Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə47/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   43   44   45   46   47   48   49   50   ...   191

25-26 avqustda Qusarda narahat vəziyyət yarandı, rayonda sabitliyi pozmağa cəhd göstərildi. 

Avqustun ikinci ongünlüyünün sonunda alınan xəbərlərə görəsə, Türkiyədə bəzi siyasi dairələrdə 

prezident Elçibəyin xəstəliyi və fəaliyyət qabiliyyətsizliyi barədə Ģayiələr yayıldı. Elçibəyin həkimi 

Azərbaycan mətbuatında bu Ģayiələri yalanlayaraq bildirdi ki, doğrudur, "son beĢ ilin gərgin ritmi 

prezidenti  yormuĢdur",  "o,  gündə  15-16  saat  iĢləyir,  çox  siqaret  çəkir  və  az  yatır",  ancaq 

sağlamlığı normaldır.   

Yeri  gəlmiĢkən,  bu  Ģayiə  yalnız  Türkiyədə  deyil,  Azərbaycanda  da  sürətlə  körüklənirdi  və 

hakimiyyət  gücləndikcə  o  daha  rəngarəng  biçimdə  və  daha  geniĢ  ölçüdə  yayılırdı.  Məsələn, 

"Həyat" qəzetində (25 avqust) müxbir yazır: "Hətta prezidentin təcrid edilməsindən danıĢılır" və 

belə təsəvvürlərin yaranmasına "prezidentin kütləvi informasiya vasitələrindən uzaq düĢməsi"nin 

səbəb olduğunu güman edirdi.   

Mənim Ģəxsi düĢüncəmə görə, Bəyin bütün hakimiyyəti boyunca yol verdiyi ən ciddi səhv məhz 

təbliğatın  əhəmiyyətini  yetərincə  qiymətləndirməməsi  olub.  ĠĢ  o  yerə  çatmıĢdı  ki,  hətta  rəsmi 

dövlət  qəzeti  də  ölkə  prezidentinin  qəbullarını,  onun  çıxıĢlarını  baĢdansovdu  iĢıqlandırırdı. 

Məsələn,  24  avqustda  Bəy  Fransa  səfiri  Jan  Perreni  qəbul  edib  və  "Həyat"da  bu  haqda  bir-iki 

cümləlik ötəri xəbər verilib. (Təbii ki, foto da yoxdur! Ümumiyyətlə, prezidentin Ģəkli qəzetlərdə 

nadir hallarda görünürdü)... 

Hakimiyyətin  bütün  düĢmənləri  güclü  Ģayiə  maĢınında  növbənöv  yalanlar,  uydurmalar  istehsal 

etməklə məĢğuldular. Onların içərisində ən geniĢ yayılanlardan biri də prezidentin guya içkidən 

baĢının ayılmamasıydı. Bu mövzuda söhbətlərin geniĢ yayılmasında Elçibəyin siyasi opponentləri 

daha  çox  fəallıq  göstərirdilər.  Təsadüfi  deyil  ki,  Elçibəy  devriləndən  sonra  onun  kabinetindən 

Moskva  televiziyasına  musahibə  verən  yeni  prezident  H.Əliyev  jurnalist  Karaulovla  (sonralar 



onu  rüĢvətxorluq  üstündə  televiziyadan  qovdular)  söhbətinin  Elçibəyin  sərxoĢluq 

etməsinə  həsr  olunmuĢ  hissəsində  onun  guya  özündə  olmayaraq  prezident  kabinetindəki 

xalçaları islatmasından (!) danıĢmağı belə özünə rəva bilmiĢdi. (Əliyev əliylə kabineti göstərərək 

"narahat olmayın, o xalçalar artıq götürülüb" deyirdi…).

 

Bu  Ģayiələrin  yayılma  coğrafiyasının  nə  qədər  geniĢ  olduğunu  jurnalist  Əli  ġamil'in  aĢağıdakı 



xatirəsi də göstərir: 

"Elçibəy  Kələkiyə  yenicə  getmiĢdi.  AXC  Naxçıvan  Vilayət  TəĢkilatından  zəng  vurub  Almaniya 

televiziyasından  qonaqların  gəldiyini  söylədilər.  Tələsik  getdim.  GörüĢdük.  Kələkiyə  getmək, 

Bəydən müsahibə almaq istədiklərini bildirdilər. Həmin günlərdə benzin yaman qıtlaĢmıĢdı. MaĢını 

olan tanıĢlardan birini tapmaq, onu Kələkiyə getməyə razı salmaq, benzin almaq xeyli çəkdi. 

 

Günün istisində Kələkiyə yol aldıq. Bərk tərləmiĢdik, maĢın da qızmıĢdı. Kələkiyə bir neçə kilometr 



qalmıĢ - Danaqırt kəndinə çatanda mən bir az dincəlməyi, çay qırağında bulaq suyundan içməyi, 

yuyunub sərinləməyi təklif etdim. RazılaĢdılar.

 

Kəndi yaxĢı tanıyırdım - dəfələrlə Mehman əminin qonağı olmuĢdum, odur ki, kəndi ikiyə bölən 



çayın sağ sahilindəki bulağa getdik. Bir çadralı qadın bulaq baĢında ocaq qalayaraq qazan qoyub 


boymadərən "arağ"ı çəkirdi. 

 

Salam verdik. O, hörmət əlaməti olaraq bizə "araq" təklif etdi. Mən çox məmnuniyyətlə ağzıma 



bir tikə Ģəkər qoyub "arağ"ı baĢıma çəkdim. Bununla həm boymadərənin acısını azaltmaq, həm 

də  boymadərən  "arağ"ını  necə  içməyi  qonaqlara  göstərmək  istədim.  Onlarsa,  deyəsən,  buna 

diqqət yetirməmiĢdilər. Qonaqlardan biri "arağ"ı Ģəkərsiz içdisə də heç nə demədi. Ġkinci almansa 

"arağ"ı russayağı birdəfəyə "atandan" sonra yoldaĢına almanca nəsə dedi. Cavab alandan sonra 

tərcüməçiyə  üz  tutdu.  Almaniya  türklərindən  olan  tərcüməçi  qonağın  sözlərini  təxminən  belə 

çevirdi: 

 

-Abi, Elçibəy də bu "araq"dan içir? 



 

Çadralı qadın ürəkdən gələn bir səmimiyyətlə: 

 

-Hə, qadan alım, Elçibəyin də payını göndərəcəyəm, - dedi. 



 

Tərcüməçi qadının söylədiyini çevirəndə almanlar bərkdən gülüĢdülər. Sonra öyrəndim ki, "arağ"ı 

birinci  içən  alman  onun  tərkibində  spirt  olmadığını  bilsə  də  nəzakət  xatirinə  susub.  Ġkincisə 

Ģübhəsini  dəqiqləĢdirməkçün  yoldaĢından  bunu  soruĢub,  o  da  təsdiqləyib.  Amma  buna 

baxmayaraq, Elçibəy "araq" içib-içmədiyiylə maraqlandıqlarına görə bu sualı veriblər. 

 

Yol  boyu  kameranı  əlində  hazır  tutmuĢ  operator  çadralı  qadının  sözlərini  eĢidəndən  sonra  onu 



yığıĢdırdı. Bəlli oldu ki, sən demə, onlara Elçibəyi məhz sərxoĢ vəziyyətdə çəkmək tapĢırılıbmıĢ. 

Azərbaycanda  hakimiyyətə  yeni  gələnlərin  Elçibəydən  sərxoĢ  prezident  obrazı  yaratmalarının 

sorağı, sən demə, Almaniyaya da gedib çatıbmıĢ. 

 

Kələkiyə  çatanda  Elçibəy  nahara  gedirdi.  Yolda  görüĢdük.  Bizi  də  evlərinə  apardı.  Süfrəyə 



qonaqların  Ģərəfinə  tut  arağı  da  qoydular.  Almaniya  televiziyasının  əməkdaĢları  nahar  süfrəsi 

arxasında, həyətdəki bağçada veriliĢ hazırladılar, ancaq ən qəribəsi bu oldu ki, nə süfrədəki araq 

ĢüĢəsini çəkdilər, nə də tut arağının dadına baxdılar..."

.   


Ancaq  heç  bir Ģayiəyə xüsusi önəm  verməyən  Bəy  öz Ģəxsiyyətinin  hər cür qabardılmasının  da 

ümumən əleyhinəydi və istər özünün, istərsə də baĢqa hakimiyyət qurumları baĢçılarının sərbəst 

tənqidinə  Ģərait  yaradılmasına  çalıĢırdı.  Söz  yox  ki,  tək  bununçün  deyil,  ümumən  cəmiyyətin 

yüksəliĢindən ötrü ölkədə bütövlükdə demokratik mühitin, demokratiya institutlarının yaradılması 

gərəkdi ki, prezident də bundan ötrü əlindən gələni edirdi.   

Avqustun  10-unda  25-dən  çox  partiya,  hərəkat,  xeyriyyə  cəmiyyəti,  dövlət  və  ictimai  təĢkilat 

insan hüquqları üzrə Helsinki VətəndaĢ Assambleyasının Azərbaycan Milli Komitəsini yaratdı.   

Ertəsi gün Milli Məclis qarĢısında polis iĢçilərinin piketi keçirildi (daxili iĢlər naziri 73 polisi iĢdən 

çıxarmıĢdı) və bu, çox normal qarĢılandı.   

Demokratiyanın  ən  mühüm  göstəricisi  azad  məbuat  olduğuna  görə  onun  inkiĢafına  yeni 

hakimiyyət  qayğı  göstərmək  təĢəbbüslərində  bulunurdu.  12  avqustda  Milli  Məclisin  "Mətbuat 

orqanlarına  və  iĢçilərinə  güzəĢtlər  haqqında"  qərarı  çıxdı.  Göstərək  ki,  avqust  ayında  təkcə 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə