Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə48/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   44   45   46   47   48   49   50   51   ...   191

Bakıda  140  gündəlik  və  həftəlik  qəzet  çıxırdı  ki,  onların  birdəfəlik  tirajı  2  milyon  nüsxəydi. 

(Ölkənin poliqrafiya imkanlarını gücləndirməkçün də sentyabr ayından Üçüncü mikrorayonda illik 

istehsal gücü 503 milyon rəngli çap vərəqi olan poliqrafiya kombinatı tikilməyə baĢladı. Burada 

Azərbaycan Respublikası vətəndaĢlarının pasportları da çap olunacaqdı).   

Azərbaycan Respublikası VarĢavada keçirilən (17-28 avqust) humanitar və insan hüquqlarına dair 

beynəlxalq seminarda müstəqil dövlət kimi ilk dəfə iĢtirak etdi. 20 avqustdasa Bəy ölkə həyatında 

mühüm rol oynayan "Dini etiqad azadlığı və dini qurumlar haqqında" qanunu imzaladı. 

Yeni hakimiyyətin üzləĢdiyi problemlərin, demək olar ki, hamısı ona əvvəlkilərdən miras qalmıĢdı. 

1992-nin  birinci  yarısında  ölkənin  xalq  təsərrüfatı  Qarabağda  gedən  müharibə,  Naxçıvanın 

blokadası,  bölgələrarası  iqtisadi  əlaqələrin  dağılması  və  qiymətqoyma  sahəsindəki  hərc-mərclik 

Ģəraitində mövcudluğunu sürdürüb. Bütün bunlar maddi-istehsal sahələrində, istehlak bazarında 

və  maliyyə-kredit  sistemində  gərginliyin  daha  da  artmasına  və  əhalinin  yaĢayıĢ  səviyyəsinin 

gündən-günə  pisləĢməsinə  gətirib  çıxarmıĢdı.  Ancaq  bu  obyektiv  səbəblərdən  baĢqa,  subyektiv 

səbəblər  də  vardı.  Xüsusən  dünənki  kommunistlər  və  hakimiyyətdən  narazı  qalan  baĢqaları 

iqtisadi təxribatlar törətməkdən belə çəkinmirdilər. Məsələn, Quba rayonunun Alpan kənd sakini 

qəzetdə  bildirirdi  ki,  kəndin  3  dükanında  bir  aydan  çoxdur  un  kisələri  qalaqlanıb  qalıb,  ancaq 

əhaliyə  satılmır.  BaĢqa  yerlərdə  də  əhalini  ac  qoymaqçün  müxtəlif  sabotajlara  əl  atılırdı.  Bu, 

xüsusən Bakıda daha aydın gözə çarpırdı. 10 avqustda ölkənin baĢ Ģəhərində kəskin çörək qıtlığı 

hiss olundu. Paytaxtda ərzaq və baĢqa sahələrdə yaranmıĢ böhranı aradan qaldırmaqçün dövlət 

büdcəsindən 4 milyard manat kredit ayrıldı. 

Bakıdakı  nəqliyyat  gərginliyini  aradan  götürməkçün  də  tədbirlər  görüldü.  Qabaqlar  Ģəhərdə 

400-450 avtobus iĢləyirdisə 15 avqustdan xəttə 1300-1400 avtobus çıxarıldı. 2 milyon dollardan 

artıq  qiymətə  alınmıĢ  asfalt  örtükçəkən  yeni  maĢın  yolların  bərpasına  baĢladı.  Türkiyə  və 

Almaniyanın  köməyiylə  yeni  hava  limanının  tikintisi  sürətləndirildi.  Əhalinin  suya  tələbatını 

ödəməkçün  yenə  Türkiyə  və  Almaniyanın  yardımıyla

 

Bakıya  3  ilə  yeni  ġollar  su  kəmərinin 



çəkilməsi üzərində iĢ baĢlandı.   

Prezidentin  7  avqustda  imzaladığı  və  15  avqustdan  qüvvəyə  minən  "Azərbaycan  Respublikası 

Milli  Bankı  haqqında"  və  "Azərbaycan  Respublikasındakı  banklar  və  bank  fəaliyyəti  haqqında" 

qanunlar  ölkənin  müstəqil  bank  sisteminin  yaradılmasında  ən  zəruri  ilkin  addımlardı.  (Bu 

qanunları dövlət  müĢavirləri Sabit  Bağırovla Vahid  Axundov türkiyəli bir mütəxəssisin  iĢtirakıyla 

bir həftəyə yazmıĢdılar). 

Hökumət  avqust  ayından  baĢlayaraq  iqtisadiyyat  üzərindən  inhisarı  götürmək  xətti  tutsa  da 

bundan  ötrü  zəruri  olan  qanunların  yoxluğu  hüquqi  boĢluq  yaratmıĢdı.  Milli  Məclisin  həmin 

qanunları qəbul etməsi xeyli vaxt aparacağına görə boĢluğu doldurmaq, islahatları dayanmadan 

aparmaqçün prezident prosesi öz fərmanlarıyla tənzimləməyi qərara aldı.   

Əbülfəz  Elçibəyin  11  avqust  tarixli  fərmanıyla  Xarici  Ġnvestisiyalar  Komitəsi  yaradıldı  və  gənc 

iqtisadçı Ə.Məsimov ona baĢçı təyin edildi. Elə həmin gün prezident "Azərbaycan Respublikasında 

beynəlxalq praktikada qəbul edilmiĢ uçot və statistika sisteminə keçilməsi haqqında" fərman da 



verdi. Bu fərmanlar da ölkə iqtisadiyyatında islahatlara baĢlamaqçün ilk qaranquĢlardandı.   

Bəyin  20  iyul  tarixli  "Dövlət  üzərində  mülkiyyət  hüquqlarının  tənzimlənməsi  haqqında" 

fərmanından sonra 13 avqust tarixli "Ticarətin sərbəstləĢdirilməsi haqqında" fərmanı da ölkənin 

iqtisadi yüksəliĢinə xidmət edən uzaqgörən sənəddi.   

Xarici  iqtisadi  fəaliyyətdə  lazımi  qayda-qanun  yaratmaq  və  ölkənin  valyuta  fondunun 

doldurulmasını sürətləndirmək məqsədiylə Bəy 13 avqustda "Azərbaycan Respublikasının ixracat 

potensialından səmərəli istifadə edilməsi haqqında" fərman verdi.   

Özü sonralar belə deyəcəkdi: 

"Biz büdcəyə nəzarət edirdik. RüĢvətxorluğa, oğurluğa qarĢı ciddi 

mübarizə aparırdıq; dövlətin bütün sərvəti nəzarətdəydi. 

 

Biz hakimiyyətə gələndə soruĢdum ki, Milli Bankda nə qədər pul var? Dedilər bir qədər dollar, 10 



milyon rubl. Mən çığırdım ki, Allah evinizi yıxsın, hərənizin cibində 10 milyon var. Belə dövlətmi 

olar?! 


 

Sonra  baĢladıq  iqtisadi  problemləri  həll  etməyə.  Milli  Banka  da  çoxlu  pul  gətirdik,  büdcəni  də 

artırdıq. Tək bircə ilin içində 150 milyon dollar pul topladıq. 

 

Prezidentliyə  yenicə  baĢlayanda  soruĢdum  ki,  Azərbaycanda  nə  qədər  kürü  istehsal  edirsiniz? 



Cavab verdilər ki, 2 ton. Mən dedim ki, 2 tonu bir balıqçı oğurlayır; bəs siz nəylə məĢğulsunuz? 

Bizim  hakimiyyətimizin  bircə  ilində  kürü  istehsalı  30  tona  qaldırıldı,  halbuki  xalqın  həmin 

var-dövləti,  malı  dağıdılırdı.  Biz  dağıtmağa  qoymadıq.  Hamısının  gəliri  gəldi  banka,  mərkəzə"

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.35). 



Respublikada  yetərincə  taxıl  məhsullarının  istehsal  edilməməsi  və  onun  xarici  ölkələrdən 

alınmasındakı çətinliklər əhalinin çörək və taxıl məhsullarıyla təminatında gərginlik yaratmaqdan 

baĢqa,  taxılın  və  unun  qiymətlərinin  sərbəstləĢdirilməsinə  baxmayaraq  çörək  və  çörək 

məhsullarının  qiymətinin  tənzimlənməsi  də  dövlətə  ağır  ziyan  vururdu.  Əhalini  qıcıqlandıransa 

həm də buydu ki, 

Naxçıvanda buğdanın kiloqramı 11 manata baĢa gəlsə də çörəyin bir kiloqramı 

90 qəpiyə satılırdı. (Nədənsə, Naxçıvan rəhbərliyi Azərbaycana da baĢçılıq edəndə belə ucuzluq 

yaratmağın yolunu tapa bilmədi)

. 18 avqustda prezident "Əhalinin çörək və digər taxıl məhsulları 

ilə təminatının yaxĢılaĢdırılması haqqında" fərman verməyə məcbur oldu.   

Elə  həmin  gün  onun  "Azərbaycan  Respublikasının  Beynəlxalq  Valyuta  Fonduna,  Beynəlxalq 

Yenidənqurma  və  ĠnkiĢaf  Bankına  və  onlara  bağlı  təĢkilatlara  daxil  olması  haqqında",  ertəsi 

günsə  adı  çəkilən  maliyyə  qurumlarının  saziĢ  və  konvensiyalarının  tətbiqi  haqqında  mühüm 

fərmanları verildi. 

"BĠZ ĠSLAHATIN ĠLKĠN ġƏRTĠNĠ HAZIRLAMIġIQ" 

Haqqında  yayılan  məqsədyönlü  Ģayiələrin  qarĢısını  almaq,  ölkə  prezidentinin  KĠV-də  tez-tez 

görünməməsinin  səbəblərini  açıqlamaq  və  həm  indiyədək  görülmüĢ,  həm  də  bundan  sonra 

görüləcək iĢlər haqqında xalqa məlumat verməkçün Bəy 23 avqustda Azərbaycan televiziyasında 

hesabat səciyyəli geniĢ çıxıĢ etdi. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə