Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə56/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   52   53   54   55   56   57   58   59   ...   191

yardım etməli, pedaqoji iĢçilərin maaĢı xeyli artırılmalı, müəllimin dərs yükünə aid saatların sayı 

azaldılmalı, eyni zamanda, Ģagirdlərin sayı çox olan siniflər bölünməliydi və s. 

 

-Nə  yaxĢı  ki,  bunlar  yadınızda  qalıb.  Ancaq  yəqin  onu  da  unutmamısınız  ki,  biz  müəllimlərə 



neçə-neçə baĢqa imtiyazlar da verdik. Məsələn, onlarçün taksidən savayı bütün nəqliyyatı pulsuz 

etdik.


 

Gördük  ki,  qanunda  nəzərdə  tutulanları  ödəməyə  büdcədə  pul  çatmır,  onun  yarısını  ayırdıq. 

Dedik ki, yarısını da 6 aydan sonra verəcəyik. Parlamentdə də bu cür razılaĢdıq.

 

-Ġndi nə həmin təhsil qanunundan bir Ģey qalıb, nə də o imtiyazlardan.



 

-Biz  təhsilin  strateji  əhəmiyyətini  və  müəllim  Ģəxsiyyətinin  cəmiyyətdəki  rolunun  önəmliliyini 

sələflərimizdən  də,  xələflərimizdən  də  yaxĢı  dərk  edirdik,  çünki  özümüz  bu  mühitin 

yetiĢdirməsiyik,  ona  görə  də  düĢünürdük  ki,  müəllimi  maddi  və  mənəvi  baxımdan  elə 

dəstəkləmək  lazımdır  ki,  hətta  dövlətin  cibinin  boĢalması  hesabına  da  olsa  gərək  onun 

cəmiyyətdəki  nüfuzu  nəinki  itməsin,  əksinə,  daim  yüksəlsin  ki,  o,  millət  balalarına  ürəklə  dərs 

keçsin, savad öyrətsin. Məqsədimizin ana xətlərindən biri buydu". 

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.57-59).  



13  avqustda  "Azərbaycan  Respublikası  ali  və  orta  ixtisas  təhsili  məktəblərinə  qəbul  qaydaları 

(1992-ci il)"  mətbuatda dərc  edildi.  Bu qaydalar  Bəyin ürəyində  neçə  illər müqəddəs arzu kimi 

bəslənmiĢ rüĢvətsiz imtahan sistemini gerçəkləĢdirəcək TEST üsulunun tətbiqini nəzərdə tuturdu. 

Biz testə necə güclü müqavimət göstərildiyini artıq Bəyin öz dilindən eĢitmiĢik. Ancaq prezident 

dövlət  əhəmiyyətli  bütün  məsələlərdə  olduğu  kimi  testin  tətbiqində  də  bütün  müqavimət  və 

təzyiqləri  qıra-qıra  inadla  irəliləməyindəydi.  Onun  yenicə  yaratdığı  Tələbə  Qəbulu  üzrə  Dövlət 

Komissiyası  29  avqustda  tələbə  qəbulu  elan  etdi.  Əvvəlki  illərdə  qəbul  imtahanları  bu  çağadək 

bitər  və  onların  nəticəsi  də  bilinərdi.  Ancaq  Bəy  imtahanların  lap  bir  neçə  ay  gecikdirilməsi 

bahasına  olsa  da  TESTin  hökmən  tətbiq  edilməsinə  göstəriĢ  vermiĢdi.  Onu  bu  yoldan 

çəkindirməkçün hətta yaxın ətrafından da dilətutmalar olmasına baxmayaraq hər Ģeydə güzəĢtə 

getməyi bacaran Bəy millətin taleyinə təsir göstərəcək heç bir məsələdə geri çəkilmədiyi kimi bu 

dəfə  də  öz  iradəsini  göstərməli  oldu.  AĢağıdakı  söhbətdən  bunun  səbəblərini  özümüz  aydın 

görürük. 

"-…Tətbiq  etdiyimiz  yeniliklərin  gerçəkləĢməsi  bizə  hədsiz  maddi-mənəvi-psixoloji  çətinliklər 

bahasına  baĢa  gəlsə  də  dövlətin  və  xalqın  mənafeyini  üstün  tutaraq  onlardan  geri  çəkilmirdik. 

Məsələn, ən mühüm yeniliklərimizdən biri olan testlə qəbul imtahanlarının tətbiqini götürək. Test 

imtahanlarını  meydana  çıxarmaq  sadə  məsələ  deyildi.  Onun  mühüm  bir  ictimai-sosial  təyinatı 

vardı - qəbul imtahanlarında rüĢvətin qabağını almaq və "ali məktəbə yalnız biliyin gücünə qəbul 

olunmaq  mümkündür"  psixologiyasını  Azərbaycan  vətəndaĢına  aĢılamaq.  "Kimin  arxası,  pulu 

varsa  tələbə  olacaq,  kimin  yoxudursa  bayırda  qalacaq"  əminliyi  millət  balalarının  oxumağa, 

savadlanmağa  həvəsini  öldürür,  millətə  sağalmaz  zərbə  vurur.  Biz  savaddan  baĢqa  bütün 

imtiyazları aradan qaldırdıq və test imtahanlarını birbaĢa prezidentin nəzarətinə keçirdik. Burada 

hər hansı saxtakarlıq etmək mümkün deyildi - belə bir Ģey olsaydı, deməli, onu mən etməliydim. 

 



-Bizim nazirlikdəki bir çox iĢçilərin uĢağı kəsilmiĢdi.

 

-Prezident  Aparatında  da  eyni  vəziyyətdi.  Amma  həbsxanada  olan  Vaqif  Hüseynovun  qızı  ali 



məktəbə  daxil  olmuĢdu.  Özləri  də  inanmırdılar.  Sonra  atası  demiĢdi  ki,  onun  qəbul  olmasının 

sevinci mənə bəsdir - fikirləĢirdim ki, onu Moskvada aparıb oxudacağam, amma bir qəpik də xərc 

çəkmədən özü girib oxuyur. 

 

Deməli,  biz  öz  biliyinə  inam  psixologiyasını  bərqərar  etdik.  Bununla  da  cəmiyyətdə  müəyyən 



dərəcədə  sosial  rahatlıq,  ahəngdarlıq  yaratmağa  nail  olduq.  Adamlar  eĢidəndə  ki  Prezident 

Aparatında yüksək vəzifəli Ģəxslərdən birinin qardaĢı, birinin uĢağı məktəbə girə bilmədi, bu, on 

minlərcə  insanı  cəmiyyətdə  ədalətin  mövcudluğuna  inandırdı.  Düzdür,  sovet  rejiminin 

yetiĢdirməsi  olan  hələ  xeyli  adam  birdən-birə  bu  gerçəkliyi  həzm  edə  bilmir,  bizi  Don  Kixot 

sayırdı,  hətta  ağlımıza  Ģübhə  edənlər  də  vardı.  Ancaq  biz  heç  nəyə  fikir  vermədən  cəmiyyətə 

sübut etmək istəyirdik ki, seçdiyimiz yol yalnız onun rifahına aparır. 

 

Ədalət  bəy,  tam  səmimiyyətlə  deyirəm  -  həyatımın  ən  ləzzətli  anları  testə  görə  sadə 



vətəndaĢların  bitməz-tükənməz  təĢəkkürlərini  eĢidərkən  olub.  Axı  tələbə  vaxtımda  da, 

universitetdə  müəllim  iĢləyəndə  də  (yeri  gəlmiĢkən,  onda  da  məni  rüĢvət  almadığıma  görə 

qınayanlar  vardı)  ali  məktəblərdəki  rüĢvətxorluğun  xalqa  necə  sağalmaz  yaralar  vurduğunu 

görüb içimdə qovrulur, onu aradan götürmək yollarını düĢünürdüm. Tale elə gətirdi ki, bu bəlanı 

yox  etmək  Ģərəfi  özümə  nəsib  oldu;  mən  bundan  rus  qoĢunlarını  Azərbaycandan  çıxarmağım 

qədər qürur duyuram! 

 

-Bəy, gülməlimi, ya ağlamalımı bir Ģey söyləyəcəyəm Sizə. Ali məktəb müəllimləri testdən sonra 



rüĢvət almaqdan məhrum oldular və bundan açıq-aĢkar narazı qaldılar; buna görə də onlar bizim 

iqtidarı  bəyənmirdilər.  Hətta  belə  fikir  yayılmıĢdı  ki,  Elçibəy  iqtidarını  ali  məktəb  müəllimlərinin 

qarğıĢı yıxdı.

 

-Nəhayət,  nə  oldu?  Həmin  müəllimlərin  də,  valideynlərin  də  (hətta  uĢağı  məktəbə  qəbul 



olunmayanların  da)  çoxu  razı  qaldı  ki,  əĢi,  qabaq  gedib  ona-buna  yalvarırdıq,  uĢağın 

girib-girməyəcəyini də bilmirdik. Ġndi dəqiq bilirik ki, yalvarmaqdan bir Ģey çıxmayacaq. Canımız 

da  rahatdır  -  uĢaq  bizim  yanımızda,  biz  də  uĢağın  yanında  gözükölgəli  deyilik.  Qoy  getsin, 

oxuyub qiymətini alsın. 

 

Burada  baĢqa  bir  psixoloji  amil  də  var  -  sən  uĢağını  pulla  qoyurdun,  tutaq  ki,  universitetə, 



mənimsə pulum yoxdur; uĢağım üzümə qabarır ki, sənin pulun olsaydı mən də gedib oxuyardım, 

halbuki  savadsızın  biri  girdi,  mən  qaldım  küçədə.  Yəni  haqq-ədalət  bərpa  olunanda  insanlar 

əvvəl-əvvəl ona etiraz etsələr də tezliklə ona alıĢırlar. Bəli, haqq-ədalət öz yerini çətinliklə tapır, 

tapandan sonrasa cəmiyyət rahatlanır. Biz təhsili bunun üstündə qurmağa çalıĢırdıq. Ancaq, çox 

təəəssüf  ki,  qoyub  getdiyimiz  test  indi  məhv  edilir,  rüĢvətin  mərkəzləĢdirilmiĢ  mexanizminə 

çevrilir;  testdən  qabaq  əsas  rüĢvət  rektorlara  və  onlardan  yuxarılara  çatırdısa  ortada  institut 

müəlliminə də bir Ģey düĢürdü, bizdən sonrakı - indiki testdəsə rüĢvət yalnız hakimiyyətin yüksək 

zirvəsində dayanan bir neçə Ģəxsin əlində cəmləĢir. 

 

Biz  testin  tətbiqindən  sonra  ali  məktəb  müəllimlərinin  vəziyyətini  yaxĢılaĢdırmaqçün  müəyyən 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə