Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə51/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   47   48   49   50   51   52   53   54   ...   191

"-

…Ordunu təzədən düzəltdik. Təsəvvür edin hansı Ģəraitdə və hansı çətinliklərlə. 54 min hərbi 

qüvvəmiz vardı. Biz 100 min adamlıq ət və baĢqa qida məhsulları buraxırdıq. Nəzərdə tuturduq 

ki, yaxın gələcəkdə ordumuz 100 minə qaldırılacaq, qoy indidən buraxaq ki,  əsgərlərimiz yaxĢı 

yaĢasın, ordumuz özünü yaxĢı hiss etsin.

 

-Əsgərlər konservi bəyənmirdilər.



 

-Bəli, konservi niĢan götürüb güllə atırdılar. Biz əsgərlərə sadə siqaret göndərmirdik - əksəriyyəti 

xarici siqaretdi. Xalq da, cəmiyyətlər də bir tərəfdən gətirib batalyonlara verirdi. Yeganə məqsəd 

ordunu saxlamaqdı

".

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.36).   



Bəy Raffaellini qəbul edəndə Azərbaycan əsgəri artıq Laçın bölgəsində ermənilərə ağır zərbələr 

endirməkdəydi. 

28  avqustda  prezidentin  mətbuat  xidmətinin  bu  bəyanatı  yayıldı: 

"Son  hərbi  əməliyyatlar 

nəticəsində  "Laçın  dəhlizi"nə  Azərbaycan  Milli  Ordusunun  bölmələri  tam  nəzarət  edirlər.  Bunun 

sayəsində  Ermənistanın  Yuxarı  Qarabağdakı  ekspedisiya  korpusuna  hərbi  kömək  gətirilməsinin 

qarĢısını  almağa  imkan  yaradılmıĢdır.  [...]  Azərbaycan  ordusu  bölmələrinin  əvvəllər  düĢmən 

tərəfindən  iĢğal  olunmuĢ  yaĢayıĢ  məntəqələrini  azad  etmək  üçün  keçirdiyi  uğurlu  hərbi 

əməliyyatlarla  əlaqədar  erməni  bölmələri  arasında  son  dərəcə  gərgin  vəziyyət  yaranmıĢdır. 

...Erməni  silahlı  qüvvələrinin  Ģəxsi  heyəti  arasında  kütləvi  fərarilik  halları  var.  Belələri  özgə 

torpağında  qan  tökmək  istəməyərək  "Laçın  dəhlizi"  vasitəsi  ilə  vətənlərinə  qayıtmağa  cəhd 

göstərirlər".

 

Bu bəyanat həmin dövrdə Azərbaycanın mövqelərinin Ermənistanla müqayisədə üstünlüyünü çox 



incəliklə  əks  etdirirdi.  Bu  üstünlüyü  qazanmağa  nail  olmuĢ,  beynəlxalq  aləmdə  də  dövlətimizin 

mövqelərini  gündən-günə  möhkəmləndirən  prezident  Qarabağ  məsələsinin  həllində  barıĢmazlıq 

göstərir və ermənilərə yalnız mədəni muxtariyyət verməyə, bir də onların təhlükəsizliyini təmin 

etməyə  boyun  olurdu.  Ancaq  ermənilərin  tərəfini  saxlayan  xristian  dünyasını  bu  mövqe  əsla 

təmin etmədiyinə görə Azərbaycana qarĢı təzyiqlər daha geniĢ, əhatəli və dözülməz olurdu. 

Avqustun  26-sında  BMT  Təhlükəsizlik  ġurası  Dağlıq  Qarabağda  atəĢi  dərhal  dayandırmağa  və 

münaqiĢəni  ATƏM  çərçivəsində  aradan  qaldırmağa  çağırdı.  Doğrudur,  bu  çağırıĢ  məsələnin 

həllindən Rusiyanın kənarlaĢmasını istəyən Azərbaycanın mənafeyinə bir yandan uyğun gəlirdisə 

baĢqa yandan o əslində Azərbaycan Ordusunun qalib irəliləyiĢini dayandırmaq məqsədi güdürdü 

və  istər  BMT,  istər  ATƏM  (sonralar  ATƏT),  istərsə  də  fövqəldövlətlər  səviyyəsində  son  xətt 

davam  etdirildi  -  Azərbaycan  əsgəri  cəbhədə  azca  irəliləyən  kimi  bütün  dünya  təlaĢa  düĢməyə 

baĢladı. 

Azərbaycan  BMT-nin  bu  təklifinə  hörmətlə  yanaĢdı.  27  avqustda  Almatıda  Azərbaycan  və 

Ermənistan  arasında  Qazaxıstanın  arabuluculuğuyla  xarici  iĢlər  nazirləri  səviyyəsində  danıĢıqlar 

baĢlandı. Bu danıĢıqlar nəticəsində hər iki tərəf hərbi əməliyyatları 1 sentyabrdan dayandırmağa 

hazır olduğunu bildirdi.   




Xarici  diplomatik  əlaqələrini  geniĢləndirən  Azərbaycan,  əlbəttə,  bu  vaxt  güney  qonĢusunu  da 

gözdən  qaçırmırdı.  26  avqustda  Milli  Məclis  Ġran  Ġslam  Cümhuriyyətinin  Təbriz  Ģəhərində 

Azərbaycan Respublikasının baĢ konsulluğunun açılması haqqında qərar çıxardı. 

ARTIRMA 

"Məni  çox  təəccübləndirir  ki,  Azərbaycanın  Quzeyində  oxuyan  tələbələrdən,  Ģagirdlərdən 

soruĢsanız ki, Çikaqo, Berlin, London, Bern, yaxud hər hansı Avropa, Amerika Ģəhəri haradadır - 

sizə onların yerini dəqiq deyəcək. Amma birdən soruĢsanız ki, bəs MeĢkin haradadır, deyəcək ki, 

birinci  dəfə  eĢidirəm.  Desəniz  ki,  bəs  Ərdəbil  haradadır,  cavab  verəcəklər  ki,  vallah  bilmirəm, 

ancaq  eĢitmiĢəm  ki,  Ərdəbil  var.  Saqqız,  Həmədan,  Urmiyə  gölü...  haqqında  da  eyni  sözləri 

eĢidəcəksiniz.  Güneydə  də  buradakı  bölgələrin  çoxunun  adını  yaxĢı  bilmirlər.  Millətimiz  bu 

baxımdan parçalanmıĢ sayıla bilər, ancaq bu parçalanma bilik, savad çatıĢmazlığından irəli gəlir, 

buna görə də keçicidir.

 

Güneyli-Quzeyli Azərbaycanın iqtisadiyyatı, yeraltı, yerüstü sərvətləri, əhalisinin durumu, xalqının 



istəyi, mövcud təbəqələri, təbəqələrin məqsədləri - bunların hamısı öyrənilməlidir. Biz bilməliyik 

ki,  xalqımızın  nə  qədər  hissəsinin  Ģüurunda  Bütöv  Azərbaycan  ideyası  hakim  olub,  bu  yolda 

mübarizə və mücadiləyə, hətta ölməyə hazır olan, bu yoldan dönməyəcək nə qədər soydaĢımız 

var.  Təhqiqatların,  təhlillərin  aparılması,  böyük  həcmli  ümumi  məruzələrin  hazırlanması 

zəruridir". 

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.135-136). 



Gözləri  qarĢısında  köhnə  quruluĢun  məhv  edilərək  rüĢvətsiz  bir  cəmiyyətin  yaradıldığını  görən 

minlərcə  rüĢvətxor  və  fırıldaqçı  məmur,  bir  az  öncə  də  bildirdiyim  kimi,  yeni  hakimiyyətə  qarĢı 

mübarizə  aparmağa  baĢlamıĢdı.  Sözsüz  ki,  onların  müqavimətini  qırmadan  yeni  dövlət 

quruculuğunu uğurla baĢa çatdırmaq mümkün deyildi. Görkəmli Amerika alimi Aleksis de Tokvil 

özünün  "Amerikada  demokratiya"  kitabında  (1835)  yazır  ki, 

zəif  və  mülayim  hökumət 

"itaətsizliyin  çoxlu xırda hallarına  əhəmiyyət  verməyərək  yalnız  ən  son  anda gücə  əl atacaq  və 

onda dövlət anarxiyanın hakimiyyəti altına düĢəcək. Əgər hökumət güclü və qətiyyətlidirsə o, hər 

gün  zorakılığa  əl  atacaq  və  tezliklə  hərbi-müstəbid  hökumətə  çevriləcək"

.  Bu  uzaqgörən 

düĢüncələr  Azərbaycan  gerçəkliyində  bütünlüklə  təsdiqləndi.  Onun  ikinci  cümləsi  H.Əliyev 

dövründə özünü tam doğrultdusa birinci cümləsi də, təəssüf ki, Elçibəy hakimiyyətində öz yerini 

tutdu.  Cəmiyyətin  açıq-aĢkar  düĢmənləri  olan  qəddar,  yırtıcı  və  dağıdıcı  kommunistlərə  qarĢı 

ölüm-dirim savaĢına girməkdənsə yeni hakimiyyət onları mücərrəd "milli barıĢıq" ifadəsi altında 

əslində əfv etdi və bu adamlar pozuculuq fəaliyyəti göstərməyə sərbəst imkan qazandılar. Ən pisi 

də  buydu  ki,  onlar  bağıĢlanmazdan  öncə  həm  də  hirsləndirilirdilər.  Məsələn,  27  avqustda 

Azərbaycan  Prokurorluğu  bildirirdi:  "Azərbaycanın  keçmiĢ  partiya  nomenklaturasından  və  indiki 

bəzi rəhbərlərindən xarici banklarda gizli hesabı olanların adları məlumdur".   

Çox  təəssüf  ki,  Əbülfəz  Elçibəy  öz  hakimiyyətinin  sonunadək  nəinki  dövlətə  sədaqətli  güc 

qurumları  yaratmağa  nail  ola  bilmədi  (1  il  içərisində  bu  əslində  qətiyyən  mümkün  də  deyildi), 

hətta  onlardan  heç  olmazsa  birinin  yeni  hakimiyyət  uğrunda  sonadək  fədakarcasına  mübarizə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə