Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə58/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   54   55   56   57   58   59   60   61   ...   191

tapĢırmasının  arxasında  böyük  bir  məna  durur.  Sən  bir  ictimai-siyasi  hərəkatın  (AXC-nin)  sədr 

müavini, mənsə sıravi bir qəzet müxbiriyəm. 

Arif bir az duruxaraq tərəddüdlə demiĢdi ki, Bəy buna imkan verməz. 

Üstündən illər keçdi. Bəy Kələkidən Bakıya dönəndə Ariflə aramızdakı həmin söhbəti ona danıĢıb 

güldüm.  Qayıtdı  ki,  böyük  qalmaqalın  baĢ  verməsinə,  Azərbaycançün  təhlükəli  vəziyyətin 

yaranmasına inanmırdım. Bir az fasilədən sonra təbəssümlə: Ancaq dövlətçilikdə elə Ģeylər olur. 

Bəzən  istəməsən  də,  ürəyindən  olmasa  da  ən  yaxın  adamını  belə  dövlətin  mənafeyi  naminə 

cəzalandırmalı olursan, - deyə fikrini tamamladı". 

BaĢda  prezident  Elçibəy  olmaqla  təcrübəsiz  yurdsevərlərin  dövlətin  və  millətin  mənafeyini  göz 

önündə  tutaraq,  heç  bir  diplomatiya  məktəbi  keçmədən,  yalnız  ürək  diqtəsiylə  qurduqları  bu 

xarici siyasətin nə qədər doğru və həyati olduğunu 4 iyundan sonrakı hadisələr əyani göstərdi - 

bütün  ömrünü  daxili  və  xarici  siyasi  hadisələrə  həsr  etmiĢ,  özünü  dünyanın  ən  təcrübəli, 

görüb-götürmüĢ, hər Ģeyi bilən siyasətçilərindən sayan sonrakı prezident təkəbbürlə bu kursdan 

qırağa  çıxan  kimi  Azərbaycanın  torpaqlarını  itirərək  sarsıntılara  uğradı  və  yenidən 

dinməz-söyləməz bu yola qayıtmağa, onunla getməyə məcbur oldu. 

Prezident  Elçibəyin  formalaĢdırdığı  xarici  siyasət  kursunun  mahiyyəti,  baĢlıca  prinsipləri  nədən 

ibarətdi? Gəlin özünün dedikləriylə tanıĢ olaq. 

"Xarici siyasət, sadəcə, 5 ölkəyə getdin-gəldin deyil. Xarici siyasətin strategiyası və taktikası var. 

Dostunu və düĢmənini müəyyənləĢdirməlisən - dövlət siyasəti budur; "hamı bizim dostumuzdur" 

prinsipi yanlıĢdır. "Hamının dostu" olan dövlət əldə-ayaqda oynadılır. 

 

Bizə  deyirlər  ki,  siz  Ġrana  qarĢı,  Rusiyaya  qarĢı  düĢmənçilik  edirsiniz.  Deyirik,  yox,  Rusiya  bizə 



düĢmənçilik  edir.  O,  bizə  düĢmən  kəsilibsə  buna  necə  cavab  vermək  lazımdır  -  ağlaya-ağlaya, 

yoxsa  yıxılıb-qalxmaqla?  DüĢmənlə  düĢmənçilik  siyasəti  yürütməli,  ona  özünə  layiq  cavab 

verməlisən.  Biz  elə  güclü  xalq  deyilik  ki,  onu-bunu  əzək.  Biz  sadəcə  düĢmənlərimizə  qarĢı 

mübarizə aparırıq. 

 

Bəs  dostumuz  kimdir?  Əlbəttə,  hamıdan  öncə  qardaĢ  Türkiyə.  Tarixən  də  belə  olub.  Biz  bir 



millət,  iki  dövlətik.  Ona  görə  Türkiyə  Avropaya  çıxmaqçün  bir  ötürücü  və  nümunə,  Avropaya 

yaxınlaĢma yolu və körpü olmalıdır. 

 

Digər  tərəfdən,  Avropada  Britaniya,  Almaniya,  Fransa  kimi  dövlətlər  də  var  ki,  onlarla  dostluq 



etməliyik. Nəyə görə? Almanlar da uzun müddət rus imperiyasına qarĢı mübarizə aparıblar, onlar 

da  parçalanmıĢ  xalq  olublar  və  bizim  dərdimizi  yaxĢı  baĢa  düĢərlər.  Həm  də  almanlar  öz 

sənayesini quran xalqdır. Bu, bir cəhət. 

 

Bizim  yüksək  texnikaya  ehtiyacımız  var.  ÇağdaĢ  sənaye  texnologiyasının  ən  güclüsü 



Almaniyadadır. O həm davamlı, həm uzunmüddətli, həm də nisbətən yaxındadır. Yaponiyadan, 

ya da Amerikadan gətirəcəksən - yolda nə qədər sınacaq, dağılacaq. Amma Almaniyada da neft 

texnologiyası  yoxdur,  Amerikada,  Ġngiltərədəsə  var.  Həmin  texnologiyanı  gətirməkçün  bu 



dövlətlərlə yaxınlıq lazımdır. Yoxsa gedib Ġranla müqavilə bağlayaq? O, öz neftini çıxarda bilmir, 

bizimkini  necə  çıxaracaq?  Rusiyanın  da  müasir  texnologiyası  yoxdur.  Neft  texnologiyasının 

baĢında duran Bakıdır. Biz Rusiyadan nə götürə biləcəyik? 

 

Bunların  hamısının  arxasında  dövlətin  böyük  iqtisadi  maraqları  dayanır.  Bunlar  xarici  siyasətin 



ana  xəttidir.  Çünki  Amerikaya  bildirsən  ki  səninlə  dost  olmaq  istəyirəm,  deyəcək  nə  eləyim? 

Gərək  izah  edəsən  ki,  səninlə  ona  görə  dost  olmaq  istəyirəm  ki,  sən  buradan  neft  çıxarasan, 

mənə neft texnologiyası verəsən, müəyyən demokratik institutların qurulmasına kömək edəsən, 

gələcəkdə  məni  NATO-ya  götürəsən  ki,  dünya  səviyyəsində  birdəfəlik  təhlükəsizliyim  təmin 

olunsun  -  bu,  mənim  marağımdır.  Sən  də  neft  götürəcəksən,  səndən  ötrü  burada 

kommunikasiyalar qurulacaq və Orta Asiyaya çıxıĢın yaranacaq, burada ən strateji mövqeyi ələ 

keçirəcəksən - bu da sənin marağındır. 

 

Bax, xarici siyasət belə qurulur. 



 

…Rusiya  da,  Ġran  da  bizə  müstəmləkə  siyasətiylə  yanaĢır.  Deməli,  onlara  yox,  Avropaya 

yaxınlaĢmalıyıq.  Neçə  illərdir  demokratik  bir  cəmiyyətə  keçmək  istəyirik.  Ancaq  nə  Rusiyada 

demokratiya var, nə də Ġranda. Deməli, biz özümüz birbaĢa çıxmalıyıq demokratiyanın beĢiyinə. 

Buydu xarici siyasətdə dövlətlərə yanaĢma sistemi.

 

Sual  doğa  bilər  -  bəs  baĢqa  ölkələrə  hansı  meyarla  yanaĢılsın?  Məsələn,  mən  Liviyanın  baĢçısı 



Qəzzafiyə  gəncliyimdə  müsbət  baxırdım  -  elə  bilirdim  ki,  bu,  bir  inqilabçıdır.  Sonra  gördüm  ki, 

yox, bu, baĢqa cəmiyyətin adamıdır və qəddar bir insandır. Bir neçə dəfə məni Liviyaya çağırdı, 

dedi ki, nə kömək istəyirsiniz eləyim. Ancaq mən bu təkliflərdən imtina etdim, çünki əməkdaĢlıq 

edəcəyim dövlət gərək demokratik olsun. 

 

Məni Ġran da, Səddam Hüseyn hökuməti də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq bildirdim ki, 



o cür yırtıcı, irticaçı dövlətlərə getmərəm - bu, mənə yaraĢmaz. Deyək ki, getdim Ġraqa, Səddam 

Hüseyn  də  məni  yaxĢı  qarĢıladı.  Hətta  yardım  da  etdi.  Bəs  Səddamın  günahsız  məhv  etdirdiyi 

minlərcə adamın ailələri deməzmi ki, sən də namərd oldun? Bəs onların ah-naləsi necə olsun?! 

 

Deyirlər  dövlət  siyasətidir.  Dövlət  siyasəti  deyil  -  hər  Ģeydən  irəlidə  xalq  var,  insan  var, 



humanizm var. Budur ən baĢlıca məsələ!

 

…Biz  xarici  siyasətimizi  onun  üstündə  qururduq  ki,  kim  bizə  dost  olacaqsa  biz  də  ona  dost 



olacağıq, bu Ģərtlə ki, o həm də demokrat olsun. Ona görə harada demokrat varsa biz onların 

yanındayıq,  harada  diktatura  varsa  biz  ona  qarĢıyıq.  Mənə  nə  düĢmüĢdü  ki,  ġimali  Koreyanın 

diktatorunu pisləyim? ġimali Koreya mənə nə edib ki? Mənə nə istisi, nə soyuğu? Məhz diktator 

olduğu üçün! Mən Səddam kimi vəhĢini görəndə Stalin kimi qanlı bir diktator yadıma 



düĢür.  Bunlar  xalqın baĢını  kəsən cəlladlardır. Bunların hamısı bir tipdir. Mən eĢidəndə ki 

Səddam  ərəbin  dördünün  baĢını  kəsdi,  ərəbin  Ģairini  öldürdü,  ərəbin  alimini  hovuza  atıb 

boğdurdu,  Stalin yadıma  düĢür  -  bizim Ģairlərimizi,  yazıçılarımızı  da  o beləcə  məhv  edirdi. Eyni 

adamlardır bunlar. Mən onları sevə bilmərəm! 

 

Mən dövlətin xarici siyasətini bu prinsipə yönəldirdim. Çinlə siyasətimiz soyuqdu. Mən deyirdim 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə