Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə52/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   48   49   50   51   52   53   54   55   ...   191

aparmasının  Ģahidi  olmadı.  Bu  dediyim  həm  də  prokurorluq  orqanlarına  aiddi.  BaĢdan-baĢa 

köhnə,  rüĢvətxor  kadrlardan  ibarət  bu  qurum  da  əslində  özünü  heç  kəsin  yanında  "pis  kiĢi" 

etməmək  xətti  tuturdu.  Elə  bunun  nəticəsidir  ki,  "xarici  banklarda  gizli  hesabı  olanlar"ın  adları 

bilinsə  də  nəinki  onların  pulları  ölkəyə  gətirilmədi,  əksinə,  onlar  Elçibəy  hakimiyyətinin  fəal 

deviricilərinə çevrildilər... 

Doğrusu,  daxili  düĢmənlərə  qarĢı  həlledici  mübarizəyə  əslində  baĢlanılmamasının  nə  dərəcədə 

düzgün  olub-olmadığını  dəyərləndirməkdə  çox  çətinlik  çəkirəm,  ancaq,  məncə,  bunun  üstündə 

yeni  iqtidarı  sonadək  qınamaq  da  insafdan  deyil  -  ölkədaxili  çəkiĢmələr  əsl  müstəqillik  yolunda 

islahatların aparılmasının qarĢısını bəlkə də ala bilərdi. Elçibəy hakimiyyətinin bütün mahiyyətisə 

məhz  AZADLIQ  üstündə  qurulmuĢdu.  27  avqustda  Bəyin  "Azərbaycan  Respublikası  dövlət 

sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" tarixi fərmanı həmin AZADLIĞA doğru 

yeni mühüm addımdı.   

Müstəqil dövlətin formalaĢması, təbii ki, çoxlu yeni dövlət qurumlarının yaradılmasını tələb edirdi. 

Son  iki  ayda  təkcə  iqtisadiyyatla  bağlı  Dövlət  Əmlak  Komitəsi,  Dövlət  Torpaq  Komitəsi,  Dövlət 

Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Xarici Ġnvestisiya Komitəsi kimi yeni dövlət 

orqanlarının yaradılması idarəetmə sistemində təkrarlamalar da ortaya çıxarmıĢdı. Bunları aradan 

qaldırmaq,  yavaĢ-yavaĢ,  ancaq  qətiyyətlə  irəliləyən  bazar  iqtisadiyyatının  idarəetmə  sistemini 

formalaĢdıran  zaman  büdcə  təxsisatlarından  səmərəli  istifadə  olunmasını  təmin  etmək 

məqsədiylə  prezident  28  avqustda  büdcə  təĢkilatlarında  təkrarlamaları  aradan  qaldırmaq 

tədbirləri  haqqında  fərman  verdi.  Onun  həmin  günkü  ikinci  fərmanısa  "Azərbaycan 

Respublikasının  Avropa  Yenidənqurma  və  ĠnkiĢaf  Bankının  üzvlüyünə  qəbul  edilməsi 

haqqında"ydı. 

Ölkə  Avropaya  və  ümumən  dünyaya doğru  qətiyyətlə  üz  tutduqca  haradan  idarə  edilməsindən 

asılı  olmayaraq  bütün  devirici  qüvvələrin  müqaviməti  daha  da  artırdı.  Ġstər  Bakıda,  istərsə  də 

rayonlarda  əhalini  çörək  qıtlığıyla  narazı  salmaqçün  məqsədyönlü  iĢlər  görülürdü.  Məsələn, 

ġamaxıda çörək zavodlarına qaz gəlməməsi bəhanəsi altında əhalinin çörəklə təminatında ciddi 

problem  yaradılmıĢdı.  Avqustun  28-indən  29-una  keçən  gecə  Bakının  bir  neçə  çörəkbiĢirmə 

müəssisəsində yüksək vəzifəli Ģəxslər (Pənah Hüseynov, Rauf Gülməmmədov və b.) paytaxtdakı 

kəskin çörək qıtlığıyla bağlı reyd keçirdilər. (Bunun, deyəsən, kimlərəsə xəbərdaredici təsiri oldu). 

Çörək  qıtlığının  obyektiv  səbəbi  də  vardı  -  un  və  qarıĢıq  yemlə  müqayisədə  çörəyin  qiyməti 

ucuzdu,  bu  ucuzluq  onun  qəhətliyinə  gətirib  çıxarırdı,  çörəyi  bahalaĢdıran  zamansa  kortəbii  və 

məqsədyönlü narazılıqlar baĢlayırdı: "Bəs Naxçıvanda çörək niyə ucuzdur?"... 

ĠLK SƏFƏR GƏNCƏDƏN VƏ CAVAD XANI ZĠYARƏTDƏN BAġLADI 

Televiziya çıxıĢındakı sözünə əməl edən prezident 28 avqustda ölkəiçi tanıĢlıq gəzintisinə baĢladı. 

Ġlk səfəri Gəncəyə oldu. Görünür, Bakıdan sonra ikinci böyük Ģəhərimizdəki gizli narahatlığı Bəy 

dövlət baĢçısı kimi hamıdan yaxĢı duyduğuna və vaxtında qabaqlayıcı tədbirlər görmək istədiyinə 

görə Gəncəni seçmiĢdi.   

Bəy  bir  neçə  dövlət  adamıyla  bərabər  Gəncəyə  qatarla  getmiĢdi.  Onlar  Yevlaxda  dayandılar. 




Dövlət katibi Pənah Hüseynov yun zavodundan Surət Hüseynovu gətirtdi. Bəy bəzi məsələlərlə 

bağlı onunla söhbət etdikdən sonra yola davam etdilər.   

Prezident,  demək  olar  ki,  xəbərsiz  getdiyinə  görə  Gəncədə  onu  yalnız  prezident  mühafizəsinin 

maĢınları  qarĢıladı.  ġəhər  icra  hakimiyyətinin  baĢçısı  MürĢüd  Məmmədovu  sonradan  tapıb 

gətirdilər. Prezident icra hakimiyyətinin qonaq evində yerləĢdi.   

Onu  da  deyim  ki,  bu  vaxt  Gəncənin  polis  rəisi  sonrakı  respublika  prokuroru  Eldar  Həsənovdu. 

Prezidentin Gəncədəki görüĢlərini onun oğlu videokamerayla çəkirdi.   

Azərbaycan  Cümhuriyyətinin  ilk  beĢiyi  kimi  xüsusi  sevgi  bəslədiyi  bu  Ģəhərlə  prezident  olaraq 

tanıĢlığa  Bəy  Cavad  xanın  məzarını  ziyarətlə  baĢladı.  Azərbaycanın  azadlıq  uğrunda,  rus 

imperiyasına qarĢı çarpıĢma uğrunda rəmzi saydığı Cavad xanın məzarını hamıdan və hər Ģeydən 

öncə anılmağa layiq görməsini, onun ruhunu Ģad etməyə çalıĢmasını bəlkə də kimsə adi protokol 

tədbiri kimi dəyərləndirə bilər, ancaq Bəy bununla göstərdi ki, Azərbaycanın prezidenti 1975-də 

uğrunda  zindanlara  atıldığı  ideyalardan  nəinki  bir  addım  da  geri  çəkilməmiĢ,  əksinə,  onları 

gerçəkləĢdirməyi qarĢısına müqəddəs vəzifə kimi qoymuĢ elə həmin ƏBÜLFƏZdir! 

Cavad  xanı  yad  etdikdən  sonra  ġah  Abbas  məscidinə  baĢ  çəkən  prezident  Ģəhərdəki  ġəhidlər 

xiyabanını da ziyarət etdi. 

Milli  Ordumuzun  Gəncədəki  diviziyasının  əsgər  və  zabitləriylə,  hərbi  hissənin  Ģəxsi  heyətiylə 

keçirdiyi  səmimi  görüĢlər  prezidentin  Gəncə  səfərinin  yəqin  ki,  baĢlıca  məqsədiydi. 

DöyüĢçülərimiz qarĢısında çıxıĢ edən Bəy Almatıda Ermənistan və Azərbaycan sərhədləri boyunca 

atəĢkəsə  razılıq  verildiyini  bildirdi.  Onun  bu  sözlərinisə  hərbçilərimiz  alqıĢlarla  qarĢıladı: 

"Qarabağa  gəldikdə,  onun  Ermənistana  heç  bir  dəxli yoxdur.  Bu,  Azərbaycanın  torpaqlarıdır  və 

Yuxarı  Qarabağda  əmin-amanlıq  yaratmaq  bizim  daxili  iĢimizdir"

.  Bu  cümlə  Elçibəyin  birillik 

hakimiyyəti  boyunca  Qarabağ  məsələsinə  münasibətdə  tutduğu  dəyiĢməz  və  qəti  mövqeyin 

ifadəsidir. 

Bu  görüĢdən  sonra  ġeyx  Nizaminin  məqbərəsini  də  ziyarət  edən  Bəy  Azərbaycanın  ən  böyük 

sənaye  müəssisələrindən  olan  Gəncə  alüminium  zavodunda  da  oldu,  əməkçilərlə  açıq  söhbət 

etdi.  Sadə  insanları  narahat  edən  çörəyin  qiymətinin  artması  səbəblərini  baĢa  saldı,  onlara 

dövlətimizin qarĢısında duran mühüm vəzifələrdən danıĢdı.   

Ədalət Məmmədov danıĢır ki, alüminium zavodunda olarkən bir kiĢi Bəyə yaxınlaĢıb Ģikayətləndi 

ki,  mənim  bir  mopedim  vardı.  ĠĢdən  gedəndə  onu  doldurub  inəyimə  ot  aparırdım,  axı  belə 

zavodda iĢləyən gərək çoxlu süd içsin. Ġndi mənim mopedimi oğurlayıblar, süd içə bilmirəm. Bəy 

Gəncənin  icra  baĢçısı  MürĢüd  Məmmədova,  polis  rəisi  Eldar  Həsənova  tapĢırdı  ki,  bu  kiĢiyə  bir 

moped alıb verin, çünki sizin itmiĢ mopedi axtarıb tapmağınız uzun çəkə bilər (onlar "axtarırıq" 

demiĢdilər). 

Daha sonra Bəy Gəncə siyasi maarif evindəki konfransa qatıldı.   

Prezident Gəncəyə bu gəliĢindəki məqsədinə yetdi - Ģəhər əhalisini öz sevgisinə və qayğıkeĢliyinə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə