mustafa Kamalın böyüklüyü həm də onun türk millətinin ruhunu ən həssaslıqla duymasında və 



bu  ruhun  gücündən  türkün  qurtuluĢuyçün  yararlanmağı  bacarmasındaydı.  Atatürkədək  heç  bir 

sultan deməmiĢdi ki, ey türk, sənsən özünün xilaskarı! Ancaq o bəyan etdi ki, bir əfəndi var - o 

da türk xalqıdır, millətimizdir; bir haqqı qoruyan qüvvə var - o da millətin qüvvəsidir; hakimiyyət 

də  Ģərtsiz-söhbətsiz  millətindir  və  sən  özün  özünü  xilas  edəcəksən  -  möhtac  olduğun  qüdrət 

sənin öz qanındadır! 

 

Atatürk milləti, Vətəni azad etməkçün və çağdaĢ dövlət qurmaqçün dahiliyini ortaya qoydu. Bəli, 



Mustafa Kamal PaĢa ağır vəziyyətə düĢəndə bəzən, ola bilsin ki, demokratiyaya zidd sərt ölçülər 

götürürdü, amma buna baxmayaraq o, diktator olmadı, daha doğrusu, bunu istəmədi. O dedi ki, 

demokratiyanın yeganə alternativi demokratiyadır - ona qarĢı heç nə qoya bilməyəcəksiniz, çünki 

ondan  da  yaxĢı  Ģey  yenə  demokratiyadır.  Bütün  ətraf  qonĢularla  yaxĢı  münasibət  saxlamaq, 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə