Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə50/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   46   47   48   49   50   51   52   53   ...   191

dövlətçilik müqəddəsliyi yaransın. 

 

Mən  həmiĢə  Azərbaycan  alimləri  ilə  maraqlanmıĢam.  Onlardan  biri  də  çox  qəribə  taleli  Ağ 



ġəmsəddin  olub.  Bu  böyük  sufi  Sultan  Mehmet  Fateh'in  müəllimi  və  mürĢidi  olub.  Sultan 

Ġstanbulu  fəth  edəndən  sonra  mürĢidinin  yanına  gəlib  və  deyib  ki,  Ģeyxim,  icazə  ver,  sənin 

yanından daha getməyim. ġeyx deyib ki, dur buranı tərk elə və bir də bura gəlmə! 

 

MürĢidə də "niyə?" sualı vermək olmaz - sual verən təriqətdən çıxır. Orada belə bir sistem var - 



mən  mürĢidimin  sözünü  ata-anamın  sözündən  üstün  tutacağam,  dediyi  -  mənimçün  göydə 

Allahın, yerdə onun sözüdür. 

 

…Və sultan gedir, üç aylıq narahatlıqdan sonra, nəhayət, mürĢidindən xahiĢ eləyir ki, onu qəbul 



eləsin,  hansı  günah  iĢlətdiyini  ona  anlatsın.  Onda  ġəmsəddin  deyir:  "SƏNĠN  XALQ  ÜÇÜN  BĠR 

SAATLIQ ƏDALƏTĠN ALLAH YANINDA MƏNĠM QIRX ĠLLĠK ĠBADƏTĠMDƏN ÜSTÜNDÜR". 

 

Bax, bu prinsip əsas olmalıdır. Bizdə də mənəvi rəhbərin 40 illik ibadətindən bir saatlıq ədaləti 



qiymətli olan prezident seçilməlidir. Azərbaycanın belə bir adama ehtiyacı var. 

 

Və mənə elə gəlir ki, xalq elə birini yetiĢdirəcək və canını qurtaracaq.



 

-Axı Siz də ədalətli adamsınız…

 

-Yox, mən o məqamda deyiləm… Mən daha çox… ƏDALƏT TAMAM BAġQA ġEYDĠR. TAMAM… 



 

…Çox yekəxana çıxmasın, tarixçi olduğum üçün tarixin özünün bir fəlsəfəsi var mənim beynimdə. 

Orada  belə  bir  Ģey  var  -  ĠNSANLARIN  ƏN  YÜKSƏK  ĠġĠ  RUH  MƏSƏLƏSĠDĠR.  Ancaq  bu  ruh 

maddisiz  olmur.  Maddiyyatdan  kənar  o  ruh  müəyyən  bir  dövr  bədəndə  qərar  tuta  bilər  - 

müəyyən bir dövr. 

 

Nəcib Fazilin "Gəncliyə xitabə"sində də belə bir yer var ki, maddiyyatı təmin edərək mənəviyyatı 



yüksəldəcəksən.  Məqsəd  mənəvi  aləmə  getməkdir.  Burada  madiyyat  bir  pillədir  və  bu  pilləsiz 

olmur. Bu, bir pillə, bir vəsilədir o yolda. 

 

Kimsə Ģeyxlik eləyə bilər - baĢına müridlər toplayıb cəmiyyətdən ayrılar, öz ruzilərini toplayıb öz 



mənəvi aləmləri ilə də yaĢaya bilər. Ancaq bu, bir hissəcikdir, cəmiyyət deyil. Cəmiyyət isə tələb 

eləyir, yaĢamaq istəyir. […] Cəmiyyətin tələbatı var və o ödənməlidir, yəni iqtisadiyyat əsasdır. 

[…] Maddi tələbat reallıqdır və sən bu reallıqla barıĢmalısan…".

 

[Pərviz.  "Bir  saatlıq  ədalətlə  qırx  illik  ibadət  arasında…".  (Ə.Elçibəylə  müsahibə).  -  "Azadlıq" 



qəzeti, 19 mart 1994]. 

Məhz  prezident  Elçibəyin  təsəvvüründəki  ƏDALƏT'i  gerçəkləĢdirməkdən  ötrü  onun  tələb  və 

göstəriĢiylə  Ali  Məhkəmə  məhkəmə  islahatlarına  baĢlamaqçün  avqust  ayında  konsepsiya 

hazırladı; burada ilk növbədə islahatın normativ bazasının yaradılması nəzərdə tutulurdu.   

Çox təəssüf ki, Ali Məhkəmə rəhbərliyinin, Ģəxsən sədr Tahir Kərimlinin səriĢtəsizliyi, astagəlliyi, 

Milli Məclisə nüfuz edə bilməməsi nəticəsində Ali Məhkəmə öz qarĢısına qoyulmuĢ tarixi vəzifəni 




yerinə yetirmək gücündə olmadı. Ümumiyyətlə, Elçibəy iqtidarı demokratik hakimiyyət bölgüsünü 

gerçəkləĢdirmək  sahəsində  çox  uğurlu  islahatlar həyata keçirsə  də  (prezident  Elçibəyin baĢçılıq 

etdiyi  icra  hakimiyyəti  köklü  dəyiĢikliklərə  nail  oldu,  spiker  Ġsa  Qəmbərin  rəhbərliyi  altında 

qanunverici hakimiyyət fəal və səmərəli çalıĢaraq müstəqilliyimizin möhkəmlənməsinə öz sanballı 

töhfəsini  verdi)  onun  islahat  apara  bilmədiyi  yeganə  sahə  üçüncü  qol  -  məhkəmə  hakimiyyəti 

oldu. T.Kərimli dövlətdə ikinci Ģəxs olduğunu söyləsə də özünün ölgün fəaliyyəti (bu "fəaliyyət", 

demək olar ki, yalnız yeni iqtidarın iĢdən çıxardığı vəzifəli Ģəxslərin iĢə bərpasıyla məhdudlaĢdırdı) 

nəticəsində  nəinki  güclü  məhkəmə  sistemi  formalaĢdıra  bilmədi,  heç  özünün  Ģəxsi  nüfuzunu 

cəmiyyətə  qəbul  etdirməyi  bacarmadı.  Bəli,  məhz  məhkəmə  hakimiyyəti  Elçibəy  iqtidarının  ən 

zəif, utanc duyulan yeri oldu və ondan Azərbaycanın müstəqilliyi tarixində, demək olar ki, heç bir 

iz qalmadı. Ancaq ən qəribəsi budur ki, Elçibəyi bacarıqsızlıqda və hakimiyyəti vermək üstündə 

ən çox suçlayanların baĢında duran da elə həmin T.Kərimlidir!.. 

Bəy ölkədə prokurorluq orqanlarında da qayda-qanun yaratmağa çalıĢırdı. Ancaq bu sahənin arzu 

edilən  səviyyədə  fəaliyyətini  tənzimləməkçün  hələ  Azərbaycanın  öz  qanunları  yaradılmamıĢdı, 

köhnələrdən istifadə edilməyəsə hüquqi razılıq yoxdu, buna görə də prokurorluq sistemində də 

SSRĠ-nin  ləğvindən  sonra  hərc-mərclik  baĢ  alıb  gedirdi.  26  avqustda  prezident  "Prokurorluq 

orqanlarının  statusunu  müəyyənləĢdirən  keçmiĢ  SSRĠ-nin  qanunvericilik  aktlarının  Azərbaycan 

Respublikasının  ərazisində  hüquqi  qüvvəsini  saxladığının  təsdiqi  və  onların  tətbiqi  qaydası 

barədə"  qanun  imzalayaraq  Azərbaycanın  uyğun  qanunları  qəbul  edilənədək  SSRĠ-nin 

qanunvericilik aktlarından istifadə edilməsini təsdiqlədi. 

26-27 avqustda Naxçıvan Bakıdan ilk açıq narazılıq bildirdi. Naxçıvan DĠN-nin əməkdaĢları burada 

nazirliyin binası qarĢısında mitinq keçirərək 26 yaĢlı SəyavuĢ Mustafayevin Naxçıvana daxili iĢlər 

naziri təyin edilməsinə etiraz bildirdilər. 

"LAÇIN DƏHLĠZĠ"NƏ AZƏRBAYCAN ORDUSU TAM NƏZARƏT EDĠR 

Azərbaycanın müstəqillik yolundakı inamlı addımlarını görən xarici qüvvələr, ilk növbədə Rusiya 

ən  müxtəlif  vasitələrlə,  o  sıradan  Qarabağ  münaqiĢəsiylə  gənc  dövlətimizə  təzyiqləri 

gücləndirirdi.  Ancaq  Azərbaycanın  əzmkar  prezidenti  elə  ilk  gündən  Rusiyanı  Qarabağ 

düyününün  çözülməsi  prosesindən  mümkün  qədər  uzaqda  saxlamaq  xəttini  tutmuĢ,  üstünlüyü 

ATƏM-ə  verdiyini  bildirmiĢdi.  Ġndiyədək  XĠN-nin  birbaĢa  əlaqələri  əsasən  ATƏM-lə,  baĢqa 

beynəlxalq təĢkilatlarla qurulurdu. 25 avqustda prezident Əbülfəz Elçibəy ATƏM-in Qarabağa dair 

konfransının  sədri  Mario  Raffaellini  qəbul  etdi  və  onunla  problemin  həlli  yolları  üzərində 

müzakirələr apardı. 

Hərbi  uğurların  diplomatik  danıĢıqlarda  qələbə  qazanmağın  mühüm  amili  olduğunu  gözəl  bilən 

prezident danıĢıqlar masası arxasında dövlətimizin inamlı mövqeyini hiss etdirməkçün münaqiĢə 

zonasında  üstünlük  qazanmağı  ordumuzun  qarĢısına  məqsəd  qoymuĢdu.  Bəllidir  ki,  29  iyuldan 

baĢlayaraq  Ağdərə  uğrunda  10  gün  Ģiddətli  vuruĢma  getmiĢ  və  əsgərimiz  Ağdərəni  erməni 

yağmaçılarından təmizləmiĢdi. Bunlar ordu quruculuğuna və orduya yeni hakimiyyətin müstəsna 

doğma münasibətinin bəhrəsiydi. Bunu aĢağıdakı söhbət də təsdiqləyir: 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə