Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə54/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   50   51   52   53   54   55   56   57   ...   191

Cəfərovla  Niyazi  Ġbrahimovun  sürücüsü  Ramiz  onun  ardınca  qaçdılar  və  bir  azdan  tutub 

gətirdilər". 

 

Sonra aydınlaĢdı ki, prezidentə bu sui-qəsdin arxasında Rusiyanın müdafiə naziri Pavel Qraçov, 



Gəncədəki  general  ġerbak,  Azərbaycan  Müdafiə  Nazirliyinin  Moskvayla  bağlı  ən  yüksək  vəzifəli 

Ģəxsləri  və  baĢqa  adamlar  dayanırmıĢ.  Bir  qədər  sonra  xəbər  yetiĢdi  ki,  sui-qəsd  haqqında 

məlumat Qraçova yeyib-içmək vaxtı çatdırılıb və o, prezidentin sağ qaldığını eĢidən kimi əlindəki 

qədəhi qəzəblə yerə çırparaq bağırıb ki, bir Elçibəyi də aradan götürməyi bacarmadınız!..   

Hər  Ģeyi  yetərincə  incəliklə  bilən  Əbülfəz  bəy  əslən  Gədəbəydən  olan  "KamAZ"  sürücüsünü 

buraxdırdı ki, o, iĢdə yalnız sıravi icraçıdır. 

Hadisə  vaxtı  prezidentin  yanında  olmuĢ  cangüdəni  Ġlqar  Qədirquluyev  söyləyir  ki,  "KamAZ" 

"Mersedes"i vuranda elə dəhĢətli gurultu qopdu ki, hətta bizim səs keçirməyən maĢında da onu 

aydınca  eĢitdik.  Vəziyyəti  görən  kimi  dedim  ki,  Bəy,  bu,  təxribatdır.  Ancaq  o  bəlkə  bizi 

sakitləĢdirmək,  bəlkə  də  baĢqa  bir  məqsədlə  çox  sakitcə  bildirdi  ki,  yox,  yəqin  sürücü  yuxulu 

olub.  Mən  burada  yuxu  məsələsinin  ola  bilməyəcəyini  deyəndə  tam  ciddiliklə  qayıtdı  ki,  sənə 

tapĢırmıĢam sözü döndərmə…   

Bir neçə gün sonra bu hadisənin təfsilatını ictimaiyyətə açıqlayan prezidentin mətbuat xidmətinin 

rəhbəri Niyazi Ġbrahimov hadisənin "hazırlanmıĢ qəsd" olduğunu bəyan etdi. 

Dövlət baĢçısının həyatına qarĢı yönəldilmiĢ bu terror aktına prezidentin özü baĢda olmaqla heç 

bir rəsmi instansiya  ciddi yanaĢmadı.  Doğrudur, Bəyin yox  yerdən  sui-qəsdlər yaradaraq  onları 

gurultulu siyasi Ģoulara çevirən, bundan öz siyasi rəqiblərini məhv etməkçün yararlanan amansız 

prezidentlərə  bənzəməsini  qətiyyən  istəməzdim,  ancaq  cinayəti  törədənlərin  tutulub 

cəzalandırılması  və  dövlətə  əl  qaldıranlara  aman  verilməyəcəyinin  hamıya  göstərilməsi  vacibdi. 

Çox təəssüf ki, bu məsələdə anlaĢılmaz güzəĢt, barıĢıq yolu tutan iqtidar bu hadisəylə bağlı heç 

olmazsa  təbliğat  baxımından  müəyyən  uduĢ  əldə  etmək  təĢəbbüsündə  bulunmadı  və  məncə, 

ciddi  səhvə  yol  verdi  -  özünün  diĢsizliyi,  kəsərsizliyi  haqqında  ĠLK  ciddi  təsəvvür  yaradaraq 

düĢmənlərini  daha  da  fəallaĢmağa  ruhlandırdı.  Sonralar  baĢ  verən  itaətsizliklərin  mayasında, 

fikrimcə, bu hadisədən sonra yaranmıĢ qorxusuzluq sindromu dayanırdı.   

Nəysə, sanki heç nə baĢ verməmiĢ kimi yoluna davam edən prezident səfər proqramında azca da 

varsa dəyiĢikliklər etmədən Tərtərə getdi və orada mühüm görüĢlər keçirdi. O, hərbi briqadanın 

qərargahında olaraq  döyüĢçülərimizin  ümumi psixoloji durumunu,  hərbi nizam-intizamın,  döyüĢ 

hazırlığının səviyyəsini öyrəndi. 

Bəyin  mədəniyyət  evində  rayon  ictimaiyyətinin  nümayəndələriylə,  Milli  Ordumuzun  əsgər  və 

zabitləriylə  görüĢü  unudulmaz  hadisəyə  çevrildi.  Bəlağətdən  uzaq,  ancaq  aydın  və  olduqca 

cəzbedici,  təlqinedici  çıxıĢıyla,  suallara  verdiyi  açıq  cavablarıyla,  özünün  də  onlardan  biri 

olduğuna inandıran səmimi davranıĢıyla Bəy erməni hücumlarının önündə dayanmıĢ bu rayonun 

əhalisində  özünə  qarĢı  dərin  rəğbət  yaratmaqla  yanaĢı,  adamların  döyüĢkənlik  ruhunu  da xeyli 

yüksəltdi, əsgərlərimizə sözün əsl mənasında qol-qanad verdi. 




Ədalət  Məmmədov  danıĢır  ki,  Tərtərdə  Ġsgəndər  Həmidov  yoldakı  qəzanın  necə  baĢ  verməsini 

soruĢdu.  Sonra  o,  telefonda kimləsə  danıĢdı, ona  hirsləndi,  tapĢırdı  ki,  hər Ģeyi  araĢdırıb  mənə 

geniĢ məruzə elə... 

Tərtərdən  Ağdərəyə  getmək  də  prezidentin  səfər  proqramına  salınmıĢdı.  Ağdərəni  bizimkilər 

yenicə  almıĢdılar,  ancaq  onun  kəndləri  hələ  boĢdu.  Həmin  rayonda  çoxlu  sərvət  (yüz  tonlarla 

çaxır,  taxıl,  çoxlu  heyvan,  tikinti  materialları,  mebel  və  b.)  qalmıĢdı  və  müxtəlif  qüvvələr  bu 

sərvəti mənimsəmək üstündə çəkiĢməyə baĢlamıĢdı, camaat da kəndləri talan edirdi. Əbülfəz bəy 

həm talanın qarĢısını almaq, həm də oradakı əsgərlərimizi ruhlandırmaq istəyirdi. 

Burada  olan  baĢ  qərargahın  rəisi  Nəcməddin  Sadıqov,  Tərtərin  icra  baĢçısı  Sərdar  Həmidov  və 

Müdafiə  Nazirliyi  mətbuat  xidmətinin  rəhbəri  Leyla  Yunusova  Bəyin  Ağdərəyə  getməsini, 

nədənsə, heç istəmirdilər. Onlar cəbhə bölgəsiylə (Ağdərəylə) tez-tez telefon əlaqəsi saxlayaraq 

bildirdilər ki, orada satqınlar çoxdur, prezidentin həyatına ciddi təhlükə yarana bilər. Bu zaman 

Bəy  hirsləndi  ki,  respublikanın  prezidenti,  baĢ  naziri  (Rəhim  Hüseynov),  dövlət  katibi  (Pənah 

Hüseynov),  baĢ  prokuroru  (Ġxtiyar  ġirinov),  daxili  iĢlər  naziri  (Ġsgəndər  Həmidov),  təhlükəsizlik 

naziri  (Fəxrəddin  Təhməzov)  və  baĢqaları  buradadır,  həmin  satqınları  tutub  gətirin  bura,  bu 

camaatın qabağında mühakimə edək!.. 

Nəysə, Ağdərəyə gediləsi olmadı. Prezident Tərtərdən qayıdıb bir gecə Yevlaxda qaldı.   

30  avqustda  Yevlaxdan  Göyçaya  gələn  Bəy  öncə  ġəhidlər  xiyabanını  ziyarət  etdi.  O,  öncə  Əli 

Kərimin  məzarı  üstünə  əklil  qoydu.  Sonra  sırayla  həm  20  Yanvar,  həm  də  Qarabağ  Ģəhidlərini 

ziyarət etdi.   

Prezident sonra konserv zavoduna gedərək iĢçilərlə görüĢdü. Ədalət Məmmədov həmin görüĢü 

belə xatırlayır: 

-Konserv zavodunda prezident iĢçilərlə çox səmimi söhbət etdi, onlarla zarafatlaĢdı. O, özünü o 

qədər Ģux aparırdı ki, sanki yolda sui-qəsddən çıxan və Tərtərdə qanı qaralan o deyildi. Zavodun 

divarından  keçmiĢ  kommunist  partiyası  siyasi  bürosu  üzvlərinin  Ģəkilləri  asılıb  qalmıĢdı.  Bəy 

zarafatla  dedi  ki,  yəqin  bundan  sonra  da  onların  yerinə  bizim  Ģəkillərimizi  vuracaqsınız.  Ancaq 

sonra  ciddiləĢərək  fəhlələrə  irad  tutdu  ki,  onları  niyə  indiyədək  götürməmisiniz.  MaaĢdan 

gileylənən fəhlələrə dedi ki, hüquqlarınızı tələb edin - tətilə çıxın, mitinq keçirin və arxayın olun 

ki,  həm  prezident,  həm  də  AXC  sədri  olan  mən  sizi  müdafiə  edəcəyəm.  Ancaq  bilməlisiniz  ki, 

maaĢı artırmaq prezidentdən yox, müəssisə baĢçısından asılıdır.   

Bu  zavodda  olarkən  bir  tanıĢ  oğlan  prezidentə  yaxınlaĢdı.  O  dedi  ki,  mən  qardaĢınız  Almurad 

bəylə  tanıĢam.  Bu  yaxınlarda  onun  evinə  getdim  ki,  münasib  iĢə  düzəlməyimə  kömək  etsin, 

ancaq heç cür Sizin yanınıza düĢə bilmədim. Bəy dedi ki, evimiz sizə qurbandır, ancaq dövlətin 

iĢində  qohumluq,  qardaĢlıq,  tanıĢlıq  keçmir  -  gərək  hər  kəs  öz  yerini  bacarığına,  qabiliyyətinə 

görə qazansın.   

Göyçayda  da  rayon  ictimaiyyətiylə  görüĢən  prezident  insanları  asanlıqla  inandırdı  ki,  onların 

qarĢısında  əhalini  daim  qorxuda,  xofda  saxlamağa,  özünü  fövqəladə  bir  varlıq,  qüvvə  kimi 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə