Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə57/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   53   54   55   56   57   58   59   60   ...   191

tədbirlər  gördük"

.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  "Elçibəylə  13  saat  üz-üzə",  Bakı, 

1999, s.59-61). 

Qeyd  etməliyik  ki,  testlə  bağlı  olaraq  "həyatının  ən  ləzzətli  anlarını"  yaĢamaqda  prezidentə 

hamıdan çox yardımçı olmuĢ dövlət adamı məhz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri 

Vurğun Əyyubdu. Qısa müddət içərisində öz iĢinə incəliklə yiyələnmiĢ Vurğun bəyin Komissiyanı 

ən nüfuzlu dövlət qurumlarından birinə çevirməyi bacarması, bu son dərəcə prinsipial, obyektiv 

və  güzəĢtbilməz  insanın  hər  cür  mənfi  hallarla  cəngavərcəsinə  ölüm-dirim  savaĢına  girərək  bu 

çarpıĢmada  qalib  gəlməsi  və  iĢinə  prezidentdən  baĢqa  heç  kəsin  müdaxilə  etməsinə  imkan 

vermədiyi  Komissiyanı  xalqa  ideal  təmizlik  etalonu  kimi  tanıda  bilməsi  bütövlükdə  Elçibəy 

iqtidarının baĢını uca etdi.   

Həm yeni qəbul ediləcək, həm də artıq oxumaqda olan tələbələrə dövlət qayğısını gücləndirməyi 

özünə insani borc da sayan Əbülfəz bəy yeni dərs ili baĢlanan kimi - 9 sentyabrda "Ali və orta 

ixtisas məktəbləri tələbələrinə və texniki peĢə təhsili məktəbləri Ģagirdlərinə əlavə pul ödənilməsi 

haqqında"  fərman  verdi,  tələbə  və  aspirantların  təqaüdlərinin  artırılması,  onların  məiĢət 

problemlərinin həll edilməsi məqsədiylə hakimiyyəti boyunca bundan sonra da bir neçə fərman 

imzaladı. 

 

TƏCRÜBƏSĠZLĠK BACARIQSIZLIQ DEMƏK DEYĠL 



Diplomatik  fəallığın  artırılması  nəticəsində  1  sentyabr  1992-yədək  Azərbaycan  Respublikasının 

müstəqilliyini  dünyanın  120-dən  çox  dövləti  tanımıĢdı  və  onlardan  7-si  (Türkiyə,  Rusiya,  Ġraq, 

Ġran, ABġ, Fransa, Çin) Azərbaycanda öz nümayəndəliklərini açmıĢdı, bir çox dövlətlər də açmaq 

ərəfəsindəydi. (Ancaq xarici səfirliklərin normal iĢləməsinə hələ Ģərait yoxdu).   

Ən pisi buydu ki, indiyədək Azərbaycanın müstəqil xarici siyasəti olmadığına görə yeni yaranan 

xarici  əlaqələri  tənzimləyəcək,  ümumiyyətlə,  müstəqil  dövlətin xarici  siyasətini  gerçəkləĢdirəcək 

qurum  -  əsl  Xarici  ĠĢlər  Nazirliyi  ortalıqda  yoxdu.  (Sovetlər  dövründəki  nazirlik  əslində  viza 

verməklə  məĢğul  olan  əhəmiyyətsiz  bir  kontordu).  Nazir  Tofiq  Qasımov  dərin  elmi  zəkası  və 

məntiqi,  geniĢ  dünyagörüĢü,  iti  siyasi  duyumu  və  təhlil  bacarığı,  büllur  kimi  təmiz  Ģəxsiyyəti, 

müstəqil düĢüncəliliyi, əməksevərliyi və baĢqa bir çox keyfiyyətləriylə Elçibəy iqtidarına baĢucalığı 

gətirən  bir  dövlət  adamı  olsa  da  o,  aramsız  xarici  səfərlərdə  bulunduğundan  və  nazirlikdə 

aparılmalı hər bir quruculuq iĢini Ģəxsən öz əlindən çıxarmaq istədiyinə görə nazirliyin idarəetmə 

qurumlarının  yaradılması,  XĠN-nin  mükəmməl  dövlət  mexanizminə  çevrilməsi  yolverilməz 

dərəcədə ləngiyirdi. XĠN-nin fəaliyyəti geniĢləndikcə artıq öz "mənzil"inə sığmırdı və eyni binada 

yerləĢən  "Göy  göl"  mehmanxanasının  nazirliyə  verilməsi  istənildi.  Əbülfəz  bəyin  tələbiylə  bir 

qədər sonra Bakının ən gözəl yerində - Ġçəri Ģəhər qalası önündəki Siyasi Maarif Evi (indi orada 

məhkəmə yerləĢir) boĢaldıldı və Xarici ĠĢlər Nazirliyinin sərəncamına verildi. 

Ən maraqlısı da buydu ki, nəinki dövlətin xarici siyasətini formalaĢdıran Ģəxs olaraq prezident və 

onun  silahdaĢları,  eləcə  də  bütövlükdə  idarəetmə  aparatı  xarici  siyasət  yürütməkdə  tam 

təcrübəsiz  olsalar  da,  hətta  beynəlxalq  protokol,  etiket  qaydalarına  yenicə  bələd  olmağa 




baĢlasalar da Azərbaycanın Xalq hərəkatının məzmun və məntiqindən doğan xarici siyasət kursu 

vaxtında və düzgün müəyyənləĢdirilmiĢdi ki, bu, adamda indi xoĢ təəccüb yaradır.   

O  vaxtlar  Naxçıvanda  müxbir  iĢləmiĢ  jurnalist  dostum,  görkəmli  publisist  Əli  ġamilin  bu 

yaxınlarda  mənə  təqdim  etdiyi  bir  xatirə  prezident  Elçibəyin  müstəqil  xarici  siyasətimizin 

formalaĢdırılmasına  yararlı  olan  insanlardan  dövlətin  mənafeyi  naminə  necə  ustalıqla,  əsl 

diplomatcasına istifadə etdiyini əyani Ģəkildə açıqlayır.   

"Bəy  prezident  seçiləndən  bir  qədər  sonra  onunla  görüĢdük.  Bir  çox  məsələlərdən  danıĢdıq. 

Sonda Bəy dedi ki, Arif Rəhimoğluyla birgə Türkiyəyə, oradan da Quzey Kıbrısa gedəcəksən. Arif 

hər  Ģeyi  bilir.  Fəaliyyətinizdə  tam  sərbəstsiniz,  ancaq  olduqca  diqqətli  olun.  Quzey  Kıbrısı 

tanımağımıza  mane  olan  hər  detala  diqqət  yetirin,  yerli  qəzetlərdə  çıxıĢ  edin,  radio  və 

televiziyalarda müsahibə verin, çalıĢın səfəriniz geniĢ əks-səda doğursun...   

Beləliklə, 1992-ci il avqustun sonları - sentyabrın əvvəllərində Arif Rəhimoğluyla Türikyəni, Quzey 

Kıbrısı  gəzdik.  Bülənd  Ecevitlə,  yeni  yaranmaqda  olan  Böyük  Birlik  Partiyasının  baĢqanı  Mühsin 

Yazıçıoğluyla,  Millətçi Hərəkat Partiyasını  bərpa  etmək  istəyən  (1980-dəki  hərbi  çevriliĢi  zamanı 

partiyanın  fəaliyyəti  qadağan  edilmiĢ,  Alparslan  TürkeĢ  zindana  atılmıĢdı.  Sonralar  siyasi 

fəaliyyətə icazə veriləndə köhnə partiya qadağan olunduğundan Alparslan TürkeĢ və tərəfdarları 

Millətçi  ÇalıĢma  Partiyası  yaratdılar)  millət  vəkili  Sədi  Somunçuoğlu  və  baĢqalarıyla  görüĢdük. 

MÇP-nın Kayseri Ģəhərinin baĢı üzərində ucalan Erciyəz dağınin Təkur yaylasında təĢkil etdiyi III 

Zəfər Qurultayına qatıldıq. Ġndiyədək qiyabi tanıĢ olduğumuz Ozan Ariflə Ģəxsən görüĢüb söhbət 

etdik. 


Quzey Kıbrısda üç gün qaldıq. Prezident Rauf DənktaĢla, Məclis baĢqanı Haqqı Atunla, baĢ nazir 

DərviĢ Əroğluyla, təhsil, mədəniyyət və gənclik naziri EĢper Serakıncıyla, Quzey Kıbrıs Türk Hava 

Yollarının  genel  müdiri  Səbahəddin  Bəyazla,  Doğu  Ağdəniz  Universitetinin  prorektoru  Həsən 

Cicioğluyla, Xarici ĠĢlər Nazirliyinin əməkdaĢlarıyla və baĢqalarıyla görüĢdük. Zəngin təəssüratla, 

yeni öyrəndiyimiz çoxlu faktlarla geri döndük. 

Sentyabrın  ortalarında  Elçibəy  Arif  Rəhimoğluyla  məni  Prezident  Aparatında  qəbul  etdi.  Səfər 

təəssüratlarımızı  dinlədi.  Yazdığımız  arayıĢı  aldı  (arayıĢın  mətnini  "Quzey  Kıbrıs.  Mən  belə 

gördüm"  kitabında  vermiĢəm).  TapĢırığını  yerinə  yetirdiyimizə  görə  bizə  təĢəkkürünü  bildirib 

hərəmizə Türkiyədə çap olunmuĢ "Maya" dərgisinin 1992-ci il 6-cı sayından bir nüsxə bağıĢladı. 

(Dərginin üz qabığında Əbülfəz Elçibəyin portreti, içindəsə onun haqqında material verilmiĢdi).   

Quzey  Kıbrısda  olanda  Arifə  yarızarafat,  yarıciddi  demiĢdim  ki,  səfərimiz  uğurlu  alınsa, 

topladığımız  sənədlər,  yazdığımız  arayıĢlar  keçərli  olsa  Azərbaycan  Quzey  Kıbrıs  Türk 

Cümhuriyyətini  Türkiyədən  sonra  tanıyan  ikinci  dövlət  olacaq.  Adımız  heç  yerdə  keçməsə  də 

bundan  qürur  duyacağıq.  Yox,  uğursuzluğa  düçar  olsaq,  Yunanıstan  hay-küy  salsa,  beynəlxalq 

aləmdə  qalmaqal  düĢsə,  yəni  BMT-nin  tanımadığı  bir  dövlətə  Azərbaycan  Respublikası 

nümayəndələrinin  gəliĢi  narazılıq  doğursa  geri  dönəndə  öz  qəzetlərimizdə  bizi  biabır  edən 

yazılara gen-bol rast gələcəyik. Ola bilsin, haqqımızda cinayət iĢi də açılacaq. Bəyin, bu iĢi Xarici 

ĠĢlər Nazirliyinin, yaxud Prezident Aparatının iĢçilərinə yox, məhz bizim kimi qeyri-rəsmi Ģəxslərə 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə