Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə49/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   45   46   47   48   49   50   51   52   ...   191

Hər Ģeydən öncə ölkədə sabitlik yaradılması məsələsinə toxunan prezident göstərdi ki, 1992-nin 

birinci  yarısında  Daxili  ĠĢlər  Nazirliyindən  tutmuĢ  bütün  dövlət  qurumlarınadək  dağılmaqdaydı, 

xarici qüvvələr Azərbaycana istədikləri kimi müdaxilə edirdilər; bizim ilk vəzifəmiz bunun qarĢısını 

almaqdı. Ġndi Azərbaycanda get-gedə sabitlik yaranmaqdadır ki, bu, baĢlıca məsələlərdəndir. 

Ölkənin  təhlükəsizliyini  təmin  edəcək  güc  orqanlarının  fəaliyyətindən  söz  açan  Bəy  bildirdi  ki, 

MTN  öz  iĢini  yenidən  qurmağa  baĢlamıĢdır.  Milli  Orduya  son  müddətdə  15  min  nəfərə  yaxın 

nizami qüvvə, ondan bir qədər də çox könüllü qüvvələr cəlb edilib. 

Prezident dedi: "Bu gün... anarxiyadan çıxmaq və yeni dövlət qurmaq, yeni dövlət mexanizmini 

hazırlamaq lazımdır. Dövlət mexanizmi isə adətən onun inzibati orqanlarından baĢlanır". 

Bəy yeni dövlət quruculuğundan ötrü köklü islahatların aparılmasını vacib sayırdı. Ancaq o, siyasi 

islahatlarla  yanaĢı,  iqtisadi  islahatlara  da  üstünlük  verir,  ikinci  olmadan  birincinin  də  nəticəsiz 

qalacağını  söyləyirdi.  Gündə  15-16  saat  fasiləsiz  iĢləyən  prezident  islahatların  zamanını  da 

açıqladı:  "Yaxın  3-5  ayın  ərzində  çox  böyük,  köklü  iqtisadi  islahatlar  aparacağıq".  Sonrasa  bu 

islahatın mahiyyəti  üzərində  dayandı:  "Demokratiyanın  iqtisadi kökləri təkmilləĢdirilməlidir.  Yəni 

qarĢımızda  duran  məqsədlərdən  birincisi  özləĢdirmə  (o  zaman  "özəlləĢdirmə"  termini  bu  cür 

iĢlədilirdi - Ə.T.) aparmaqdır. [...] Daha sonra geniĢ miqyasda torpaq islahatı aparmaq, torpağı 

yenidən bölüĢdürmək lazımdır. [...] Biz islahatın ilkin Ģərtini hazırlamıĢıq". 

Siyasi  və  iqtisadi  islahatlardan  sonra  mədəniyyət  və  mətbuat  problemləri  üzərində  dayanan 

dövlət baĢçımız sonra bir daha Milli Ordu quruculuğuna dönərək soydaĢlarını inandırırdı ki, yeni 

qurulan  ordumuzun  çox  böyük  gələcəyi  var.  Özünüz  görəcəksiniz  ki,  bir  ilin  içində  Azərbaycan 

ordusu elə səviyyəyə çatacaqdır ki, daha heç bir düĢmən cəsarət edib dövlətimizin sərhədlərinə 

ayaq basa bilməyəcəkdir. Yaxın vaxtlarda xalqımız hiss edəcəkdir ki, onun güclü ordusu var və 

gecələr rahat yata bilər, çünki onu qoruyan qüvvə var. 

Elçibəy xalqına üz tutaraq hesabat verirdi: "Üç amili, üç atributu yaddan çıxarmaq olmaz: ordu, 

müstəqil pul vahidi, müstəqil valyuta və qızıl fondu. Bu üç amil yoxdursa dövlət, millət müstəqil 

yaĢaya bilməz. Biz bütün gücümüzü bunları yaratmağa yönəltmiĢik". O bildirirdi ki, milli valyuta 

və qızıl fondunun yaradılması sahəsində iĢ görülmüĢdür. 

Xalqın güzəranının son dövrlərdə pisləĢməsinin səbəbini açıqlayan Bəy göstərirdi ki, son altı ayda 

qiymətlər  8  dəfə,  əhalinin  maaĢısa  3  dəfə  (bəzi  yerlərdə  2  dəfə)  artıb.  Ancaq  ölkədəki  bahalıq 

yalnız Azərbaycana aid deyil. 

Xüsusən  təhsil  müəssisələrində  rüĢvət  problemini  az  qala  özünün  Ģəxsi  dərdi  kimi  qəbul  edən 

Bəy bu rüĢvətin sosial mahiyyətini incələyirdi. O, televiziyadan doğma millətinə üz tutdu: 

-Heç olmazsa bir sahədə - universitetlərdə, institutlarda, texnikumlarda rüĢvətxorluğun qarĢısını 

almaqçün  test  üsulu  tətbiq  edirik.  Ancaq  ona  qarĢı çıxan  çoxlu  qüvvələr var.  Əziz vətəndaĢlar, 

əziz  qardaĢlar,  gəlin  bir  düĢünək:  təsəvvür  edin  ki,  bir  tələbə  qəbulu  mövsümü  ərzində,  yəni 

avqustdan sentyabradək yüz minlərcə adam qəbulda iĢtirak edir və burada milyardlarca manat 

pul  haqq-hesabı,  alver  gedir,  millət  içəridən  çürüyür.  Pul  alıb  pul  vermək,  tələbəni  pulla  qəbul 



etdirmək milləti həm mənəvi cəhətdən daxilən sındırır, həm haqsızlıq ayaq tutub yeriyir, haqqa 

inam sarsılır, həm də insanlar pis öyrənir - alimlər (hətta akademiklər) rüĢvətxorluğa alıĢır, bütün 

ölkə  rüĢvət  içində  çapalayır.  Biz  bunun  qarĢısını  almaqçün  tədbirlər  görürüksə  buna  niyə 

müqavimət göstərilməlidir? Müqaviməti əlindən həmin milyonlar çıxan adamlar göstərirlər. Məhz 

onlar da dövlət xadimləri haqqında söz-söhbət yayır, onlara Ģər atır, ləkə yaxırlar. 

 

Özü  haqqında  yayılan  Ģayiələrin  düĢmən  Ģəri  olduğunu  söyləyən  prezident  bildirirdi  ki,  mən 



deyilən qədər də zəif deyiləm, iradəsini itirmiĢ Ģəxsiyyət də deyiləm. Sizi inandırıram ki, qarĢımıza 

qoyduğumuz bütün məqsədlərə nail olacaq və millətimizi həmin məqsədlərə aparıb çatdıracağıq. 

Bu gün heç bir qüvvə Azərbaycan hökumətini devirə bilməz, ona gücü çata bilməz. 

Azərbaycanın  beynəlxalq  əlaqələrindən  də  ətraflı  danıĢan  prezident  qeyd  etdi  ki,  bəzi  xarici 

dövlətlərin  Ģirkətləri  Azərbaycanla  hərtərəfli  əlaqələr  yaradır,  saziĢlər  bağlayır.  Biz  Qara  dəniz 

hövzəsi  ölkələrinin  iqtisadi  əməkdaĢlıq  təĢkilatının  yaradılmasında  iĢtirak  etmiĢik.  Bizim 

təĢəbbüsümüzlə Xəzər dənizi hövzəsi ölkələrinin də iqtisadi birliyi yaranacaqdır. 

ATƏM-in  Helsinkidəki  ikinci  zirvə  toplantısı  haqqında  da  məlumat  verdikdən  sonra  Bəy 

dövlətimizin xarici siyasət kursuna toxundu: "ÇalıĢacağıq ki, Almaniya, Amerika, Ġngiltərə, Rusiya, 

Ġran  ilə  də,  bütün  dövlətlərlə  münasibətlərdə  özümüzün,  yəni  millətimizin  zərərinə  olmayan  və 

həmin xalqlara da zərər yetirməyən siyasət yeridək, dostluq münasibətləri saxlayaq". 

ÇıxıĢının sonunda "son məqsədimiz Məmmədəmin Rəsulzadənin ideyalarını əldə bayraq tutaraq 

bu  ideyaları  həyata  keçirmək,  bu  zaman  böyük  Atatürkün  metod  və  üsullarından  istifadə 

etməkdir"  söyləyən  Bəy  bildirdi  ki,  bundan  sonra  yəqin  tez-tez  görüĢəcəyik.  ÇalıĢacağam  ki, 

həftədə  bir  dəfə  televiziyaya  çıxıb  məlumatlar  verim.  Yaxın  günlərdə  rayonlara,  Ģəhərlərə, 

bölgələrə çıxacağam, görüĢlər keçirəcəyəm. 

23 avqustdakı televiziya çıxıĢı göstərdi ki, prezident təbliğata laqeydlikdən aldığı zərbədən nəticə 

çıxarıb. 

Əbülfəz  bəyin  çıxıĢından  sonrakı  yeniliklər  prezidentin  islahatlar  aparmaq  niyyətinin  boĢ  söz 

olmadığını  təsdiqlədi.  Bəllidir  ki,  məhkəmə  sisteminin  müstəqil  olmadığı  ölkədə  əsl 

demokratiyanın  mövcudluğundan  danıĢmaq  boĢ  Ģeydir,  çünki  icraedici  və  qanunverici 

hakimiyyətlərin  nəzarət  altında  saxlanılması  və  yeri  gəldikcə  cilovlanması  ədalət  məhkəməsinin 

iĢidir.  Buna  görə  də  Əbülfəz  bəy  Azərbaycanda  məhkəmələri,  ümumən  hüquq  sistemini  dünya 

standartlarına  uyğunlaĢdırmağa  çalıĢaraq  ölkədə  ƏDALƏT'in  biryolluq  qələbəsini  təmin  etməyi 

prezident kimi baĢlıca vəzifələrindən sayırdı.   

ARTIRMA 

"

Prezident millətin rəhbəridir. Mən, məsəlçün, deyim ki, mənəvi rəhbər olsam və doğrudan da, 



xalq yaxĢı bir prezidenti seçsə mənəvi rəhbər kimi bütün ömrümü o prezidenti ucaltmağa və onu 

müdafiəyə  sərf  eləyərəm.  Çünki  millətə  mənəvi  rəhbərdən  çox,  siyasi,  dövlət  rəhbəri  lazımdır. 

Doğrudan  da  elə  bir  adam  -  xalqın  sevdiyi  bir  adam  seçilsə  onun  Ģəxsiyyətini  ucaltmağa, 

tərifləməyə  çalıĢaram  ki,  Azərbaycanda  dövlət  və  dövlət  rəhbərliyi  müqəddəsləĢsin,  millətdə 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə