Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə43/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   39   40   41   42   43   44   45   46   ...   191

ĠLK DEVRĠLĠġ CƏHDĠ 

Elçibəy  hakimiyyəti  hələ  rüĢeym  halındaykən  onu  devirmək  təĢəbbüsündə  bulunuldu.  Fazil 

Qəzənfəroğlunun fikrincə, bu təĢəbbüsün arxasında Ayaz Mütəllibov, Rəhim Qazıyev, seçkilərdə 

Elçibəyə  rəqib  olmuĢ  Nizami  Süleymanov  kimi  adamlar  dayanırdı. 

"Ordudakı  bütün  ruspərəst 

zabitlərə çevriliĢ günü bildirilmiĢ, özəl fitnəkarlıq dəstələri hazır hala gətirilmiĢdi. Rus KQB-sində 

hazırlanan  plana  görə,  xalq  kütlələrinin  ayağa  qalxdığı,  gerçəkdə  seçkini  udanın  Nizami 

Süleymanov  olduğunu  iddia  etdikləri  və  əsgərlərin  də  onları  dəstəklədiyi  tərzində  bir  səhnə 

yaradılacaqdı.  Hətta  dəniz  qüvvətlərinə  aid  bir  neçə  rus  gəmisi  də  hərəkətə  hazır  duruma 

gətirilmiĢdi.  Həyatakeçirmə  tarixi  1992  ĠYULUNUN  10-u  ĠLƏ  20-si ARASI  olaraq təsdiqlənmiĢdi. 

Çox sərt müqavimət görəcəkləri haqqında xəbərdarlıq aldıqları üçün Ģəbəkənin risq etməyə gücü 

yetməyən üzvləri bu iĢdən çəkildilər" 

(Fazil Qəzənfəroğlu. "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". 

Ġstanbul, 1995, 210-uncu səh.).   

Tarix  boyunca  ruslar  Bakını  həmiĢə  dənizdən  etdikləri  hücum  sayəsində  iĢğal  ediblər  və 

Azərbaycanın  güclü  döyüĢ  gəmilərinin  olmaması  məğlubiyyətimizlə  nəticələnib.  Ola  bilsin  ki, 

məhz  bu  amili nəzərə  alan  Bəy  milli donanmamızın  yaradılmasına xüsusi  önəm verirdi.  Özü  bu 

haqda deyir:   

"

-…Mən  donanma  məsələsində  də  güzəĢtsiz  mövqe  tutdum.  Dəniz  donanması  hərbi  dəniz 



donanması  və  mülki  dəniz  donanmasından  ibarətdir.  Mülki  dəniz  donanmasında  katerləri  də 

nəzərə  almaqla  300-dən  yuxarı  dəniz  nəqliyyat,  yaxud  yük  vasitəsi  vardı.  O  saat  əlimi  onların 

hamısının üstünə qoydum. Elə gəmi vardı gedib qalmıĢdı Murmanskda. Bəli, Azərbaycan gəmisi 

qalıb  orada,  axtaran  da  yoxdu.  Biri  Qara  dənizdə  ticarət  edir  -  heç  gəlməyib,  biri  qalıb  Baltik 

dənizində. 

 

Bütün bu gəmiləri, katerləri və b. çəkdik gətirdik Azərbaycana, saldıq dəftərə, verdik Azərbaycan 



Nazirlər Kabinetinin nəzarətinə ki, bunlardan mülki məqsədlərlə istifadə olunsun. 

 

Bundan sonra baĢladıq hərbi dəniz donanmasına. Buradakı bütün dəniz donanmasında 75 gəmi 



vardı  -  Sovet  hökumətindən  qalma  gəmi.  Biz  də  bundan  payımızı  almalıydıq.  Bunun  uğrunda 

mübarizəyə  giriĢdik.  Mən  dedim  ki,  bizə  həmin  gəmilərin  yarısı  qalacaq.  Ruslar  gördülər  ki, 

vəziyyət xarabdır, dedilər ki, onda bəs Qazaxıstanla Türkmənistanın payı necə olsun? FikirləĢdim 

ki,  75-i  bölsək  təqribən  45-ini  onlar  götürəcək,  30-unu  bizə  verəcəklər.  Ancaq  15-i  bizə,  15-i 

Qazaxıstana, 15-i də Türkmənistana verilsə, deməli, türk dövlətlərinə 45 gəmi düĢəcək, onlarda 

30  əvəzinə  45  gəmi  olacaq.  Məhz  türk  dövlətlərinin  xeyrinə  olaraq  beləcə  razılaĢdıq.  Mən 

bilsəydim ki, obirilər ala bilməyəcək, heç razılıq verməzdim. Nəysə, biz 15 əvəzinə 17 gəmi aldıq. 

Gedib saysınlar, bu saat 17 hərb gəmimiz dənizdədir.

 

-Yararlıdırlarmı?



 

-Tamam yararlıdır. Ġçində nasazları vardı, seçib tam yararlıları götürdük, yararsızlar qaldı onların 

özündə - dedik ki, onsuz da, sizdə çoxdur. 

 

Gəmiləri  alandan  sonra  mən  göstəriĢ  verdim  ki,  rus  gəmiləri  Azərbaycandan  çıxmalıdır,  Bakı 




buxtasında  qalmamalıdır.  Bunlar  dava-dalaĢ  salmaq  istədilər.  Dedim  ki,  istəyirsiniz  qalanları da 

tutum  əlinizdən  alım?  Mənim  bu  məsələlərdə  sərt  prezident  kimi  davranmağım,  görünür,  sərt 

hərəkatçı olmağımdan irəli gəlirdi. Əslində Ģərait də sərtlik və kəskinlik yeritməyi tələb edirdi - 

indi kim necə düĢünür-düĢünsün. Onlar da elə bundan çəkinirdilər ki, Əbülfəz prezidentdən çox 

inqilabçıdır.  Deyirdim  elə  eləməyin  ki,  xalqı  ayağa  qaldırım.  Bax,  o  xalqın  gücündən 

qorxmuĢdular - mənim gücüm bundaydı. BaĢqa prezident belə deyə bilməzdi.

 

-Çox qəribədir, Bəy. Azərbaycanın da, Rusiyanın da mətbuatında dünən də, elə bu gün də Sizin 



qətiyyətsiz  prezident  obrazınızı  yaratmaq  istəyirlər.  Ancaq  bu  danıĢdıqlarınız  qətiyyətsiz  adam 

obrazıyla heç cür uyuĢmur. 

 

-Bir Ģeyi baĢa düĢmürəm - qətiyyətsizdimsə Ġran da, Rusiya da niyə mənə müharibə elan edir? 



Qətiyyətsiz  adamla  onların  nə  iĢi  var?  Fağır  adamdımsa  o  böyüklükdə  dövlətlər  üstümə  niyə 

gəlirdi? Əslində onlara burada fağır adam lazımdır ki, əllərində oynatsınlar. 

 

Bir  Ģer oxumuĢdum  gəncliyimdə.  ġair  öz xalqına  yazır  ki, bilirsən  sənin düĢmənlərin  məni  niyə 



öldürmək  istəyirlər?  Çünki  səni  mən  hamıdan  çox,  dönməzcəsinə  sevirəm.  Görürlər  ki,  mən 

dönməyəcəyəm, ona görə məhv etmək istəyirlər. 

 

Mən  də  öz  xalqımı  sevdiyimçün  onunla  məhəbbətlə  davranmıĢam,  ancaq  onun  düĢmənlərinə 



qarĢı barıĢmaz, son dərəcə qətiyyətli olmuĢ, bir çox hallarda hətta açıq risqə getmiĢəm. Məncə, 

xalqın  seçdiyi  prezident  öz  xalqına  ipək  ürəyini,  onun  düĢmənlərinəsə  dəmir  əlini  göstərməyi 

bacarmalıdır!

 

-Ġpək ürəkli və dəmir əlli prezident rusların gəmilərini Bakı buxtasından necə çıxardı?



 

-Dedilər ki, 40 gün vaxt ver bizə. RazılaĢdım. 40 günün tamamında zəng vurdum ki, nə oldu - 

çıxmırsınız? Dedilər ki, hələ hazır deyilik, 3 gün də vaxt ver. Bildirdim ki, elə Ģey yoxdur - bu gün 

çıxacaqsınız!  Moskvadan  da  xahiĢ  etdilər  ki,  heç  olmazsa  3  gün  də  imkan  ver.  Bu  dəfə  də 

güzəĢtə getdim. 43 gündən sonra - bizim dediyimiz vaxtda buxtanı tərk etdilər. 

 

Onlar bəhanə gətirirdilər ki, getməyə yerimiz yoxdur. Dedim HəĢtərxanda yeriniz var. Bildirdilər 



ki, oradakı mülki donanmadır, həmin Ģəhərdə yer olmayacaq. 43 günə Mahaçqalada yer düzəldib 

getdilər.  Bəlkə  də  elə  40  günə  hazırdılar,  sadəcə  bizim  qətiyyətimizi  yoxlayırdılar.  Onu  da 

gördülər".

 

(



Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.41-43

).  


Görünür,  çevriliĢ  cəhdi  Azərbaycan  dəniz  donanmasının  yaradılmasıyla  bağlı  prezidentin 

niyyətlərinin  gerçəkləĢməsinə  imkan  verməmək  məqsədi  güdürdü.  Ancaq  Əbülfəz  bəyi  heç  bir 

çevriliĢ, yaxud sui-qəsd cəhdi yolundan döndərə bilməzdi, buna görə də o inadla ölkənin hərbi 

gücünü  artırmağa  çalıĢırdı.  Ümumiyyətlə,  iyul  ayının  sonu  ölkənin  və  prezidentin 

tərcümeyi-halında hərbi  quruculuq  sahəsindəki  iĢlərlə  anılacaq.  Belə  ki,  26 iyuldan  Xəzər Hərbi 

Donanmasında  5  gəminin  üzərində  Azərbaycanın  üçrəngli  bayrağı  dalğalanmağa  baĢladı.  Bu, 

Azərbaycan Hərbi Dəniz Donanması yaradılmasının baĢlanğıcıydı. Bəyin Rusiya tərəfiylə apardığı 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə