Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə59/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   55   56   57   58   59   60   61   62   ...   191

ki, Çində 40 milyon türk var. Bəs niyə onlara azadlıq vermirsən? Vermirsənsə sənə düĢmənəm. 

Sən  mənim  millətimi  zəlil  etmisənsə  mən  səninlə  necə  dost  ola  bilərəm?  Tehran  rejiminə  mən 

niyə düĢmənəm? Çünki 30 milyon Azərbaycan türkünü əzab-iĢgəncə içində saxlayır. Mən onunla 

necə dost ola bilərəm? Millətimin baĢını kəsən adamla dost olmaq mümkündürmü? Ona görə də 

deyirdim  ki,  bu  dövlətlər  bizə  düĢməndir,  onlarla  o  zaman  dost  olaram  ki,  mənim  millətimə 

azadlıq  versin.  Niyə  Yaponiyayla  iĢim  yoxdur?  Çünki  o,  mənim  türk  millətimi  əzmir,  əsarətdə 

saxlamır,  heç  bir  yerdə  çıxıb  demir  ki,  bu  azərbaycanlı  belədir,  bu  millətə  müstəqillik  lazım 

deyildir. Niyə də dostluq etməyim bu dövlətlə? 

 

Bir  də  var  bitərəf  ölkələr.  Onların  nə  dostluğu,  nə  düĢmənliyi  bəlli  olmadığından  belələrini 



zamanın öhdəsinə buraxıb müəyyən edəcəyik. Diplomatik əlaqəmiz yaxĢı olacaqsa dost olacağıq. 

Yox, olmazsa elə bitərəf qalacağıq. 

 

Qəribədir,  biz Ermənistanla  düĢmənik,  müharibə  aparırıq.  Yunanıstan  da  Ermənistana  köməklik 



edir. Mən onunla - düĢmənimi müdafiə edən bir dövlətlə necə dost ola bilərəm? Artıq o, mənim 

düĢmənimdir.  Sadəcə,  çalıĢaq  ki,  düĢmən  olmayaq.  Buna  görə  də  Yunanıstanla  mənim 

münasibətim  həmiĢə  soyuq  olub.  Qoy  çıxıb  desin  ki,  bizimçün  Ermənistan  da,  Azərbaycan  da 

eynidir. Yoxsa bir tərəfi müdafiə edib, obiri tərəfi söyəcəksə, türkə düĢmənçilik edəcəksə onunla 

dostluğum tutmaz"

. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 

1999, s.43-48). 

Bu  siyasətin özəyində  duran  ən  önəmli  məsələlərdən  biri  də  Azərbaycanın  torpaq  bütünlüyünü 

qorumaq,  baĢqa  sözlə,  Qarabağ  problemini  biryolluq  çözməkdi.  Sentyabrın  3-ündə  Qazaxıstan 

prezidenti  N.Nazarbayev  Ermənistanla  Azərbaycan  arasında  hərbi  əməliyyatların  dayandırılması 

barədə  bəyanat  verdi.  Ġlk  baxıĢdan  bunu  Azərbaycanın  sərt  mövqedən  geri  çəkilməsi  kimi 

dəyərləndirənlər  yanılırdı  -  artıq  avqust  ayının  sonunadək  bütün  könüllü  batalyonların  Milli 

Orduya  tabe  etdirilməsi  baĢa  çatdırılmıĢ  və  orduda  nizam-intizamın  ciddi  Ģəkildə 

gücləndirilməsinə baĢlanmıĢdı. AtəĢin dayandırılması beynəlxalq təzyiqlərin nəticəsi görüntüsünü 

yaratsa  da  Azərbaycan  itirdiyi  torpaqları  güclə  geri  qaytarmaqçün  həlledici  əlveriĢli  məqama 

hazırlaĢırdı.  

Hərbi quruculuqla yeni dövlət  orqanlarının  yaradılması prosesi qoĢa addımlayırdı.  3 sentyabrda 

"Azəriqaz" Dövlət ġirkəti yaradıldı.   

Dövlət müstəqilliyinin baĢlıca əlamətlərindən biri də onun öz gömrük sisteminin mövcudluğudur. 

Ġndiyədək  Azərbaycanda  belə  MÜSTƏQĠL  dövlət  institutu  olmadığına  görə  Elçibəy  hakimiyyəti 

onu  özüldən  yaratmağa  məcburdu.  4  sentyabrda  Bəy  "Azərbaycan  Respublikasında  gömrük 

nəzarətini təmin etmək tədbirləri haqqında" fərman verməklə hər Ģeydən öncə ölkə sərvətlərinin 

xaricə  daĢınmasının  qarĢısını  almaq  və  ümumən  ölkənin  gömrük  sistemini  formalaĢdırmaq 

yolunda ilk ciddi addım atdı.   

"ĠNSAN DÖVLƏT ÜÇÜN DEYĠL, DÖVLƏT ĠNSAN ÜÇÜNDÜR" 

Prezident  Elçibəyin  dilindən  çıxmıĢ  bu  sözlər  qurmaqda  olduğu  dövlətə  onun  hansı  mənəvi 

meyarla  yanaĢdığını  göz  önündə  sərgiləyir.  "Həyat"  qəzetində  dərc  edilmiĢ  (3  sentyabr)  eyni 



baĢlıqlı müsahibəsi bir çox baxımdan maraq doğurur.   

Öncə Qarabağ problemiylə bağlı sorğunu cavablandıran Bəy ilk dəfə olaraq belə fikir irəli sürürdü 

ki,  biz  Azərbaycanla  Ermənistan  sərhədində  beynəlxalq  təĢkilatların  qüvvələrinin,  Dağlıq 

Qarabağdasa  müĢahidəçilərin  yerləĢdirilməsinə  razıyıq.  Bununla  əslində  Elçibəy  açıqca  bildirirdi 

ki, Qarabağ məsələsinin həllinə beynəlxalq qüvvələri cəlb etməklə Rusiyanın bu məsələdə ağalıq 

etmək niyyətinin qarĢısını almaq istəyindədir.   

Bu  fikrin  ardınca  Azərbaycanın  mənafeyini  tam  əks  etdirən  daha  aydın  və  cəsarətli,  hər  hansı 

siyasi riyakarlıqdan uzaq (özündən sonrakı hakimiyyət dövründəsə büsbütün unudulmuĢ) baĢqa 

bir tezis irəli sürürdü: "Yuxarı Qarabağın statusunun qaytarılması məsələsinə gəldikdə isə, buna 

uyğun  status  Ermənistandan  qovulmuĢ  azərbaycanlılara  da  verilməlidir.  Yalnız  bu  halda  nə  isə 

danıĢıb  razılaĢmaq  olar"!  Prezident  Elçibəyi  neçə  illər  "qətiyyətsiz",  "bacarıqsız"  adlandıranlar 

onun  bu  qətiyyətli,  sarsılmaz  mövqeyiylə  indi  Qarabağa  "ən  yüksək  status"  boyun  olaraq 

ermənilərə yalvarılması arasındakı səviyyənin fərqinə diqqət yetirsələr, məncə, ən yumĢaq halda, 

qızarmalı  olacaqlar.  Bəyi  bu  cür  cəsarətli  edən  baĢlıca  amil  ermənilər  üzərində  hər  baxımdan 

mövqe üstünlüyümüz, ordumuzun gündən-günə qazandığı qələbələrdi. O, hakimiyyətini qorumaq 

xatirinə ruslarla da, ermənilərlə də hər hansı bazarlıq yapmaq niyyətindən uzaqdı!.. 

Ölkədə  insan  azadlığı  və  demokratiyanın  bərqərar  olmasını  dövlət  quruculuğunun  baĢlıca 

məqsədi  sayan  Bəy  bildirirdi  ki,  bizdəki  indiki  dövrü  demokratik  cəmiyyət  quruculuğunun 

baĢlanğıcı  saymaq  olar.  "Demokratiyanın  ilk  atributları:  söz  azadlığı,  fikir  azadlığı,  mətbuat 

azadlığı var. [...] Mən mətbuatın üzərinə hər hansı qadağanlar qoyulmasının əleyhinəyəm. Azad 

mətbuat olmayan ölkədə heç bir demokratik cəmiyyət qurmaq olmaz". 

Yeni partiyaların yaradılması məsələsinə toxunan Bəy bu prosesi dəstəklədiyini göstərirdi.   

Yürüdülən  kadr  siyasətiylə  bağlı  olaraq  prezident  dedi  ki,  bu  sahədə  biz  iki  prinsipə  üstünlük 

veririk.  Birincisi,  məsul  vəzifəyə  qoyulan  Ģəxs  məfkurəsi,  əqidəsiylə  müstəqil  Azərbaycan 

dövlətçiliyini  qəbul  etməli  və  bu  çətin  vəzifə  baxımından  psixoloji  gərginliyə,  hər  cür  çətinliyə 

hazır  olmalıdır.  Ġkincisi,  həmin  Ģəxs  təyin  olunduğu  iĢin  spesifikasını  bilməlidir.  Biz  çevik  kadr 

siyasəti  yeridəcəyik.  Kadr  öz  iĢinin  öhdəsindən  gələ  bilmirsə,  düzgün  təyin  olunmayıbsa  onu 

mütləq dəyiĢdirəcəyik. 

Bu sözlərin səmimiliyinə Ģübhə etmək insafsızlıq olardı. Doğrudur, Elçibəy iqtidarı zamanı yerinə 

düĢməyən,  əhalinin  və  hakimiyyətin  özünün  inamını  doğrultmayan  bir  çox  kadrlar  vəzifəyə 

qoyulmuĢdu,  ancaq  onlar  ümumi  kadr  kütləsinin  ən  çoxu  25-30  faizini  təĢkil  edirdi  və  onların 

dəyiĢdirilməsinə ciddi hazırlıq görülmüĢdü, ancaq devriliĢ bunu gerçəkləĢdirməyə imkan vermədi. 

Həm  də  unutmaq  gərək  deyil  ki,  kadrlar  vəzifəyə  RÜġVƏTSĠZ  təyin  edilir,  onların  BÖLGƏ  və 

SĠYASĠ  MƏNSUBĠYYƏTĠ,  demək  olar  ki,  nəzərə  alınmırdı  -  Azərbaycanın  bütün  rayonlarının  və 

iqtidar-müxalifətliyindən  asılı  olmayaraq  bütün  siyasi  qüvvələrinin  nümayəndələri  məsul 

vəzifələrə irəli çəkilirdi. BaĢqa sözlə, hakimiyyət bütün xalqı təmsil edirdi!   

"-Bizim kadrlarımız doğrudanmı səriĢtəsizdilər?

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə