Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə35/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   31   32   33   34   35   36   37   38   ...   191

dünənki düĢmənlərlə barıĢmaq, xilafətdən imtina etmək, dini dövlətdən uzaqlaĢdırmaq... böyük 

uzaqgörənlik,  siyasətdə  çeviklik  tələb  edirdi  və  Atatürkün  dahiliyi  həm  də  onun  çox-çox  illər 

öncəni görməsindədir.

 

Azərbaycanda  cümhuriyyəti  yaĢatmağa  bizim  gücümüz  çatmadı,  çünki  rus  imperiyası  çox 



güclüydü (Ġran da mane olurdu). Qırmızı Sovet imperiyası gəlib bu dövləti yıxdı. Ancaq Mustafa 

Kamalın  yaratdığı  Türkiyə  Cümhuriyyətisə  hərbi  qüdrətcə  güclü  olduğuna  görə  özünü  qoruya 

bildi.  O,  xarici  iĢğalçıları  ölkədən  qovdu  və  dövlətin  müstəqilliyini  yaĢatdı.  Beləliklə,  dünyada 

böyük türk millətinin yaratdığı və türk millətini təmsil edən dövlət yalnız Anadoluda mövcud olub 

yaĢadı. Onun yaĢaması və qalması gələcəkdə Azərbaycan, Özbəkistan, Orta Asiyanın baĢqa türk 

cümhuriyyətləri  və  xalqları  üçün  həyat  qaynağı  və  yolgöstərən  mayak  oldu  -  ona  baxaraq  öz 

müstəqillikləri  uğrunda  mübarizə  apardılar.  Bu,  Atatürkün  TÜRK  milləti  qarĢısında  ən  böyük 

xidmətiydi. 

 

Atatürk  həm  də  bir  qəhrəmanlıq  rəmziydi.  O,  bütün  türk  mübarizlərinin  örnəyinə  çevrilmiĢdi. 



Hətta  Hindistanda,  indiki  BanqladeĢdə  milyonlarca  müsəlman  küçələrə  axıĢıb  Atatürkün  adını 

çəkir, ona qibtə etdiklərini bildirirdilər. Gənc Türk Cümhuriyyətinə yardım etməkçün Hindistanda 

(əsasən indiki Pakistan və BanqladeĢ ərazilərində), Çində müsəlmanlar pul yığıb göndərirdilər. O 

zaman bu xalqlar da həm rus imperiyasına, həm də Böyük Britaniyaya qarĢı mübarizə aparırdılar. 

Amma  onlar  ya  qələbə  çala  bilmir,  qələbə  qazananda  da  bir  il,  iki  il,  üç  il  sürür,  sonra  yenə 

imperiya tərəfindən məğlub edilirdilər. Atatürk ingilis ordusu, yunan ordusu, Avropa dövlətlərinin 

orduları  üzərində  böyük  qələbə  qazananda  Hindistandan  olan  hindli  millət  vəkili  Londanda 

parlamentdə  çıxıĢ  edərək  belə  bir  söz  dedi  ki,  bu  gün  xəbər  almıĢam  ki,  Mustafa  Kamal  həm 

imperiya ordusu, həm də ingilis ordusu üzərində qələbə qazanıb; bu, azadlıq uğrunda mübarizə 

aparan  xalqlarımızın  ilk  böyük  qələbəsidir.  Mən  bu  qələbəni  qazanan  Mustafa  Kamalın  və  türk 

əsgərinin  qarĢısında  bu  parlamentdə  baĢ  əyirəm!  Və  baĢ  əyir  də.  (Xatırladım  ki,  o  zaman 

Hindistan  bu  sözlərin  söyləndiyi  Böyük  Britaniyanın  bir  hissəsi,  dominionu,  Hindistanın 

qubernatorusa Böyük Britaniyanın birinci vitse-kralı sayılırdı). 

 

Avropanın  müasir  orduları  üzərində  ilk  böyük  və  ruhverici  qələbə  məhz  Türkiyədə  qazanılmıĢ, 



onu  da  Atatürk  əldə  etmiĢdi.  Bundan  ruhlanaraq  ərəblərin  Misirdə,  Əlcəzairdə,  Tunisdə 

fransızlara, ingilislərə qarĢı azadlıq mübarizəsi gücləndi. Sonra Hindistan baĢladı. 

 

Türkiyənin  inkiĢaf  edərək  qabağa  yürüməsi,  yüksəlməsi,  Avropayla  çulğaĢması,  Avropa  və 



Asiyada  önəmli  yer  tutması  bu  dövlətin  özülünü  Atatürkün  düzgün  qoymasındadır.  Müqayisə 

aparaq.  Osmanlı dövləti də  imperiyaydı,  rus  imperiyası da.  Hər  ikisi  çökdü,  dağıldı.  Hər  ikisinin 

yerində cümhuriyyət yarandı. Birinin yaradıcısı Atatürk oldu, obirininkisə Lenin (sonra Stalin). Hər 

ikisi yeni dövlət qurdu. Baxın, Atatürkün qurduğu dövlət bu gün də inkiĢaf edir, demokratiyaya 

doğru yürüyür, Avropa və Asiyanı bir-birinə çulğaĢdırmağa çalıĢır və bu dövlətin hələ yüz illərcə 

yaĢayacağı  Ģübhə  doğurmur.  Amma  Rusiyada  qurulan  dövlətin  özülü  düzgün  qoyulmadığına 

görə,  yenə  də  imperiya  xisləti  daĢıdığına  görə,  yenə  baĢqa  xalqları  zülm  altında  saxladığına, 

onlara azadlıq vermək istəmədiyinə görə, dünyanı hədələdiyinə görə 70 ildən sonra tam dağıldı. 

Atatürkün  dahiliyisə  oradadır  ki,  onun  qurduğu  cümhuriyyətdə  hakimiyyət  qeydsiz-Ģərtsiz 

millətindir  və  onun  üstündə  qurulubdur,  Böyük  Millət  Məclisi  də  həmiĢə  bu  məsələləri  yerinə 




yetirir. 

 

Mustafa Kamal PaĢa Atatürk dünyaya yeni baxıĢ gətirdi. Onun çağında dünya üç yerə bölünürdü: 



kapitalist  sistemi,  sosialist  sistemi,  üçüncü  dünya.  Kapitalist  sistemi  baĢda  dururdu.  Üçüncü 

dünya dövlətlərinin əksəriyyətində azadlıq metodu Mustafa Kamalın metoduydu. Məsələn, deyək 

ki,  Misirdə  ingilisləri  qovur,  hakimiyyəti  ələ  alır  və  Misri  müstəqil  edirlər.  Eyni  hadisə  Ġraqda, 

Suriyada,  Livanda,  ta  Çində,  Hindistanda  baĢ  verir.  Bu,  yeni  -  üçüncü  dünya  dövlətlərinin 

azadolma metodudur. 

 

…Atatürkün  ideyaları  nəinki  sağlığında,  hətta  ölümündən  sonra  da  yol  göstən  mayakdır  və  bu 



mayaka  göz  yummaq  ağır  itkilərlə  sonuclanır.  Məsələn,  o  dəfələrlə  deyib  ki,  bugünkü  Sovetlər 

Birliyində  dinbir-qanbir  qardaĢlarımız  yaĢayır;  bir  zaman  gələcək,  bu  dövlət  çökəcək,  o  zaman 

qardaĢlarımız azadlıq istəyəcəklər; onların sizə müraciət etməsini gözləmədən siz bu günə hazır 

olun və anında yardıma yetin. Yaxud Türkiyə Böyük Millət Məclisində o durub deyib ki, biz 



Sovetlər  Birliyiylə  dostuq,  mehriban  qonĢuyuq  və  bunu  axıradək  yürüdəcəyik. 

Parlamentdən  çıxarkən  yaxın  adamlarına  bildirir  ki,  mən  dedim,  birdən  siz  də 

inanarsınız ha; bilin ki, sizin bir barıĢmaz düĢməniniz var - qırmızı rus kommunizmi. 

Türklər, təəssüf ki, ulu Atatürkün tövsiyələrini unutdular və indiki xoĢagəlməz duruma düĢdülər"

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.156-161).   



Türk dünyasının ən böyük dahilərindən biri Mustafa Kamal Atatürkün Anıtqəbrinə ziyarət Əbülfəz 

Elçibəyin  həyatının  bəlkə  də  ən  həyəcanlı  və  ən  həssas  anlarındandı.  Bütün  ömrünü  Atatürk 

ideyalarının  təbliğinə, onun  Ģəxsiyyətinin tanıdılmasına  həsr edən,  onunla  bağlı  nəinki  günlərlə, 

hətta aylarla aramsız danıĢa biləcək Əbülfəz bəy Anıtqəbirdə Türkiyə xilaskarının xatirə dəftərinə 

öz  sözlərini  yazmağa  baĢlayanda  yalnız  və  yalnız  bu  qısaca  bir  cümləni  yazdı:  "Ey  böyük 

Türkün  böyük  komutanı!  Sizi  ziyatər  etməklə  özüm  və  bütün  millətim  adına  Ģərəf 

duydum. Sənin əsgərin (Əbülfəz Elçibəy)". 

"Sənin əsgərin"! Müstəqil bir ölkənin prezidenti özünü baĢqa bir dövlətin rəhbərinin əsgəri saydı - 

nə  diplomatiyaya  sığan  hərəkətdi,  nə  də  Ģəxsi münasibətlərə.  Bu  davranıĢ  ancaq  və  ancaq  bir 

TÜRK MĠLLƏTĠ tanıyan və onun bircə ÖNDƏRĠ olduğunu qəbul edən, varlığını TÜRKLÜK uğrunda 

qurban  verməyə  hər  an  hazır  olan  böyük  Elçibəyin  türk  sevgisi  məntiqinə,  onun  cəsarətinə 

sığıĢan  bir  hərəkətdi!  Bu  sözləri  yazarkən  o  əslində  bütün  dünyaya  car  çəkdi:  Azərbaycan  da 

Türkiyə deməkdir və biz əbədi qardaĢlarıq! Qoy indi Türkiyənin düĢmənləri, türkün düĢmənləri, 

Azərbaycanın düĢmənləri, özünün düĢmənləri nə deyir-desin, nə bağırır-bağırsın!..   

Əbülfəz bəy böyük öndər Məmmədəmin Rəsulzadənin məzarı baĢında bunları söylədi: 

"Bu qəbrin 

bulunduğu  torpaq  -  böyük  Anadolu  torpağı  müqəddəs  torpaq  rus  imperiyasına  qarĢı  döyüĢən 

yüzlərcə  türk  mücahidinə  yer  vermiĢdir.  Məmmədəmin  bizim  böyük  rəhbərimiz,  böyük 

qurucumuzdur. Böyük öndər 19-uncu yüzildə həm Azərbaycanda, həm Anadoluda formalaĢan bir 

təfəkkürü, bir idealı qorudu. Bu ideal birinci olaraq türklükdür. Ġkincisi, bu türklük idealını çağdaĢ 

səviyyədə  dünyaya  bəlirtmək  və  çağdaĢ  bir  demokratik  cümhuriyyət  qurmaqdır.  Üçüncüsü  isə 

islam mədəniyyətidir". 

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə